Məhkəmə qərarları › İş №1(053)-52/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-52/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-52/2023 11.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs X3, təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx xxxxxxxx 2000-ci il tarixdə Neftçala rayonu, Xəzərkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Xolqarabucaq kəndində qeydiyyatda olan və yaşayan, 21-23 aprel 2023-cü il tarixləri üzrə tutulmuş, 23 aprel 2023-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx xxxxxx 1993-cü il tarixdə Neftçala rayonu, Xəzər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olan və yaşayan, 21-23 aprel 2023-cü il tarixləri üzrə tutulmuş, 23 aprel 2023-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx xxxx 1999-cu il tarixdə Neftçala rayonu, Xəzər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olan və yaşayan, 21-23 aprel 2023-cü il tarixləri üzrə tutulmuş, hazırki iş üzrə 23 aprel 2023-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə başqa iş üzrə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Neftçala Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 15 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Neftçala rayonu, Yeniqışlaq kəndi ərazisində, açıq sahədən Zərərçəkmiş şəxs1 məxsus 1 yaşlı, 600 manat dəyərində 1 baş “Kanqal” cinsli iti gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 15 aprel 2023-cü il tarixdə, saat 19 radələrində Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisində, açıq sahədən Zərərçəkmiş şəxs2 məxsus 7 metr uzunluğunda, 1,5 metr hündürlüyündə, 570 manat dəyərində 1 ədəd dəmir qapını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 15 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Neftçala rayonu, Yeniqışlaq kəndi ərazisində, açıq sahədən Zərərçəkmiş şəxs1 məxsus 1 yaşlı, 600 manat dəyərində 1 baş “Kanqal” cinsli iti gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 15 aprel 2023-cü il tarixdə, saat 19 radələrində Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisində açıq sahədən Zərərçəkmiş şəxs2 Əfsǝr oğluna məxsus 7 metr uzunluğunda, 1,5 metr hündürlüyündə, 570 manat dəyərində 1 ədəd dəmir qapını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 15 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Neftçala rayonu, Yeniqışlaq kəndi ərazisində, açıq sahədən Zərərçəkmiş şəxs1 məxsus 1 yaşlı, 600 manat dəyərində 1 baş “Kanqal” cinsli iti gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 15 aprel 2023-cü il tarixdə, saat 19 radələrində Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisində açıq sahədən Zərərçəkmiş şəxs2 məxsus 7 metr uzunluğunda, 1,5 metr hündürlüyündə, 570 manat dəyərində 1 ədəd dəmir qapını gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü tam təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xolqarabucaq kəndində yaşayır. O, hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 onun əmisi oğlu, X8 isə tanışıdır. Onların aralarında hər hansı ədavət və ya qərəzli münasibət yoxdur. Həmişə normal münasibətləri olmuşdur. Ülvünin "Qaz 33021" markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Onlar bir neçə dəfə üçü bir yerdə həmin avtomobillə Neftçala rayonu ərazisini gəzərək atılmış dəmirləri yığıb aparıb satmışlar. Onlar 15 aprel 2023-cü il tarixdə Neftçala rayonu, Yeniqışlaq kəndi ərazisində dəmir yığırmışlar. Saat təxminən 18 radələri olmuşdur. Bu vaxt yaxınlıqda açıqlıq sahədə bir neçə itin gəzdiyini görmüşlər. Babəkin həmin itlərdən “Kanqal” cinsli olan birindən xoşu gəlmişdir. Babək onlara həmin iti götürəcəyini demişdir. Onlar həmin vaxt razılaşmışlar ki, iti oğurlayaq Babək saxlasın və ehtiyacları olanda satıb pulunu xərcləsinlər. Lakin o, qeyd edilən itin “Kanqal” cinsindən olduğunu bilmədiyini göstərmişdir. Babək iti avtomobilin yük yerinə qoymuşdur. Daha sonra yenə ətrafı gəzib dəmir yığmağa başlamışlar. Həmin günü saat 19 radələrində Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisindən keçəndə əkin sahəsinin kənarında bir ədəd dəmir qapı diqqətlərini cəlb etmişdir. Ətrafda heç kim olmamışdır. Onlar həmin qapını oğurlamaq qərarına gəlmişlər. Onlar köməkləşib həmin qapını avtomobilə qoymuşlar. Daha sonra hərə öz evinə çıxıb getmişlər. İti də Babək götürmüşdür. Səhəri günü də həmin qapını digər yığdıqları dəmirlərlə birgə Masallı şəhərində tanımadıqları şəxsə məxsus metal qəbulu sexinə aparıb təhvil vermişlər. Həmin qapıdan hərəsinin payına təxminən 30 manat pul düşmüşdür. 21 aprel 2023-cü il tarixdə o, evdən çıxıb küçə ilə getmişdir. Bu vaxt ona mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona oğurluqda şübhəli olduğunu demişlər. O, bu vaxt tutduğu əməli etiraf edib polis əməkdaşlarına danışmışdır. Daha sonra polis əməkdaşları onu Neftçala RPŞ-nə gətirmişlər. Bu cinayətlərdən başqa oğurluq etməmişdir. Törədiyi cinayətdə başqa şəxslər iştirak etməmiş, özü, Babək və Ülvü olmuşlar. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xəzər kəndində yaşayır. Hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 Şəmkir oğlu onun əmisioğlu, Təqsirləndirilən şəxs3 isə həmkəndlisidir. Onların aralarında hər hansı ədavət və ya qərəzli münasibət yoxdur. Həmişə normal münasibətləri olmuşdur. Ülvünin "Qaz 33021" markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Onlar bir neçə dəfə üçü bir yerdə həmin avtomobillə Neftçala rayonu ərazisini gəzərək atılmış dəmirləri yığıb aparıb satmışlar. Onlar 15 aprel 2023-cü il tarixdə Neftçala rayonu, Yeniqışlaq kəndi ərazisində dəmir yığırmışlar. Saat təxminən 18 radələri olmuşdur. Bu vaxt yaxınlıqda açıqlıq sahədə bir neçə itin gəzdiyini görmüşlər. Onun həmin itlərdən “Kanqal” cinsli olan birindən xoşu gəlmişdir. O, Loğman və Ülvüyə həmin iti götürəcəyini demişdir. Lakin o, qeyd edilən itin “Kanqal” cinsindən olduğunu bilmədiyini göstərmişdir. Onlar həmin vaxt razılaşmışlar ki, iti oğurlayaq o saxlasın və ehtiyacları olanda satıb pulunu xərcləsinlər. O, iti avtomobilin yük yerinə qoymuşdur. Daha sonra yenə ətrafı gəzib dəmir yığmağa başlamışlar. Həmin günü saat 19 radələrində Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisindən keçəndə əkin sahəsinin kənarında bir ədəd dəmir qapı diqqətlərini cəlb etmişdir. Ətrafda heç kim olmamışdır. Onlar həmin qapını oğurlamaq qərarına gəlmişlər. Onlar köməkləşib həmin qapını avtomobilə qoymuşlar. Daha sonra hərə öz evinə çıxıb getmişlər. İti də o götürüb həyətlərinə aparmışdır. Səhəri günü də həmin qapını digər yığdıqları dəmirlərlə birgə Masallı şəhərində tanımadıqları şəxsə məxsus metal qəbulu sexinə aparıb təhvil vermişlər. Həmin qapıdan hərəsinin payına təxminən 30 manat pul düşmüşdür. 21 aprel 2023-cü il tarixdə o, evdən çıxıb küçə ilə getmişdir. Bu vaxt ona mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona oğurluqda şübhəli olduğunu demişlər. O, bu vaxt tutduğu əməli etiraf edib polis əməkdaşlarına danışmış və həyətlərindəki “Kanqal” cinsli iti göstərib təqdim etmişdir. Daha sonra polis əməkdaşları onu və “Kanqal” cinsli iti Neftçala RPŞ-nə gətirmişlər. Bu cinayətlərdən başqa oğurluq etməmişdir. Törədiyi cinayətdə başqa şəxslər iştirak etməmiş, özü, Loğman və Ülvü olmuşlar.Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X8 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xəzər kəndində yaşayır. Hazırda heç bir yerdə işləmir. Onun etibarnamə əsasında idarə etdiyi "Qaz 33021" markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun tanışlarıdır. Onların aralarında hər hansı ədavət və ya qərəzli münasibət yoxdur. Həmişə normal münasibətləri olmuşdur. Onlar üçü bir yerdə Neftçala rayonu ərazisini gəzərək atılmış yararsız dəmirləri yığmaqla məşğuldurlar. Onlar 15 aprel 2023-cü il tarixdə Neftçala rayonu, Yeniqışlaq kəndi ərazisində dəmir yığırmışlar. Saat təxminən 18 radələri olmuşdur. Bu vaxt yaxınlıqda açıqlıq sahədə bir neçə itin gəzdiyini görmüşlər. Babəkin həmin itlərdən “Kanqal” cinsli olan birindən xoşu gəlmişdir. Babək onlara həmin iti götürəcəyini demişdir. Onlar həmin vaxt razılaşmışlar ki, iti oğurlasınlar, Babək saxlasın və ehtiyacları olanda satıb pulunu xərcləsinlər. Lakin o, qeyd edilən itin “Kanqal” cinsindən olduğunu bilmədiyini göstərmişdir. Babək iti avtomobilin yük yerinə qoymuşdur. Daha sonra yenə ətrafı gəzib dəmir yığmağa başlamışlar. Həmin günü saat 19 radələrində Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisindən keçəndə əkin sahəsinin kənarında bir ədəd dəmir qapı diqqətlərini cəlb etmişdir. Ətrafda heç kim olmamışdır. Onlar həmin qapını oğurlamaq qərarına gəlmişlər. Onlar köməkləşib həmin qapını avtomobilə qoymuşlar. Daha sonra hərə öz evinə çıxıb getmişlər. İti də Babək götürmüşdür. Səhəri günü də həmin qapını digər yığdıqları dəmirlərlə birgə Masallı şəhərində tanımadıqları şəxsə məxsus metal qəbulu sexinə aparıb təhvil vermişlər. Həmin qapıdan hərəsinin payına təxminən 30 manat pul düşmüşdür. 21 aprel 2023-cü il tarixdə o, evdən çıxıb küçə ilə getmişdir. Bu vaxt ona mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona oğurluqda şübhəli olduğunu demişlər. O, bu vaxt tutduğu əməli etiraf edib polis əməkdaşlarına danışmışdır. Daha sonra polis əməkdaşları onu Neftçala RPS-nə gətirmişlər. Bu cinayətlərdən başqa oğurluq etməmişdir. Törətdiyi cinayətdə başqa şəxslər iştirak etməmiş, özü, Loğman və Babək olmuşlar. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Yeniqışlaq kəndində yaşadığını, həmin kəndin ərazisində bir fermanı icarə əsasında götürüb işlətdiyini, həmin fermanın ətrafının açıqlıq ərazi olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, fermada özünə məxsus xırdabuynuzlu heyvanları saxlayır. O, həmin xırdabuynuzlu heyvanlarını qorumaq üçün həmçinin fermada müxtəlif cinsli itlər saxlayır. Həmin itlər fermanın ərazisini və kənar əraziləri gəzirlər. O, 15 aprel 2023-cü il tarixdə, səhər saatlarında fermadan çıxmışdır. O, həmin günü axşam tərəfi fermanın ərazisində gəzəndə görmüşdür ki, itlərdən 600 manat dəyərində, 1 yaşlı, 1 baş “Kanqal” cinslisi ətrafda yoxdur. O, əvvəl bir neçə gün yaxın əraziləri gəzib iti axtarsa da, tapa bilməmişdir. O, bilmişdir ki, it oğurlanmışdır. Odur ki, o, bu barədə Neftçala RPŞ-nə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Daha sonra polis əməkdaşları tərəfindən həmin oğurluğu Təqsirləndirilən şəxs1, X4 və Təqsirləndirilən şəxs3 törətdikləri müəyyən edilmişdir. O, həmin iti təxminən 7 ay əvvəl 600 manata almışdır. O, iti 600 manata alandan sonra iti saxlamaq üçün bir qədər xərc çəkmişdir. O, həmin xərcləri də nəzərə alaraq itin qiymətini 1500 manat yazmışdır. Əslində isə iti 600 manata aldığını bildirmişdir. O, ifadəsində, həmçinin, göstərmişdir ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi teleqramda səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. İşin ibtidai istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xolqarabucaq kəndində yaşadığını, həmin kəndin ərazisində özünə məxsus torpaq sahəsində əkin işləri ilə məşğul olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, öz əkin sahəsini heyvanlardan qorumaq üçün təxminən 8 ildir ki, torpaq sahəsinin girişinə 570 manat dəyərində olan 7 metr uzunluğunda, 1,5 metr enində, 2 laylı, 1 ədəd qapı qoydurmuşdur. Əkin sahəsinin ətrafında traktor iş gördüyü üçün təxminən 1 aydır ki, həmin qapını yerindən çıxarıb kənara qoymuşdur. O, 16 aprel 2023-cü il tarixdə səhər saatlarında əkin sahəsinə baxmağa getdikdə görmüşdür ki, qapı yerində yoxdur. O, əvvəl heç kimə bu barədə bir söz deməmişdir ki, bəlkə kənddən kimsə götürüb peşman olub gətirib verər. O, bir neçə gün gözləmiş, səs çıxmamışdır. Odur ki, o, bu barədə Neftçala RPŞ-nə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Daha sonra polis əməkdaşları tərəfindən həmin oğurluğu Təqsirləndirilən şəxs1, X4 və Təqsirləndirilən şəxs3 törətdiklərinin müəyyən edildiyini bildirmişdir. Şahid məhkəmə baxışı iclasına gəlməmiş, teleqram göndərərək xidməti işi ilə əlaqədar məhkəməyə gələ bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İşin ibtidai istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, Neftçala RPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. xx.xx.2023-cü il tarixdə Neftçala RPŞ-nin məsul növbətçisi onu və CAB-nin digər əməkdaşlarını çağıraraq bildirmişdir ki, Neftçala rayonu, Yeniqışlaq kənd sakini Babayev X6 RPŞ-nə ərizə ilə müraciət edərək fermasından 1 baş “Kanqal” cinsli itinin oğurlanması barədə məlumat vermişdir. Onlar dərhal əməliyyat istintaq qrupu ilə birlikdə hadisə yerinə getmiş, orada hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Baş vermiş hadisə barədə tərəflərindən bir sıra əməliyat axtarış tədbirləri həyata keçirilmişdir. Keçirdikləri əməliyyat tədbirləri nəticəsində tərəflərindən müəyyənləşdirilmişdir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmişlər. Həmçinin həmin şəxslərin Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisindən Zərərçəkmiş şəxs2 Əfsǝr oğluna məxsus 1 ədəd dəmir qapını da oğurladıqları müəyyən edilmişdir. Odur ki, həmin şəxslər oğurladıqları itlə birgə tərəflərindən Neftçala RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxslərin onlara ittiham olunan cinayət əməlini törətmələri faktı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 06 iyun 2023-cü il tarixli, 9/4166 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1 baş, 1 yaşlı “Kanqal” cinsli itin dəyəri 600 manat, 1 ədəd 7 metr uzunluğunda, 1,5 metr hündürlüyündə dəmir qapının ümumi dəyəri 500 manatdır. Ekspertiza təyini haqqında qərarda göstərilən tədqiqat obyektlərinin 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1100,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir». İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli Neftçala RPŞ-yə ünvanlanmış ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Babayev Əfsər Babaş oğlu onlara vurulmuş ziyanın tam ödənildiyini, hazırda iş üzrə heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. İşdə olan xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yerində müsbət xarakterizə olunurlar. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamə, Füzuli Hərbi Məhkəməsinin qərarının surəti və Neftçala rayon İcra və probasiya şöbəsinin 07 iyun 2023-cü il tarixli, 145 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Füzuli Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib 3 ay müddətində intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 6 ay sinaq müddəti şərti hesab edilmiş, Azərbaycan Respublikası CM-nə olan dəyişikliyə əsasən Füzuli Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan tam olaraq azad edilmiş, məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamə və Neftçala rayon İcra və probasiya şöbəsinin 07 iyun 2023-cü il tarixli, 144 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 338.1-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 300 manat cərimə cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzadan tam olaraq azad edilmiş, məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X8 barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(050)-88/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs X8 haqqında həbs qətimkan tədbiri seçilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Masallı rayon prokurorunun təqdimatı təmin edilərək barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutlduğu 13 avqust 2023-cü ildən hesablanmışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X5 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X3 onlara ittiham olunan cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X8 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, dəymiş ziyanı tam ödədiyi üçün zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini səmimi etiraf etdiyini, peşman olduğunu və dəymiş ziyanı tam ödədiyi üçün zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə X3 öz cinayət əməlini səmimi etiraf etdiyini, peşman olduğunu və dəymiş ziyanı tam ödədiyi üçün zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. X3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə X5 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X5 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, X3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Eyni zamanda X8 barəsində hazırki iş üzrə seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut 1 ədəd “Kanqal” cinsli it qanuni sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 21 – 23 aprel 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 21 – 23 aprel 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X3 21 – 23 aprel 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. X3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. X8 barəsində hazırki iş üzrə seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 1 ədəd “Kanqal” cinsli it qanuni sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar