Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-48/2024 04.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X1 və Rəhmanov Elxan Abbasağa oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 2001-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, M.Müşfiq küçəsi, ev 23 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 09 – 10 aprel 2024-cü il tarixləri üzrə tutulmuş, 10 aprel 2024cü ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 5,55 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 09 aprel 2024-cü il tarixdə saat 02.15 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, M.Əsədov küçəsində “Xatimə” şadlıq sarayının qarşısında saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindəki bir ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 5,55 qram təşkil edən, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə İmişli şəhərində yaşayır. Fərdi qaydada ustalıq edir. Əvvəllər Rusiya Federasiyasında da usta kimi işləmişdir. Tutulmazdan təxminən 30-40 gün əvvəl Bakıya gəlmiş, Bakı şəhərində işləyən zaman Dağıstandan tanıdığı tanışı Mais adlı Neftçala şəhər sakini rus nömrəsi ilə ona zəng edərək əgər Azərbaycandadırsa, onu qonaq etmək istədiyini bildirmişdir. Bu zaman onların arasında narkotiklə bağlı hər hansı bir söhbətləri olmayıb. Bakıdan bir kibrit qutusunda qurudulmuş marixuana almışdır ki, yemək yeyəndən sonra çəksin. O, Bakı şəhərindən İmişliyə evə getmiş və həmin vaxt narkotik vasitə üzərində olmuşdur. İmişlidə öz ailəsi ilə görüşmüş, daha sonra taksiyə 70 manat pul verib İmişlidən Neftçalaya gəlmişdir. Neftçalaya 09 aprel 2024-cü il tarixdə saat 02 radələrində gəlib çatmışdır. O, “Xatimə” şadlıq sarayının qarşısında dayanmışdır. Həmin vaxt marixuana əynindəki qara rəngli gödəkcənin sağ yan cibində olmuşdur. Küçədə “Xatimə” şadlıq sarayının qarşısında mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, həmçinin üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə məlumatları olduğu üçün onu Neftçala Rayon Polis Şöbəsinə aparacaqlarını demişlər. Daha sonra onu avtomobilə mindirib Neftçala Rayon Polis Şöbəsinə aparmışlar. Neftçala Rayon Polis Şöbəsində təhqiqatçı ona bildirmişdir ki, üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunur. Aparılan videoçəkiliş zamanı ona müdafiəçi barədə hüquqları izah olunmuş və Müdafiəçi təqdim edilmişdir. Maddi imkanı olmadığı üçün hüquqlarının dövlət vəsaiti hesabına müdafiə edilməsini xahiş etmişdir. Sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, təklif olunmuşdur ki, üstündə narkotik vasitə varsa təqdim etsin. Bu zaman o, əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən kibrit qutusunda saxladığı qurudulmuş marixuananı təqdim etmişdir. Həmin marixuana kibrit qutusu ilə birlikdə kağız zərfə qoyulub möhürlənərək bu barədə protokol tərtib edilmişdir. O, da protokola və narkotik vasitə qoyulan zərfə imza etmişdir. Narkotik vasitəni Bakı şəhərində tanımadığı İran vətəndaşından almışdır. Onun telefonunda İran nömrəsi olmuşdur. «WhatsApp» vasitəsilə ona zəng etmiş, İran vətəndaşı da ona kart atmışdır. O, pulu göndərəndən sonra həmin kartın şəklini telefonundan silmişdir. Daha «WhatsApp» vasitəsilə narkotik vasitəni qoyduğu yerin ünvanını göndərmiş, o, da tanımadığı zibillik kimi bir yerdən həmin narkotik vasitəni götürmüşdür. Ona görə də həmin şəxsin, yəni iranlının üzünü görməmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəridir. İmişli şəhər sakini Təqsirləndirilən şəxs Neftçala şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması və qəbul etməsi barədə şöbənin əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatı yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. 09 aprel 2024-cü il tarixdə saat 02.15 radələrində Kazımlı X2 şəhəri, M.Əsədov küçəsində yerləşən “Xatimə” şadlıq sarayının qarşısında tərəflərindən saxlanılmışdır. Orada sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə X3 Rayon Polis Şöbəsinə gətirmişlər. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Kazım Əzizli təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra ona hüquq və vəzifələri izah edilmiş, həmçinin müdafiəçi təyin edilmişdir. Daha sonra RPŞ-nin növbətçi hissəsində ona polis əməkdaşları və Müdafiəçi iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bu zaman təhqiqatçı Müşfiq Abdullayev saxlanılan şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsini təklif etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibində 1 ədəd kibrit qutusunun içində olan kütlənin narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusu açılıb baxıldıqda içərisində qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş həmin kütlə aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol tədbir iştirakçılarına ucadan oxunmuş, digər iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid3 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 09 aprel 2024-cü il tarixli 3-16-16/2-18/392 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «…Təqsirləndirilən şəxs üzərində…» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi – 5,55 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). 21 iyun 2024-cü il tarixli 538 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı İmişli rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,53 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 – 10 aprel 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 04 (dörd) gün yuxarıda qeyd olunan 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı İmişli rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,53 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-48/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-48/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver