Məhkəmə qərarları › İş №1(053)-50/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-50/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-50/2023 18.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aparatının böyük məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi X1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 2001-ci ildə Neftçala rayonu, Ballıcallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Neftçala rayonu, Ballıcallı kəndində qeydiyyatda olan, Neftçala rayonu, Boyat kəndində yaşayan, 27 – 29 mart 2023-cü il tarixləri üzrə tutulmuş, 29 mart 2023-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının sonunda günü istintaqa məlum olmayan tarixdə saat 11 radələrində Neftçala rayonunun Boyat kəndində yaşadığı fərdi yaşayış evindəki yataq otağında çarpayının üzərində xx xxxxxx 2008-ci il təvəllüdlü on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı ilə arxa keçəcək vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla cinsi ehtirasını təmin edib ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə saat 11 radələrində Neftçala rayonunun Boyat kəndində yaşadığı fərdi yaşayış evindəki yataq otağında çarpayının üzərində xx xxxxxx 2008-ci il təvəllüdlü on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı ilə arxa keçəcək vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla cinsi ehtirasını təmin edib ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının sonunda günü istintaqa məlum olmayan tarixdə saat 11 radələrində Neftçala rayonunun Boyat kəndində yaşadığı fərdi yaşayış evindəki yataq otağında çarpayının üzərində xx xxxxxx 2008-ci il təvəllüdlü on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı ilə arxa keçəcək vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla cinsi ehtirasını təmin edib ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə saat 11 radələrində Neftçala rayonunun Boyat kəndində yaşadığı fərdi yaşayış evindəki yataq otağında çarpayının üzərində xx xxxxxx 2008-ci il təvəllüdlü on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı ilə arxa keçəcək vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla cinsi ehtirasını təmin edib ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək Neftçala rayonu, Ballıcallı kəndində qeydiyyatda olduğunu, lakin ailə üzvləri ilə birlikdə faktik olaraq Boyat kəndində yaşadığını bildirmişdir. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayından tanıyır. Onu yolda görmüş və maraqlandıqdan sonra tanış olmaq qərarına gəlmişdir. Ona yaxınlaşıb tanış olmaq istədiyini bildirmiş, o, da razılıq verdikdən sonra ***-***-**-** saylı mobil nömrəsini kağızda ona vermişdir. Nömrəni verdikdən bir neçə gün sonra Aysu «WhatsApp» vasitəsilə ona mesaj yazmağa başlamışdır. Bildirmişdir ki, telefon onun anasınındır. Beləliklə onlar danışmağa başlamışlar. Aysu məktəbdən çıxanda onu görmüş, bir dəfə də yaxınlaşıb söhbət etmişdir. Bildirir ki, Aysuya qarşı münasibəti ciddi olub. Aysunu anası öyrədərək ona qarşı belə iftiralar atır. O, Aysu ilə evə getməyib. Eyni kənddə yaşadıqları üçün Aysunun onun yaşadığı evi tanıması da normaldır. Aysunu yaşadığı evə aparmaq fikri ağlına gəlsə də, onunla evə getməmişdir. Bildirir ki, Aysunu səmimi olaraq sevmişdir. Ona qarşı qeyri-etik hərəkətlər etməyib. Aysunu anası bu cür təlimatlandırmış və onun təsiri altında Aysu istintaqda ona qarşı belə ifadə verməyə məcbur olmuşdur. Əslində isə onun barəsində bildirilənlər həqiqət deyil. Bütün bunları ona anası Təranə öyrədib. Buna səbəb isə Təranənin həyasız olması və kənddə onu gözü götürməməsidir. Təranəyə əsasən toxunan onun Aysudan 60 manat, sonra isə 100 manat borc pul alması olub. Aysudan 60 manat məbləğində pul almasına səbəb onun borcunun olmasıdır. Bundan əlavə Aysudan 100 manat da almasını etiraf edir. Çünki, həmin ərəfələrdə telefonu xarab olmuşdur. Buna görə Aysu özü ona pul təklif etmiş və pulun özünün olduğunu demişdir. O, sonradan bilmişdir ki, həmin pul Aysunun məşğələ pulu imiş. Həmin 100 manat da sonradan anası tərəfindən qaytarılıb, yəni həmin pul Hüseynqulunun dükanına qoyulmuş və pulu oradan Aysunun özü götürmüşdür. Qalan 60 manatı isə dayısı oğlu Vamiqin vasitəsilə göndərmişdir. O, 2022-ci ilin sentyabr ayının sonlarında, oktyabr ayının əvvəllərində və sonlarında, eləcə də noyabr ayının əvvəllərində Aysu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmayıb. Aysu anasının qorxusundan belə deməyə məcbur olub. Təranə Aysu barəsində yayılmış xoşagəlməz söz-söhbətlərə son qoyulması üçün hadisəni onun boynuna atmaq istəyir. Zərərçəkmiş şəxs onunla əlaqədə olarkən bədənində cinsiyyət orqanına yaxın yerdə cərrahi əməliyyat izi görməsi barədə dedikləri onunla «WhatsApp» vasitəsilə görüntülü danışıq zamanı və ya nə vaxtsa söhbətləri zamanı bu barədə özünün ona deməsi və onun da bunu yadda saxlaması ilə əlaqələndirir. Əslində Aysu onun bədəni üzərində hər hansı bir xəsarət izini görməyib. Qeyd edir ki, Zərərçəkmiş şəxs evlənmək məqsədilə ilə sevmiş, onunla münasibət qurmuş, həmçinin tanış olduqda 8-ci sinifdə oxumasını və 14 yaşına çatmadığını bilmişdir. Həmin yaşda ailə qurmasının mümkün olmadığını da bildiyindən, Aysunun yaş həddini gözləyəcəkmiş. Bir daha qeyd edir ki, Aysu azyaşlı olduğundan o, ifadəsini anasının təsiri ilə həqiqətə uyğun olmayan formada vermişdir. Qanuni nümayəndə onu şərləyir, buna səbəb isə onun qızının hansısa böyük səhvi olması və ondan pul aldığı üçün ona pis təsir etməsidir. Hesab edir ki, Aysu onunla tanış olmazdan əvvəl kimsə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. O, isə Aysu ilə sonuncu tanış olan şəxsdir. Bu məsələ tam araşıdırılmadan onun təqsirləndirilməsinin düzgün olmadığını bildirir. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə və Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aparatının böyük məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi X1 iştirakı ilə dindirilmiş xx xxxxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Neftçala rayonu, Ballıcallı kəndində yaşayır. Hazırda Neftçala rayonu Bəhruz Həşimov adına tam orta məktəbdə təhsil alır. Neftçala rayonu Boyat kənd sakini olan Təqsirləndirilən şəxs tanıyır. Onunla arasında heç bir ədavət və ya düşmənçilik yoxdur. Hər ikisinin yaşadığı kəndlər qonşu və yanaşı olmaqla eyni inzibati ərazi nümayəndəliyinin tərkibindədir. Müxtəlif fənnlər üzrə ali məktəbə hazırlıq məşğələlərinə gedir. 2022-ci ilin avqust ayının sonlarından etibarən yəni, Azərbaycan dili fənnindən məşğələyə gedib-gələrkən yolda Rafətlə tanış olmuşdur. Rafət 2001-ci il təvəllüdlüdür. Məşgələlərə gedib-gələrkən Rafət ona yaxınlaşmış və onunla tanış olmaq istədiyini bildirdiyi üçün onun təklifi ilə razılaşmışdır. Rafət demək olar ki, hər gün kənd yolunda ona yaxınlaşmış, onunla söhbətləşmiş və söhbət əsnasında onu bəyəndiyini, ondan xoşu gəldiyini bildirmişdir. Bir müddət sonra Rafətin dəvəti ilə onunla birlikdə Boyat kəndində yaşadığı evə getmişdir. Günün tarixini dəqiq yadda saxlamasa da xatırlayır ki, günün vaxtı saat etibarilə təxminən səhər 10 – 11 arası olmuşdur. Rafət onu evə söhbət edib, biribirilərini tanımaq üçün çağırdığını demişdir. Lakin evə gəlib çatandan sonra Rafət onun boynunu öpmüş, qucaqlayaraq ondan xoşu gəldiyini, sevdiyini və onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini demişdir. Rafətin bu təklifi ilə əvvəlcə razılaşmamış, lakin, o dediyinin üstündə durub bunu ondan bir neçə dəfə, təkrar-təkrar tələb etdikdən sonra ona inanaraq razılıq vermişdir. Razılaşmasına digər səbəb isə Rafətin dediklərinin ona çox maraqlı gəlməsi və sevməsinə inanması olubd. Evin Rafətə aid yataq otağına keçmişlər və orada özü əynindəki şalvarı aşağı çəkmişdir. Rafət isə yataqda ona yaxınlaşaraq cinsiyyət orqanını onun arxa dəliyinə keçirmişdir. Təxminən 5 dəqiqədən sonra Rafətin cinsiyyət orqanından çıxan ağ rəngli mayeni əvvəl özü öz gözləri ilə görmüş və daha sonra isə onu öz bədən səthi üzərində yəni, arxa yan tərəfində dərisinin üzərində hiss etmişdir. O, Rafətin evində təxminən yarım saat qaldıqdan sonra evdən çıxıb getmişdir. Rafət özü isə evdə qalmışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində yenə də Rafətin evində saat 11 radələrində, 2022-ci ilin oktyabr ayının sonlarında saat 11 radələrində, habelə 2022-ci ilin noyabr ayının əvvəlində saat 11 radələrində Rafət arxadan, qeyri-təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Rafət hər dəfə onu sevdiyinə inandıraraq, hələlik bu cür cinsi əlaqədə olmaq istədiyni, bu barədə heç kimə deməməsini bildirmiş, o, da Rafətə inanaraq onunla eyni üsulla cinsi əlaqədə olmuşdur. Rafətlə arxadan, qeyri-təbii yolla cinsi əlaqədə evlərindəki yataq otağındakı çarpayıda olmuşlar. Münasibətləri müddətində Rafət ondan iki dəfə, yəni bir dəfə 60 manat, növbəti dəfə isə 100 manat olmaqla, 160 manat məbləğində borc pul almışdır. Həmin pulları Hüseynqulu adlı şəxsin Ballıcallı kəndində yerləşən mağazaya qoymuş və beləcə Rafət də pulları oradan götürmüşdür. Rafət ondan pul almasına səbəb kimi işsiz olduğunu, pula ehtiyacının olduğunu, ona görə də ona pul lazım olduğunu, həmçinin onu sevməsini göstərmişdir. Ona görə də inanıb pulu Hüseynqulunun ticarət obyektinə qoymuşdur. Hüseynqulu da Rafətin qohumudur. O, valideynləri tərəfindən ona məşğələ müəllimlərinə verilməsi üçün verilən pulları Rafətə borc vermişdir. 2023-cü ilin yanvar ayının 21-də Neftçala RPŞ-nin əməkdaşları onu anası Qanuni nümayəndə ilə birlikdə Neftçala Rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada baş vermiş bütün hadisələr barədə anasının iştirakı ilə polis əməkdaşlarına məlumat vermişdir. Daha sonra həmin pulları anası onlardan almışdır. Baş vermiş hadisələr barədə ondan və Rafətdən başqa heç kim heç nə bilməmiş və heç kim heç nəyi görməyib. O, Rafətlə 4 dəfə onun Neftçala rayonu, Boyat kəndində yaşadığı evin yataq otağında həmişə də eyni vaxtda olmaqla yəni, səhər saat 10 – 11 radələrində cinsi əlaqədə olmuşdur. Rafət öz cinsiyyət orqanını onun arxa dəliyinə keçirməklə onunla cinsi əlaqədə olmuşdur. Bu zaman ilk dəfə bədənində ağrı hissə etsə də sonradan tam eyni ağrını hiss etməmiş, hər dəfə bu cür əlaqədə olarkən Rafətin cinsiyyət orqanından ağ rəngli maye ifraz olunduğunu görmüş və hiss etmiş, Rafətdən başqa heç kimlə heç bir formada cinsi əlaqədə olmamışdır. Rafət onunla qeyri-təbii yolla cinsi əlaqədə olarkən ona hər hansı bir zor tətbiq etməyib. O, sadəcə Rafətin vədlərinə aldanaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasına razılaşmışdır. Əlaqədə olarkən onun bədəninin sağ və ya sol tərəfində cərrahiyyə əməliyyatının izi olduğunu görmüşdür. Digər izi və ya xalı olmasını xatırlamır. Rafət ondan pulu hər hansı bir hədə-qorxu gəlmədən borc kimi istəmiş, Rafətin onu sevməsinə inanaraq pulu borc olaraq ona vermiş və qaytaracağına inanmışdır. Qeyd edir ki, Rafət barəsində istər müstəntiqə, istərsə də məhkəməyə bildirdikləri tam həqiqətdir. Onun orta məktəbin 8-ci sinfində təhsil almasını Rafət ilk tanışlıqlarında, hələ onunla qeyri-təbii yolla cinsi əlaqədə olmazdan əvvəl bilmişdir. Rafətlə ata tərəfdən qohumluqları olsa da, heç vaxt onlara gediş-gəlişləri olmayıb, qeyd etdiyi kimi, yalnız Rafətin dəvətindən sonra onlara getmişdir. Rafətgilin geniş və üzüm olan həyətlərini xatırlayır. Həmçinin qeyd edir ki, evləri iki mərtəbəli olmaqla, giriş qapısı qara rəngli olmuş, evin santiar qovşağı (hamam və tualet) həyətdə, evin ikinci mərtəbəsində üç otaq yerləşməklə, onlardan ikisi yataq otaqları olmuş, kondisioner yataq otağında deyil, evin şüşəbəndli giriş hissəsində quraşdırılmış, yataq otaqlarının birində tək çarpayı, digərində isə iki nəfərlik çarpayı olmaqla, iki nəfərlik çarpayının sol tərəfində şüşəli servant yerləşmiş və Rafət həmin iki nəfərlik çarpayısı olan yataq otağında onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Əlaqədən sonra Rafətin özünün verdiyi salfetlə təmizlənmişdir. Rafət hər dəfə onu evlərinə dəvət edərkən evlərində heç kəs olmamış, ona valideynlərinin Bakı şəhərində olduqlarını demiş və məhz Rafət özü hər dəfə saat 11 radələrində görüşmələrini, habelə onunla bu üsulla, yəni qeyritəbii yolla cinsi əlaqədə olmasını istəmiş, o, da buna etiraz etməmişdir. Hazırda təqsirləndirilən şəxsi bağışlamış, ona qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə da təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Qanuni nümayəndə işin məhkəmə baxışı zamanı şahid qismində dindirilərkən ifadəsində ailəsi ilə birlikdə Neftçala rayonu Ballıcallı kəndində qeydiyyatda olmaqla orada yaşadığını bildirmişdir. Aysu onun qızıdır və hazırda orta məktəbin 9-cu sinfində oxuyur. O, ali məktəbə dərs hazırlığı üçün məşğələ təşkil edən müəllimlərin yanına gedir. Bildirir ki, məşğələ müəllimlərinə çatacaq pulları əksər hallarda qızı Aysuya vermişdir ki, müəllimlərinə versin. Bu məqsədlə Aysuya sonuncu dəfə 160 manat məşğələ pulu veribdir. Qeyd edir ki, Aysunun ona ingilis dili müəlliməsinin məşğələ pulunu vaxtından əvvəl istəməsini deməsi onun bir qədər diqqətini cəlb etmiş, yolda müəllimi görüb ondan Aysunun hazırlıq vəziyyətini, həmçinin məşğələ pulunun vaxtından əvvəl istəməsinin səbəbini soruşmuşdur. Müəllim bildirmişdir ki, Aysu ona pul verməyib. Bundan sonra Aysunun bütün məşğələ müəllimlərinə telefonla zəng edərək onlardan məşğələ pullarının verilib-verilmədiyini soruşmuşdur. Müəllimlərin hər biri həmin ay üçün ödənilməli olan məşğələ pullarının onlara verilmədyini bildirmişlər. Bundan əsəbiləşmiş və evə gələrək Aysudan müəllimlərin pulunu niyə vermədiyini soruşmuşdur. Aysu da əvvəl susmuş, cavab verə bilməmiş, bir az danladıqdan sonra bildirmişdir ki, pulu tanış olduğu Rafət adlı şəxsə ayrı-ayrı vaxtlarda borc kimi verib. O, Aysunu yenə da danlamışdır ki, Rafət kimdir ki, ona pul verir və beləcə Aysunun danışığından şübhələnmişdir. Sonra Aysu ona etiraf etmişdir ki, Rafətlə hazırlığa gedən vaxt tanış olmuşdur. Onu sevir. 2022-ci ilin oktyabr–noyabr aylarında Rafətin və özünün istəyi ilə Boyat kəndində Rafətin yaşadığı evdə bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. O, bunu eşidən kimi dərhal polisə məlumat vermişdir. Çünki həmin zaman onun qızının 14 yaşı tamam olmamışdır. Rafət isə ondan yaşca çox böyükdür. Bu barədə daha sonra Rafətin ailə üzvlərinə məlumat vermişdir. Onlar da gətirib 160 manat pulu qaytarmışlar. Aysunun dediyinə görə Rafət həmin pulu borc kimi problemləri olduğundan almışdır. Polisə şikayət etməsinin əsas səbəbi isə Rafətin qızı Aysudan pul alması olub. Şahid ona verilmiş müvafiq suallara cavab olaraq Asunun telefonunu daim izlədiyini, bu hadisəyə qədər telefonunda hər hansı xoşagəlməz hallara rast gəlmədyini, Aysunun telefonunda Rafətin adını, yəni telefon nömrəsini «dostum» kimi qeyd etdiyini, həmin nömrənin Rafətə məxsus olduğunu sonradan bildiyini, Rafətlə Aysu arasında olanları daha ətraflı polis şöbəsində araşdırma aparılarkən bildiyini, sonradan telefonda Rafətin ona göndərdiyi «mənim sənə ehtiyacım var. Bizə gələ bilərsənmi?» məzmunlu mesajını gördüyünü və bundan əsəbiləşərək telefonu vurub sındırdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Şahid1 məhkəmə baxışı iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşin ibtidai istintaqı zamanı Şahid1 ailəsi ilə birlikdə Neftçala rayonu, Ballıcallı kəndində qeydiyyatda olmaqla orada yaşadığını, Neftçala rayonu B.Həşimov adına Boyat kənd tam orta məktəbinin musiqi müəllimi işlədiyini, Aysunu onun şagirdi olduğu üçün tanıdığını, Rafəti də tanıdığını, onun isə neçə vaxtdır ki, Bakıda yaşadığını, Rafətlə Aysu arasında hər hansı münasibətin olmasından heç bir məlumatının olmadığını, Rafətin Aysu ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, özünün məktəbin qarşısında balaca bir obyekti olduğunu və orada məktəblilər üçün qida məhsulları satıldığını, Aysunun təxminən 2022-ci ilin oktyabr ayında ona 50 manat pul verdiyini və həmin pulu Rafətin götürəcəyni bildirdiyini, sonra da Rafətin gəlib həmin pulu istəyib götürdüyünü, Aysunun bundan əlavə mağazaya bir dəfə də 100 manat pul qoyduğunu, onu da Rafətin götürdüyünü, Rafətlə Aysunun bir-biriləri ilə uzaq qohum olduqlarını, pulla bağlı onlardan heç bir şey soruşmadığını, o cümlədən Aysunun pulu niyə verdiyini və nə üçün verdiyini bilmədiyni, bu hadisənin cəmi iki dəfə baş verdiyini, Aysunun anası Təranənin mağazaya gəlib Aysunun mağazaya pul qoyub-qoymadığını soruşduğunu, həmin vaxtı orada arvadının olduğunu və arvadının Təranəyə Aysu tərəfindən mağazaya 2 dəfə pul qoyulduğunu, həmin vaxt Təranə narazılıq etdiyi üçün arvadının onu çağırdığını, o, da gəlib Təranəyə burada onluq bir şey olmadığını izah etdiyini, Təranənin bundan sonra çıxıb getdiyini, sonra Rafətlə Aysunun münasibətini öyrənəndə niyə belə etdiyini anladığını, heç bir tərəflə qohumluq münasibətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin öz cinayətini etiraf etmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sənədlərlə tam təsdiq olunur. Şəxsiyyət vəsiqəsinin (AZE seriyalı ******** nömrəli) surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2008-ci ildə Neftçala rayonu, Ballıcallı kəndində doğulmuşdur. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 24 yanvar 2023-cü il tarixli 13 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs ilə tək-tək hallarda arxa keçəcək vasitəsilə cinsi əlaqədə olunmuşdur. Düz bağırsağın sfinktorunun pozulması bunu sübut edən əlamətlər hesab olunur. Məhkəmə-psixoloji ekspertizasının 11 aprel 2023-cü il tarixli 972 saylı rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin aləmə yönəlməsi). Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 01 may 2023-cü il tarixli 169 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1.2 Təqsirləndirilən şəxs sol qasıq çüxuru nahiyəsində «varikosell»ə əlaqədar keçirilmiş postoperasion çapıq vardır. Digər xarakterli çapıq, xəsarət və ya xəsarət izi aşkar edilmədi. 3. Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi». Məhkəmə həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır. Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs heç vaxt onun evində olmayıb. Bununla əlaqədar Zərərçəkmiş şəxs məhkəmə iclasında suallar verilmiş, cavabında o, evin nəyinki çöldən görünməsi mümkün olan həyəti, hətta evin içərisi, o cümlədən birinci və ikinci mərtəbələri, otaqların sayı və quruluşu, mebellər, ayaqyolunun, hətta kondisionerin belə harada olması barədə ətraflı məlumat vermişdir. Qeyd olunanlar Zərərçəkmiş şəxs cinayətin xüsusatları ilə bağlı məhkəməyə bildirdiklərinin həqiqətə uyğun olmasını, o cümlədən onun Təqsirləndirilən şəxs yaşadığı evdə bir neçə dəfə olması halını təsdiq edir. İşin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə olması zamanı sonuncu onunla arxa keçəcək vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xüsusatları ilə bağlı məhkəməyə bildirdikləri (cinayət əməllərini törətməsini etiraf etməməsi) qeyrisəmimi olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür, onun ifadələri isə iş materialları ilə tamamilə təkzib edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, zərərçəkmiş şəxslə və sonuncunun qanuni nümayəndəsi (anası) ilə barışıq əldə etdiyini, sonuncuların ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 – 29 mart 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 oktyabr 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar