Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-58/2023 13.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2005-ci il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin Hərbi- Həkim Komissiyası tərəfindən 12 dekabr 2022-ci il tarixdə müayinə olunarkən tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı, 11 yanvar 2023-cü il tarixdə Neftçala rayon X8 Hüquqi Şəxsdə təkrar müayinə olunarkən ona "burun kapillyaropatiyası" diaqnozu qoyulmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin "49"-cu maddəsnin "ç" bəndinin İ qrafasına (A-3) əsasən 12 yanvar 2023-cü il tarixdə tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin Hərbi-Həkim Komissiyası tərəfindən 28 yanvar 2023cü il tarixdə təkrar müayinə olunarkən Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin "49"-cu maddəsnin "ç" bəndinin 1 qrafasına (A-3) əsasən tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 30 may 2023-cü il tarixli göndərişinə əsasən 08 iyun 2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında təkrar müayinə olunarkən ona "burun çəpərinin əyriliyi, tənəffüsün davamsız pozulması, burun kapillyaropatiyası" diaqnozu qoyulmaqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 10 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin "49"-cu maddəsnin "ç" bəndinin İ qrafasına (A-3) əsasən tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı hesab olunmasına və Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə 2023-cü ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmət keçmək üçün N saylı hərbi hissəyə təyin edilməsinə baxmayaraq heç bir qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “xx xxxxxx 2005-ci ildə anadan olmuşdur. Uşaq yaşlarından burun qanaxmasından əziyyət çəkir. Qardaşı X1 və Naxçıvan MR-nin Şahbuz rayonunda hərbi xidmətdə olmuşdur. 2023-cü ilin aprel ayının 2-də həqiqi hərbi xidməti başa vuraraq gəlmiş, o isə burun qanaxmasından əziyyət çəkdiyi üçün həqiqi hərbi xidmətə gedə bilməmişdir. 18 ildir ki, burun qanaxmasından əziyyət çəkir. xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsində ilkin hərbi qeydiyyata alınmışdır. Neftçala rayon çağırış komissiyasında tibbi müayinələrdən keçirilmişdir. Burun qanaxmasından şikayət etdiyi üçün Neftçala rayon Mərkəzi Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilmişdir. Tibbi müayinələrin nəticəsində ona "Burun kapillyaropatiyası" diaqnozu qoyulmuş və o, rayon çağırış komissiyası tərəfindən Nazirlər Kabinetinin 59 nömrəli, 29 fevral 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin "49"-cu maddəsnin "ç" bəndinə əsasən MD-3 ilə hərbi xidmətə yararlı sayılmışdır. Ancaq həmin tibbi rəy əsassızdır, o, tam yoxlanılmamışdır. O, bugünədək burun qanaxmasından əziyyət çəkir. 2023-cü ilin yanvar ayının 9. 10. 11. 12. 13-ü müxtəlif fasilələrlə dayanmadan burnu qanamışdır. 2023-cü il fevralın 9-tarixində də eyni hal baş vermişdir. O, hərbi xidmət üçün yararlı deyil. Bundan başqa mart ayında burnu qanamışdir. Bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə ilkin hərbi qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən çağırış vərəqəsi verilmişdir. Onun xəstəliyinin dəqiq yoxlanılmadığı üçün atası X9 həmin çağırış vərəqini Şahid1 geri qaytarmışdır. Onun müddətli həqiqi hərbi xidmətə getməməyi üçün üzrlü səbəb və qanuni əsas vardır, sağlam deyil. Hərbi-həkim müayinəsi olunmuşdur, həqiqi hərbi xidmətə getməyinə mane olan heç bir xəstəlik müəyyən edilməmişdir. Lakin, həmin müayinə düzgün aparılmamışdır. Onun xəstəliyinə düzgün diaqnoz qoyulmamışdır. Tibbi müayinələrin nəticəsində ona "Burun kapillyaropatiyası" diaqnozu qoyulmuşdur. Nazirlər Kabinetinin 59 nömrəli, 29 fevral 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Hərbi- hakim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin "49"-cu maddəsin " bəndinə əsasən MD-3 ilə hərbi xidmətə yararlı sayılmışdır. Həmin xəstəlik onun həqiqi hərbi xidmətə getməməyi üçün əsas deyil. Lakin, onun xəstəliyinə düzgün diaqnoz qoyulmamışdır”. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, hazırda hərbi xidmətə getmək arzusunda olduğu üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinə yazılı qaydada 15 noyabr 2023-cü il tarixdə atası Mərdan Mehdiyevin iştirakı ilə ərizə vermişdir. Növbəti çağırışda hərbi çağırışa getməsinə söz verir. Əməlindən peşmandır. Qeyd etdiklərini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasına və barəsində olan cinayət təqibinə xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək göstərdi ki, Neftçala RMX PHŞ-nin lor həkimi vəzifəsində işləyir. 1985-ci ildən həmin vəzifədə çalışır. O, Neftçala RMX PHS-ində Hərbi-Həkim Komissiyasında otorinolorinqoloq vəzifəsini icra edir. Təqsirləndirilən şəxs Mardan oğlunu xx.xx.2020-ci ildə ilkin hərbi qeydiyyata alınması zamanı o, müayinə etmişdir. Həmin vaxt Namiq burun qanaxması da daxil olmaqla heç bir şikayətinin olmadığını bildirmiş, müayinə olunan zamanı da onun "praktiki sağlam" olduğu müəyyən edilmişdir. Çağırışçı xx.xx.2005-ci il təvəllüdlü Neftçala rayonu, Aşağı Surra kənd sakini Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin 26 noyabr 2022-ci il tarixli, 3613 nömrəli Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən 2023-cü il yanvar çağırış komissiyasında tələb olunan bütün müayinələrindən keçirilmiş və burun qanaxmasından şikayət etdiyi üçün Neftçala rayon Mərkəzi Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə tibbi müayinələrin nəticəsində Namiqǝ "Burun kapillyaropatiyası" diaqnozu qoyulmuş və Namiq rayon çağırış komissiyası tərəfindən Nazirlər Kabinetinin 59 nömrəli, 29 fevral 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin "49"-cu maddəsnin "ç" bəndinə əsasən MD-3 ilə (A-3 ilə) hərbi xidmətə yararlı sayılmışdır. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs burun qanaxması ilə bağlı əvvəllər müraciəti olmamışdır. Çağırış vaxtı isə burun qanaxmasından əziyyət çəkdiyini bildirmişdir. X3 deməsinə görə, övladının xəstəliyi ilə bağlı Salyan Rayon Xəstəxanasına müraciət etmişlər. Lakin, heç bir sənədləri olmamışdır. Müayinə zamanı da burunda heç bir zədələnmiş nahiyə görünməmişdir. Qeyd etmişdir ki, öz təşəbbüsü ilə Təqsirləndirilən şəxs qanın ümumi analizinin və qanın laxtalanma sisteminin yoxlanılması ilə bağlı analizlər götürülməsi üçün laboratoriyaya göndərmişdir. Analizlərin nəticəsinə əsasən çağırışçının heç bir xəstəliyinin olmadığı müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə getməməsi üçün hər hansı üzrlü səbəb va qanuni ǝsas yoxdur, sağlamdır. Hərbi-həkim müayinəsi olunmuş, həqiqi hərbi xidmətə getməsinə maneə olan heç bir xəstəlik müəyyən edilməmişdir. Habelə Şahid3 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs şikayəti ilə bağlı müayinə edərkən Namiq əsgər getməkdən imtina etmədiyini, həqiqi hərbi xidmətə getməyə hazır olduğunu söyləmiş, lakin bu zaman onların yanında olan Namiqin atası Mərdan Mehtiyev buna imkan verməyəcəyini söyləyərək, gedəcəyi təqdirdə onun ayağını qıracağını söyləmiş, oğlu Namiqə fiziki təsir göstərmişdir. Belə ki, o, müayinə otağında oğlu Namiqin əli ilə başına və təpiklə ayaq hissəsinə zərbə endirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, xx.xx.2021-ci il tarixdən hal-hazıradək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi vəzifəsində işləyir. Onun vəzifəsi çağırış yaşına çatmış vətəndaşların xəbərdar edilib şöbəyə gətirilməsi, həkim komissiyasına təqdim edilməsi, hərbi xidmət üzrə çağırışçıların öyrənilməsi işinin aparılmasıdır. xx.xx.2020-ci il tarixdə xx.xx.2005-ci il təvəllüdlü Neftçala rayonu, Aşağı Surra kəndi ünvanında yaşayan Mehtiyev X5 Xidmətinin Neftçala rayon şöbəsində ilkin hərbi qeydiyyata alınmışdır. Çağırışçı xx.xx.2005-ci il təvəllüdlü Neftçala rayonu, Aşağı Surra kənd sakini Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin 26 noyabr 2022-ci il tarixli, 3613 nömrəli Sərəncamına əsasən xx.xx.2022- ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsində fəaliyyət göstərən tibbi komissiyada tələb olunan bütün müayinələrdən keçirilmişdir. Təqsirləndirilən şəxs tibbi müayinələrdən keçərkən onda hərbi xidmət keçməyə mane olan hər hansı bir xəstəlik aşkar edilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə çağırış vərəqəsinə imza etdirilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinin məsuliyyəti elan edilmiş və xx.xx.2023-cü il tarixdə komissarlığa gəlib müddətli hərbi xidmətə getməsi üçün çağırış vərəqəsi verilmişdir. Lakin, Təqsirləndirilən şəxs komisarlığa gələrək burun qanaxmasından şikayət etmiş, xx.xx.2022-ci il tarixdə həkim komissiyası tərəfindən düzgün müayinə olunmadığını bildirmiş və təkrar tibbi müayinədən keçirilməsini tələb etmişdir. Ona görə də xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Neftçala rayon Mərkəzi Xəstəxanasında təkrar tibbi müayinədən keçməsi üçün göndəriş verilmiş, Təqsirləndirilən şəxs Neftçala rayon Mərkəzi Xəstəxanasında təkrar tibbi müayinədən keçirilmiş vǝ xx.xx.2023-cü il tarixli tibbi şəhadətləndirilmə vərəqinə əsasən ona "Burun kapillyaropatiyası" diaqnozu qoyulmuş və o, rayon çağırış komissiyası tərəfindən Nazirlər Kabinetinin 59 nömrəli, 29 fevral 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin "49"-cu maddəsnin "ç" bəndinə əsasən MD-3, yəni A-3 ilə hərbi xidmətə yararlı sayılaraq, adı müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların dəqiqləşdirilmiş adlı siyahısına daxil edilmişdir. O, sonuncu dəfə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin Hərbi- Həkim Komissiyası tərəfindən 28 yanvar 2023-cü il tarixdə təkrar müayinə olunarkən hərbi xidmətə yararlı hesab olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin Sərəncamına əsasən müddətli həqiqi hərbi xidmət keçmək üçün N-saylı hərbi hissəyə təyin edilmişdir. Lakin, çağırışçı Təqsirləndirilən şəxs dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, heç bir qanuni əsas və üzürlü səbəb olmadan müvəqqəti həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırmışdır. Bu barədə xx.xx.2023-cü il tarixdə, 3-43-47/2-65/2023 nömrəli məktubla Neftçala rayon polis şöbəsinə müraciət edilmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, şöbə tərəfindən 15 yaşı tamam olacaq şəxslərə çağırış vərəqəsi verilib, ilkin hərbi qeydiyyata alınır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə ilkin hərbi qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən çağırış vərəqəsi verilmişdir. Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə getməməsi üçün hər hansı üzrlü səbəb və qanuni əsas yoxdur, sağlamdır. Hərbi-Həkim Komissiyasında müayinə olunmuş, həqiqi hərbi xidmətə getməsinə maneə olan heç bir xəstəlik müəyyən edilməmişdir. Tibbi müayinələrin nəticəsində Təqsirləndirilən şəxs "Burun kapillyaropatiyası" diaqnozu qoyulmuşdur. Nazirlər Kabinetinin 59 nömrəli, 29 fevral 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin "49"-cu maddəsnin "ç" bəndinə əsasən MD-3, yəni A- 3 ilə hərbi xidmətə yararlı sayılmışdır. Həmin xəstəlik Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətə getməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 nömrəli, 29 fevral 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin İ qrafasında müddətli hərbi xidmətə çağırılan şəxslərin hərbi xidmətə yararlılıq kateqoriyası göstərilmiş, həmçinin həmin "Əsasnamə"nin Xəstəliklər cədvəlinin "49"-cu maddəsnin "ç" bəndinin İ qrafada A-3 bəndində isə vətəndaşın hərbi xidmətə yararlı olması qeyd olunmuşdur. Qüvvədən düşmüş təlimat və qərarlarda eyni xəstəlik diaqnozu ilə vətəndaşın hərbi xidmətə yararlı olması MD-3 kimi göstərilirdi, yeni təlimat və əsasnamədə isə eyni xəstəlik diaqnozu ilə vətəndaşın hərbi xidmətə yararlılıq kateqoriyası A-3 kimi qiymətləndirilir. Yəni MD-3 və A-3 eyni anlayışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun məhkəmə iclasında verdiyi ifadəyə uyğun ifadə verdi. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı şahid ifadələri və iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə işin hüquqi həlli ilə bağlı həmçinin aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli hərbi xidmətə çağırılan vətəndaşın tibbi şəhadətləndirilmə kartının, sağlamlıq vəziyyətinin müayinə edilməsi aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin Hərbi-Həkim Komissiyası tərəfindən 12 dekabr 2022-ci il tarixdə müayinə olunarkən hərbi xidmətə yararlı və 11 yanvar 2023-cü il tarixdə Neftçala rayon X8 Hüquqi Şəxsdə təkrar müayinə olunarkən ona "burun kapillyaropatiyası" diaqnozu qoyulmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin "49"-cu maddəsnin "ç" bəndinin İ qrafasına (A-3) əsasən 12 yanvar 2023- cü il tarixdə tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin Hərbi-Həkim Komissiyası tərəfindən 28 yanvar 2023cü il tarixdə təkrar müayinə olunarkən Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin "49"-cu maddəsnin "ç" bəndinin İ qrafasına (A-3) əsasən tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı hesab olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktub, ona əlavə olunmuş xx.xx.2023-cü il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı və xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi- Həkim Komissiyasının 30 may 2023-cü il tarixli göndərişinə əsasən 08 iyun 2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında təkrar müayinə olunarkən Təqsirləndirilən şəxs "burun çəpərinin əyriliyi, tənəffüsün davamsız pozulması, burun kapillyaropatiyası" diaqnozu qoyulmaqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 10 iyul 2023- cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin xəstəliklər cədvəlinin “49” cu maddəsinin “ç” bəndinin İ qrafasına (A-3) əsasən tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı hesab olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Neftçala rayonu, Aşağı Surra kənd sakini Mehtiyev X5 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinə ərizə ilə müraciət edərək, tutduğu əməldən peşman olduğunu, səhhətindən şikayəti olmadığını və 2024-cü ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə getməyinə hazır olduğunu bildirmişdir. Şöbə tərəfindən növbəti həqiqi hərbi xidmətə çağırışa cəlb olunaraq, adı çağırışçıların sərəncamına daxil ediləcəkdir. Vətəndaş Təqsirləndirilən şəxs atası Mərdan Mehtiyev oğlunun müddətli həqiqi hərbi xidmətə göndərilməsinə etiraz etmir. Həmin məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsinin surətində aşağıdakılar qeyd edilmişdir: “yazıb sizə bildirirəm ki, mən 2023-cü ilin yanvar çağrışına cəlb olunmuşam və sərəncamla hərbi hissəyə təyin olunmuşam, lakin burnumdakı qanaxma ilə əlaqədar olaraq xidmətə getməkdən yayınmışam, hal-hazırda səhətinnən şikayətim yoxdur və 2024-cü ilin yanvar çağrışında hərbi xidmətə getməyə razıyam. İmza:Təqsirləndirilən şəxs xx.xx.2023 X4 mənim xidmətə getməyimə etiraz etmir. və öz imzası ilə təstiq edir. İmza: Mehtiyev. M.Ə xx.xx.2023” Təqsirləndirilən şəxs təqdim etdiyi 06 dekabr 2023-cü il tarixli ərizə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubla müəyyən olunur ki, o, artıq səhhətindən şikayəti olmadığını və 2024-cü ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə getməyə hazır olduğunu bildirmişdir. Həmçinin xx.xx.2023- cü il tarixli məktubda Təqsirləndirilən şəxs barəsində məhkəmənin müsbət qərar qəbul edəcəyi təqdirdə o, 2024-cü ilin yanvar çağırışına həqiqi hərbi xidmətə cəlb ediləcəyi qeyd edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol verdiyi əməl istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 321.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə olaraq böyük içtimai təhlükə törətməyən cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən «şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər». Azərbaycan Respublikası CM-nin 74-cü maddəsinə əsasən «Şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər». İşin faktik halları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs artıq səhhətindən şikayəti olmadığını və 2024-cü ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə getməyə hazır olduğunu bildirərək 2024-cü ilin yanvar çağırışna cəlb ediləcəkdir. Həmçinin zəruri qeyd edilməli məqam ondan ibarətdir ki, məhkəmə araşdırması zamanı, habelə təqsirləndirilən şəxsin və şahidin ifadələrindən görsənir ki, Təqsirləndirilən şəxs atasının fiziki və psixoloji təsiri altında nəticəsini görə bilmədiyi əmələ yol vermişdir. Belə ki, məhkəmə iclasları zamanı da təqsirləndirilən şəxsin atasından psixoloji baxımdan asılılığı, onun iştirakı zamanı sərbəst danışa bilməməsi, fikirlərini izah edərkən atasının onun dediklərinə necə reaksiya verəcəyini bilməsi üçün daim diqqətini ona cəmləməsi onun həqiqi hərbi xidmətdən yayınmasında müstəqil qərar qəbul etməməsinin bariz nümunəsi kimi qiymətləndirilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi ittiham üzrə şəraitin dəyişməsi ilə əlaqədar şəxsin cinayət məsuliyyətindən azad edilməsini əsaslı hesab edir. Belə ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs xəstəliyini əsas gətirərək (həqiqətən xəstəliyi olsa belə hərbi xidmət keçmək üçün yararlı hesab olunmuşdur) hərbi xidmət keçməkdən boyun qaçırsa da, məhkəmə baxışı zamanı artıq ona verilmiş ittihamın mahiyyətini, xarakterini dərk edərək hər bir vətəndaş kimi vətəndaşlıq borcunu yerinə yetirməyə hazır olduğunu göstərmişdir. Hazırkı vəziyyətdə məhkəmə bir şəxsin həqiqi hərbi xidmətə qazandırılmasını onun cəzalandırılmasından daha üstün və məntiqli hesab edir. Təqsirləndirilən şəxs CM-nin 321.1-ci maddəsi ilə cəzalandırılmış olsa bu hal həm onun bu günü və gələcək həyatı üçün, həm də ailəsinin həyatına mənfi təsir göstərmiş olacaqdır. Hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətə getmək üçün könüllü və səmimi iradə nümayiş etdirdiyindən məhkəmə şəraitin dəyişməsi ilə əlaqədar onun cinayət məsuliyyətindən azad edilməsini daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Təqsirləndirilən şəxs vəkili 13 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edib Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə cinayət işinin icraatına şəraitin dəyişməsi ilə əlaqədar xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili Müdafiəçi şəraitin dəyişməsi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdiyindən, cinayət əməli ictimai təhlükəliliyini itirdiyindən qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alıb məhkəmə belə qərara gəlir ki, təqsirləndirilən şəxsin barəsində cinayət işi üzrə icraata şəraitin dəyişməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən xitam verilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 74-cü və CPM-nin 39.1.11, 40.2, 321, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-58/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-58/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver