Məhkəmə qərarları › İş №1(053)-61/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-61/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-61/2025 22.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxxxxxx 1994-cü ildə Lerik rayonu, Veri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Lerik rayonu, Veri kəndində qeydiyyatda olan, Neftçala rayonu, Xolqaraqaşlı kəndində yaşayan, 05 – 07 iyun 2025-ci il tarixləri üzrə tutulmuş, 07 iyun 2025-ci ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1999-cu ildə Lerik rayonu, Veri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Veri kəndində qeydiyyatda olan, Neftçala rayonu, Xolqaraqaşlı kəndində yaşayan, 05 – 07 iyun 2025-ci il tarixləri üzrə tutulmuş, 07 iyun 2025-ci ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə və xx xxxxxxx 1997-ci ildə Cəlilabad rayonu, Hamarqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Hamarqışlaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 05 – 07 iyun 2025-ci il tarixləri üzrə tutulmuş, 07 iyun 2025-ci ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 06 may 2025-ci il tarixdə saat 23.30 radələrində Neftçala rayonu, Xolqaraqaşlı kəndinə gəlmiş, çöl sahədə yerləşən, həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus olan, iribuynuzlu heyvanlarını saxladığı tövləyə qanunsuz daxil olub sonuncuya məxsus olan, hər biri 1.500 manat dəyərində olmaqla 2 baş dananı qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə iplə bağlayıb bayıra çıxarmış, aralarında olan rol bölgüsünə əsasən cinayət barədə məlumatı olmayan Şahid1 idarə etdiyi “Qaz 33021 Yük” markalı 10VP423 dövlət qeydiyyat nişanlı avtomobillə sonradan ora gələn digər qrup üzvü Təqsirləndirilən şəxs3 ilə həmin 2 baş dananı avtomobilin yük yerinə qoyub talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 3.000 manat maddi ziyan vurub, özgə əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 06 may 2025-ci il tarixdə saat 23.30 radələrində Neftçala rayonu, Xolqaraqaşlı kəndinə gəlmiş, çöl sahədə yerləşən, həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus olan, iribuynuzlu heyvanlarını saxladığı tövləyə qanunsuz daxil olub sonuncuya məxsus olan, hər biri 1.500 manat dəyərində olmaqla 2 baş dananı qrup üzvü Təqsirləndirilən şəxs1la birlikdə iplə bağlayıb bayıra çıxarmış, aralarında olan rol bölgüsünə əsasən cinayət barədə məlumatı olmayan Şahid1 idarə etdiyi “Qaz 33021 Yük” markalı 10VP423 dövlət qeydiyyat nişanlı avtomobillə sonradan ora gələn digər qrup üzvü Təqsirləndirilən şəxs3 ilə həmin 2 baş dananı avtomobilin yük yerinə qoyub talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 3.000 manat maddi ziyan vurub, özgə əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 06 may 2025-ci il tarixdə saat 23.30 radələrində cinayət barədə məlumatı olmayan Şahid1 idarə etdiyi “Qaz 33021 Yük” markalı 10VP423 dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu, Xolqaraqaşlı kəndinə gəlmiş, aralarında olan rol bölgüsünə əsasən qabaqcadan həmin kənd sakini Zərərçəkmiş şəxs özünə məxsus iribuynuzlu heyvanlarını saxladığı tövlədən sonuncuya məxsus olan, hər biri 1.500 manat dəyərində olmaqla 2 baş dananı iplə bağlayıb bayıra çıxararaq tövlənin qarşısında onu gözləyən qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la həmin 2 baş dananı avtomobilin yük yerinə qoyub talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 3.000 manat maddi ziyan vurub, özgə əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Neftçala rayonu, Xolqaraqaşlı kəndi ərazisindəki çöl sahəsində Elşad Yaqubov adlı şəxsdən icarəyə götürdüyü mal-qara ferması vardır. Orada qardaşı Məsləhətlə birlikdə əhaliyə məxsus inəkləri saxlayır və orada da yaşayırlar. Fermada kənd camaatına məxsus təxminən 100 baş inək var. Həmin inəklərdən 1 baş inək onların özünə məxsusdur. Bundan başqa qardaşı Məsləhətlə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi ərazisində də kirayədə yaşayırlar. 06 may 2025-ci il tarixdə axşam saatlarında qardaşı Məsləhətlə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi ərazisində yerləşən kafelərdən birində oturub yemək yemiş və spirtli içki qəbul etmişlər. Həmin vaxt qərara gəlmişlər ki, maddi vəziyyətləri pis olduğundan Neftçala rayonuna gələrək fermada saxladıqları kənd camaatına məxsus inəklərdən bir neçəsini sataraq pul əldə etsinlər. Bu minvalla Bakı şəhərindən taksiyə əyləşib yola çıxmışlar. Yolda o, tanışı olan Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs3 ilə telefon vasitəsilə danışmış və həmin şəxslə görüşmək üçün ilk əvvəl Cəlilabad rayonuna getmişlər. Cəlilabad rayonunda Ağaqardaşla görüşmüş və ona oğurluq heyvan satmaq istədiyini bildirmişdir. Ağaqardaş da onunla razılaşmışdır. Həmçinin Ağaqardaşa heyvanları aparması üçün yük maşını təşkil etməsini demişdir. Qardaşı Məsləhət isə kafelərdən birinin yanında dayanıb onu gözləmişdir. Daha sonra o, Məsləhətlə birlikdə başqa bir taksiyə əyləşib Neftçala rayonuna fermaların yerləşdiyi çöl sahəsinə gəlmişlər. Çöl sahəsində olarkən Zərərçəkmiş şəxs məxsus fermada heç kimin olmadığını görmüşlər. Qərara gəlmişlər ki, həmin fermada olan tövlədən oğurluq etsinlər. Həmin gün saat 23.30 radələrində qardaşı Məsləhətlə birlikdə Zərərçəkmiş şəxs məxsus tövlənin iplə bağlı olan qapısını əlləri ilə açaraq içəri daxil olmuşlar. İçəridə təxminən 20 baş mal-qara olduğunu görmüşlər. Həmin heyvanlardan yerdə uzanmış vəziyyətdə olan 2 baş inəyi tutaraq iplə boynundan bağlamış və daha sonra isə inəkləri tövlədən kənara çıxarmışlar. Bundan sonra o, Ağaqardaşa zəng edərək ora gəlməsini demişdir. Təxminən 30 dəqiqə gözlədikdən sonra Ağaqardaş “Qazel” markalı yük maşını ilə onların yanına gəlmişdir. Yük maşını Ağaqardaşın özünə məxsus olmamış, başqa sürücü ilə birlikdə gəlmişdir. Həmin sürücünün əvvəl kim olduğunu bilməsə də, sonradan həmin şəxsin adının Şahid1 olduğunu bilmişdir. Ağaqardaş heyvanları aparmaq məqsədilə ödəniş müqabilində həmin sürücü ilə razılaşmışdır. Ağaqardaş gəldikdən sonra onlara inəkləri maşının yük yerinə qoymağa köməklik etmişdir. Bundan sonra onlar “Qazel” markalı yük maşını ilə hərəkətə başlayaraq oradan uzaqlaşmışlar. Yolda qardaşı Məsləhət Biləsuvar körpüsü adlanan ərazidə maşından düşmüş və yol taksilərindən birinə əyləşərək Bakı şəhərinə evə getmişdir. O, isə heyvanları Ağaqardaşa satmaq məqsədilə birlikdə Cəlilabad rayonuna getmişlər. Cəlilabad rayonunda Ağaqardaşın evinin yaxınlığında yerləşən örüş sahədə heyvanları maşından düşürmüşlər. Ağaqardaşa 2 baş inəyi hər biri 675 manat olmaqla, ümumilikdə 1.350 manat müqabilində satmışdır. Ağaqardaş həmin vaxt ona ilkin olaraq 300 manat pul vermiş, qalan puldan isə 350 manat ona olan borcunu silmişdir. Yerdə qalan 700 manat pulu isə ona məxsus karta göndərməsi barədə razılaşmışlar. Bundan sonra o, Cəlilabad rayonunda olan taksilərdən birinə əyləşib Bakı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs3 müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ona borclu olduğu 700 manat məbləğində pulu ona göndərmişdir. Həmin pulla borclarının bir qismini ödəmiş və pulun qalan hissəsini qardaşı Məsləhətlə öz şəxsi məqsədləri üçün xərcləmişlər. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış və sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmişə vurulmuş zərər tam olaraq ödənilib. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Neftçala rayonu, Xolqaraqaşlı kəndi ərazisindəki çöl sahəsində Elşad Yaqubov adlı şəxsdən icarəyə götürdüyü mal-qara ferması vardır. Orada qardaşı Məqsədlə birlikdə əhaliyə məxsus inəkləri saxlayır və orada da yaşayırlar. Fermada kənd camaatına məxsus təxminən 100 baş inək var. Həmin inəklərdən 1 baş inək onların özünə məxsusdur. Onun və qardaşının maddi imkanı yaxşı deyil və müxtəlif şəxslərə borcları və kreditləri var. Bundan başqa qardaşı Məqsədlə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi ərazisində də kirayədə yaşayırlar. 06 may 2025-ci il tarixdə axşam saatlarında qardaşı Məqsədlə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi ərazisində yerləşən kafelərdən birində oturub yemək yemiş və spirtli içki qəbul etmişlər. Həmin vaxt qərara gəlmişlər ki, maddi vəziyyətləri pis olduğundan Neftçala rayonuna gələrək fermada saxladıqları kənd camaatına məxsus inəklərdən bir neçəsini sataraq pul əldə etsinlər. Bu minvalla Bakı şəhərindən taksiyə əyləşib yola çıxmışlar. Yolda qardaşı Məqsəd, tanışı olan, lakin onun tanımadığı Təqsirləndirilən şəxs3 adlı şəxslə telefon vasitəsilə danışmış və həmin şəxslə görüşmək üçün ilk əvvəl Cəlilabad rayonuna getmişlər. Cəlilabad rayonunda tanımadıqları kafelərdən birinə getmişlər. O, həmin kafenin yanında gözləmişdir. Qardaşı Məqsəd isə Ağaqardaşla görüşüb söhbət etdikdən sonra onun yanına gəlmişdir. Bundan sonra onlar başqa bir taksiyə əyləşib Neftçala rayonuna fermaların yerləşdiyi çöl sahəsinə gəlmişlər. Çöl sahədə olarkən Zərərçəkmiş şəxs məxsus fermada heç kimin olmadığını görmüş və qərara gəlmişlər ki, həmin fermada olan tövlədən oğurluq etsinlər. Həmin gün saat 23.30 radələrində qardaşı Məqsədlə birlikdə Zərərçəkmiş şəxs məxsus tövlənin iplə bağlı olan qapısını əlləri ilə açaraq içəri daxil olmuşlar. İçəridə təxminən 20 baş mal-qara olduğunu görmüşlər. Həmin heyvanlardan yerdə uzanmış vəziyyətdə olan 2 baş inəyi tutaraq iplə boynundan bağlamış və daha sonra isə inəkləri tövlədən kənara çıxarmışlar. Bu vaxt qardaşı Məqsəd tanışı olan Cəlilabad rayon sakini Ağaqardaşa zəng edərək oraya gəlməsini demişdir. Təxminən 30 dəqiqə gözlədikdən sonra Ağaqardaş “Qazel” markalı yük maşını ilə onların yanına gəlmişdir. Yük maşınını idarə edən şəxsin dəqiq şəxsiyyəti barədə məlumatı olmasa da, sonradan onun Şahid1 olduğunu bilmişdir. Ağaqardaş gəldikdən sonra onlara inəkləri maşının yük yerinə qoymağa köməklik etmişdir. Bundan sonra onlar “Qazel” markalı yük maşını ilə hərəkətə başlayaraq oradan uzaqlaşmışlar. Yolda o, Biləsuvar körpüsü adlanan ərazidə maşından düşmüş və taksilərdən birinə əyləşərək Bakı şəhərinə yaşadığı Binə qəsəbəsində yerləşən evinə getmişdir. Ağaqardaş ilə qardaşı Məqsəd isə heyvanları satmaq məqsədilə Cəlilabad rayonuna getmişlər. Təqsirləndirilən şəxs3 müxtəlif vaxtlarda hissə-hissə olmaqla, borclu olduğu 700 manat məbləğində pulu ona göndərmişdir. Qardaşı Məqsəddən heyvanları hansı qiymətə satdığını soruşduqda hər iki baş inəyi ümumilikdə 1200 manata Ağaqardaşa satdığını bildirmişdir. O, 700 manat pul ilə borclarının bir qismini ödəmiş və pulun qalan hissəsini qardaşı Məqsədlə öz şəxsi məqsədləri üçün xərcləmişlər. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış və sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsə vurulmuş zərər tam olaraq ödənilib. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, hazırda heç bir yerdə işləmir və fəhləliklə məşğul olmaqla dolanır. Neftçala rayonu, Xolqaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs1 ilə Bakı şəhərində birlikdə fəhlə işləmişlər. Bu səbəblə də Məqsədlə aralarında tanışlıq yaranmışdır. 06 may 2025-ci il tarixdə axşam saatlarında Məqsəd onunla telefon vasitəsilə əlaqə saxlayıb ona oğurluq heyvan satmaq istədiyini demişdir. O, da Məqsədlə razılaşmış və Məqsəd onunla görüşmək məqsədilə Cəlilabad rayonuna gəlmişdir. O, Məqsədlə Cəlilabad rayon dairəsinin yaxınlığında görüşmüşdür. Məqsəd ona oğurluq heyvan satmaq istədiyini bildirmiş və bu məqsədlə heyvanları aparmaq üçün yük maşını təşkil etməsini demişdir. O, da Məqsədlə razılaşmışdır. Daha sonra isə Məqsəd çıxıb getmiş və ona xəbər edəcəyini demişdir. O, həmin gün dəqiq şəxsiyyətini bilmədiyi Samir adlı “Qazel” sürücüsü ilə danışıb heyvanları aparması barədə razılaşmışdır. Lakin ona heyvanların oğurluq olmasını deməmiş, heyvanların Məqsəd və Məsləhətə məxsus olduğunu bildirmişdir. Heyvanları gətirməsi müqabilində sürücü ilə 200 manata razılaşmışdır. Həmin gün gecə saatlarında Məqsəd ona zəng etmiş, o, da “Qazel" markalı yük avtomobili ilə Neftçala rayonu, Xolqaraqaşlı kəndinə getmişdir. Maşını sürücü Samir idarə etmiş, o, isə ön oturacaqda əyləşmişdir. Onlar Məqsədin yanına çatan zaman sürücü Samir maşında qalmışdır. O, maşından düşərək inəkləri yük yerinə qoymağa köməklik etmişdir. Bundan sonra onlar “Qazel" markalı yük maşını ilə hərəkətə başlayaraq oradan uzaqlaşmışlar. Yolda Məqsədin qardaşı Məsləhət Biləsuvar körpüsü adlanan ərazidə maşından düşmüş və taksilərdən birinə əyləşərək Bakı şəhərinə getmişdir. O, isə sürücü və Məqsədlə birlikdə Cəlilabad rayonuna getmişdir. Cəlilabad rayonunda öz evinin yaxınlığında yerləşən örüş sahədə heyvanları maşından düşürmüşlər. Məqsəddən 2 baş inəyi hər biri 675 manat olmaqla, 1.350 manat müqabilində almışdır. Həmin vaxt o, ilkin olaraq Məqsədə 300 manat pul vermiş, qalan puldan isə 350 manat hissəsini Məqsədin ona olan borcundan silmişdir. Yerdə qalan 700 manat pulu isə karta göndərəcəyi barədə razılaşmışlar. Bundan sonra Məqsəd Cəlilabad rayonunda olan taksilərdən birinə əyləşib Bakı şəhərinə getmişdir. Samirə də zəhmət haqqı vermiş və onu heyvanların yanında düşürdükdən sonra ayrılmışlar. O, heyvanları örüşdə olan dirəyə bağlamışdır. Məqsəd və Məsləhətə borclu olduğu pulu hissə-hissə olmaqla müxtəlif vaxtlarda onların kart hesablarına göndərmişdir. Bir neçə gün sonra isə heyvanları bazara çıxarıb 1.650 manat müqabilində tanımadığı şəxsə satmışdır. Heyvanları satdığı şəxsin də onların oğurluq olmaları ilə bağlı məlumatı olmayıb. Həmin pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış və sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsə vurulmuş zərər tam olaraq ödənilib. Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala rayonu, Xolqaraqaşlı kəndində yaşayır. Təsərrüfatında 95 baş mal-qara saxlayır. Həmin heyvanlara oğlu Məhəmmədəli ilə birlikdə baxırlar. Heyvanları yaşadığı Xolqaraqaşlı kəndi ərazisində çöl sahəsində yerləşən Əlimurad adlı şəxsdən icarəyə götürdüyü fermada saxlayır. Heyvanları demək olar ki, nəzarətsiz buraxmır. Həmin ərazidə özü və oğlu Məhəmmədəli heyvanları otarırlar. 06 may 2025-ci il tarixdə saat 20 radələrində Məhəmmədəli ilə birlikdə heyvanları tövləyə saldıqdan sonra həyat yoldaşının səhhətində yaranmış xəstəliklə bağlı yaşadığı evə getmişdir. 07 may 2025-ci il tarixdə saat 01 radələrində tövləyə geri qayıdan zaman tövlənin qapısının açıq olduğunu görüb şübhələnərək heyvanları saymışdır. Həmin vaxt heyvanların arasında 2 baş erkək dananın olmadığını aşkar etmişdir. Tövlənin ətrafına nəzər saldıqda “Qazel” markalı avtomobilin şinlərinin izinin torpağın üzərində olduğunu görmüşdür. Ertəsi gün o, baş vermiş oğurluq hadisəsi ilə bağlı polis şöbəsinə şikayət etmişdir. Ona məxsus 2 baş erkək dananın hər birinin ayrılıqda qiyməti 1.600 manat təşkil edir. Ümumilikdə isə ona 3.200 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluq hadisəsini törədən şəxslər Neftçala rayon sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs3dur və həmin şəxslər polislər tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişlər. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Vurulmuş zərər ödənilib. Şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs3 onunla həmkəndlidir. Ağaqardaşla münasibətləri normaldır. Aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. O, Cəlilabad rayonunda özünə məxsus “Qazel” markalı 10VP423 dövlət qeydiyyat nişanlı avtomobil ilə yük daşıma fəaliyyəti göstərir. Həmin avtomobili təxminən 3 il bundan əvvəl Fərhad Əkbərov adlı həmkəndlisindən almışdır. Avtomobil Fərhadın adına qeydiyyatdadır və etibarnamə ilə idarə edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Onlarla arasında hər hansı tanışlıq və ya münasibət yoxdur. 06 may 2025-ci il tarixdə Ağaqardaş onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək yük olduğunu və daşımaq üçün avtomobil lazım olduğunu demişdir. O, Ağaqardaşa etiraz etməmiş, lakin işi olduğu üçün ona gecə saatlarında gələ biləcəyini bildirmişdir. Ağaqardaş da onunla razılaşmışdır. Həmin gün gecə saatlarında o, idarə etdiyi “Qazel" markalı 10VP423 dövlət qeydiyyat nişanlı avtomobillə Ağaqardaşı Cəlilabad rayon mərkəzi dairəsinin yaxınlığından götürmüş və yola düşmüşlər. O, Ağaqardaşdan yükü haradan götürəcəyini soruşduqda Ağaqardaş ona Neftçala rayonuna gedəcəklərini və orada heyvan sahibindən inək alıb qayıdacaqlarını bildirmişdir. Ağaqardaşla həmkəndli olduğu üçün onunla pul söhbəti etməmişdir. Yolda Ağaqardaş maşına 60 manatlıq benzin vurmuşdur. Saat 23.30 radələrində Neftçala rayonu, Xolqaraqaşlı kəndində çöl sahədə yerləşən tövləyə getmişlər. Orada 2 nəfər şəxsin, yəni sonradan tanıdığı Məqsəd və Məsləhətin onları gözlədiyini görmüşdür. O, maşından düşərək yük yerini açmışdır. Bundan sonra Məqsəd, Məsləhət və Ağaqardaş iplə bağlı olan 2 baş dananı yük yerinə qoymuşlar. Həmin vaxt danaların Məqsədlə Məsləhətə məxsus olduğunu düşünmüşdür. Daha sonra onlar yola düşmüşlər. Yolda Biləsuvar körpüsündə Məsləhət maşından düşmüş və Bakıya getmişdir. O, isə maşını idarə etmiş və Cəlilabad rayonuna gəlmişlər. Məqsəd Cəlilabad rayonunun mərkəzində Ağaqardaşdan heyvanlara görə 300 manat pul almışdır. Daha sonra isə taksiyə minib Bakıya getmişdir. O, isə Ağaqardaşın evinin yaxınlığında yerləşən örüş sahədə heyvanları maşından düşürmüşdür. Ağaqardaş ona zəhmət haqqı olaraq 110 manat pul vermişdir. Bundan sonra onlar ayrılmışlar. Həmin heyvanların oğurluq olmasından məlumatı olmamışdır. Ağaqardaş ona heyvanların sahibinin Məqsədlə Məsləhət olduğunu və heyvanları onlardan aldığını bildirmişdir. Təqsirləndirilən şəxslərin müvafiq cinayət əməllərini törətmələri faktı onların özlərinin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam olaraq təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər CM-nin yuxarıda göstərilən maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurulmuş zərərin ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurulmuş zərərin ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurulmuş zərərin ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını, habelə 1 nəfər azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 05 – 07 iyun 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 04 (dörd) gün yuxarıda qeyd olunan 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 05 – 07 iyun 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 04 (dörd) gün yuxarıda qeyd olunan 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 05 – 07 iyun 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 04 (dörd) gün yuxarıda qeyd olunan 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar