Məhkəmə qərarları › İş №1(053)-54/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-54/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-54/2023 23.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə 26 avqust 1998-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 24 – 26 aprel 2023-cü il tarixləri üzrə tutulmuş, Neftçala Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 24 aprel 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə 13 avqust 1996-cı il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Neftçala rayonu, Bankə qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşamış, Neftçala Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, çəzasını çəkib qurtarmamış, 24 – 26 aprel 2023-cü il tarixləri üzrə tutulmuş, Neftçala Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 24 aprel 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Neftçala Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 2023-cü ilin mart ayının sonlarında günü istintaqa məlum olmayan tarixlərdə, günorta saatlarında 3 dəfə vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus Neftçala rayonu, Bankǝ qəsəbəsi, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdən 60 manat dəyərində aliminium tor hasarı, 100 manat dəyərində 1 ədəd dəmir nərdivanı, 100 manat dəyərində 1 ədəd qaz sobasını, hər birinin qiyməti 10 manat olan 100 manat dəyərində 10 ədəd 15-lik dəmir borunu, hər birinin qiyməti 30 manat olan 150 manat dəyərində 5 ədəd dəmir məhəccəri, həyətdə yerləşən köhnə evə isə evin taxta pəncərəsini açıb qanunsuz daxil olaraq, evdən 220 manat dəyərində 1 ədəd ət çəkən maşını, 1 metrinin qiyməti 1 manat olan 150 manat dəyərində 150 metr uzunluğunda mis elektrik naqilini, hər birinin qiyməti 25 manat olan 250 manat dəyərində 10 ədəd karnizi, hər birinin qiyməti 350 manat olan 700 manat dəyərində 2 ədəd çilçırağı, 150 manat dəyərində 1 ədəd elektrik sobasını, 400 manat dəyərində dəsmal dəstlərini, 100 manat dəyərində 1 ədəd 3 litrlik elektrik samovarını, hər birinin qiyməti 100 manat olan 300 manat dəyərində 3 ədəd silikon yorğan döşək dəstini, 300 manat dəyərində “Tefal” markalı qazan dəstini, 250 manat dəyərində çuqun qazan dəstini, 2000 manat dəyərində xrustal qab-qacaq dəstini, hər birinin qiyməti 100 manat olan 600 manat dəyərində 6 dəst yataq örtüklərini, hər birinin qiyməti 70 manat olan 280 manat dəyərində 4 ədəd odeyal dəstini, vahid niyyətlə ümumilikdə 6210 manat dəyərində xeyli miqdarda əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar olaraq tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 2023-cü ilin aprel ayının əvvəllərində, günü istintaqa məlum olmayan tarixlərdə, günorta saatlarında 2 dəfə vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus Neftçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin pəncərəsinin şüşəsini sındırmaqla evə qanunsuz daxil olaraq, evdən 250 manat dəyərində 1 ədəd tikiş maşınını, 110 manat dəyərində 1 ədəd sintetik xalçanı, 350 manat dəyərində 1 ədəd tozsoran maşınını, 270 manat dəyərində 1 ədəd ət çəkən maşınını, 150 manat dəyərində 1 ədəd divar saatını, 1000 manat dəyərində pərdəni, 250 manat dəyərində 1 ədəd qaz sobasını, 300 manat dəyərində dekorativ pərdəni, 300 manat dəyərində musiqili çay servizini, 150 manat dəyərində 1 ədəd su qızdırıcını, hər birinin qiyməti 70 manat olan 140 manat dəyərində 2 ədəd aliminium teşti, hər birinin qiyməti 50 manat olan 100 manat dəyərində 2 ədəd aliminium teşti, hər birinin qiyməti 15 manat olan 30 manat dəyərində 2 ədəd aliminium aşsüzəni, 100 manat dəyərində 1 ədəd kişi köynəyini və müxtəlif ölçülərdə olan 500 manat dəyərində aliminium qazanları vahid niyyətlə ümumilikdə 4000 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 2023-cü ilin mart ayının sonlarında günü istintaqa məlum olmayan tarixlərdə, günorta saatlarında 3 dəfə vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus Neftçala rayonu, Bankǝ qəsəbəsi, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdən 60 manat dəyərində aliminium tor hasarı, 100 manat dəyərində 1 ədəd dəmir nərdivanı, 100 manat dəyərində 1 ədəd qaz sobasını, hər birinin qiyməti 10 manat olan 100 manat dəyərində 10 ədəd 15-lik dəmir borunu, hər birinin qiyməti 30 manat olan 150 manat dəyərində 5 ədəd dəmir məhəccəri, həyətdə yerləşən köhnə evə isə evin taxta pəncərəsini açıb qanunsuz daxil olaraq evdən 220 manat dəyərində 1 ədəd ət çəkən maşınını, 1 metrinin qiyməti 1 manat olan 150 manat dəyərində 150 metr uzunluğunda mis elektrik naqilini, hər birinin qiyməti 25 manat olan 250 manat dəyərində 10 ədəd karnizi, hər birinin qiyməti 350 manat olan 700 manat dəyərində 2 ədəd çilçırağı, 150 manat dəyərində 1 ədəd elektrik sobasını, 400 manat dəyərində dəsmal dəstlərini, 100 manat dəyərində 1 ədəd 3 litrlik elektrik samovarını, hər birinin qiyməti 100 manat olan 300 manat dəyərində 3 ədəd silikon yorğan döşək dəstini, 300 manat dəyərində “Tefal” markalı qazan dəstini, 250 manat dəyərində çuqun qazan dəstini, 2000 manat dəyərində xrustal qab qacaq dəstini, hər birinin qiyməti 100 manat olan 600 manat dəyərində 6 dəst yataq örtüklərini, hər birinin qiyməti 70 manat olan 280 manat dəyərində 4 ədəd odeyal dəstini, vahid niyyətlə ümumilikdə 6210 manat dəyərində xeyli miqdarda əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar olaraq tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 2023-cü ilin aprel ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixlərdə, günorta saatlarında 2 dəfə vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus Neftçala rayonu, Bankǝ qəsəbəsi, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin pəncərəsinin şüşəsini sındırmaqla evə qanunsuz daxil olaraq, evdən 250 manat dəyərində 1 ədəd tikiş maşınını, 110 manat dəyərində 1 ədəd sintetik xalçanı, 350 manat dəyərində 1 ədəd tozsoran maşınını, 270 manat dəyərində 1 ədəd ət çəkən maşınını, 150 manat dəyərində 1 ədəd divar saatını, 1000 manat dəyərində pərdəni, 250 manat dəyərində 1 ədəd qaz sobasını, 300 manat dəyərində dekorativ pərdəni, 300 manat dəyərində musiqili çay servizini, 150 manat dəyərində 1 ədəd su qızdırıcını, hər birinin qiyməti 70 manat olan 140 manat dəyərində 2 ədəd aliminium teşti, hər birinin qiyməti 50 manat olan 100 manat dəyərində 2 ədəd aliminium teşti, hər birinin qiyməti 15 manat olan 30 manat dəyərində 2 ədəd aliminium aşsüzəni, 100 manat dəyərində 1 ədəd kişi köynəyini və müxtəlif ölçülərdə olan 500 manat dəyərində aliminium qazanları vahid niyyətlə ümumilikdə 4000 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 onun tanışıdır. Onların aralarında hər hansı ədavət və ya qərəzli münasibət yoxdur. Həmişə münasibətləri yaxşı olmuşdur. Onlar bir dəfə Davudla qəsəbələrində oturub söhbət edəndə pula ehtiyacları olduğu üçün qərara gəlmişlər ki, qəsəbədə heç kimin qalmadığı Südabə adlı qadının evinə oğurluğa girsinlər. Onlar 2023-cü ilin mart ayının sonlarında, saat 14 radələrində küçədə gəzişib ətrafda heç kimin olmadığına arxayın olub, evin arxa tərəfindən daş hasarı aşaraq həyətə daxil olmuşlar. Onlar həyətdə müxtəlif dəmir əşyaların və köhnə bir evin olduğunu görmüşlər. Fikirləşmişlər ki, bir dəfəyə bu əşyaları daşımağa gücləri çatmaz. Əvvəl dəmirləri oğurlasınlar, sonra həyətdəki köhnə evə girib nə tapsalar götürərlər. Onlar həyətdən müxtəlif dəmir setka, dəmir torbalar, qaz sobası və digər nə dəmir əşya tapdıqca götürmüşlər. Həmin əşyaları hasardan çölə atmışlar. Daha sonra Davudgilin evinin yaxınlığına daşımışlar. Sonra onlar Fərman adlı “Muravey” motosiklet sürücüsünü evindən çağırmışlar. Fərmanla əşyaları yığdıqları yerə gəlmişlər. Həmin əşyaları Fərmanın motosikletinə yükləmişlər. Davud Fərmana həmin əşyaların həyətlərindən olduğunu demişdir. Daha sonra Cavid adlı dəmir yığan şəxsin həyətinə getmişlər. Cavidə öz həyətlərindən dəmir satmaq istədiklərini demişlər. Cavid onlara 15 manat pul vermişdir. Onlar da Fərmana 3 manat pul vermişlər. Ertəsi gün onlar yenə günorta saatlarında həmin həyətə hasardan aşaraq girmişlər. Bu dəfə həyətdəki köhnə evə yaxınlaşıb evin taxta pəncərələrindən birini dartıb açaraq içəri daxil olmuşlar. Onlar evdə müxtəlif əşyaların olduğunu görmüşlər. Həmin günü evdən karnizləri, qazanları, samovarı və evin otaqlarından keçən elektrik naqilini qırıb götürmüşlər. Götürdükləri əşyaları özlərilə gətirdikləri kisələrə yığaraq əvvəlki kimi yenə daşıyıb küçədə gizlin bir yerə yığmışlar. Daha sonra piyada Cavidin yanına getmişlər. Həmin əşyaları Cavidə 16 manata satmışlar. Səhəri gün yenə günorta saatlarında həyətə hasardan aşaraq girib həmin evə eyni qaydada taxta pəncərədən daxil olmuşlar. Bu dəfə isə oradan 1 ǝdǝd elektrik sobasını, 1 ədəd ət çəkən maşını və xrustal qabları götürüb kisəyə qoyaraq küçǝyǝ daşımışlar. Bu dəfə isə həmin əşyaları Anaxanım adlı qadına aparıb satmışlar. Anaxanım onlara 15 manat pul vermişdir. Onlar ümumilikdə həmin ərəfələrdə, yəni 2023-cü ilin mart ayının sonlarında, günorta saatlarında həmin həyətə 3 dəfə girmişlər. Onlar bir daha həmin həyətə girməyəcəkmişlər. Onlar bir neçə gün sonra təxminən 2023-cü ilin aprel ayının əvvəllərində pulları qutardığı üçün bu dəfə həyətdəki təzə tikilmiş evə girməyi qərarlaşdırmışlar. Onlar təxminən günorta saatlarında həmin yerdən həyətə daxil olmuşlar. Onlar təzə evə yaxınlaşmışlar. O, evin otaqlarından birinin pəncərəsinin şüşəsini sındırıb əlini salaraq içəridən açmışdır. Onlar evə girmişlər. Evdəki əşyaları bir dəfəyə apara bilməyəcəklərini görmüşlər. Buna görə də bir neçə dəfə girib götürmək qərarına gəlmişlər. Buna görə də əvvəl evdən müxtəlif qazanları, teştləri, tavaları, tikiş maşınını, pərdələri, 1 ədəd köynəyi, divar saatını, su qızdırıcını, aşsüzəni və qab dəstələrini götürüb aparıb küçəyə yığmışlar. Bundan sonra eyni günün içində dəmir əşyalarını aparıb Cavidə təxminən 15 manata, Anaxanıma isə ev əşyalarını 16 manata satmışlar. Evdə əşyalar qaldığı üçün səhəri gün, təxminən 2023-cü ilin aprel ayının əvvəllərində onlar günorta saatlarında yenə eyni üsulla evə girmişlər. Bu dəfə isə evdən 1 qaz sobasını və 1 ədəd xalçanı götürmüşlər. Həmin əşyaları hasardan küçǝyǝ çıxarıb Ceyran adlı qadına satmağa aparmışlar. Ceyranın onlardan həmin əşyaları almayacaqlarını fikirləşib tanışları Asif adlı şəxsə həmin əşyaları onlar üçün satmağı xahiş etmişlər. O, Asifə demişdir ki, əşyalar bacısınındır, satır. Asif həmin əşyaları Ceyrana aparıb 31 manata satmış və pulu gətirib onlara vermişdir. Bundan sonra onlar bir daha həmin evə girməmişlər. Onlar əldə etdikləri pulları öz aralarında bölmüşlər. O, əldə etdiyi bütün pulları özü üçün müxtəlif şeylər almaq üçün xərcləmişdir. Onlar oğurladıqları əşyaları satdıqları şəxslərə özlərinə məxsus olduğunu demişlər. 24 aprel 2023cü il tarixdə o, evdən çıxıb küçə ilə getmişdir. Bu vaxt ona mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona qəsəbədə baş vermiş oğurluqlarda şübhəli olduğunu demişlər. O, bu vaxt tutduğu əməli etiraf edib polis əməkdaşlarına danışmışdır. Daha sonra polis əməkdaşları onu Neftçala RPŞ-nə gətirmişlər. Bu cinayətlərdən başqa oğurluq etməmişdir. Törətdiyi cinayətdə başqa şəxslər iştirak etməmiş, özü və Davud olmuşlar. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Bankə qəsəbəsi, M.Hüseynzadə küçəsində yaşayır. Hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 onun tanışıdır. Onların aralarında hər hansı ədavət və ya qərəzli münasibət yoxdur. Həmişə münasibətləri yaxşı olmuşdur. Onlar bir dəfə Cavidanla qəsəbələrində oturub söhbət edəndə pula ehtiyacları olduğu üçün qərara gəlmişlər ki, qəsəbədə heç kimin qalmadığı Südabə adlı qadının evinə oğurluğa girsinlər. Onlar 2023-cü ilin mart ayının sonlarında saat 14 radələrində küçədə gəzişib ətrafda heç kimin olmadığına arxayın olub evin arxa tərəfindən daş hasardan həyətə daxil olmuşlar. Onlar həyətdə müxtəlif dəmir əşyaların və köhnə bir evin olduğunu görmüşlər. Onlar fikirləşmişlər ki, əşyaları bir dəfəyə daşımağa gücləri çatmaz. Əvvəl dəmirləri oğurlasınlar, sonra həyətdəki köhnə evə girib nə tapsalar götürərlər. Onlar həyətdən müxtəlif dəmir setka, dəmir torbalar, qaz sobası və digər dəmir əşya tapdıqca götürmüşlər. Onlar həmin əşyaları hasardan çölə atmışlar. Daha sonra onları evin yaxınlığına daşımışlar. Sonra birlikdə gedib Fərman adlı “Muravey” motosiklet sürücüsünü evindən çağırmışlar. Fərmanla evlərinin yaxınlığına gəlmişlər. Həmin əşyaları Fərmanın motosikletinə yükləmişlər. O, Fərmana həmin əşyaların həyətlərindən olduğunu demişdir. Daha sonra Cavid adlı dəmir yığan şəxsin həyətinə getmişlər. Cavidə öz həyətlərindən dəmir satmaq istədiklərini demişlər. Cavid onlara 15 manat pul vermişdir. Onlar da Fərmana 3 manat pul vermişlər. Ertəsi gün onlar yenə günorta saatlarında həmin həyətə hasardan aşaraq daxil olmuşlar. Bu dəfə həyətdəki köhnə evə yaxınlaşıb evin taxta pəncərələrindən birini dartıb açaraq evə girmişlər. Onlar evdə müxtəlif əşyaların olduğunu görmüşlər. Həmin gün evdən karnizləri, qazanları, samovarı və evin otaqlarından keçən elektrik naqilini qırıb götürmüşlər. Həmin əşyaları özlərilə gətirdikləri kisələrə qoyaraq əvvəlki kimi yenə daşıyıb küçədə gizlin bir yerə yığmışlar. Sonra piyada Cavidin yanına getmişlər. Həmin əşyaları Cavidə 16 manata satmışlar. Səhəri gün yenə günorta saatlarında həyətə hasardan qanunsuz daxil olaraq həmin evə eyni qaydada taxta pəncərədən girmişlər. Bu dəfə isə oradan 1 ədəd elektrik sobasını, 1 ədəd ət çəkən maşını və xrustal qabları götürüb kisəyə qoyaraq küçəyə daşımışlar. Bu dəfə isə həmin əşyaları Anaxanım adlı qadına aparıb satmışlar. Anaxanım onlara 15 manat pul vermişdir. Onlar ümumilikdə həmin ərəfələrdə, yəni 2023-cü ilin mart ayının sonlarında günorta saatlarında həmin həyətə 3 dəfə girmişlər. Onlar bir daha həmin həyətə girməyəcəkmişlər. Onların bir neçə gün sonra təxminən 2023-cü ilin aprel ayının əvvəllərində pulları qutardığı üçün bu dəfə həyətdəki təzə tikilmiş evə girməyi qərarlaşdırmışlar. Onlar təxminən günorta saatlarında həmin yerdən həyətə daxil olmuş, təzə evə yaxınlaşmışlar. Cavidan evin otaqlarından birinin pəncərəsinin şüşəsini sındırıb əlini salaraq içəridən açmışdır. Beləliklə, evǝ girmişlər. Onlar evdəki əşyaları 1 dəfəyə apara bilməyəcəklərini görmüşlər. Buna görə də bir neçə dəfə girib götürmək qərarına gəlmişlər. Buna görə onlar əvvəl evdən müxtəlif qazanları, teştləri, tavaları, tikiş maşınını, pərdələri, 1 ədəd köynəyi, divar saatını, su qızdırıcını, aşsüzəni və qab dəstələrini götürüb aparıb küçəyə yığmışlar. Bundan sonra gün ərzində dəmir əşyalarını aparıb Cavidə təxminən 15 manata, Anaxanıma isə ev əşyalarını 16 manata satmışlar. Evdə əşyalar qaldığı üçün səhəri gün təxminən 2023-cü ilin aprel ayının əvvəllərində, günorta saatlarında yenə eyni üsulla evə girmişlər. Bu dəfə evdən 1 qaz sobasını və 1 ədəd xalçanı götürmüşlər. Həmin əşyaları hasardan küçəyə çıxarıb Ceyran adlı qadına satmağa aparmışlar. Ceyranın onlardan həmin əşyaları almayacağını fikirləşib tanışları Asif adlı şəxsə həmin əşyaları onlar üçün satmağı xahiş etmişlər. Cavidan Asifə demişdir ki, əşyalar bacısınındır, satır. Asif həmin əşyaları Ceyrana aparıb 31 manata satmış və pulu gətirib onlara vermişdir. Bundan sonra onlar bir daha həmin evə girməmişlər. Onlar əldə etdikləri pulları öz aralarında bölmüşlər. O, əldə etdiyi bütün pulları özünə müxtəlif şeylər almaq üçün xərcləmişdir. Onlar oğurladıqları əşyaları satdıqları şəxslərə özlərinə məxsus olduğunu demişlər. 24 aprel 2023cü il tarixdə o, evdən çıxıb küçə ilə getmişdir. Bu vaxt ona mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona qəsəbədə baş vermiş oğurluqda şübhəli olduğunu demişlər. O, bu vaxt tutduğu əməli etiraf edib polis əməkdaşlarına danışmışdır. Daha sonra polis əməkdaşları onu Neftçala RPŞ-nə gətirmişlər. Bu cinayətlərdən başqa oğurluq etməmişdir. Törətdiyi cinayətdə başqa şəxslər iştirak etməmiş, özü və Cavidan olmuşlar. Törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə göndərdiyi teleqramlarda səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, həmçinin etdikləri əmələ görə onları bağışladığını bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsinidə göstərmişdir ki, Neftçala rayonu, Bankǝ qəsəbəsi, S.Vurğun küçəsində qeydiyyatda olmaqla orada yaşayır. Həmin həyətdə yenə ona məxsus əvvəllər yaşadıqları hazırda istifadə etmədikləri başqa bir ev vardır. O, səhhətilə əlaqədar olaraq bir neçə aydır ki, Bakı şəhərində yaşayan oğlugildə qalmışdır. O, sonuncu dəfə öz evində 21 mart 2023-cü il tarixdə olmuşdur. Bundan sonra evə gəlməmişdir. O, 15 aprel 2023-cü il tarixdə evə gəlmişdir. Bu vaxt görmüşdür ki, həyətindən və həyətindəki evlərdən oğurluq olmuşdur. O, ətraflı baxdıqda görmüşdür ki, həyətdən 60 manat dəyərində aliminium tor hasar, 100 manat dəyərində dəmir nərdivanı, 100 manat dəyərində qaz sobası, 100 manat dəyərində 10 ədəd 15-lik dəmir boru, hər biri 30 manat dəyərində 5 ədəd dəmir məhəccər, həyətdə yerləşən köhnə evdən isə həmin evin taxta pəncərəsini açıb daxil olaraq 220 manat dəyərində 1 ədəd ət çəkən maşını, 1 metrinin qiyməti 1 manat 150 metr mis elektrik naqili, hər biri 25 manat 10 ədəd karniz, hər biri 350 manat dəyərində 2 ədəd çilçıraq, 150 manat dəyərində 1 ǝdǝd elektrik sobası, 400 manat dəyərində dəsmal dəstləri, 100 manat dəyərində 1 ədəd 3 litrlik elektrik samovarı, hər biri 100 manat dəyərində 3 ədəd silikon yorğan döşək dəsti, 300 manat dəyərində “Tefal” markalı qazan dəsti, 250 manat dəyərində çuqun qazan dəsti, 2000 manat dəyərində xrustal qab-qacaq dəsti, hər biri 100 manat dəyərində 6 dəst örtükləri, hər biri 70 manat dəyərində 4 ədəd odeyal dəsti, hazırda qaldıqları evdən isə evin taxta pəncərələrindən birinin şüşəsini sındırıb evə daxil olmaqla 250 manat dəyərində 1 ədəd tikiş maşını, 110 manat dəyərində 1 ədəd sintetik xalça, 350 manat dəyərində 1 ədəd tozsoran maşını, 270 manat dəyərində 1 ədəd ət çəkən maşını, 150 manat dəyərində 1 ədəd divar saatı, 1000 manat dəyərində pərdə, 250 manat dəyərində 1 ədǝd qaz sobası, 300 manat dəyərində dekorativ pərdə, 300 manat dəyərində musiqili çay servizi, 150 manat dəyərində 1 ədəd su qızdırıcı, hər biri 70 manat dəyərində 2 ədəd aliminium teşt, hər biri 50 manat dəyərində 2 ədəd aliminium teşt, hər biri 15 manat dəyərində 2 ədəd aliniminium aşsüzəni, 100 manat dəyərində 1 ədəd kişi köynəyi və müxtəlif ölçülərdə olan 500 manat dəyərində aliminium qazanlar oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona təxminən 10000 manat məbləğində maddi ziyan dəymişdir. O, daha sonra Neftçala RPŞ-nə gəlǝrǝk ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən həmin oğurluğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Bankə qəsəbəsi, Ə.Gözəlov küçəsində yaşayır. O, özünə məxsus “Muravey”lə müxtəlif şəxslərin yüklərini daşımaqla dolanır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsəbə sakinləri kimi tanıyır. Həmin şəxslərlə hər hansı ədavəti və ya qərəzli münasibəti yoxdur. Onların normal münasibətləri var. Davud və Cavidan təxminən 2023-cü ilin aprel ayının əvvəlində onu evdən çağırmışlar. Həmin şəxslər özlərinə məxsus əşyaları “Muravey”lə daşımağı ondan xahiş etmişlər. O, razılaşmışdır. Onlar Davudgilin evinin yaxınlığına getmişlər. Orada müxtəlif dəmir əşyalarını “Muravey”ə yükləmişlər. Daha sonra onlar Cavid adlı şəxsin metal qəbulu sexinə getmişlər. Orada dəmirləri neçəyəsə satmışlar. Ona isə 3 manat pul vermişlər. O, həmin dəmirlərin oğurluq olduğunu bilməmişdir. Şahid3 məhkəmə baxışı iclasına gəlməmiş, teleqram göndərərək səhhəti ilə əlaqədar Bakı şəhərində olduğu üçün məhkəməyə gələ bilmədiyini bildirmişdir. Şahid3 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Fərdi olaraq qara metal alveri ilə məşğul olur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsəbə sakinləri kimi tanıyır. Həmin şəxslərlə hər hansı ədavəti və ya qərəzli münasibəti yoxdur. Onların Cavidan və Davudla normal münasibətləri var. Cavidan və Davud təxminən 2023-cü ilin mart ayının sonlarında və 2023-cü ilin aprel ayının əvvəlində bir neçə dəfə onun yanına dəmir əşyalar satmağa gətirmişlər. Hazırda həmin əşyalar konkret olaraq nə olub dəqiq bilmir. Xatırladığı qədəri ilə Cavidan və Davud onun yanına dəmir borular, qaz sobası, qazanlar, samovar, teştlər və digər bu kimi əşyalar gətirmişlər. O, hər dəfə həmin əşyaları kiloqramını çəkib Cavidan və Davuda bunun müqabilində təxminən 15 manat pul vermişdir. Cavidan və Davud ona həmin əşyaları öz həyətlərindən pula ehtiyacları olduğu üçün satdıqlarını demişlər. O, həmin əşyaların bir qismini Bakı şəhərində yerləşən sexlərə aparıb təhvil vermişdir. Bir qismi də özündə qalmışdır. Həmin əşyaları da Neftçala RPŞ-nə dəvət olunduqda gətirib təhvil vermişdir. O, həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Təqsirləndirilən şəxslərin onlara ittiham olunan cinayət əməlini törətmələri faktı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 14 iyun 2023-cü il tarixli, 9/4399 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza tədqiqatına təqdim edilmiş malların 2023-cü ilin mart və aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 550,0 manat, təqdim edilməmiş 10 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin mart və aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 565,00 manat müəyyən edilir. Digər qərarda qeyd edilən 14 adda mallar haqqında ətraflı məlumat (istehsal yeri, markası, modeli, materialı, ölçüsü, digər texniki göstəriciləri və s) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir». Zərərçəkmiş şəxs tərfindən Neftçala RPŞ-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə ona vurulmuş ziyan tam olaraq ödənilmiş, hazırda heç bir şikayət və tələbi, eyni zamanda mülki iddiası yoxdur. Neftçala Rayon Məhkəməsinin 1(053)-121/2023 nömrəli iş üzrə 14 dekabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 22 sentyabr 2022-ci il tarixindən etibarən həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin 07 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Babayev X1 Rayon Məhkəməsinin 1 (053)-121/2022 saylı, 14 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum ona təyin edilən cəzadan 03 ay 13 gününü çəkmiş, cəzasının cəkilməmiş hissəsi xx.xx.2023-cü il tarixə 02 il 03 gün təşkil edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham olunan cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, dəymiş ziyanı tam olaraq ödədiyini, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, ilk dəfə az ağır cinayət törətdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən «qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi» müzakirə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, dəymiş ziyanı tam olaraq ödədiyini, zərər çəkmiş şəxslə barış əldə etməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran hallar olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən «qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs2 əvvəlki hökm üzrə təyin edilmiş cəza azadlıqdan məhrumetmə ilə bağlı olmadığından onun əməlində cinayətin residivi yoxdur». Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən «cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir». Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən «hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir». Həmin Məcəllənin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən «cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərarbər tutulur». Qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 il 03 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 02 (iki) il 03 (üç) gün müddət CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla cəmi 01 (bir) il 01 (bir) gün müddət hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 3 ədəd aliminium teştlər, müxtəlif ölçülərdə olan 2 ədəd aliminium aşsüzənlər, müxtəlif ölçülərdə olan 5 ədəd aliminium qazanlar, 1 ədəd elektrik sobası, 1 ədəd tikiş maşını, 1 ədəd kişi köynəyi, 1 ədəd qaz sobası və 1 ədəd sintetik xalça Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış sayılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 24 aprel 2023-cü il tarixdən hazıradək tutulduğu və həbsdə olduğu cəmi 03 (ay) 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 il 03 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 02 (iki) il 03 (üç) gün müddət CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla cəmi 01 (bir) il 01 (bir) gün müddət hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli 24 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd aliminium teştlər, müxtəlif ölçülərdə olan 2 ədəd aliminium aşsüzənlər, müxtəlif ölçülərdə olan 5 ədəd aliminium qazanlar, 1 ədəd elektrik sobası, 1 ədəd tikiş maşını, 1 ədəd kişi köynəyi, 1 ədəd qaz sobası və 1 ədəd sintetik xalça Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış sayılsınlar. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır. Hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar