Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-6/2025 12.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, X2, X4, Zərərçəkmiş şəxs6, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, 09 avqust 1982-ci il tarixdə Türkiyə Respublikasının Bartın şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan, Bakı şəhərində (kirayədə) yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Saka X15 rayonu, Bankə qəsəbə sakini Zərərçəkmiş şəxs1, övladı X28 Cümhuriyyətində tankerdə matros vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib inandıraraq, xx.xx.2024-cü il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində qayınanası Şahid1 məxsus evdə Zərərçəkmiş şəxs1 1700 manat məbləğində pulunu alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, Neftçala rayonu, Bankə qəsəbə sakini Zərərçəkmiş şəxs2, övladı X19 Cümhuriyyətində tankerdə matros vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib inandıraraq, xx.xx.2024-cü il tarixdə Neftçala rayonu, Bankǝ qəsəbəsində qayınanası Şahid1 məxsus evdə Zərərçəkmiş şəxs2 1700 manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, Neftçala rayonu, Bankə qəsəbə sakini Zərərçəkmiş şəxs3, əri X3 Türkiyə Cümhuriyyətində tankerdə matros vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib inandıraraq, xx.xx.2024-cü il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində qayınanası Şahid1 məxsus evdə Zərərçəkmiş şəxs3 1000 manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, Neftçala rayonu, Bankə qəsəbə sakini Zərərçəkmiş şəxs4 Türkiyə Cümhuriyyətində tankerdə matros vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib inandıraraq xx.xx.2024-cü il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində qayınanası Şahid1 məxsus evin küçə qapısının qarşısnda Zərərçəkmiş şəxs4 1700 manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, Neftçala rayonu, Bankə qəsəbə sakini Zərərçəkmiş şəxs5, övladı X16 Türkiyə Cümhuriyyətində tankerdə matros vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib inandıraraq, 2024-cü ilin iyun ayının ortalarında günü istintaqa dəqiq məlum olmayan tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində qayınanası Şahid1 məxsus evdə Zərərçəkmiş şəxs5 1700 manat məbləğində pulunu alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, Neftçala rayonu, Bankə qəsəbə sakini X5 Türkiyə Cümhuriyyətində tankerdə matros vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib inandıraraq, 2024-cü ilin iyun ayının ortalarında günü istintaqa dəqiq məlum olmayan tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində qayınanası Şahid1 məxsus evdə Əliabbas Əsgərovun 1700 manat məbləğində pulunu alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, Neftçala rayonu, Bankə qəsəbə sakini X11 Türkiyə Cümhuriyyətində tankerdə matros vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib inandıraraq, 2024-cü ilin iyun ayının ortalarında günü istintaqa dəqiq məlum olmayan tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində qayınanası Şahid1 məxsus evdə Paşa Səmədovun 1700 manat məbləğində pulunu alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, Neftçala rayonu, Bankə qəsəbə sakini Zərərçəkmiş şəxs6 Türkiyə Cümhuriyyətində tankerdə matros vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib inandıraraq, 2024-cü ilin iyun ayının sonlarında günü istintaqa dəqiq məlum olmayan tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində "Bankə bağı" adlanan ərazidə Zərərçəkmiş şəxs6 1700 manat məbləğində pulunu alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, Türkiyə Respublikasının vətəndaşı olsa da uzun müddətdir ki, Azərbaycan Respublikasında Bakı şəhərində yaşayır. Burada yaşadığı müddətdə həyat yoldaşı Şahid2 ilə tanış olub ailə quraraq Xurşudgilin Neftçala rayonu, Bankə qəsəbəsində yerləşən evində yaşamağa davam etmişdir. Həmin nigahdan onların bir övladı dünyaya gəlmişdir. O, Türkiyə Respublikasında müxtəlif gəmilərdə usta kimi işləmişdir. Təxminən 6 ay işdə, 6 ay evdə olurmuş. 2024-cü ilin aprel ayında Bankə qəsəbəsinə ailəsinin yanına gəlmişdir. Burada olduğu müddətdə onlarla qonşuluqda yaşayan yoldaşının qohumları ona özlərini və ya övladlarını işə düzəltməkdə köməklik etməsini bildirmişlər. O da həmin şəxslərə köməklik edəcəyini demişdir. Bundan sonra onu bir dəfə işlə təmin etmiş Türkiyə Respublikasında yaşayan dostu Ahmetlǝ danışmış və burada yaşayan şəxsləri işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Ahmet də ona işə düzəldə biləcəyini, lakin bunun müqabilində 1000 ABŞ dolları yəni 1700 manat pul verməli olduqlarını və pul verildikdən 3 ay sonra işlə təmin olunacaqlarını demişdir. O, bu barədə onunla ilk olaraq əlaqə saxlamış Zərərçəkmiş şəxs2 bildirmişdir. Hikmət də onunla razılaşmışdır. 2024-cü ilin may ayının 27-də Hikmətlə Bankə qəsəbəsində yoldaşına məxsus evdə görüşmüşdür. Hikmət orada ona övladı Miramini matros vəzifəsinə işə düzəltməsi üçün 1700 manat pul vermişdir. O da həmin pulu Hikmətdən alıb sayaraq cibinə qoymuşdur. Bundan sonra Hikmətin qohumu Zərərçəkmiş şəxs3 da Bankə qəsəbəsində yaşadığı ünvana gələrək əri X6 işə düzəltməyə kömək etməsini demişdir. O, Ahmetin ona dediklərini Mirağannəyə bildirmişdir. Mirağannə də ona 1000 manat pul verə biləcəyini demişdir. O, Mirağannə ilə razılaşıb Bankə qəsəbəsində yoldaşına məxsus evdə 1000 manat pulu Mirağannədən almışdır. Bundan sonra qəsəbə ərazisində onun bəzi şəxsləri işə düzəltməsi barədə söhbət yayılmışdır. Buna görə də Zərərçəkmiş şəxs4, X17, X13, X7 özlərinin işə düzəlmələrinə köməklik etməsini, həmçinin Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 isə övladlarını işə düzəlməkdə köməklik etməsi barədə ona müraciət etmişlər. O da həmin şəxslərin hər biri ilə yuxarıda qeyd etdiyi kimi danışıb, 1700 manat pul müabilində matros vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Həmin şəxslər də onunla razılaşmışlar. Onların hər biri ilə 2024-cü ilin may ayının sonları iyun ayının ortalarına kimi müxtəlif vaxtlarda Bankə qəsəbəsində, yoldaşına məxsus evdə görüşüb 1700 manat pul almışdır. O, ümumilikdə 8 nəfərdən 12.900 manat pul almışdır. xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasına getmişdir. Orada Ahmetlə görüşüb 12900 manat pulu Ahmetǝ vermişdir. O, Türkiyəyə işləmək üçün getmişdir. Təxminən 15 gün sonra yoldaşı ona zəng edərək pul vermiş şəxslərin yaşadıqları evə gələrək pullarını geri tələb etdiyini bildirmişdir. O da buna görə Azərbaycan Respublikasına qayıtmışdır. Burada pul vermiş şəxslərin hər biri ilə görüşüb pullarını qaytaracağını demişdir. Bundan sonra Ahmetə zəng edərək pulu geri qaytarmasını, burada olan şəxslərin şikayət etdiklərini bildirmişdir. Ahmet ona pulu 1 həftə ərzində qaytaracağını demişdir. Lakin bir həftə sonra Ahmetlə əlaqə saxlamaq mümkün olmamışdır. Buna görə də söz verdiyi vaxt pulları qaytara bilməmişdir. Bundan sonra həmin şəxslər onun barəsində şikayət etmişlər. O, hazırda həmin şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 Hüseybala qızına, Zərərçəkmiş şəxs6 aldığı pul məbləğlərini tam, Zərərçəkmiş şəxs4 1700 manatdan 1200 manat, X8 1700 manatdan 550+500 manat, X12 1700 manatdan 550+500 manat pul qaytarmışdır. Qalan pulları da qısa müddətdə qaytaracaqdır. Əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, Neftçala rayonu, Bankə qəsəbəsində yoldaşı və iki övladı ilə birlikdə yaşayır. X29 işsiz olduğu üçün onu hər hansı bir yerə işə düzəltməyə çalışmışdır. Təxminən 2024-cü ilin may ayında qəsəbə ərazisində Cəmilənin kürəkəni Təqsirləndirilən şəxs Türkiyə Respublikasından buraya gəldiyini və burada bir neçə şəxsi işə düzəltməsi barədə söhbətlər danışılmışdır. O da buna görə Cəmiləgilə gedib, Hüseyin ilə danışmışdır. Hüseyin ona oğlu Miramini tankerdə matros vəzifəsinə işə düzəldəcəyini, oğlunun hər ay 1840 avro maaş alacağını, qarşılığında isə 1700 manat pul verməli olduğunu demişdir. O da Hüseyin ilə razılaşmışdır. 2024-cü ilin may ayının 27-də Neftçala rayonu, Bankə qəsəbəsində Cəmiləgilin evində, Cəmilənin yanında Hüseyin ilə görüşüb, 1700 manat pulu Hüseyinə vermişdir. Hüseyin də pulu sayıb cibinə qoymuşdur. Hüseyin qısa müddətdə oğlunun işə çıxacağını demişdir. Lakin bir müddət sonra Hüseyin ilə əlaqə saxlaya bilməmişdir. Bundan sonra artıq aldatıldığını başa düşmüşdür. O, Hüseyinin başqa şəxsləri də aldatdığını öyrənmişdir. Həmin şəxslər ilə birlikdə polis şöbəsinə gedib, ərizə vermişdir. xx.xx.2024-cü il tarixdə Neftçala Rayon Polis Şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyini bildirsə də, həmin gün Hüseyin ona dəymiş ziyanın 500 manatını qaytarmış, qalan 1200 manat pulu da 1 həftə ərzində qaytaracağını deyərək ona dəymiş ziyanın tam şəkildə qaytarılması barədə ərizə verməsini xahiş etmişdir. O da buna görə dəymiş ziyanın tam şəkildə qaytarılması barədə ərizə vermişdir. Lakin Hüseyin ona dəymiş ziyanı işin məhkəmə icraatı zamanı tam olaraq ödəmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir iddiası, şikayət və tələbi yoxdur. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o, Neftçala rayonu, Bankə qəsəbəsində yoldaşı və iki övladı ilə birlikdə yaşayır. Yoldaşı işsiz olduğu üçün onu hər hansı bir yerə işə düzəltməyə çalışmışlar. Bildirir ki, təxminən 2024cü ilin may ayında qəsəbə ərazisində Cəmilənin kürəkəni Təqsirləndirilən şəxs Türkiyə Respublikasından buraya gəldiyini və burada bir neçə şəxsi işə düzəltməsi barədə söhbətlər danışılmışdır. Onlar da buna görə Cəmiləgilə gedib Hüseyin ilə danışmışlar. Hüseyin onlara əri X3 tankerdə matros vəzifəsinə işə düzəldəcəyini, Bəhruzun hər ay 1840 avro maaş alacağını, qarşılığında isə 1700 manat pul verməli olduqlarını demişdir. Onlar da Hüseyin ilə razılaşmışlar. O da borca 1000 manat pul toplayıb, 2024-cü ilin iyun ayının 3-də Neftçala rayonu, Bankə qəsəbəsində Cəmiləgilin evində Hüseyin ilə görüşüb, Hüseyinə vermişdir. Hüseyin də pulu sayıb cibinə qoymuşdur. O, qalan 700 manat pulu əri işə çıxdıqdan sonra verəcəyini bildirmişdir. Hüseyin qısa müddətdə ərinin işə çıxacağını demişdir. Lakin bir müddət sonra Hüseyin ilə əlaqə saxlamaq mümkün olmamışdır. Onlar da artıq aldatıldıqlarını başa düşmüşlər. O, Hüseyinin başqa şəxsləri də aldatdığını öyrənmişdir. Həmin şəxslər ilə birlikdə polis şöbəsinə gedib, ərizə vermişdir. Şikayət etdikdən sonra Hüseyin ona dəymiş ziyanın 500 manatını qaytarmışdır. Qalan 500 manat pulu da qısa müddətdə verəcəyini demiş, lakin verməmişdir. xx.xx.2024-cü il tarixdə Neftçala Rayon Polis Şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyini bildirsə də, həmin gün Hüseyin ona dəymiş ziyanın 500 manatını qaytarmışdır. İş məhkəmənin icraatında olduğu zaman Saka Hüseyn ona olan borcunu tam olaraq ödəmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir iddiası, şikayət və tələbi yoxdur. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, təxminən iki il bundan əvvəl Fövqəladə Hallar Nazirliyin Neftçala rayonu DYM xidmətində baş sürücü vəzifəsində işlədiyi vaxt onun iş yoldaşı X14 ona kürəkəni Təqsirləndirilən şəxs onları gəmiyə “motorist” vəzifəsinə düzəldə biləcəyini, birlikdə işdən çıxıb gəmiyə işləməyə getməyi təklif etmişdir. Lakin həmin vaxt o, razı olmamışdır. Samir isə işdən çıxdıqdan sonra gəmiyə işə düzəlmiş və demək olar ki, həmin vaxtdan gəmi ilə gedib, hələki geri qayıtmamışdır. 2024-cü ilin aprel ayında uzaq qohumu övladının gəmiyə işə düzəltmək üçün Hüseyin adlı şəxslə danışdığını demişlər. O da maraqlanmış və həmin Hüseyinin Samirin kürəkəni olduğunu öyrənmişdir. Bundan sonra Hüseyin ilə danışmış və övladı Axundov Arifi gəmiyə işə düzəltmək istədiyini demişdir. Hüseyin də ona oğlunu gəmiyə motoris vəzifəsinə 1840 avro maaşlı işə düzəldə biləcəyini, qarşılığında 1700 manat pul verməli olduğunu demişdir. O da Hüseyin ilə razılaşmışdır. 2024-cü ilin may ayının 2-də Neftçala rayonu, Bankə qəsəbəsində Samirgilin evində Hüseyin ilə görüşmüşdür. Orada 1700 manat pulu sayıb, şəxsən Hüseyinə vermişdir. Hüseyin də pulu alıb sayaraq cibinə qoymuşdur. Onun Hüseyinə pul verməsini Hüseyinin qayınanası Şahid1 da görmüşdür. Söhbət zamanı Hüseyin ona Arifin may ayının sonlarında Türkiyədə gəmiyə minib İspaniyaya gedəcəyini demişdir. Arif də may ayının 24-də işindən çıxmışdır. May ayı bitdikdə Hüseyin ona Arifi işə düzəltdiyi gəmidə Gürcüstanlılarla dava-dalaş olduğunu, buna görə də gəminin qalxmasında bir az geçikmə yarandığını, Arifin iyul ayının ortalarında işə çıxacağını demişdir. İyul ayında zəng etdikdə isə Hüseyin ilə əlaqə saxlamaq mümkün olmamışdır. Hüseyin heç bir telefona cavab verməmişdir. Dəfələrlə Bankə qəsəbəsində ailə qurduğu evə getsə də orada olmadığını müəyyən etmişdir. Ona Hüseyin ailə-uşağını da atıb çıxıb getdiyini, Hüseyin ilə heç bir əlaqələrinin olmadığını demişlər. Şikayətçilər tez-tez ailəsinin yaşadığı ünvana getdiyi üçün iyul ayının sonlarında ailə üzvləri Hüseyini şikayətçilərə cavab verməsi üçün Bankə qəsəbəsinə gətirmişlər. Hüseyin onun pulunun 1000 manatını istintaq zamanı vermiş, qalan 700 manatı da iş məhkəmənin icraatında olduğu zaman tam olaraq ödəmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir iddiası, şikayət və tələbi yoxdur. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Hüeynbala qızı bildirmişdir ki, Neftçala şəhərində yoldaşı və iki övladı ilə birlikdə yaşayır. X10 əvvllər müəllim işləmişdir. Təxminən 2 il bundan əvvəl işdən çıxaraq gəmidə işləmək istədiyini demişdir. 2024-cü ilin may ayında oğlu onun yanına gələrək Bankǝ qəsəbəsində Təqsirləndirilən şəxs adlı şəxsin Türkiyə Respublikasından buraya gəldiyini və burada bir neçə şəxsi işə düzəltməsini demişdir. O, Hüseyinin burada qayınanası Cəmiləgil ilə qaldığını öyrənmişdir. Oğlu ilə birlikdə Cəmiləgilə gedib Hüseyin ilə danışmışdır. Hüseyin ona oğlu Zöhrabı tankerdə matros vəzifəsinə işə düzəldəcəyini, Zöhrabın hər ay 1840 avro maaş alacağını, qarşılığında 1700 manat pul verməli olduğunu demişdir. O da Hüseyin ilə razılaşmışdır. O da 1700 manat pul toplayıb, 2024-cü ilin iyun ayının ortalarında Neftçala rayonu, Bankə qəsəbəsində Cəmiləgilin evində Hüseyin ilə görüşüb, Hüseyinə vermişdir. Hüseyin də pulu sayıb cibinə qoymuşdur. Hüseyin qısa müddətdə Zöhrabın işə çıxacağını demişdir. Lakin bir müddət sonra Hüseyinə zəng çatmamışdır. O da artıq aldatıldığını başa düşmüşdür. O, Hüseyinin başqa şəxsləri də aldatdığını öyrənmişdir. Onlarla birlikdə polis şöbəsinə gedib ərizə vermişdir. Hazırda Hüseyin ona vurulmuş 1700 manat ziyanı tam olaraq ödəmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir iddiası, şikayət və tələbi yoxdur. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X13 bildirmişdir ki, o, Neftçala rayonu, Sənaye Məhəlləsində avtomobil zavodunda işləmişdir. Lakin həm də gəmidə işləmək üçün motorçu sertifikartları almışdır. O, tanışlarından Bankə qəsəbəsində gəmidə işləyən Türkiyə vətəndaşının gəldiyini və bəzi istəyən şəxsləri gəmidə işə düzəltdiyini, həmin şəxsə pul verən adamların çox olduğunu eşitmişdir. Buna görə də Neftçala rayonu, Bankə qəsəbəsində həmin şəxsin yaşadığı ünvana getmiş, özü ilə sertifikatlarını da aparmışdır. Özünü təqdim edən Təqsirləndirilən şəxs sertifikatlara baxmış və tanker üçün də sənəd almasını, həmçinin xarici pasportla dənizçilik pasportunun sürətini ona göndərməsini demiş və onun telefon nömrəsini götürmüşdür. O, “Whatsapp” ani mesajlaşma tətbiqində sənədlərin şəkilini göndərəndən sonra Hüseyin ona hər bir sənədin yerində olduğunu, işə çıxmaq üçün 1700 manat pul verməsini bildirmişdir. O, 1700 manat borc alıb 2024-cü ilin iyun ayının ortalarında Bankə qəsəbəsində Hüseyinin yaşadığı evin həyətində görüşüb, pulu Hüseyinə vermişdir. Həmin vaxtı Hüseyinin qayınanası Cəmilə də həyətdə olmuşdur. Cəmilə ona Hüseyinin yaxşı oğlan olduğunu, onlara köməklik etmək istədiyini demişdir. Söhbət zamanı Hüseyin ona iyun ayının sonlarında Türkiyəyə gedib işə çıxacağını və hər ay 1800 avro maaş alacağını demişdir. O, Hüseyinlə dəfələrlə çayxanada görüşüb, iş barədə danışmışdır. Hüseyin də ona işlədiyi işdən çıxıb, bir az istirahət etməsini demişdir. O da ərizə yazıb işdən çıxmışdır. Ayın axrı olanda Hüseyin ona bir az gecikmə olduğunu, iyul ayının 3-də işə çıxacağını demişdir. İyul ayında zəng etdikdə isə Hüseyin ilə əlaqə saxlaya bilməmişdir. Dəfələrlə Bankə qəsəbəsində Hüseyinin ailə qurduğu evə getsə də orada olmamışdır. Ona Hüseyinin ailə- uşağını da atıb getdiyini, onunla əlaqələrinin olmadığını demişlər. Şikayətçilər tez-tez ailəsinin yaşadığı ünvana getdiyindən iyul ayının sonlarında ailə üzvləri Hüseyini şikayətçilərə cavab verməsi üçün Bankə qəsəbəsinə gətirmişlər. Şikayətçilər də Hüseyinin yaşadığı evə getmişlər. Hüseyin hamıya xx.xx.2024cü il tarixdə pullarını qaytaracağı barədə söz vermişdir. Lakin, o vaxtdan nə pulu qaytarmış, nə də onları işə göndərmişdir. İş məhkəmənin icraatında olduğu müddətdə Hüseyin ona vurduğu 1700 manat zərərdən əvvəlcə 550 manat, daha sonra isə 500 manat da ödəməklə ona 650 manat borclu qalmışdır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X18 bildirmişdir ki, o, Neftçala rayonu, Sənaye Məhəlləsində avtomobil zavodunda işləmişdir. Lakin həm də gəmidə işləmək üçün motorist sertifikartları almışdır. O, tanışlarından Bankə qəsəbəsində gəmidə işləyən türk vətəndaşı gəldiyini, həmin şəxsin işləmək istəyənləri gəmidə işə düzəltdiyini eşitmişdir. Buna görə də həmin şəxsin nömrəsini alıb, telefonla danışmışdır. Həmin şəxs ona işə çıxmaq üçün 1700 manat pul verməli olduğunu demişdir. O, 1700 manat borc alıb 2024-cü ilin iyun ayının ortalarında həmin şəxslə Bankə qəsəbəsində yaşadığı evin həyətində görüşmüşdür. Həmin şəxs adının X31 olduğunu demişdir. Həmin vaxtı Hüseyinin ailə üzvləri evdə olmuşdur. Hüseyin söhbət zamanı sertifikatlarını soruşmuşdur. Sonra ona “get tanker sertifikatı üçün də oxu” demişdir. O da həmin sertifikatı almışdır. Sonra demişdir ki, “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə dənizçi pasportu və xarici pasportunun şəkilini ona göndərsin. O da Hüseyinin dediyi kimi etmişdir. Hüseyin ona iyun ayının sonlarında Türkiyədə gəmiyə minib İspaniyaya gedəcəyini, hər ay 1800 avro maaş alacağını demiş və ona işdən çıxmasını bildirmişdir. O da ərizə yazıb işdən çıxmışdır. Ayın axrı olanda Hüseyin ona bir az keçikmə olduğunu, iyul ayının 3-də işə çıxacağını demişdir. İyul ayında zəng etdikdə isə Hüseyin ilə əlaqə saxlaya bilməmişdir. Dəfələrlə Bankə qəsəbəsində Hüseyinin ailə qurduğu evə getsə də orada olmamışdır. Ona Hüseyinin ailəuşağını da atıb getdiyini, onunla əlaqələrinin olmadığını demişlər. Şikayətçilər tez-tez ailəsinin yaşadığı ünvana getdiyindən iyul ayının sonlarında ailə üzvləri Hüseyini şikayətçilərə cavab verməsi üçün Bankə qəsəbəsinə gətirmişlər. Digər şikayətçilər də Hüseynin yaşadığı evə getmişlər. Hüseyin hamıya xx.xx.2024-cü il tarixdə pullarını qaytaracağı barədə söz vermişdir. Lakin, o vaxtdan nə pulu qaytarmış, nə də onları işə göndərmişdir. İş məhkəmənin icraatında olduğu müddətdə Hüseyin ona vurduğu 1700 manat zərərdən əvvəlcə 550 manat, daha sonra isə 500 manat da ödəməklə ona 650 manat borclu qalmışdır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirmişdir ki, o, gəmidə “matros” peşəsi üzrə təhsil almışdır. Buna görə də həmin peşə üzrə işləmək istəmişdir. Təxminən 2024-cü ilin may ayında qəsəbə ərazisində Cəmilənin kürəkəni Təqsirləndirilən şəxs Türkiyə Respublikasından buraya gəldiyini və burada bir neçə şəxsi işə düzəltməsi barədə söhbətlər eşitmişdir. O da iş düzəltməsi üçün Hüseyinə pul verən şəxslərdən Hüseyinin mobil nömrəsini alaraq əlaqə saxlamış və görüşmək istədiyini bildirmişdir. Hüseyin də ona qayınanası Cəmiləgilə gəlməsini demişdir. O da Cəmiləgilə gedib, orada Hüseyin ilə görüşmüşdür. Hüseyin onu tankerdə matros vəzifəsinə işə düzəldəcəyini, hər ay 1840 avro maaş alacağını, qarşılığında isə 1700 manat pul verməli olduğunu demişdir. O da Hüseyin ilə razılaşmışdır. 2024-cü ilin iyun ayının sonlarında Neftçala rayonu, Bankə qəsəbəsində “Bankə bağı” adlanan ərazidə Hüseyin ilə görüşüb, 1700 manat pulu Hüseyinə vermişdir. Hüseyin də pulu sayıb cibinə qoymuşdur. Hüseyin qısa müddətdə işə çıxacağını demişdir. Lakin bir müddət sonra Hüseyinə zəng çatmamışdır. O da aldatıldığını başa düşmüşdür. O, Hüseyinin başqa şəxsləri də aldatdığını öyrənmişdir. Onlarla birlikdə polis şöbəsinə gedib ərizə vermişdir. Hazırda Hüsey ona vurduğu 1700 manat ziyan tam olaraq ödəmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir iddiası, şikayət və tələbi yoxdur. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında məlumat verilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasına gəlməmiş, 06 mart 2025-ci ildə məhkəməyə teleqram göndərərək keçiriləcək məhkəmə iclaslarında işi ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs adlı şəxsin ona 500 manat borcu olduğunu və ondan borcunu tələb etdiyini, amma onun həbs olunmasını istəmədiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. O, 2021-ci ildə Hüseyin ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan bir övladları dünyaya gəlmişdir. Hüseyin onunla ailə qurduqdan sonra Neftçala rayonu, Bankə qəsəbəsində yaşamağa başlamışdır. X1 gəmidə usta işləmişdir. Buna görə də təxminən 6 ay işdə, bir neçə ay onların yanında qalmışdır. Sonra yenə də işə getmişdir. Sonuncu dəfə 2024-cü ilin aprel ayında yenə Bankə qəsəbəsinə onların yanına gəlmişdir. Burada olduğu vaxt qohumları və qonşuları onun yanına gələrək özlərini və övladlarını gəmidə işlə təmin etməyə köməklik etməsini xahiş etmişlər. Hüseyin də onlara köməklik edəcəyini bildirmişdir. O, Hüseyinin həmin şəxslərdən pul almasını görməsə də, evdə söhbət əsnasında Hüseyinin həmin şəxsləri işə düəzltməsi müqabilində onların hər birindən 1700 manat pul aldığını öyrənmişdir. Hüseyin bir dəfə 3 nəfərdən pul alıb Bakı şəhərinə getmiş, sonra geri qayıtmışdır. Ondan Bakı şəhərinə nə üçün getdiyini soruşduqda aldığı pulları Türkiyə Cümhuriyyətində olan şəxsə köçürmək üçün getdiyini demişdir. 2024-cü ilin iyun ayının 23-də Hüseyin yenə Türkiyə Cümhuriyyətinə getmişdir. Həmin ilin iyul ayının əvvəllərində Hüseyinə pul verən şəxslər yaşadıqları ünvana gələrək onlardan verdikləri pulu tələb etməyə başlamışlar. Onlar da Hüseyinə bu barədə məlumat vermişlər. Hüseyin də geri qayıtmışdır. O, aldığı pulların bir hissəsini qaytarmış, qalan pulu da qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, 2019-cu ildən Neftçala rayonu, Bankə qəsəbəsində ailəsi ilə birlikdə yaşadığını, həyat yoldaşının Azərbaycan Respublikası vətəndaşı olduğunu, Azərbaycan dilini bildiyini, ailədə bu dildə danışdığını, bu dildə sərbəst oxuduğunu, başa düşdüyünü bu səbəbdən tərcüməçiyə ehtiyacının olmadığını bildirmişdir. Neftçala rayon Bankə qəsəbə İƏN-nin 908 nömrəli arayışından görünür ki, Saka X15 rayonu, Bankə qəsəbəsində yaşamaqla ailə üzvləri - arvadı Şahid2, oğlu xx.xx.2022ci il təvəllüdlü X35, xx.xx.2016-cı il təvəllüdlü X9 ibarətdir. 21 may 2025-ci il və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, X31 tərəfindən X12 1700 manat dəymiş zərər məbləğindən 550 manat bir, 500 manat bir olmaqla 1050 manat qaytarılmış, 650 manat zərər ödənilməmiş qalmışdır. 21 may 2025-ci il və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, X31 tərəfindən X8 1700 manat dəymiş zərər məbləğindən 550 manat bir, 500 manat bir olmaqla 1050 manat qaytarılmış, 650 manat zərər isə ödənilməmiş qalmışdır. Zərərçəkmiş şəxs4 tərəfindən göndərilmiş, 06 mart 2025-ci ildə məhkəməyə daxil olmuş teleqramın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ona 500 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X31 tərəfindən Zərərçəkmiş şəxs5 vurulmuş 1700 manat tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı iddiası, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X31 tərəfindən Zərərçəkmiş şəxs3 vurulmuş zərər tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı iddiası, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X31 tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş zərər tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs onunla barışmış, ona qarşı iddiası, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X31 tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş zərər tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs onunla barışmış, ona qarşı iddiası, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X31 tərəfindən Zərərçəkmiş şəxs6 vurulmuş 1700 manat zərər tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Neftçala Rayon Məhkəməsinin 2(053)-433/2025 nömrəli iş üzrə 08 aprel 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Şahid2 cavabdeh Təqsirləndirilən şəxs qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair iddiası təmin olunmuş, iddiaçı Saka (nikah bağlanmazdan əvvəl Şəmsiyeva) Xurşud İsmayıl qızı ilə cavabdeh Təqsirləndirilən şəxs arasında 16 avqust 2021-ci ildə bağlanmış və həmin tarixdə 5 saylı Bakı «ASAN Xidmət» Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 3464 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş hesab edilmiş, 18 iyun 2022-ci il təvəllüdlü X20 boşanmadan sonra iddiaçı Saka (nikah bağlanmazdan əvvəl - Şəmsiyeva) Xurşud İsmayıl qızının yanında qalması müəyyən edilmiş, 18 iyun 2022-ci il təvəllüdlü X20 yetkinlik yaşına çatanadək saxlanması üçün 06 fevral 2025-ci il tarixindən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Saka (nikah bağlanmazdan əvvəl - Şəmsiyeva) Xurşud İsmayıl qızına ödənilməsi qət edilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş qəbz və ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə onları və onların qohumlarını işə düzəltmək adı ilə dələduzluq yolu ilə aldığı 12.900 manat puldan ümumilikdə 11.100 manat pul qaytarılmış, 1800 manat pul isə ödənilməmişdir. Həmçinin, 8 nəfər zərər çəkmiş şəxslərdən 5 nəfər zərər çəkmiş şəxslərlə barışıq əldə edilmiş, dəymiş ziyan tamamilə aradan qaldırılmış, digər 3 nəfər zərər çəkmiş şəxslərə isə dəymiş ziyan qismən ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, dəymiş ziyanın çox hissəsinin aradan qaldırılmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyası daxilində müəyyən məbləğdə cərimə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər X12, X8 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356 – 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4.500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər X12, X8 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-6/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-6/2025
12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver