Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-5/2024 21.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1994-cü il tarixdə Neftçala rayonu, Qaçaqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmayan, X4 İdarəsində sahə rəisi vəzivəsində işləyən, Neftçala rayonu, Qaçaqkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə, saat 07 radələrində Neftçala rayonunun Ramazanlı kəndində, Zərərçəkmiş şəxs evinin qarşısında, küçədə şəxsi münasibətlər zəminində mübahisə edərək idarə etdiyi "Vaz 21214" markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxladığı atası X3 məxsus, MC 21-12 modelli, ******* nömrəli ov tüfəngindən Zərərçəkmiş şəxs tərəf üç dəfə atəş açmaqla ona başın sol gicgah nahiyəsinin səthi yarası, dərialtı hematoması ilə müşayiət olunan sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Qaçaqkənd kəndində ailəsi ilə birlikdə yaşayır. X4 İdarəsində sahə rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onların aralarında ədavət və ya qərəzli münasibətləri yoxdur. Həmişə normal münasibətləri olmuşdur. 31 avqust 2023-cü il tarixdə, axşam saatlarında Sadiq adlı şəxsin mağazasından çıxanda Elçin də avtomobillə gəlib onun yanında saxlamışdır. Elçin bu vaxt ona əkin sahəsinə suyun nə səbəbə gəlmədiyini demişdir. Daha sonra isə təxminən 15 nəfər kənd sakinin yanında onu söymüşdür. O, Elçinin sərxoş olduğunu görüb fikir verməmişdir. O, daha sonra evə getmişdir. Səhəri günü, yəni 01 sentyabr 2023-cü il tarixdə Elçinin oğlu Nailə mobil telefonla zəng edib atasının dünən onu niyə söydüyünü demək istəmişdir. Nail telefona cavab verməmişdir. O, daha sonra həmin günü saat təxminən 07 radələrində evdən çıxıb "Vaz 21214" markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobiliylə mağazadan çörək almağa getmişdir. Həmin vaxt avtomobildə dünəndən avtomobilə qoyduğu atasına məxsus ov tüfəngi də olmuşdur. O, arabir dovşan ovlamağa getdiyi üçün tüfəngi avtomobildə gəzdirmişdir. Bu vaxt o, Elçinin həyət qapsının qarşısında, avtomobil yolunda durub Elçini çağırmışdır. Elçin küçəyə çıxmışdır. O, Elçindən dünən onu niyə söydüyünü xəbər almışdır. Bu vaxt Elçin üzərinə gəlməyə başlamışdır. O, Elçini qorxutmaq üçün tüfəngi avtomobilin pəncərəsindən çıxarıb Elçinin başının üzərindən havaya 3 dəfə ardıcıl olaraq atəş açmışdır. Bundan sonra Elçin əlini üzünə tutub həyətinə girmişdir. O, oradan çıxıb getmişdir. Daha sonra evdə olanda onu həyət qapısından kiminsə çağırdığını eşitmişdir. O, küçəyə çıxmışdır. Bu vaxt mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Hadisə barədə ondan soruşanda o da hər şeyi etiraf edib onlarla Neftçala RPŞ-yə gəlmişdir. O, tüfənglə atəş açarkən Elçini öldürmək və ya xəsarət yetirmək niyyəti olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Ramazanlı kəndində qeydiyyatda olmaqla orada yaşayır. O, təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır. Belə ki, özünə məxsus torpaq sahəsində pambıq bitkisi əkib-becərir. Təqsirləndirilən şəxs da rayon sakini kimi tanıyır. O, Neftçala SSİ-nin Qaçaqkənd üzrə sahə rəisidir. Onunla heç bir ədavət, düşmənçilik və qohumluq əlaqəsi yoxdur. O, pambıq sahəsini çıxış suyu ilə suvarsa da, sonra suvara bilməmişdir. Bununla bağlı olaraq da sahə rəisi kimi Hüseynə müraciət etmişdir. Qeyd edir ki, gördüm ki, başqa digər kənd sakinlərinə su verilir, lakin ona su verilmir. Buna görə də, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində kəndin ərazisində küçədə olan zaman suyu vermədiyi üçün Hüseynlə sözlə mübahisə etmişdir. Həmin zaman onların aralarında heç bir dava-dalaş olmamışdır. Həmin zaman da xatırladığı qədəri ilə biz bir-birilərini təhqir etmişlər. Sonra isə oradan hər biri yaşadıqları evə qayıtmışlar. xx.xx.2023-cü il tarixdə, saat təxminən 07 radələrində yaşadığı evdə olan zaman bir nəfər şəxsin onu səsləyərək çağırdığını eşitmişdir. O da həyətə düşmüşdür ki, görsün kimdir. O, ela həyətin darvazasından çölə çıxmışdır ki, Hüseyn öz "Niva" markalı avtomobilindən onu söyüb təxminən 15 metr məsafədən havaya əlində olan tüfənglə 3 dəfə atəş açmış və həmin güllənin qırmalarında bir neçəsi onun sol qulaq və baş nahiyəsinə dəymişdir. Sonra o, tez içəri girmiş, yerə oturmuşdur. Sonra isə ayağa qalxmış və ailə üzvlərinin köməkliyi ilə Salyan RMX-ya gətirilmişdir. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Daha sonra isə o, evə getmişdir. Hadisə tez bir vaxtda baş vermişdir. O, küçəyə çıxan kimi Hüseyn atəş açmış və getmişdir. Onun fikrincə Hüseyn onu qorxutmaq istəmişdir. Bunu ona görə deyir ki, o, gördüyü qədəri ilə Hüseyn tüfəngin lüləsini nisbətən yuxarı tutmuşdur. Hüseyn istəsə həmin vaxtı ona daha ağır xəsarət yetirə və ya öldürə bilərdi. Buna baxmayaraq etməmişdir. Həmçinin bildirir ki, təqsirləndirilən şəxslə barışıb. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Şahid məhkəmə baxışı iclasına gəlməmiş, teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və heç bir şikayəti olmadığını bildirmişdir. Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Ramazanlı kəndində yaşayır. Zərərçəkmiş şəxs onun əridir. Eyni qaydada 01 sentyabr 2023-cü il tarixdə, saat təxminən 07 radələrində evdə səhər yeməyi hazırlamaqla məşğul olmuşdur. Həmin vaxt onlardan başqa oğlu Nail və gəlini Yasəmən evdə olmuşlar. Nail və Yasəmən otaqda yatmışdılar. Həmin vaxt küçədən kimsə Elçini çağırmışdır. Elçin bu vaxt küçəyə çıxmışdır. Elçin getdikdən təxminən 3 dəqiqə sonra o, küçədən atəş səsi eşitmişdir. O, dərhal həyətə getdikdə Elçinin həyətin giriş qapısının qarşısında, içəri tərəfdə yerdə oturduğunu və başından qan gəldiyini görmüşdür. O, Elçindən nə baş verdiyini xəbər almışdır. Elçin ona demişdir ki, Əlirzanın oğlu tüfənglə vurmuşdur. Bundan sonra kömək edərək Elçini yerdən qaldırmışdır. Daha sonra evə gedərək Naili və Yasəməni yuxudan oyatmışdır. Daha sonra X9 rayon xəstəxanasına aparmışdır. Təqsirləndirilən şəxsnın müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahidin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı 12 sentyabr 2023-cü il tarixli, 188 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs «məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – Başın sol gicgan nahiyyəsinin səthi yarası, dərialtı hematoması odlu silahdan açılan atəşin təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitə uyğun gəlir. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir». Maddi sübutların ekspertizası ilə bağlı 26 sentyabr 2023-cü il tarixli, 640/2023- MTBŞ nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, «1-Zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Abeta/(İİ) 2-Ekspertizaya təqdim olunan 01 ədəd çınqıl daşı və bərkimiş torpaq hissələri üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız «A» antigeni alındı. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər». Məhkəmə ballistik ekspertizası ilə bağlı 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2- 3/1457 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «İ.Tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 12 kalibrli, “MЦ 21-12” modelli, “8711054” №-li, daxili çaxmaqlı, təklüləli, yarımavtomatik (özüdolduran) tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəşə yararlıdır. İİ.Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır, atəş üçün yararlıdır, pistonlarında silahın vurucusunun izi yoxdur. İİİ.Tədqiqata təqdim edilmiş 01 ədəd giliz 12 kalibrli olub həmin kalibrə malik yivsiz ov tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış patronların hissəsidir-gilizidir. Həmin giliz “MЦ 21-12” modelli, “8711054” №-li ov tüfəngindən atılmışdır». H-19 №-li xx.xx.2009-cu ildə verilmiş şəhadətnamənin surətindən görünür ki, MЦ- 21-12/ 12 kalibrli 11054 №-li ov silahı saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün şəhadətnamə əsasında Neftçala rayonu Qaçaqkənd kəndində yaşayan X1 verilmişdir. 01 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Neftçala rayonunun Qaçaqkənd kənd sakini Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* №-li cinayət işi başlanılmışdır. Neftçala Rayon Məhkəməsinin 03 sentyabr 2023-cü il tarixli qərarı ilə Neftçala rayon prokurorunun təqdimatı təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Neftçala Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 4(053)- 46/2023 nömrəli iş üzrə 03 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri eyni müddətdə, yəni 01 dekabr 2023-cü il tarixinədək “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz olunmuş, Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. 04 noyabr 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir. “Doğum haqqında” şəhadətnamələrin surətindən görünür ki, X5 23 oktyabr 2020-ci ildə, X2 isə 25 iyul 2022-ci ildə doğulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin tam ödənildiyini, heç bir şikayət tələbi olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, eləcə də barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344–348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan MÇ-21-12, markalı, 12 kalibrli, lülə nömrəsi ******* olan ov tüfəngi, 2 ədəd patron və 1 ədəd giliz qərar qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan üzərində qanabənzər ləkələr olan torpaq nümunələri qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-5/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-5/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver