Məhkəmə qərarları › İş №1(053)-51/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-51/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-51/2025 17.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1967-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, 07 – 09 may 2025-ci il tarixləri üzrə tutulmuş, 09 may 2025-ci il tarixdə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 7,72 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, 07 may 2025-ci il tarixdə saat 21.50 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli gödəkcənin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 7,72 qram təşkil edən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, fərdi əməklə məşğul olmaqla ailəsini dolanacağını təmin edir. 30 aprel 2025-ci il tarixdə saat 10 radələrində yaşadığı Neftçala şəhərində Kür çayının sahilinə balıq ovuna getmişdir. Orada yulğun kollarının arasında sellofan bükülü diqqətini cəlb etmişdir. Ona maraqlı gəldiyi üçün həmin bükülünü yerdən götürmüş və açıb baxdıqda görmüşdür ki, içərisində kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə var. Arabir narkotik vasitələrdən istifadə etdiyi üçün onu dərhal tanımış və istifadə etməsi üçün cibinə qoymuşdur. Daha sonra isə həmin sellofan bükümü yaşadığı evin yaxınlığında gizlətmişdir. 07 may 2025-ci il tarixdə saat 21.50 radələrində Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində olduğu zaman içərisində qurudulmuş marixuana olan sellofan büküm əynindəki boz rəngli gödəkcənin sol yan cibində olub. Həmin vaxt mülki geyimdə olan şəxslər videoçəkilişlə ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə məlumatları olduqları üçün saxladıqları yerdə üzərinə baxış keçirmişlər. Baxış zamanı əynindəki boz rəngli gödəkcənin sol yan cibindən 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra isə onu Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində təhqiqatçı ona müdafiəçi barədə hüquqları izah etmiş, müdafiəçi siyahısı ona təqdim edilmiş, maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmişdir. Bundan sonra barəsində şübhəli şəxs kimi tutma qərarı tərtib olunmuşdur. Bütün bunlar videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana sellofan bükülü ilə birlikdə kağız zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, o və Müdafiəçi protokolu və narkotik vasitə qoyulan zərfi imzaları ilə təsdiq etmişlər. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala Rayon Polis Şöbəsinin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 07 may 2025-ci il tarixdə saat 21.50-də Neftçala şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli bilinərək Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində videoçəkilişlə saxlanılıb üzərinə baxış keçirilməsində onunla birlikdə Neftçala Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 da iştirak edib. Videoçəkilişlə saxlanıldığı yerdə üzərinə baxış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkcənin sol yan cibindən polietilen bükülünün içərisində olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs o, və Şahid2 tərəfindən Neftçala Rayon Polis Şöbəsinə gətirilib. Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəçisi kimi Neftçala rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim edilmişdir. Bundan sonra Təhqiqat bölməsinin təhqiqatçısı Müşfiq Abdullayevin rəhbərliyi altında Neftçala Rayon Polis Şöbəsinin növbətçi hissəsində olan polis əməkdaşlarının, ekspert kriminalistin və Müdafiəçi iştirakı ilə videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ağ zərfə qoyulub qablaşdırılaraq DİN-nə aid “203” saylı möhürlə möhürlənmişdir. Həmin 01 ədəd ağ zərfi orada olan Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq ediblər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu, onu balıq tutmağa gedərkən Kür çayının sahilində yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 08 may 2025-ci il tarixli, 18/373 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 7,72 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 12 iyun 2025-ci il tarixli 328 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, yaşını və ürək xəstəliyindən əziyyət çəkdiyini iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,70 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 – 09 may 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 04 (dörd) gün yuxarıda qeyd olunan 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,70 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar