Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-5/2025 12.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1985-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala şəhəri, H.Əliyev prospektində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, 08 – 10 sentyabr 2024-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 10 sentyabr 2024-cü il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında, günü istintaqa məlum olmayan tarixdə yaşadığı ünvan 1ndəki evin həyətyanı sahəsində, mişar daşları ilə əhatə olunmuş yerdə torpağı şumlayıb, istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 3 ədədini yetişdirərək kultivasiya etmiş, 08 sentyabr 2024-cü il tarixdə, saat 10 radələrində həmin bitkiləri kökündən çıxarıb gövdə və budaq hissələrinə ayırmaqla gələcəkdə istifadə etmək məqsədi ilə evin zirzəmisində sintetik kisədə yığıb saxlamış, 08 sentyabr 2024-cü il tarixdə, saat 13:20 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala şəhəri, H.Əliyev prospektində saxlanıldıqdan sonra yaşadığı evə baxış keçirilərkən evin zirzəmisindən yaş vəziyyətdə 3 ədəd, xeyli miqdarda narkotik tərkibli əkib - becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri, eləcə də həmin çətənə (kannabis) bitkilərinin yaş vəziyyətdə 28 ədəd gövdə və budaq hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1ndə ailəsi ilə birlikdə yaşayır. Hərdən narkotik vasitə olan marixuana çəkir, çəkdiyi marixuanaların toxumlarını da özündə saxlamışdır. 2024-cü ilin aprel ayının əvvəllərində həmin toxumları ünvan 1ndə yaşadığı fərdi yaşayış evinin bağ sahəsinə əkmiş, həmin toxumlardan üç ədədi cücərmişdir. O, həmin toxumları əkərkən diblərinə peyin tökmüş, sonra da həmin toxumların yanmaması və yaxşı inkişaf etməsi üçün tez - tez toxumlara su vermişdir. Həmin kollar böyüdüyü üçün xx.xx.2024-cü il tarixdə, saat 10:00 radələrində kötüyündən çıxardıb gövdə və budaq hissələrinə ayırmaqla gələcəkdə istifadə etmək məqsədi ilə evin zirzəmisində sintetik kisədə yığıb saxlamışdır. Sonra da Neftçala şəhərində işi olduğu üçün şəhərin H.Əliyev prospektinə gəlmişdir. Həmin gün saat 13:20-də 3 nəfər əllərində mobil telefonun video kamerası ilə çəkliş edəedə ona yaxınlaşmışlar. Özlərinin polis əməkdaşı olduqlarını, onda narkotik vasitə olduğunu bildirmişlər. O, polis əməkdaşlarına üzərində narkotik vasitə olmadığını, evində olduğunu bildirmişdir. Polis əməkdaşları onlarla birlikdə çəkiliş edə-edə yaşadığı evə gəlmişlər. Evin zirzəmisinə sərdiyi 3 ədəd çətənə bitkiləri, 28 ədəd isə həmin bitkilərin gövdə və budaq hissələrini polislərə təqdim etmişdir. Təqdim etdiyi bitki və hissələri polis əməkdaşları tərəfindən ağ rəngli kisədə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra onu Neftçala RPŞ-yə gətirmişlər. Neftçala RPŞ-də təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə onun üzərinə və ağ kisəyə qablaşdırılmış çətənə bitkiləri, eləcə də hissələrə baxış keçirmişlər. Əlavə olaraq qeyd edir ki, 3 ədəd çətənə bitkilərini yaşadığı evin həyətyanı sahəsinə əkmiş, 28 ədəd gövdə və budaq hissələrindən ibarət bitki hissələrini isə əkdiyi 3 ədəd çətənə bitkilərinin hissələrindən qurutmaq üçün qırıb toplamışdır. O, heç vaxt kiməsə narkotik vasitə satmamış, pay verməmiş, bədənində olan ağrıları sakitləşdirmək üçün çətənə bitkilərini özü istifadə etmək məqsədi ilə əkmişdir. O, yalnız narkotik vasitə marixuanadan istifadə edir, həyətyanı sahəyə çətənə bitkiləri əkməsindən hər hansı bir şəxs və şəxslərin məlumatları olmamışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 08 sentyabr 2024-cü il tarixdə ünvan 1ndə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyi və yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmiş, raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 13:20 radələrində Təqsirləndirilən şəxs Neftçala şəhəri, H.Əliyev prospektində piyada hərəkət etdiyi vaxt müşahidə edib, videoçəkiliş ilə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitə istifadə etməsi və yaşadığı evdə narkotik tərkibli bitkilərin əkilibbecərilməsində şübhəli olduğunu izah etdikdən sonra üzərində narkotik vasitə olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində narkotik vasitə olmadığını, lakin ünvan 1ndə yerləşən özünə məxsus fərdi yaşayış evinin bağçasında əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərini, torpaqdan çıxardaraq qurutmaq üçün evinin zirzəmisinə yığdığını, həmin bitkiləri təqdim edə biləcəyini demiş və yaşadığı fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə sonuncunun ünvan 1ndə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olmuşlar. Təqsirləndirilən şəxs onları evin zirzəmisinə apararaq orada yaş vəziyyətdə 3 ədəd kökü üzərində olan narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkiləri, eləcə də budaq və gövdə olmaqla 28 ədəd bitki hissələrini təqdim edərək, həmin bitkiləri özü istifadə etmək məqsədi ilə əkib-becərdiyini, xx.xx.2024-cü il tarixdə, saat təxminən 10:00 radələrində bitkiləri çıxararaq qurutmaq üçün evinin zirzəmisinə yığdığını, aşkar edilmiş 28 ədəd bitki hissəsinin də həmin bitkilərdən qıraraq ayırdığını demişdir. Bundan sonra aşkar edilmiş 03 ədəd bitkilər və 28 ədəd bitki hissələri 01 ədəd sintetik kisədə qablaşdırılıb DİN-in “203” saylı möhürü ilə möhürlənib götürülmüşdür. Tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və polis əməkdaşları protokola imza çəkmişlər. Təqsirləndirilən şəxs aşkar edilmiş bitkilərlə birlikdə rayon polis şöbəsinə gətirib, növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təyin edilmiş, daha sonra müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə aşkar edilmiş bitkilərə və bitki hissələrinə baxış keçirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri istifadə etmək üçün yaşadığı evin baxçasında əkdiyini, xx.xx.2024-cü il tarixdə bitkiləri kökündən çıxararaq budaqlarının bir qismini qırıb, hamısını quruması üçün evinin zirzəmisinə yığdığını bildirmişdir. Təhqiqatçı tərəfindən aşkar edilmiş bitkilər və hissələri təkrar qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib edilmiş, protokol düzgün yazıldığı üçün o da digər iştirakçılar kimi protokola imza çəkmişdir. xx.xx.2024-cü il tarixdə istintaqı aparan Elvin Həmidovun, aqronom-mütəxəssis Vidadi Bağırovun, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs evinin zirzəmisindən aşkar edilmiş bitkilərə və yaşadığı evin həyətinə təkrar baxış keçirilmişdir. Baxış nəticəsində aqronom-mütəxəssis həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmiş və rəy yazaraq təqdim etmişdir. Daha sonra Elvin Həmidov tərəfindən bitkilər təkrar qablaşdırılıb, protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 və Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2024-cü il tarixdə, saat təxminən 11 radələrində Neftçala Rayon Polis Şöbəsinin qarşısından keçərkən polis əməkdaşları ona xx.xx.2024-cü il tarixdə Neftçala şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən 03 ədəd yaş halda kökü üzərində narkotik tərkibli çətənə bitkiləri və 28 ədəd həmin bitkilərin hissələrinin aşkar edilərək götürüldüyünü, bitkilərə və hissələrinə aqronom-mütəxəssisin iştirakı ilə baxış keçiriləcəyini, onun da hal şahidi kimi həmin baxışda iştirak etməsini bildirmişlər. O da polis əməkdaşları ilə razılaşmış və polis şöbəsinə daxil olmuşdur. Orada polis əməkdaşlarının, aqronom-mütəxəssisin, müdafiəçinin, Təqsirləndirilən şəxs və digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs əkib-becərdiyi bitkilərə və həmin bitkilərin hissələrinə baxış keçirilməsi üçün 01 ədəd sintetik kisə açılmışdır. Həmin kisədə olan 03 ədəd yaş halda kökü üzərində narkotik tərkibli çətənə bitkiləri və 28 ədəd həmin bitkilərin hissələri kisənin içərisindən çıxarılmışdır. Aqronom-mütəxəssis həmin bitkilərə baxış keçirmişdir. Daha sonra Təqsirləndirilən şəxs bitkiləri əkib-becərdiyi həyətyanı sahəsinə getmişlər. Aqronom orada Rəşadın bitkiləri əkdiyi torpağa da baxış keçirmişdir. Nəticədə aqronom Təqsirləndirilən şəxs həmin bitkilərə qulluq etdiyini bildirmiş və bu barədə rəy yazaraq təqdim etmişdir. Bununla bağlı protokol tərtib edilmiş, protokol düzgün yazıldığı üçün o da digər iştirakçılar kimi protokola imza çəkmişdir. Şahid qismində dindirilmiş Şahid5 Şahid4 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, xx.xx.2024-cü il tarixli, 18/793 nömrəli Məhkəmə-bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: «...Təqsirləndirilən şəxs fərdi yaşayış evinin zirzəmisindən...» sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torbada: - cəmi 3 ədəd yaş vəziyyətdə ümumi çəkisi – 465,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir; - həmin sintetik torbada cəmi 28 ədəd yaş vəziyyətdə ümumi çəkisi – 2830,0 qram olan bitki hissələri (gövdə və budaqlar) çətənə (kannabis) bitkilərinin hissələridir, həmin hissələrin tərkibində narkotik aktivliyə malik komponentlər vardır; Təhqiqata təqdim edilmiş 3 ədəd çətənə bitkiləri və cəmi 28 ədəd çətənə hissələri (gövdə və budaqları) tərkiblərinə görə eynidir. xx.xx.2024-cü il tarixli, 18/842 nömrəli əlavə Məhkəmə-bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: «...Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən...» sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torbadakı bitkilərə aqronom (mütəxəssis) rəyinə əsasən aqrotexniki qulluq edilmişdir. xx.xx.2024-cü il tarixli, 747 nömrəli narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Neftçala rayonu İcra Hakimiyyəti Başçısının Neftçala şəhər İƏDÜN-nin xx.xx.2024cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X1 adlı yetkinlik yaşına çatmayan və xx.xx.2011-ci il təvəllüdlü X2 adlı azyaşlı övladı vardır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan və bir nəfər azyaşlı uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis şöbəsində saxlanılan, 03 (üç) ədəd yaş vəziyyətdə müvafiq ekspertiza tədqiqatından sonra qalan, qalıq çəkisi 464,85 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri, eləcədə 28 (iyirmi səkkiz) ədəd yaş vəziyyətdə müvafiq ekspertiza tədqiqatından sonra qalan, qalıq çəkisi 2828,60 qram olan narkotik tərkibli bitki hissələri (gövdə və budaqlar) çətənə (kannabis) bitkilərinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 – 10 sentyabr 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «Həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, 03 (üç) ədəd yaş vəziyyətdə müvafiq ekspertiza tədqiqatından sonra qalan, qalıq çəkisi 464,85 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri, eləcədə 28 (iyirmi səkkiz) ədəd yaş vəziyyətdə müvafiq ekspertiza tədqiqatından sonra qalan, qalıq çəkisi 2828,60 qram olan narkotik tərkibli bitki hissələri (gövdə və budaqlar) çətənə (kannabis) bitkilərinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-5/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-5/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver