Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-47/2024 14.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1985-ci il tarixdə Neftçala rayonu, Dördlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, 02 – 04 aprel 2024-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 04 aprel 2024-cü il tarixdə barəsində «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 135,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 02 aprel 2024-cü il tarixdə, saat 23:30 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Xolqaraqaşlı kəndində yerləşən X7 məxsus “Məkan” restoranının yanında saxlanılaraq Neftçala rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli gödəkçənin sol yan cibindən qara rəngli sellofan bükülüdə təmiz çəkisi 135,0 qram, xeyli miqdar olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 7-8 aydır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Ümumilikdə 3-5 dəfə istifadə etmişdir. 3 gün öncə, saat 17 radələrində heyvanları çöldə otararkən yerdə qara sellofan torba görmüşdür. Yaxınlaşıb açıb baxanda görmüşdür ki, içərisində qurudulmuş marixuana var. Düşünmüşdür ki, yəqin kimdənsə düşüb. O, həmin torbanı götürüb özündə saxlamışdır. Fikirləşmişdir ki, zaman-zaman istifadə edər. Narkotik vasitəni əynindəki göy rəngli parçadan olan gödəkçənin sol cibinə qoymuşdur. Heyvanları həyətə salıb istirahət edəndən sonra axşam saat 23 radələrində həmin gödəkçəsini geyinib çölə çıxmışdır ki, istifadə edər. Piyada Xolqaraqaşlı kəndində yerləşən X7 məxsus “Məkan” restoranına tərəf getmişdir. Saat təxminən 23:30 radələrində restoranın yanında çöldə iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edib, üzərində narkotik vasitə olması barədə məlumatları olduqlarını bildirmişlər. Onu Neftçala rayon polis şöbəsinə aparacaqlarını deyərək avtomobilə mindirib, Neftçala rayon polis şöbəsinə gətirmişlər. Neftçala rayon polis şöbəsində təhqiqatçı ona bildirmişdir ki, üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunur, hal şahidlərinin iştirakı ilə ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı ona təqdim edilmiş, maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmiş, sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ona təklif olunmuşdur ki, üstündə narkotik vasitə varsa təqdim etsin. O,əynindəki göy rəngli gödəkçənin sol yan cibinə qoyduğu marixuana olan bükülünü təqdim etmişdir. Həmin sellofan bükülüdə olan marixuana sellofanla birlikdə kağız zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, o da protokola və narkotik vasitə qoyulan zərfə imza etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı özü qəbul edər deyə saxlamışdır. O, qeyd edir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bildirir ki, bir səhfdir etmişəm. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Neftçala RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində xidmət edir. Hadisə ilə əlaqədar onu qeyd edir ki, Neftçala rayonu, Dördlər kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə üzərində saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı aidiyyatı əməkdaşlar tərəfindən yoxlanıldıqdan sonra onun ətrafinda əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyina raportla məruzə edilmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında o, Şahid1la birlikdə 02 aprel 2024-cü il tarixdə, saat təxminən 23:30 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonu, Xolqaraqaşlı kəndində yerləşən X7 məxsus “Məkan” restoranının yaxınlığında tərəflərindən saxlanılmışdır. Həmin zaman sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə o, Neftçala rayon polis şöbəsinə gətirilmiş və şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o, təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. Neftçala RPŞ-nin Növbətçi Hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra o, əynindəki göy rəngli gödəkçəsinin sol yan cibində saxladığı qara rəngli sellofan torbanı təqdim etmişdir. X4 tərəfindən torba açılıb baxılarkən içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr aşkar olunduğu bükümdə ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid1 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, yaşlı adam olduğundan gecə vaxtı gözünə yuxu getmir. Ona görə ona yaxın olan və Neftçala RPŞ-nin qarşısında olan parkda gəzintidə olur. xx.xx.2024-cü il tarixdən 03 aprel 2024-cü il tarixə keçən gecə, saat 1 radələrində tanımadığı polis əməkdaşlarından biri ona yaxınlaşıb bildirmişdir ki, onu rayon polis şöbəsinə hal şahidi qismində dəvət edir. Bu zaman o da vətəndaş kimi məsuliyyət hiss edib, etiraz etməmişdir. Birlikdə rayon polis şöbəsinə gəlmişlər. Ondan sonra Şahid3 adlı başqa hal şahidi də gəlmişdir. Onlara bildirmişlər ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub. Onun üzərində narkotik vasitə olan marixuananın olması barədə məlumat vardır. Ondan Rəfaili tanıyıb-tanımadığını soruşduqda bildirmişdir ki, həmin şəxsi ilk dəfədir görür. Həmin şəxsi tanımır və barəsində hər hansı məlumatı yoxdur. Daha sonra onlara hüquq və vəzifələrimiz izah edilmiş, müdafiəçinin, onların və polis əməkdaşlarının iştirakı ilə RPŞ-nin X5 üzərində şəxsi axtarış keçirilmişdir. Axtarışdan öncə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etmək təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd qara rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Həmin torba açılıb baxıldıqda içində marixuanaya oxşar kütlə aşkar edilmişdir. Marixuananı görünüşündən tanıyır. Aşkar olunan marixuana həmin sellofan torbada ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol hamıya ucadan oxunmuş, tərəflərindən imzalanmışdır. Orada olduqları müddətdə Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor və ya psixi təzyiq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 04 aprel 2024-cü il tarixli, 3-16-16/2-18/373 nömrəli materialların Məhkəmə bioloji ekspertiza rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi -135,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 14 may 2024-cü il tarixli, 442 saylı ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan Kannabinoidlərdən istifadə halları olub. Lakin Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Neftçala RMX” X10 verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-63/2- 338/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Neftçala RMX” PHŞ-nin Poliklinika şöbəsində əsəb-ruhi, nevroloji və narkoloji dispanser qeydiyyatlarında yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 1(050)-024/2015 nömrəli iş üzrə 21 yanvar 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 01 (bir) ilə müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarına əsasən cəzadan azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. xx.xx.2024-cü il tarixli, 118 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Neftçala rayonu, Xol Qarabucaq kənd İƏD üzrə nümayəndəliyinin Dördlər kəndində yaşamaqla aşağıdakı tərkibdə ailə üzvləri - arvadı X2, uşaqları xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci ilə təvəllüdlü X6 vardır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini, himayəsində bir azyaşlı uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 134,90 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 – 04 aprel 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 14 avqust 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «Həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 134,90 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-47/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-47/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver