Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-53/2024 14.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM 14 avqust 2024-cü il Neftçala Rayon Məhkəməsinin inzibati binası NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1976-cı ildə Neftçala rayonu, Novo- Vasilyevka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Neftçala Rayon Məhkəməsinin 1(053)-58/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan tam olaraq azad edilmiş, məhkumluğu olmayan, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə 29 fevral 2024-cü il tarixdə, saat 08 radələrində Neftçala rayonu, Mayak kəndi istiqamətində Xəzər dənizinə gəlib, orada özü ilə gətirdiyi 01 ədəd rezin kombinezondan və 01 ədəd «venter» adlandırılan balıqovlama vasitəsindən istifadə edərək həmin tarixdə, saat 11 radələrinədək olan müddətdə 20 ədəd hər biri 33 manat olmaqla 660 manat dəyərində şamayı, 01 ədəd 33 manat dəyərində kütüm, 04 ədəd hər biri 22 manat olmaqla 88 manat dəyərində qarabel siyənək, 14 ədəd hər biri 11 manat olmaqla 154 manat dəyərində kefal və 09 ədəd hər biri 11 manat olmaqla 99 manat dəyərində külmə balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1034 (min otuz dörd) manat məbləğində maddi ziyan vurmuş, həmin tarixdə, saat 11 radələrində Su NPİ-nin Neftçala XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd rezin kombinezon, 01 ədəd «venter» adlandırılan balıqovlama vasitəsi, 20 ədəd şamayı, 01 ədəd kütüm, 04 ədəd qarabel siyənək, 14 ədəd kefal vǝ 09 ədəd külmə balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlində özünü təqsirli bilərək qeyd etmişdir ki, 29 fevral 2024-cü il tarixdə, saat 08 radələrində Neftçala rayonu, Mayak kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, özünə məxsus olan 01 ədəd “venter” adlandırılan balıqovlama vasitəsindən istifadə edərək dənizə girmiş və saat 11:00-dək çoxlu sayda balıq tutmuşdur. Həmin günü saat 11:30 radəsində tutduğu balıqlarla birlikdə sahilə çıxarkən Su nəqliyyatında polis idarəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Neftçala rayonu, Mayak kəndi istiqamətində Xəzər dənizində balıq tutmaq üçün rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Polis əməkdaşları ona məxsus olan balıqovlama vasitəsinə və tutduğu balıqlara videoçəkilişlə baxış keçirən zaman məlum olmuşdur ki, ümumilikdə 48 ədəd olmaqla 20 ədəd şamayı, 01 ədəd kütüm, 04 ədəd qarabel siyənək, 14 ədəd kefal vǝ 09 ədəd külmə balıqlarını tutmuşdur. Polis əməkdaşları baxış keçirilməsi ilə bağlı protokol tərtib etmişlər və baxışdan sonra polis əməkdaşları tərəfindən ona məxsus olan 01 ədəd rezin kombinezon, 01 ədəd “venter” adlandırılan balıqovlama vasitəsi, tutduğu 20 ədəd şamayı, 01 ədəd kütüm, 04 ədəd qarabel siyənək, 14 ədəd kefal və 09 ədəd külmə balıqları götürülmüşdür. Bu əməli ailəsini dolandırmaq üçün törətmişdir. Himayəsində 3 azyaşlı uşaqları vardır. Əməlindən peşmandır. Həmçinin qeyd edir ki, cinayət nəticəsində balıq ehtiyatlarına vurduğu ziyandan maddi imkanı olmadığı üçün dövlət büdcəsinə ödəniş edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə ibtidai araşdırma dövründə zərərçəkmiş hüquqi şəxsin, mülki iddiaçının nümayəndəsi qismində cəlb edilmiş Nümayəndə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlməmiş və bunu səbəbləri barədə məlumat verməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2015ci ildə DİO-na xidmətə qəbul olmuş və 2016-cı ildən Su NPİ-nin Neftçala XPM-nin polis nəfəri vəzifəsində xidmət edir. Mahiyyəti üzrə bildirir ki, 29 fevral 2024-cü il tarixdə Su nəqliyyatında polis idarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə, saat 11 radələrində Neftçala rayonu, Mayak kəndi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəfimizdən saxlanılmışdır. Bununla bağlı tərəfimizdən videoçəklişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd rezin kombinezon, 01 ədəd "venter" adlandırılan balıqovlama vasitəsi, 20 ədəd şamayı, 01 ədəd kütüm, 04 ədəd qarabel siyənək, 14 ədəd kefal və 09 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 20 ədəd şamayı, 01 ədəd kütüm, 04 ədəd qarabel siyənək, 14 ədəd kefal və 09 ədəd külmə balıqlarını 01 ədəd rezin kombinezon, 01 ədəd "venter" adlandırılan balıqovlama vasitəsi ilə Neftçala rayonu, Mayak kəndi istiqamətində Xəzər dənizindən tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, Neftçala rayonu, Mayak kəndi istiqamətində Xəzər dənizində balıq tutmağa onun rəsmi icazəsi yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 yuxarıda göstərilən şahidin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs 20 ədəd şamayı, 01 ədəd kütüm, 04 ədəd qarabel siyənək, 14 ədəd kefal və 09 ədəd külmə balıqlarının qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1034 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-211/2023 nömrəli məktubundan görünür ki, Neftçala rayonu, Kürkənd kəndində yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. 10 iyun 2024-cü il tarixli, 147 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Neftçala rayonu, Kürkənd kəndində yaşamaqla himayəsində 01 yanvar 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qızı X6, 23 sentyabr 2012-ci il təvəllüdlü X3 və X7 adlı iki azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 142 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan tam olaraq azad edilmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı və şahidlərin ifadələri ilə yanaşı iş materiallarına əlavə olunmuş digər sübutlarla da tam təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, həmçinin evli olmaqla himayəsində iki azyaşlı uşağının olduğunu iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Su NPİ-nin Neftçala XPM-nin rəisi Şahid3 təhvil verilmiş 01 (bir) ədəd rezin kombinezon, 01 (bir) ədəd “venter” adlandırılan balıqovlama vasitəsi dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 20 (iyirmi) ədəd şamayı, 01 (bir) ədəd kütüm, 04 (dörd) ədəd qarabel siyənək, 14 (on dörd) ədəd kefal və 09 (doqquz) ədəd külmə balıqlarının iş üzrə ibtidai araşdırma dövründə fiziki şəxs X2 təhvil verildiyi nəzərə alınmalıdır. Eyni zamanda mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu zərərin əvəzi kimi 1.034 (min otuz dörd) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 11 (on bir) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Su NPİ-nin Neftçala XPM-nin rəisi Şahid3 təhvil verilmiş 01 (bir) ədəd rezin kombinezon, 01 (bir) ədəd “venter” adlandırılan balıqovlama vasitəsi dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 20 (iyirmi) ədəd şamayı, 01 (bir) ədəd kütüm, 04 (dörd) ədəd qarabel siyənək, 14 (on dörd) ədəd kefal və 09 (doqquz) ədəd külmə balıqlarının iş üzrə ibtidai araşdırma dövründə fiziki şəxs X2 təhvil verildiyi nəzərə alınsın. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu zərərin əvəzi kimi 1.034 (min otuz dörd) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-53/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-53/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver