Məhkəmə qərarları › İş №1(053)-54/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-54/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-54/2024 14.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1969-cu ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Neftçala Rayon Məhkəməsinin 1(053)-66/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə 08 fevral 2024-cü il tarixdə, saat 08 radələrində Neftçala rayonu, Müşfiq qəsəbəsi istiqamətində Xəzər dənizinə gələrək, orada özü ilə gətirdiyi 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon və 01 ədəd uzunluğu 20 metr, eni 2 metr, sapının diametri 0,23 mm, ilgǝklərin daxili ölçüsü 65x65 mm olan, üç qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş açıq çəhrayı rəngli tordan istifadə edərək həmin tarixdə, saat 11 radələrinədək olan müddətdə 45 ədəd hər biri 11 manat olmaqla 495 manat dəyərində külmə, 06 ədəd hər biri 33 manat olmaqla 198 manat dəyərində şamayı, 06 ədəd hər biri 22 manat olmaqla 132 manat dəyərində qarabel siyənək, 06 ədəd hər biri 33 manat olmaqla 198 manat dəyərində kütüm və 02 ədəd hər biri 11 manat olmaqla 22 manat dəyərində kefal balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1045 (min qırx beş) manat məbləğində maddi ziyan vurmuş, eyni tarixdə, saat 11 radələrində Su NPİ-nin Neftçala XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd taxta qayıq, 02 ǝdad taxta avar, 01 ədəd rezin kombinezon, 01 ədəd uzunluğu 20 metr, eni 2 metr, sapının diametri 0,23 mm, ilgəklərin daxili ölçüsü 65x65 mm olan üç qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş açıq çəhrayı rəngli tor, 45 ədəd külmə, 06 ədəd şamayı, 06 ədəd qarabel siyənək, 06 ədəd kütüm və 02 ədəd kefal balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlində özünü təqsirli bilərək qeyd etmişdir ki, 08 fevral 2024-cü il tarixdə, saat 08 radələrində Neftçala rayonu, Müşfiq qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, orada özünə məxsus olan 01 ədəd taxta qayıqdan, 02 ədəd taxta avardan və 01 ədəd rezin kombinezondan istifadə edərək dənizə girdikdən sonra özü ilə götürdüyü 01 ədəd uzunluğu 20 metr, eni 2 metr olan toru suda qurub gözləmişdir. Saat təxminən 10 radələrinə kimi gözləmiş, daha sonra toru sudan çıxardıb yoxlayarkən çoxlu sayda balıq tutduğunu görmüşdür. Saat 11 radələrində sahilə çıxarkən Su nəqliyyatında polis idarəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Neftçala rayonu, Müşfiq qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmağa rəsmi icarəsi, yəni balıqovlama bileti yoxdur. Polis əməkdaşları ona məxsus 01 ədəd taxta qayığa, 02 ədəd taxta avarlara, 01 ədəd rezin kombinezona, 01 ədəd uzunluğu 20 metr, eni 2 metr olan tora və tutduğu balıqlara videoçəkilişlə baxış keçirərkən məlum olmuşdur ki, 45 ədəd külmə, 06 ədəd şamayı, 06 ədəd qarabel siyənək, 06 ədəd kütüm və 02 ədəd kefal balıqlarını tutmuşdur. Polis əməkdaşları baxışla bağlı protokol tərtib etmişlər və baxışdan sonra 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 01 ədəd uzunluğu 20 metr, eni 2 metr olan tor və tutduğu balıqlar götürülmüşdür. Əməlindən peşmandır. Həmçinin qeyd edir ki, cinayət nəticəsində balıq ehtiyatlarına vurduğu ziyanın əvəzi olaraq dövlət büdcəsinə 1046 manat miqdarında ödəniş edib. Hazırda mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə ibtidai araşdırma dövründə zərərçəkmiş hüquqi şəxsin, mülki iddiaçının nümayəndəsi qismində cəlb edilmiş Nümayəndə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2016cı ildən Su NPİ-nin Neftçala XPM-nin polis nəfəri vəzifəsində xidmət edir. Mahiyyəti üzrə bildirir ki, 08 fevral 2024-cü il tarixdə Su nəqliyyatında polis idarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə, saat 11 radələrində Neftçala rayonu, Müşfiq qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəfimizdən saxlanılmışdır. Bununla bağlı tərəfimizdən videoçəklişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ǝdǝd taxta avar, 01 ədəd rezin kombinezon, 01 ədəd uzunluğu 20 metr, eni 2 metr olan tor, 45 ədəd külmə, 06 ədəd şamayı, 06 ədəd qarabel siyənək, 06 ədəd kütüm və 02 ədəd kefal balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 20 ədəd şamayı, 01 ədəd kütüm, 04 ədəd qarabel siyənək, 14 ədəd kefal və 09 ədəd külmə balıqlarını 01 ədəd rezin kombinezon, 01 ədəd uzunluğu 20 metr, eni 2 metr olan tordan Neftçala rayonu, Müşfiq qəsəbəsi istiqamətində Xəzər dənizindən tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, Neftçala rayonu, Müşfiq qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmağa onun rəsmi icazəsi yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 yuxarıda göstərilən şahidin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. 29 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/836 nömrəli Ekspert rəyinin nəticəvi hissəsində qeyd edilir ki, «tədqiqata təqdim edilmiş, üzərində «...HK-1/11 ...dörd-imza» yazı əlavəsi olan polietilen bağlamada olan açıq çəhrayı rəngli torun sapının diametri təxminən -0,23 mm, ilgəklərin daxili ölçüsü 65 x 65 mm, üç qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır. Qeyd: Qərarda qeyd edilən “1, 6 və 7”-ci suallar maddə və materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə (predmetinə) aid olmadığından cavablandırılmadı». Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs 45 ədəd külmə, 06 ədəd şamayı, 06 ədəd qarabel siyənək, 06 ədəd kütüm və 02 ədəd kefal balıqlarının qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1045 manat məbləğində ziyan dəymişdir. İş materiallarının 29-cu səhifəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3736 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs X1 müvafiq hesabına dəymiş ziyanı ümumilikdə 1046 manat olmaqla tam olaraq ödəmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-122/2024 nömrəli məktubundan görünür ki, Neftçala rayonu, Bankə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bundan başqa Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qanunsuz balıq tutarkən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı və şahidlərin ifadələri ilə yanaşı iş materiallarına əlavə olunmuş digər sübutlarla da tam təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, dəymiş ziyanın tamamilə aradan qaldırılması iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş Su NPİ-nin Neftçala XPM-nin rəisi Şahid3 təhvil verilmiş 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avar, 01 (bir) ǝdǝd rezin kombinezon, 01 (bir) ədəd uzunluğu 20 (iyirmi) metr, eni 2 (iki) metr, açıq çəhrayi rəngli sapının diametri 0,23 mm, ilgǝklərin daxili ölçü 65x65 mm olan üç qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş tor adlandırılan balıqovlama vasitəsi dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 45 (qırx beş) ədəd külmə, 06 (altı) ədəd şamayı, 06 (altı) ədəd qarabel siyənək, 06 (altı) ədəd kütüm və 02 (iki) ədəd kefal balıqlarının iş üzrə ibtidai araşdırma dövründə fiziki şəxs X3 təhvil verildiyi nəzərə alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış Su NPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 (bir) ədəd uzunluğu 20 (iyirmi) metr, eni 2 (iki) metr, açıq çəhrayi rəngli sapının diametri 0,23 mm, ilgǝklərin daxili ölçü 65x65 mm olan üç qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş tor adlanan balıqovlama vasitəsi dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iş üzrə ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsə qarşı mülki iddia vermiş, məhkəmədə işə baxılarkən iddia tələbinin tam olaraq ödənildiyini müəyyən edilmiş və iş materiallarına qəbz əlavə edilmişdir. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası rədd edilməlidir. Ona görə də mülki iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 (on) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 07 (yeddi) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş Su NPİ-nin Neftçala XPM-nin rəisi Şahid3 təhvil verilmiş 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avar, 01 (bir) ǝdǝd rezin kombinezon, 01 (bir) ədəd uzunluğu 20 (iyirmi) metr, eni 2 (iki) metr, açıq çəhrayi rəngli sapının diametri 0,23 mm, ilgǝklərin daxili ölçü 65x65 mm olan üç qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş tor adlandırılan balıqovlama vasitəsi dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 45 (qırx beş) ədəd külmə, 06 (altı) ədəd şamayı, 06 (altı) ədəd qarabel siyənək, 06 (altı) ədəd kütüm və 02 (iki) ədəd kefal balıqlarının iş üzrə ibtidai araşdırma dövründə fiziki şəxs X3 təhvil verildiyi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Su NPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 (bir) ədəd uzunluğu 20 (iyirmi) metr, eni 2 (iki) metr, açıq çəhrayi rəngli sapının diametri 0,23 mm, ilgǝklərin daxili ölçü 65x65 mm olan üç qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş tor adlanan balıqovlama vasitəsi dövlət nəfinə keçirilsin. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası rədd edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar