Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-53/2025 17.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1992-ci ildə Neftçala rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 15 – 17 may 2025-ci il tarixləri üzrə tutulmuş, 17 may 2025-ci il tarixdə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 13,59 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 15 may 2025-ci il tarixdə saat 11.40 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala şəhəri, S.Vurğun küçəsində piyada hərəkət edən zaman saxlanılıb üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi 13,59 qram təşkil edən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 13 may 2025-ci il tarixdə saat 11 radələrində Neftçala rayonu, 2-ci Mayak kəndi ərazisində Kür çayının sahilinə tək balıq ovuna getmiş, orada yulğun kollarının arasında sellofan bükülü diqqətini cəlb etmişdir. Ona maraqlı gəldiyi üçün həmin bükümü yerdən götürmüşdür. Bükümü açıb baxdıqda içərisində kəskin iyli narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Arabir narkotik vasitələrdən istifadə etdiyi üçün bükümdəkinin narkotik olduğunu tanımış və ürəyi istəyəndə istifadə edər deyə cibinə qoymuşdur. 15 may 2025-ci il tarixdə saat 11.40 radələrində Neftçala şəhəri, S.Vurğun küçəsi ərazisində olduğu zaman içərisində qurudulmuş marixuana olan sellofan büküm əynindəki göy rəngli şalvarın sol yan cibində olmuşdur. Həmin vaxt mülki geyimdə olan şəxslər videoçəkilişlə ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Üzərində qanunsuz narkotik vasitə saxlaması barədə məlumatları olduqları üçün saxladıqları yerdə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra onu Neftçala Rayon Polis Şöbəsinə aparacaqlarını deyərək rayon polis şöbəsinə gətirmişlər. Neftçala Rayon Polis Şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı təqdim edilmiş, maddi imkanı olmadığından Müdafiəçi hüquqlarımı dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmiş, sonra barəsində şübhəli şəxs kimi tutma qərarı tərtib olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, qanunsuz hər hansı bir əşya, eləcə də başqa narkotik vasitə aşkar edilməmişdir. Neftçala şəhəri, S.Vurğun küçəsi ərazisində üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana sellofan bükülü ilə birlikdə kağız zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, o və Müdafiəçi protokolu və narkotik vasitə qoyulan zərfi imzalarla təsdiq etmişlər. Bütün bunlar da videoçəkiliş vasitəsilə video görüntüyə alınmışdır. Qeyd edir ki, narkotik vasitə olan qurudulmuş marixuananı taparkən ətrafda heç kimi görməmiş, həmin vaxt orada tək olmuşdur. Tapdığı narkotik vasitə qurudulmuş marixuanadan heç kimə satmamış, pay olaraq verməmiş və bağışlamamışdır. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 may 2025-ci il tarixdə Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyi və üzərində daşıması barədə ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuş, tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat-axtarış tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 11.40 radələrində Təqsirləndirilən şəxs Neftçala şəhəri, S.Vurğun küçəsində hərəkət edən zaman müşahidə edib, videoçəkilişlə ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitə istifadə etməsi və üzərində daşımasında şübhəli olduğunu izah etmiş və üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu və təqdim edə biləcəyini bildirmişdir. O, əynindəki göy rəngli şalvarının sol yan cibindən 01 ədəd polietilen bükümü çıxarıb içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd polietilen bükümdə olan kütləyə baxış keçirilmişdir. Baxış zamanı həmin kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni 13 may 2025-ci il tarixdə saat 11 radələrində 2-ci Mayak kəndi ərazisindən keçən Kür çayının sahilində, yulğun kollarının arasından 01 ədəd bükümdə tapdığını, istifadə etmək üçün üzərində saxladığını, heç kimə pul müqabilində və pay olaraq vermədiyini bildirmişdir. Daha sonra 01 ədəd bükümdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə polis əməkdaşları tərəfindən 01 ədəd zərfdə qablaşdırılıb DİN-in “203” saylı möhürü ilə möhürlənib götürülmüşdür. Tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və polis əməkdaşları protokola imza etmişlər. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə ilə birlikdə rayon polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təyin edilmiş, daha sonra müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmiş, eləcə də aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet, əşya aşkar edilməmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması qeyd edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kütlə təkrar qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib edilmiş, protokol düzgün yazıldığı üçün o da digər iştirakçılar kimi protokola imza çəkmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və şahid ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 15 may 2025-ci il tarixli, 18/395 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «...imza Təqsirləndirilən şəxs o...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 13,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 12 iyun 2025-ci il tarixli 330 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Bütün bunlarla yanaşı məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən aşağıdakı halları təqsirləndirilən şəxsə cəza təyin edərkən nəzərə almağı zəruri sayır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunub. Sonuncu dəfə o, Neftçala Rayon Məhkəməsinin 1(053)-59/2020 nömrəli iş üzrə 25 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanın çəkilməsi şərtlərini pozduğuna görə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 02 ay 24 günlük hissəsi Neftçala Rayon Məhkəməsinin 7(053)-14/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qərarı ilə 07 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. 20 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq olunaraq o, həmin cəzadan azad edilib. Təqsirləndirilən şəxsin yuxarıda göstərilən hökm və qərar üzrə məhkumluğunun ödənildiyini vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, o, məhkəmə tərəfindən əvvəl təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının şərtlərini pozmuş, bu səbəbdən həmin cəza azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları məcmu şəkildə qiymətləndirib cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Çünki daha yüngül növdə cəza təyin etməklə cəzanın qanunla müəyyən edilmiş məqsədinə mövcud vəziyyətdə nail olmaq mümkün deyil. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,49 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 – 17 may 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 17 sentyabr 2025-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,49 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-53/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-53/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver