Məhkəmə qərarları › İş №1(053)-59/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-59/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-59/2025 19.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, X4 üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid3, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştiraklar ilə, xx xxxx 2008-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Xolqarabucaq kəndində qeydiyyatda olmaqla orada yaşayan, 01 avqust 2025-ci il tarixdə barəsində “yetkinlik yaşına çatmayan nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs, 12 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Salyan- Neftçala avtomobil yolunun Neftçala rayonu Xolqarabucaq kəndi ərazisindən keçən hissəsində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan "Daewoo Nexia" markalı ** LN *** dövlət qeydiyyat nişanı avtomobili Salyan rayonu istiqamətində 70 km/saat sürətlə idarə edərkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, nəqliyyat vasitələrinə və əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idara olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarəetməli, qarşıda onunla eyni istiqamətdə hərəkət hissəsinin sağ kənarı ilə düzünə hərəkətdə olan piyadanı nəzərə alaraq onlardan hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə seçərək onun yanından keçib getməli olduğu halda bunlara riayət etməyərək, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, hərəkətin təhlükəsizliyini və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etmədən idarəetməni itərərək, onunla eyni istiqamətdə yolun sağ çiyni ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtomobilin ön tarafı ilə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 başın təpə, gicgah nahiyəsinin yarası, sol gicgah va sağ tərəfli ənsə sümüklərinin sınığı ilə nəticələnən, həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya səbəb olan, Zərərçəkmiş şəxs2 isə qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli azilməsi, ağciyərlərin kontuziyası, sağ almacıq, sağ gicgah sümüklərinin sınığı ilə nəticələnən, həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif olunmuşdur. İŞİN HALLARİ VƏ İTTİHAMİN DƏLİLLƏRİ: Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsi Şahid3 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində "Proferesurs" liseyində avtomobil elektriki peşəsi üzrə təhsil alır. Neftçala rayonu Xolqarabucaq kəndinə istirahətə gəlmişdir. Onların atasına maxsus "Daewoo Nexia" markalı **-LN-*** dövlat qeydiyyt nişanlı avtomobili vardır. xx.xx.2024-cü il tarixdə saat təxminən 22:00 radələrində atam mənə zəng edərək avtomobili idarə edərək kənd ərazisində Salmanın oğul Hikmatin asgar getməsilə əlaqədar təşkil olunmuş yığıncaqda olan anasını evə aparmasını demişir. O da avtomobilin açarını evdə daha əvvəl qoyduğu yerdən götürüb, avtomobilə əyləşib, avtomobili işə salıb qeyd olunan ünvana getmişdir. Oradan anası Şahid2 götürüb evo qayıtmağa başlamışdır. Anası avtomobildə arxa sağ tərəfdə əyləşmişdir. O avtomobili Neftçalarayonu Xolqarabucaq kəndi ərazisində asfalt yol ilə Salyan rayonu istiqamətində təxminən 70 km/saat sürətlə idarə edirmiş. Xolqarabucaq kəndi ərazisində Arif adlı şəxsin mağazasının yaxınlığında hərəkətdə olarkən qarşıdan gələn avtomobilin işıqları onun irəlini görməsini çətinləşdirmişdir. O çətinliklə irəliyə baxdıqda, onunla eyni istiqamətdə, asfalt yolun üzəri ilə yan-yana 3 nəfər şəxsin getdiyini görmüşdür. O piyadaları görən zaman aralarında təxminən 15 metr məsafə olmuşdur. O piyadaları vurmamaq üçün əyləc pedalına basmış, lakin məsafə az olması, həmçinin yağış yağdığı üçün yol sürüşkən olduğundan o, piyadalardan ikisini avtomobilinin ön sağ hissəsi ilə vurmuşdur. O piyadaları vurduqdan sonra təxminən 5 metr irəlidə dayanmışdır. Zərbənin təsirindən hər iki şəxs yolun sağ çiyninə düşmüşdür. O avtomobildən düşüb həmin şəxslərin yanına getmişdir. Həmin şəxslərin həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olduğunu bilmişdir. O özü qorxduğu üçün nə edəcəyini bilməmişdir. Digər şəxs Şahid1 ona Nigarı və Aqili atasının Vaqifin avtomobilinə mindirməsinə köməklik etməsini demişdir. Onlar birlikdə Aqili və Nigarı Vaqifin avtomobilinə əyləşdirmişlər. Vaqif onları xəstəxanaya aparmışdır. O da öz avtomobilinə əyləşib anasıla birlikdə evə getmişdir. Evdə olanda atası ona zəng edərək nə baş verdiyini soruşmuşdur. O da baş vermiş hadisəni atasına danışmışdır. Atası evə gəlmiş və polis şöbəsindən müstəntiqin onu çağırdığını demişdir. O daatasıla birlikdə polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək hadisə zamanı sürət həddi 70 km/saat olduğunu, o, piyadaları görən zaman piyadaların onunla eyni istiqamətdə asfalt yolun üzərilə yan-yanaharakat etdiklərini, o piyadaları gördüyü andan onun üçün təhlüks anının yarandığını və onunla ivadalar arasında 15 metr masafa olduğunu, hadisa zamanı avtomobilda 1 nafar sərnişini olduğunu, avtomobilində vük olmadığını, hadisənin qarşısını almaq üçün əylə pedalına basdığıni. masafənin az olması və yağış yağdığı üçün asfalt sürüskan olduğundan hadisənin qarşısını ala bilmədiyini, onun avtomobil idarə etmək üçün sürücülük hüququnun olmadığını, hadisədən avval və ya hadisə vaxtı spirtli içki və ya narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, onun ilk dəfə olaraq hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə vurulmuş zərərin aradan qaldırılması istiqamətində mümkün olan tədbirləri görməsini, həmçinin ona dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxslərlə ilə barışıq əldə etməsini nəzərə almaqla barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 12 noyabr 2024-cü il tarixdə əmisi Şahid1 və əmisinin arvadı Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadıqları kənddə qohumlarının əsgər getməsi ilə bağlı həyətlərində təşkil etdikləri məclisdə iştirak edirmiş. Həmin gün saat 21:00 radələrində məclisi tərk edərək Nigarın yaxınlıqda yaşayan atasıgilə getmişlər. Təxminən bir saat orada oturduqdan sonra evlərinə getmək məqsədi ilə oranı tərk edərək asfalt yolun kənarında olan sarı xəttin sağ hissəsi ilə öndə Nigar. arxasınca o, onun arxasınca isə əmisi Əlibala olmaqla ard-arda hərəkət edirmişlər. Əmisi babası Vaqifə zəng edərək gəlib onları aparmasını demişdir. O özünə gəldikdə xəstəxanada olduğunu görmüşdür. Ətrafında olan şəxslərdən nə olduğunu soruşmuşdur. Həmin şəxslər ona həmkəndliləri Təqsirləndirilən şəxs avtomobil ilə onu və Nigarı vurduğunu demişlər. O həmin vaxt baş vermiş hadisə ilə bağlı heçnə xatırlamadığını bildirmişdir. Hadisə baş verən zaman asfalt yolun sağ kənarı ilə ard-arda hərəkət etdiklərini, Elgünün özünü müdafiə etmək məqsədilə onların yan-yana hərəkət etdiklərini dediyini, hadisə baş verməzdən əvvəl qarşıdan avtomobil gəlmədiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı tələb və şikayətləri yoxdur, onlara dəymiş ziyan tam ödənilmişdir. Bu səbəbdən barəsində Təqsirləndirilən şəxs onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 12 noyabr 2024-cü il tarixdə yoldaşı Şahid1 və qayını oğlu Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşadıqları kənddə yoldaşının dayısı nəvəsinin əsgər getməsi ilə bağlı həyətlərində təşkil etdikləri məclisdə iştirak edirmişlər. Həmin gün saat 21:00 radələrində məclisi tərk edərək yaxınlıqda yaşayan atasıgilə getmişlər. Təxminən bir saat atasigildə oturduqdan sonra evlərinə getmək məqsədi ilə atasıgilin evini tərk edərək asfalt yolun kənarında olan sarı xəttin sağ hissəsi ilə öndə o, arxasınca Aqil, onun arxasıncada yoldaşı olmaqla ard-arda hərəkət edirmişlər. Yoldaşı qayınatası Vaqifə zəng edərək gəlib onları aparmasını demişdir. O özünə gəldikdə xəstəxanada olduğunu görmüşdür. Ətrafında olan şəxslərdən nə olduğunu soruşmuşdur. Həmin şəxslər ona həmkəndliləri Təqsirləndirilən şəxs avtomobil ilə onu və Aqili vurduğunu demişlər. O həmin vaxt baş vermiş hadisə ilə bağlı heçnə xatırlamadığını bildirmişdir. Hadisə baş verən zaman asfalt yolun sağ kənarı ilə ardarda hərəkət etdiklərini, Elgünün özünü müdafiə etmək məqsədilə onların yan-yana hərəkət etdiklərini dediyini, hadisə baş verməzdən əvvəl qarşıdan avtomobil gəlmədiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı tələb və şikayətləri yoxdur, onlara dəymiş ziyan tam ödənilmişdir. Bu səbəbdən barəsində Təqsirləndirilən şəxs onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 noyabr 2024-cü il tarixdə yoldaş Zərərçəkmiş şəxs1 və qardaşı oğlu X13 ilə birlikdə yaşadıqları kənddə dayısı nəvəsinin əsgər getməsi ilə bağlı həyətlərində təşkil etdikləri məclisdə iştirak edirmişlər. Həmin gün saat 21:00 radələrində məclisi tərk edərək yaxınlıqda yaşayan qayınatasıgilə getmişlər. Təxminən bir saat qayınatangilda oturduqdan sonra evlərinə getmək məqsədi ilə qayınatasıgilin evini tark edərək asfalt yolun kənarında olan sarı xəttin sağ hissəsi ilə öndə yoldaşı, arxasınca Aqil, onun arxasıncada özü olmaqla ard-arda hərəkət edirmişlər. O yolda atası Vaqifə zəng edərək gəlib onları aparmasını demişdir. Bir qədər irəli hərəkət etdikdən sonra arxadan gələn avtomobilin sürətlə yanından keçərək Aqili vurduğunu görmüşdür. Həmin avtomobil biraz irəlidə dayanmışdır. O tez həmin sürücünün yanına getmiş va sürücüyə sən neynədin, bir ailəni bədbəxt etdin demişdir. Həmin sürücünün həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Sonra Elgünü buraxıb Aqilin yanına qaçmışdır. Aqilin tərpənmədiyini görmüşdür. Bu zaman biraz kənarda Elgünün avtomobilinın yaxınlığında kiminsə zarıdığını eşitmişdir. Həmin şəxsin yanına getmiş va yoldaş Nigarın olduğunu görmüşdür. Bundan sonra Elgünün yoldaşını da vurduğunu bilmişdir. O özünü itirirərək "yıxdın evimizi" deyərək qışqırmağa başlamışdır. Bir neçə dəqiqə sonra atası avtomobili ilə onların yanına gəlmişdir. Onlar Aqili va Nigarı atasının avtomobilinə qoyub xəstəxanaya aparmağa başlamışlar. Yolda təcili yardıma zəng etmişlər. Mil-muğan kollektorunu keçdikdən sonra təcili yardım avtomobili ila qarşıqarşıya gəlmişlər. Onlar Nigarı və Aqili atasının atvomobilindan götürüb təcili yardım avtomobilinə mindirmişlər və xəstəxanaya aparmışlar. O da təcili yardımın arxasınca getmişdir. Xəstəxanada Aqilə və Nigara tibbi yardım göstərilmişdir. Hadisə baş verən zaman asfalt yolun sağ kənarı ilə ard-arda hərəkət etdiklərini, Elgünün özünü müdafiə etmək məqsədilə onların yan-yana hərəkət etdiklərini dediyini, hadisə baş verməzdən əvvəl qarşıdan avtomobil gəlmədiyini, atasının hadisə baş verdikdən bir neçə dəqiqə sonra hadisə yerinə gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun gəlinidir. O gəlini, oğlu Əlibala və nəvələrilə birlikdə yaşayır. 2024-cü ilin noyabr ayının əvvəllərində Bakı şəhərində yaşayan nəvəsi Zərərçəkmiş şəxs2 da onlara qonaq gələrək onlarla yaşamağa başlamışdır. 12 noyabr 2024-cü il tarixdə oğlu Əlibala, gəlini Nigar və nəvəsi Aqil yaşadıqları kənd də qohumlarının əsgər getməsi ilə bağlı həyətlərində təşkil etdikləri məclisə getmişlər. Həmin gün saat təxminən 22:00 radələrində oğlu ona zəng edərək yol ilə piyada gəldiklərini, avtomobillə gəlib onları aparmasını demişdir. O da buna görə özünə maxsus "VAZ 21074" markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu Xəzər kənd kəndi istiqamətində hərəkət edərək oğlugili götürmək üçün getmişdir. Neftçala rayonu Xolqarabucaq kəndi ərazisində döngəni döndükdən sonra təxminən 700-800 metr irəlidə biravtomobilin volun kənarında dayandığını görmüşdür. Həmin avtomobilin in onun gözünə onu narahat etdiyi üçün avtomobilin sürücüsü onun siqnallarına məhəl qoymamışdır. O həmin avtomobilə çatdıqda yolun kənarında səs-küy olduğunu eşitmişdir. Avtomobili saxlayıb onlara yaxınlaşdıqda qışqıran şəxsin glu Əlibala olduğunu, gəlini Nigarın və nəvəsi Aqilin yolun kənarında uzandığımı, yolun kənarında dayanan avtomobili həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyini və Elgünün də yolun kənarımda avtomobilin arxasında anası ilə birlikdə dayanaraq öz başlarına vurduqlarını görmüşdür. O oğlundan nə baş verdiyini soruşmuşdur. Oğlu da Elgünün avtomobil Nigarı və Aqili vurub yolun kənarına atdığını demişdir. Onlar Nigarı və Aqili onun avtomobilinə əyləşdirmiş və xəstəxanaya aparmaq üçün hərəkət etməyə başlamışlar. Mil-muğan kollektorunu keçdikdən sonra təcili yardım avtomobili ilə qarşıqarşıya gəlmişlər. Onlar Nigarı və Aqili onun atvomobilindən götürüb təcili yardım avtomobilinə mindirmişlər və xəstəxanaya aparmışlar. O da təcili yardım avtomobilinin arxasınca getmişdir. Xəstəxanada Aqilə və Nigara tibbi yardım göstərilmişdir. O hadisə yerinə çatdıqda Elgün artıq Nigar və Aqili vuraraq avtomobili yolun kənarında saxlamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş X2 məhkəmə iclasında Azərbyacan Respublikası Konstitusiyasının 66-cı maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərək oğluna qarşı ifadə verməkdən imtina etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 263-1.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 13 noyabr 2024-cü il tarixli protokoldan, hadisə yerinin sxemindən və fotoşəkillərdən hadisənin Neftçala rayonu Xolqarabucaq kəndi ilə Şorsulu kəndi istiqamətində baş verməsi müəyyən edilmişdir.(i.v.11-20) Məhkəmə iclasında tədqiq olunmuş nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 15 noyabr 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, baxış zamanı “Daeowoo” markalı, 99-lN-304 dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsininsağ hissəsində iri dəlik, ön kapot və bufer hissəsində əziklər olması, digər hissələrinin isə saz vəziyyətdə olması aşkar edilmişdir.( i.v.29-33) İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və X11 rayon şöbəsinin 17 dekabr 2024-cü il tarixli, 258nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-başın təpə, gicgah nahiyəsinin yarası, sol gicgah və sağ tərəfli ənsə sümüylərinin sınığları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmaya aiddir(i.v.45-46). İş üzrə təyin edilmiş sağlamlıq vəziyyətinin təyin edilməsinə dair məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 10 may 2025-ci il tarixli, 68 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, 2009-c il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- qapalı kəllə beyin travması, baş beyin ağır dərəcəli əzilməsi, ağciyərlərin kontuziyası, sağ almacıq, sağ gicgah sümüklərinin sınığı əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmaya aiddir(i.v.56-57). İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2025-ci il tarixli, 8/115 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, “Daewoo nexia” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur və onun həmin maddənini tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imknaı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət surəti 3.24. maksimum surıətinin məhdudlaşdırılması qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70 km/ saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.(i.v.51-54) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müvafiq kateqoriya nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, yəni hərəkət üçün təhlükə yarandığı anda nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməməsi nəticəsində ehtiyatsızlıqdan piyada zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurub onların sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Hazırki cinayət əməlini törətməsi Təqsirləndirilən şəxs özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. HÜQUQİ MƏSƏLƏLƏR: Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 2-ci 4-cü bəndinə əsasən zərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 18 yaşdan yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə o, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. eyni tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli qərarla Zərərçəkmiş şəxs1 zərərçəkmiş qismində tanınmış, xx.xx.2025-ci il tarixli qərarla Zərərçəkmiş şəxs2 zərərçəkmiş qismində tanınmış, xx.xx.2025-ci il tarixli qərarla Qanuni nümayəndə Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi tanınmış, xx.xx.2025-ci il tarixli qərarla X1 Elgün Elman oğlunun qanuni nümayəndəsi qismində tanınmışdır. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 14 may 2025-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2025-ci il tarixli ərizələrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı tələb və şikayətləri yoxdur, onlara dəymiş ziyan tam ödənilmişdir. Bu səbəbdən barəsində Təqsirləndirilən şəxs onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişlər. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını və təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Cinayət işi üzrə zərərçəkən şəxslər təqsirləndirilən şəxslə barışmışdır, onlara dəyən ziyan tam ödənilmişdir, təqnsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır kateqoriyalı cinayət əməlini törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərmək məqsədilə onu xəstəxanaya aparmasını, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini və onlarla barışıq əldə etməsini, cinayət törədən zaman təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Şahid3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 4 nömrəli qərarının 11-ci bəndinə əsasən, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası CM-nin 88-ci maddəsinin tələblərinə müvafiq olaraq yetkinlik yaşına çatmayan şəxs barəsində eyni zamanda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər (məsələn, xəbərdarlıq edilməsi və valideynlərin nəzarəti altına verilməsi, vurulmuş ziyanın ödətdirilməsi və asudə vaxtının məhdudlaşdırılması). Yetkinlik yaşına çatmayan şəxsləri valideynlərin və ya onları əvəz edən şəxslərin nəzarəti altına verərkən, məhkəmə əmin olmalıdır ki, göstərilən şəxslər yeniyetməyə müsbət təsir göstərə, onun törətdiyi əməli düzgün qiymətləndirə, davranışı üzərində gündəlik nəzarəti təmin edə biləcəklər. Bunun üçün müvafiq materialların tələb edilməsi, valideynlərin və ya onları əvəz edən şəxslərin həyat şəraitinin, yeniyetmənin maddi təminatı imkanlarının və s. yoxlanılması zəruridir. Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxslərə nəzarət edilməsi üçün nəzarətlərinə verilmiş valideynlərin və ya onları əvəz edən şəxslərin bu haqda razılıqlarının alınması tələb olunmasa da, belə razılıq alınmalıdır. Həmin Qərarın 24-cü bəndinə əsasən, CM-nin 85.2-ci maddəsinə əsasən cərimə yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayan məhkuma təyin edilir. Həmin maddədə cərimənin müstəqil əmək haqqı olmayan yetkinlik yaşına çatmayanların valideynlərindən, yaxud digər qanuni nümayəndələrindən tutulması nəzərdə tutulmadığından hökmdə cərimənin həmin şəxslərdən tutulmalı olması barədə göstəriş verilə bilməz. Buna görə də, ilk növbədə, yetkinlik yaşına çatmayanın əməli nəticəsində vurulmuş ziyanın onun özü tərəfindən ödənilməsi imkanları müzakirə edilməlidir. Yalnız cərimə cəzasının icrası zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.1-ci maddəsi ilə müəyyən olunan normalar tətbiq oluna bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını,cinayətin baş vermə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin aşağıdakıları nəzərə alır və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəmüvafiqdir. Çünki cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzalarm İcrası Məcəlləsi, maddə 8.1). Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır kateqoriyalı cinayət əməlini törədib, yetkinlik yaşına çatmayan şəxsdir, təqsirini səmimi etiraf edir, əməlindən səmimi peşmandır, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərmək məqsədilə onu xəstəxanaya aparıb, zərər çəkmiş şəxslə barışıb, zərər çəkmiş şəxsin onun barəsində şikayəti və ya tələbi yoxdur. Belə vəziyyətdə iddia etmək olmaz ki, təqsirləndirilən şəxsdə qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, bir sözlə islah olunması üçün o, mütləq ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməli və həmin müəssisədə çəza çəkən məhkumların əhatəsində olmalıdır. Bu cür təqsirləndirilən şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş 01 (bir) müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il (bir) sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədək daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 165 (yüz altmış bes) manat pul vəsaiti fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesablaşma hesabına ("xxxx" ASC Neftçala rayon filialı, kod 200640, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, S.W.İ.F.T. AİİBAZ2X, hesab AZ26AİİB**********0********) ödənilsin. Hökmdən elan edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar