Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-56/2023 30.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Neftçala rayonu, 1№-li Mayak kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Neftçala rayonu, 1№-li Mayak kəndində qeydiyyatda olmaqla Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yaşamış, Neftçala Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2 və 67.1-ci maddələri tətbiq edilməklə qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyun 2022ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün 4 saylı X3 Müəssisəsinə köçürülmüş, cəzasının çəkilməmiş hissəsi 08 ay 17 gün təşkil edən, məhkumluğu olan, barəsində Neftçala Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarı ilə əvvəli 09 may 2023-cü il tarixdən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio-video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşıyarkən 09 may 2023-cü il tarixdə, saat 15:50 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ərazisində saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilib, üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki göy rəngli cins köynəyin sağ döş cibindən 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,481 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olaraq dolanır. O, narkotik vasitə olan heroindən bir xeyli müddət olar ki, istifadə edir. 09 may 2023-cü il tarixdə, saat təxminən 12 radələrində yaşadığı Neftçala şəhəri, M.Ə.Sabir küçəsindəki evindən kənara çıxıb və Neftçala-Salyan yolunun onların küçəsindən keçən hissəsindəki avtobus dayanacağına gəlmişdir. Orada yerdə olan siqaret sellofanı gözünə sataşmışdır. Onu əlinə götürüb açıb baxarkən içərisində olan boz rəngli narkotik vasitə heroini narkotik vasitə aludəçisi olduğu üçün dərhal tanımışdır. Həmin sellofan bükümü bağlayıb əynində olan göy rəngli cins köynəyinin sağ döş cibinə qoymuşdur. Məqsədi ondan ibarət olmuşdur ki, bədəni tələb edərkən ondan istifadə etsin. Daha sonra o, yaşadığı evə qayıtmışdır. Elə həmin gün saat təxminən 15:50 radələrində Neftçala şəhərindəki yaşadığı küçəyə çıxmışdır. Narkotik vasitə olan heroin də cibində olmuşdur. Həmin vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onu özləri ilə birlikdə Neftçala RPŞ-nə getməyə dəvət etmişlər və o, onlarla birlikdə polisin inzibati binasına gəlmişdir. Binanın 1-ci mərtəbəsindəki növbətçi hissədə polis əməkdaşlarının və müdafiəçi vəkilin iştirakı ilə üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Bu zaman əynində olan göy rəngli cins köynəyinin sağ döş cibindəki sellofan bükümün içərisindən narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmin aşkar olunmuş narkotik vasitə olan heroin ağ zərfə qoyularaq "203" nömrəli möhürlə qablaşdırılmış və onunla vəkil tərəfindən imzalarla təsdiqlənmişdir. O, öz əməlindən çox peşmançılıq hissi keçirdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini özü qəbul edəcəyini bildirmişdir. Babelə o, qeyd etmişdir ki, həmin tapdığı narkotik vasitə olan heroindən heç kimə satmamış, verməmiş və bağışlamamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olmamışdır. Yol verdiyi əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala RPŞ-nın cinayət axtarış bölməsinin əməliyyat müvəkkili olmaqla polis mayorudur. Neftçala RPŞ-in əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 09 may 2023-cü il tarixdə, saat 15:50 radələrində Neftçala rayonu, 1№-li Mayak kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda və istifadəsində şübhəli bilinərək Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ərazisində saxlanılıb Neftçala RPŞ-nǝ gətirilməsində onunla birlikdə Neftçala RPŞ-in əməkdaşları olan Şahid2 və Şahid3 ilə iştirak etmişlər. Təhqiqatçı, polis mayoru Rauf Səmədovun rəhbərliyi altında Neftçala RPŞ-in növbətçi hissəsində olan polis əməkdaşlarının və müdafiəçi vəkil Müdafiəçi iştirakı ilə video çəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins köynəyin sağ döş cibində saxladığı bir ədəd siqaretin sellofan bükümünün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs götürülmüş həmin narkotik vasitə heroinə bənzər kütlə ağ zərfə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nə aid Neftçala RPŞ-in "203" saylı möhürü ilə möhürlənmişdir. Həmin 01 (bir) ədəd ağ zərfi orada olan müdafiəçi vəkil Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu, onu 09 may 2023-cü il tarixdə, saat təxminən 12 radələrində Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ərazisində olan avtobus dayanacağında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 may 2023-cü il tarixdə, saat 16:00-da şübhəli şəxs qismində tutulmuş, 11 may 2023-cü il tarixdə barəsində Neftçala Rayon Məhkəməsinin qərarı ilə əvvəli 09 may 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 10 may 2023-cü il tarixli, 18/486 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 1 ədəd sellofan bükümündə təmiz çəkisi-1,481 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ syahı)”. 08 iyul 2023-cü il tarixli, 4264 nömrəli ekspert rəyində qeyd olunur ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X4 19 may 2023-cü il tarixli məktubundan görünür ki, Neftçala rayonu, 1-ci Mayak kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla orada yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Neftçala RMX” PHŞ-nin poliklinika şöbəsində 2019-cu il tarixdən narkoloji dispanser qeydiyyatındadır. Əsəb-ruhi, nevroloji dispanser qeydiyyatlarında yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı X3 Müəssisəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67-ci maddəsi tətbiq edilməklə qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün 4 saylı X3 Müəssisəsinə xx.xx.2022-ci il tarixdə köçürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ərizə ilə müəssisə rəhbərliyinə ailəsi ilə görüşmək üçün müraciət etmiş və ona ailə üzvlərinin yaşadığı Neftçala rayonu, 1-ci Mayak kəndinə 3 gün müddətinə getməsinə icazə verilmişdir. İcazədə olduğu zaman Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 08 ay 17 gün təşkil edir. Həmçinin, istintaq materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Qədirov X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsini və himayəsində iki azyaşlı uşağının olduğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Qədirov X2 Rayon Məhkəməsinin 06 avqust 2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Neftçala Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2 və 67.1-ci maddələri tətbiq edilməklə qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün 4 saylı X3 Müəssisəsinə köçürülmüş, cəzasının çəkilməmiş hissəsi 08 ay 17 gün təşkil edir. Bu Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs birinci məhkumluğu azadlıqdan məhrumetmə ilə bağlı olmadığından onun əməlində cinayətin sadə residivi vardır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,431 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 67.1-ci maddələri tətbiq edilməklə qəti olaraq təyin olunmuş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 08 (səkkiz) ay 17 (on yeddi) gün hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 09 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,431 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd Dvd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır. Hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-56/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-56/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver