Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-60/2024 28.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakı ilə xx xxxx 1991-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, 03 – 05 may 2024-cü il tarixləri üzrə tutulmuş, 05 may 2024-cü il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü il aprel ayının ortalarında, günü istintaqa məlum olmayan tarixdə, saat 19 radələrində Neftçala rayonu, Kürqarabucaq kəndində tanışı Şahid4 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 6,90 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 50 manat pul müqabilində alıb əldə edərək üzərində saxlayaraq daşıyarkən 03 may 2024-cü il tarixdə, saat 14:30 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən, əynindəki ağ rəngli cins şalvarının sağ yan cibindən sellofan bükülüdə təmiz çəkisi 6,90 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə qurudulmuş marixuanadan arabir olanda istifadə edir. Şahid4 onun tanışıdır. Ariflə aralarında hər hansı ədavət və ya qərəzli münasibət yoxdur. Həmişə normal münasibətləri olmuşdur. Arifin də onun kimi narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bilir. Təxminən 2024-cü ilin aprel ayının ortalarında o, Arifə mobil telefonu ilə zəng edib özü üçün narkotik vasitə qurudulmuş marixuana istəyib. Arif ona verə biləcəyini və bunun müqabilində 50 (əlli) manat pul lazım olduğunu deyib. O, Ariflə razılaşaraq tanımadığı bir taksi ilə Neftçala rayonu, Kürqarabucaq kəndinə gedib. Həmin gün saat 19 radələrində onlar Ariflə kəndlərində görüşüblər. Həmin vaxt Arif ona polietilen bükülüdə 1 ǝdǝd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana verib. O da Arifə bunun müqabilində 50 manat pul verib. Daha sonra o, evə gedib. O, həmin müddətdən sonra həmin narkotik vasitə qurudulmuş marixuanadan bir qədər istifadə edib. 03 may 2024-cü il tarixdə, günorta saat 14:30 radələrində o, Neftçala şəhəri, 20 Yanvar küçəsi ilə piyada gedib və həmin polietilen bükülüdə 1 ǝdǝd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarının sağ yan cibində olmuşdur. Bu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını ona bildirmişlər. Üstündə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumatları olduqları üçün onu Neftçala RPŞ-nǝ aparacaqlarını bildirərək avtomaşına əyləşdiriblər. Bundan sonra onu Neftçala RPŞ-nə aparıblar. Neftçala RPŞ-dǝ təhqiqatçı tərəfindən tutma qərarı qəbul edilib və ona hüquq və vəzifələri izah edilmişdir. Ona müdafiəçi təqdim edildikdən sonra müdafiəçi Seymur Abdullayevin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilib, üzərində narkotik vasitə və sair cinayət xarakterli nə isə varsa təqdim etməyi təklif edilib. O, bu vaxt üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra o, əynində olan şalvarının sağ yan cibində 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı təqdim edib. Həmin narkotik vasitə qablaşdırılıb, zərfə qoyularaq möhürlənib. Daha sonra orada protokol tərtib olunub. İştirakçılar kimi o da protokola imza edib. Aldığı narkotik vasitəni istifadə etmək üçün saxlayıb. Heç kimə verməyib və heç kimə də satmayıb. Şahid4 əvvəllər heç vaxt narkotik vasitə almayıb, bu birinci dəfə olub. Həmin vaxt ətrafda ikisindən başqa heç kim olmayıb və bu hadisəni də heç kim görməyib. Onun Şahid4 verdiyi 50 manat pul bir ədəd təzə əskinasdan ibarət olan pul olub. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 Fizuli oğlu ifadəsində göstərmişdir ki, Neftçala RPŞ-nın Post Patrul Xidməti Bölüyünün polis nəfəridir. Neftçala RPŞ-nın əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 03 may 2024-cü il tarixdə, saat 14:30-da Neftçala şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və istifadəsində şübhəli bilinərək Neftçala şəhəri ərazisində saxlanılıb Neftçala RPŞ-yə gətirilməsində onunla birlikdə Neftçala RPŞ-nın əməkdaşları Şahid2 və Şahid1 iştirak ediblər. Təhqiqat Bölməsinin rəisi, polis kapitanı Nicat Sadıqovun rəhbərliyi altında Neftçala RPS-nın növbətçi hissəsində olan polis əməkdaşlarının və müdafiəçi vəkil Seymur Abdullayevin iştirakı ilə video çəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki ağ rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ǝdǝd kibrit qutusunda içərisindən narkotik vasitə qurudulumuş marixuana aşkar olunaraq götürülmüşdür. Götürülmüş həmin narkotik vasitə olan qurudulmuş marixuana ağ zərfə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nə aid Neftçala RPŞ-nın “203” saylı möhürü ilə möhürlənmişdir. Həmin 1 (bir) ədəd ağ zərfi orada olan müdafiəçi vəkil Seymur Abdullayev və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu və onu 2024-cü ilin aprel ayının təxminən ortalarında tanışı, Neftçala rayonu, Kürqarabucaq kənd sakini olan Şahid4 1 ədəd kibrit qutusunda 50 (əlli) manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid3 Fizuli oğlunun bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid4 Cabrayıl oğlu ifadəsində göstərmişdir ki, o, narkotik vasitə qurudulmuş marixuanadan arabir olanda istifadə edir. Təqsirləndirilən şəxs onun tanışıdır. Əli ilə aralarında hər hansı ədavət və ya qərəzli münasibəti yoxdur. Həmişə normal münasibətləri olmuşdur. O, təxminən 2024-cü ilin fevral ayının sonlarında kəndlərində Kür çayı sahilində heyvan otarıb. Bu vaxt yerdə bir ədəd polietilen büküm diqqətini cəlb edib. Həmin polietilen bükümü götürüb baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görüb. O, həmin polietilen bükümdə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün cibinə qoyub. Həmin vaxt qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə bir qədərdə ondan istifadə edib. Təxminən 2024-cü ilin aprel ayının ortalarında Əli ona mobil telefonla zəng edib özü üçün narkotik vasitə qurudulmuş marixuana istəyib. O, Əliyə verə biləcəyini deyib. Aralarında qiymətlə əlaqədar olaraq heç bir danışıq olmayıb. O, qurudulmuş marixuananı Əliyə pay verməyi fikirləşib. Əli həmin günü saat 19 radələrində tanımadığı bir avtomobillə onun yaşadığı kəndə gəlib. O, tapdığı polietilen bükümdə olan qurudulmuş marixuanadan bir qədərini kibrit qutusunda ayırıb Əliyə verib. Əli həmin vaxt onun cibinə pul qoyub. O, kənara çəkliib baxdıqda görüb ki, həmin pul 50 manatdır. Əli ona deyib ki, özü üçün yeyib-içər. O, razılaşıb və Əli çıxıb gedib. Qalan qurudulmuş marixuana isə özündə qalıb. 03 may 2024cü il tarixdə, saat təxminən 18:20 radələrində o, Neftçala rayonu, Kürqarabucaq kəndində küçə ilə piyada gedib və həmin polietilen bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarının sağ yan cibində olub. Bu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildiriblər. Ona üstündə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumatları olduqları üçün onu Neftçala RPŞ-nə aparacaqlarını bildiriblər və onu avtomobilə əyləşdiriblər. Bundan sonra onu Neftçala RPŞ-nə aparıblar. Neftçala RPŞ-də təhqiqatçı tərəfindən tutma qərarı qəbul edilib və ona hüquq və vəzifələri izah edilib. Ona müdafiəçi təqdim edildikdən sonra müdafiəçi Seymur Abdullayevin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirib üzərində narkotik vasitə və sair cinayət xarakterli hər nə varsa təqdim etməsi təklif edilmişdir. O, bu vaxt üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirib. Daha sonra o əynində olan şalvarının sağ yan cibində polietilen bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı təqdim edib. Həmin narkotik vasitə qablaşdırılıb, zərfə qoyularaq möhürlənib. Daha sonra orada protokol tərtib olunub. İştirakçılar kimi o da protokola imza edib. O, yalnız bir dəfə Əliyə 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı 50 manata satıb. Digər bir şəxsə verməyib, nə də satmayıb. Həmin vaxt ətrafda ikisindən başqa heç kim olmayıb və bu hadisəni də heç kim görməyib. Onun Təqsirləndirilən şəxs aldığı 50 manat pul bir ədəd təzə əskinasdan ibarət olan pul olub. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/462 nömrəli Məhkəmə-bioloji rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: « Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen bükümdə olan 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 6,90 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2024-cü il tarixli, 421 nömrəli narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,88 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 – 05 may 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,88 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-60/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-60/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver