Məhkəmə qərarları › İş №1(053)-6/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-6/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-6/2024 10.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1994-cü il tarixdə Salyan rayonu, Şorsullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, 1-Mayak kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 21 – 23 sentyabr 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 23 sentyabr 2023-cü il tarixdə barəsində «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,067 qram çəkidə narkotik vasitə olan heroini əldə edib, üzərində daşıyaraq saxlamış, 21 sentyabr 2023-cü il tarixdə, saat 15:30 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, 1 №-li Mayak kəndi ərazisində, avtomobil yolunun kənarında saxlanılaraq Neftçala rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən, əynindəki ağ-qara rəngli pencəyin sol yan cibindən siqaretin sellofanına bükülmüş bir ədəd bükülüdə, təmiz çəkisi 1,067 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, latın qrafikalı Azərbaycan əlifbası ilə yazmağı bilməsə də, sərbəst oxumağı bacarır. Ona görə də ifadəsinin müstəntiq tərəfindən kompyuter vasitəsilə yazılmasını xahiş edir. Neftçala rayonu, 1 No-li Mayak kəndində qeydiyyatda olmaqla orada yaşayır. Narkotik vasitə heroindən təxminən 2 ildən çoxdur ki, istifadə edir. Özü balıqçılıqla məşğul olur. xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Şorsulu kəndində yaşayan əmisi Adilgilə getmişdir. Ona demişdilər ki, əmisi oğlu şəhid olub. Onlar onun yolunu gözləsələr də gəlib çıxmamışdır. Ona görə də rayona qayıdası olmuşdur. Səhəri günü, səhər saatlarında taksiyə minib,Salyan avtovağzalına gəlmişdir. Oradan Neftçala taksilərinə tərəf gələrkən, yolda yumurlanmış halda siqaretin sellofanını görmüşdür. Parlaq olduğundan diqqətini cəlb etmiş və həmin bükülünü götürmüşdür. Açıb baxdıqda görmüşdür ki, içərisində narkotik vasitə heroin vardır. O, narkotik vasitə heroini tanıyır. Ətrafda kimsənin olmadığını görüb, həmin heroini tapdığı bükülüdə büküb, əynindəki ağ-qara pencəyin sol yan cibinə qoymuşdur. Fikirləşmişdir ki, evə gedib istifadə edər. Sonra taksiyə minib Neftçala rayonuna doğru gəlmişdir. Neftçala şəhərindəki "Azpetrol" yanacaq doldurma məntəqəsində düşmüşdür. Oradan da tanımadığı bir maşına əl edib, onunla yaşadığı 1-ci Mayak kəndinə gedirmiş. Maşından düşüb evinə getmək istəyəndə, avtomobil yolunun kənarında, saat təxminən 15 radələrində mülki geyimdə olan şəxslər küçədə ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və üstündə qanunsuz narkotik vasitə saxlamağı barədə məlumatları olduğu üçün onu Neftçala rayon polis şöbəsinə aparacaqlarını deyərək avtomobilə əyləşdirmiş və Neftçala rayon polis şöbəsinə aparmışlar. Neftçala rayon polis şöbəsinin inzibati binasında video çəkilişlə təhqiqatçı tərəfindən ona bildirilmişdir ki, üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə məlumat daxil olduğu üçün barəndə şübhəli şəxsi tutma qərarı tərtib olunur, ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi ona təqdim edilmişdir. Maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmiş, sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Sonra üstündə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona təklif olunmuşdur ki, üzərinizdə hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etsin. Video çəkliş zamanı əynindəki qara pəncəyin sol yan cibinə qoyduğu ağ bükülüdə olan narkotik vasitə heroini təhqiqatçıya təqdim etmişdir. Sonra isə polis əməkdaşları üstündə şəxsi axtarış aparmışlar və üzərindən heç bir narkotik vasitə və ya cinayət xarakterli predmet aşkar olunmamışdır. Üzərində saxladığı, şəxsi axtarış zamanı aşkar edilmiş, sellofan bükülüdə bükülmüş olan narkotik vasitə kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, o da protokola və narkotik vasitə qoyulan kağız zərfə imza etmişdir. Hazırda əməlindən peşmandır. Qeyd edir ki, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini özü qəbul edəcəkmiş. Bildirir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız istifadəçisidir, əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı X2 ifadəsində göstərmişdir ki, hazırda Neftçala RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayorudur. Hadisə ilə əlaqədar qeyd etmişdir ki, Neftçala rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 21 sentyabr 2023-cü il tarixdə, saat təxminən 15:30 radələrində Talıbov X3 rayonu 1 No-li Mayak kəndi ərazisində, avtomobil yolunun kənarında saxlanılmışdır. Həmin zaman ətrafda kənar şəxslərin çox olmasını, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə o, Neftçala rayon polis şöbəsinə gətirilmişdir. Özü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o, təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. RPŞ-nin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman təhqiqatçı Rauf Səmədov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etmək təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki ağ-qara pəncəyin sol yan cibindən siqaretin sellofanına bükülmüş, bir ədəd bükülüdə narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıbbaxıldıqda içində heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuşdur. Digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid3 şahid X1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 27 sentyabr 2023-cü il tarixli, 18/934 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində: “...Təqsirləndirilən şəxs oğ...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-1,067 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na (siyahı İ) daxildir”. 15 noyabr 2023-cü il tarixli, 1047 saylı ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və kannabinoidlərin qəbulundan yaranan Asılılıq sindromu (Polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. “Neftçala RMX” X5 verilmiş xx.xx.2023-cü il tarixli, 18-1-63/2- 754/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Neftçala RMX” PHŞ-nin Poliklinika şöbəsində əsəb-ruhi, nevroloji və narkoloji dispanser qeydiyyatda yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, o, ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,967 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 – 23 sentyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «Həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,967 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar