Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-58/2025 15.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1993-cü ildə Neftçala rayonu, Mirqurbanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 11 – 13 iyun 2025-ci il tarixləri üzrə tutulmuş, 13 iyun 2025-ci ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2025-ci ilin may ayının sonlarında Neftçala rayonu, Mirqurbanlı kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində, şiferlə əhatə olunmuş yerdə torpağı şumlayıb istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 05 ədədini yetişdirərək kultivasiya etmiş, 11 iyun 2025-ci il tarixdə saat 13.00 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 05 ədəd yaş vəziyyətə ümumi çəkisi 2,46 qram olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan arabir istifadə edirdi. May ayının əvvəllərində Kür çayının sahilində gəzərkən yerdən siqaret qutusunun içərisində çətənə toxumları tapmışdır. O, həmin çətənə toxumlarını kağıza bükərək saxlamış, bir müddət sonra isə həmin toxumları əkmək qərarına gəlmişdir. 2025-ci ilin may ayının sonlarında çətənə toxumlarını evinin həyətyanı sahəsindəki şiferlə əhatə olunmuş torpaq sahəsində əkmişdir. Məqsədi qurudulmuş marixuana əldə etmək üçün həmin toxumları əkərək onlardan çıxan çətənə bitkilərini becərmək, yarpaqlarından toplayıb özündə qurudub saxlayaraq tədarükünü yığmaq olmuşdur. Bu barədə heç kimə bir söz deməmişdir. Həyətin həmin hissəsinə gəlib-gedən olmadığı üçün heç kim əkdiyi çətənə bitkilərini görməmişdir. Daha sonra həmin toxumlardan çıxan çətənə bitkilərini yetişdirməyə başlamışdır. Çətənə bitkilərinə su verərək onları becərmiş və qulluq etmişdir. 11 iyun 2025-ci il tarixdə saat 13 radələrində evdə olduğu zaman onu həyət qapısından çağırmışlar. Küçə qapısına getdikdə mülki geyimli şəxslər ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, qanunsuz olaraq narkotik tərkibli bitki əkməsi barədə məlumatlı olduqlarını demişlər. O, heç bir etiraz etməmiş və onları həyətə dəvət etmişdir. Daha sonra çətənə bitkiləri əkdiyini bildirmiş və həmin bitkiləri polislərə təqdim etmişdir. Orada olan polis əməkdaşlarının, həmçinin aqronomun iştirakı ilə videoçəkilişlə baxış keçirilən zaman həyətyanı sahəsində əkdiyi 05 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, bütün iştirakçılar kimi o, da protokola imza etmişdir. Bundan sonra sənədləşmə işləri üçün onu Neftçala Rayon Polis Şöbəsinə aparmışlar. Rayon polis şöbəsində barəsində tutma qərarı qəbul edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Müdafiəçi təqdim edildikdən sonra müdafiəçi X2 iştirakı ilə videoçəkiliş vasitəsilə ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitə və sair cinayət xarakterli nə isə varsa təqdim etməsi təklif edilmişdir. O, isə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Üzərində keçirilmiş şəxsi axtarış zamanı da heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Bununla yanaşı aşkar edilmiş çətənə bitkilərinə baxış keçirilib elektron tərəzi ilə ölçüldükdən sonra həmin narkotik vasitələr qablaşdırılaraq möhürlənmişdir. Daha sonra orada protokol tərtib olunmuş, digər iştirakçılar kimi o, da protokola imza etmişdir. Çətənə bitkilərini əkməsi barədə onun özündən başqa heç kim heç nə bilməyib və bu barədə heç kimə heç nə deməyib. Əkdiyi 05 ədəd narkotik maddə olan marixuanadan heç kimə verməmiş, satmamış və bağışlamamışdır. Həmin bitkiləri şəxsi istifadəsi üçün əkib. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala Rayon Polis Şöbəsinin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 11 iyun 2025-ci il tarixdə saat 13 radələrində Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə (kannabis) bitkilərinin əkilib-becərilməsində və aqrotexniki qaydada kultivasiya edilməsində şübhəli bilinərək Neftçala rayonu, Mirqurbanlı kəndi ərazisində saxlanılıb Neftçala Rayon Polis Şöbəsinə gətirilməsində onunla birlikdə rayon polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 da iştirak etmişlər. X1 rəhbərliyi altında şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonu, Mirqurbanlı kəndi ərazisindəki evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindəki torpaqda əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə kultivasiya edib yetişdirdiyi 05 ədəd çətənə yəni, kannabis bitkiləri aşkar olunaraq götürülmüşdür. Aşkar edilərək götürülmüş 05 ədəd çətənə (kannabis) bitkiləri kağız paketə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nə aid Neftçala RPŞ-in “203” saylı möhürü ilə möhürlənib götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə (kannabis) olduğunu, onları öz şəxsi istifadəsi üçün yaşadığı Neftçala rayonu, Mirqurbanlı kəndi ərazisindəki evinin həyətyanı sahəsində olan torpaqda əkib-becərməklə aqrotexniki qaydada qulluq göstərərək yetişdirib böyütdüyünü bildirmişdir. Şahid qismində dindirilmiş X3 və Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 12 iyun 2025-ci il tarixli 18/458 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində: «...Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən…» sözləri və imzalar olan kağız paketdə ümumi sayı 05 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 2,46 qram olan bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş olan narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 05 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. 06 avqust 2025-ci il tarixli 437 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,96 qram təşkil edən 05 (beş) ədəd çətənə (kannabis) bitkisi məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 – 13 iyun 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 04 (dörd) gün yuxarıda qeyd olunan 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,96 qram təşkil edən 05 (beş) ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-58/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-58/2025
15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver