Məhkəmə qərarları › İş №1(053)-66/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-66/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-66/2023 29.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi (anası) X1, Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə3, təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxxx 2006-cı ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Neftçala rayonu, məhəllə 5 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Neftçala Rayon Məhkəməsinin 1(053)-37/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (həmin hökm üzrə azadlığın məhdudlaşdırılması cəzasının əvvəli 28 avqust 2023-cü il tarixindən hesablanır), 23 avqust 2023-cü ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 2006-cı ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Neftçala Rayon Məhkəməsinin 1(053)-37/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (həmin hökm üzrə azadlığın məhdudlaşdırılması cəzasının əvvəli 28 avqust 2023-cü il tarixindən hesablanır), 23 avqust 2023-cü ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və xx xxxxxxx 2005-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanı üzrə qeydiyyatda olan, Neftçala şəhəri, H.Əliyev prospektində yaşayan, 23 avqust 2023cü ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin may ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə saat 01 radələrində X6 məxsus Neftçala şəhəri, H.Əliyev prospektindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz həyətə daxil olaraq həyətdəki yardımçı tikilidən Neftçala rayonu, Qırmızışəfəq kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 75 (yetmiş beş) manat dəyərində markası istintaqa məlum olmayan drel və 1 ədəd 80 (səksən) manat dəyərində markası istintaqa məlum olmayan laqondanı, ümumilikdə 125 (yüz iyirmi beş) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin iyun ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə saat 24 radələrində Zərərçəkmiş şəxs1 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq həyətə, oradan isə evə qanunsuz daxil olaraq evdən 200 metr uzunluğunda 260 (iki yüz altmış) manat dəyərində mis elektrik naqillərini, evin həyətyanı sahəsindən markası istintaqa məlum olmayan 1 ədəd 200 (iki yüz) manat dəyərindəki su qızdırıcını və markası istintaqa məlum olmayan 70 (yetmiş) manat dəyərindəki hidroforla birlikdə su motorunu, ümumilikdə 530 (beş yüz otuz) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin iyun ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq həyətə, oradan isə evə qanunsuz daxil olaraq evin divarına montaj olunmuş 200 metr uzunluğunda 160 (yüz altmış) manat dəyərindəki mis elektrik naqillərini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin iyul, ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə saat 24 radələrində Zərərçəkmiş şəxs6 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq həyətə, oradan isə evə qanunsuz daxil olaraq evin divarına montaj olunmuş 250 metr uzunluğunda 200 (iki yüz) manat dəyərindəki mis elektrik naqillərini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin iyul ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus Neftçala şəhəri, H.Əliyev prospektində yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq həyətə, oradan isə evə qanunsuz daxil olaraq evin divarına montaj olunmuş 100 metr uzunluğunda 80 (səksən) manat dəyərindəki mis elektrik naqillərini, 1 ədəd 300 (üç yüz) manat dəyərində dəmir işləri görmək üçün istifadə olunan məngənəni, 1 ədəd 130 (yüz otuz) manat dəyərində mebel işləri görmək üçn, içərisində avadanlıqlar olan çantanı və 9 ədəd hər biri 2 metr uzunluğunda olan 450 (dörd yüz əlli) manat dəyərindəki alüminium materialdan boruları, ümumilikdə 960 (doqquz yüz altmış) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin iyul ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq həyətə, oradan isə evə qanunsuz daxil olaraq oradan 1 ədəd 500 (beş yüz) manat dəyərində markası istintaqa məlum olmayan samovarı, 1 ədəd 100 (yüz) manat dəyərində «Tefal» markalı ütünü, 1 ədəd 100 (yüz) manat dəyərində markası istintaqa məlum olmayan tozsoranı, 1 ədəd 35 (otuz beş) manat dəyərində markası istintaqa məlum olmayan ventilyatoru, 100 metr uzunluğunda dəyəri 100 (yüz) manat olan mis naqilləri, 2 ədəd hər biri 15 (on beş) manat dəyərindəki sensorlu lampaları və 1 ədəd 10 (on) manat dəyərindəki işıqlandırıcını, ümumilikdə 875 (səkkiz yüz yetmiş beş) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin may ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə saat 01 radələrində X6 məxsus Neftçala şəhəri, H.Əliyev prospektindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz həyətə daxil olaraq həyətdəki yardımçı tikilidən Neftçala rayonu, Qırmızışəfəq kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 75 (yetmiş beş) manat dəyərində markası istintaqa məlum olmayan drel və 1 ədəd 80 (səksən) manat dəyərində markası istintaqa məlum olmayan laqondanı, ümumilikdə 125 (yüz iyirmi beş) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin iyun ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə saat 24 radələrində Zərərçəkmiş şəxs1 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq həyətə, oradan isə evə qanunsuz daxil olaraq evdən 200 metr uzunluğunda 260 (iki yüz altmış) manat dəyərində mis elektrik naqillərini, evin həyətyanı sahəsindən markası istintaqa məlum olmayan 1 ədəd 200 (iki yüz) manat dəyərindəki su qızdırıcını və markası istintaqa məlum olmayan 70 (yetmiş) manat dəyərindəki hidroforla birlikdə su motorunu, ümumilikdə 530 (beş yüz otuz) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin iyun ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq həyətə, oradan isə evə qanunsuz daxil olaraq evin divarına montaj olunmuş 200 metr uzunluğunda 160 (yüz altmış) manat dəyərindəki mis elektrik naqillərini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin iyul ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə saat 24 radələrində Zərərçəkmiş şəxs6 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq həyətə, oradan isə evə qanunsuz daxil olaraq evin divarına montaj olunmuş 250 metr uzunluğunda 200 (iki yüz) manat dəyərindəki mis elektrik naqillərini, gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin iyul ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus Neftçala şəhəri, H.Əliyev prospektində yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq həyətə, oradan isə evə qanunsuz daxil olaraq evin divarına montaj olunmuş 100 metr uzunluğunda 80 (səksən) manat dəyərindəki mis elektrik naqillərini, 1 ədəd 300 (üç yüz) manat dəyərində dəmir işləri görmək üçün istifadə olunan məngənəni, 1 ədəd 130 (yüz otuz) manat dəyərində mebel işləri görmək üçün içərisində avadanlıqlar olan çantanı və 9 ədəd hər biri 2 metr uzunluğunda olan 450 (dörd yüz əlli) manat dəyərindəki alüminium materialdan boruları, ümumilikdə 960 (doqquz yüz altmış) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin iyul ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq həyətə, oradan isə evə qanunsuz daxil olaraq oradan 1 ədəd 500 (beş yüz) manat dəyərində markası istintaqa məlum olmayan samovarı, 1 ədəd 100 (yüz) manat dəyərində «Tefal» markalı ütünü, 1 ədəd 100 (yüz) manat dəyərində markası istintaqa məlum olmayan tozsoranı, 1 ədəd 35 (otuz beş) manat dəyərində markası istintaqa məlum olmayan ventilyatoru, 100 metr uzunluğunda dəyəri 100 (yüz) manat olan mis naqilləri, 2 ədəd hər biri 15 (on beş) manat dəyərindəki sensorlu lampaları və 1 ədəd 10 (on) manat dəyərindəki işıqlandırıcını, ümumilikdə 875 (səkkiz yüz yetmiş beş) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin may ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə saat 01 radələrində X6 məxsus Neftçala şəhəri, H.Əliyev prospektindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz həyətə daxil olaraq həyətdəki yardımçı tikilidən Neftçala rayonu, Qırmızışəfəq kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 75 (yetmiş beş) manat dəyərində markası istintaqa məlum olmayan drel və 1 ədəd 80 (səksən) manat dəyərində markası istintaqa məlum olmayan laqondanı, ümumilikdə 125 (yüz iyirmi beş) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin iyun ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə saat 24 radələrində Zərərçəkmiş şəxs1 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq həyətə, oradan isə evə qanunsuz daxil olaraq evdən 200 metr uzunluğunda 260 (iki yüz altmış) manat dəyərində mis elektrik naqillərini, evin həyətyanı sahəsindən markası istintaqa məlum olmayan 1 ədəd 200 (iki yüz) manat dəyərindəki su qızdırıcını və markası istintaqa məlum olmayan 70 (yetmiş) manat dəyərindəki hidroforla birlikdə su motorunu, ümumilikdə 530 (beş yüz otuz) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin iyun ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq həyətə, oradan isə evə qanunsuz daxil olaraq evin divarına montaj olunmuş 200 metr uzunluğunda 160 (yüz altmış) manat dəyərindəki mis elektrik naqillərini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin iyul ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə saat 24 radələrində Zərərçəkmiş şəxs6 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq həyətə, oradan isə evə qanunsuz daxil olaraq evin divarına montaj olunmuş 250 metr uzunluğunda 200 (iki yüz) manat dəyərindəki mis elektrik naqillərini, gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin iyul ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus Neftçala şəhəri, H.Əliyev prospektində yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq həyətə, oradan isə evə qanunsuz daxil olaraq evin divarına montaj olunmuş 100 metr uzunluğunda 80 (səksən) manat dəyərindəki mis elektrik naqillərini, 1 ədəd 300 (üç yüz) manat dəyərində dəmir işləri görmək üçün istifadə olunan məngənəni, 1 ədəd 130 (yüz otuz) manat dəyərində mebel işləri görmək üçün içərisində avadanlıqlar olan çantanı və 9 ədəd hər biri 2 metr uzunluğunda olan 450 (dörd yüz əlli) manat dəyərindəki alüminium materialdan boruları, ümumilikdə 960 (doqquz yüz altmış) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin iyul ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq həyətə, oradan isə evə qanunsuz daxil olaraq oradan 1 ədəd 500 (beş yüz) manat dəyərində markası istintaqa məlum olmayan samovarı, 1 ədəd 100 (yüz) manat dəyərində «Tefal» markalı ütünü, 1 ədəd 100 (yüz) manat dəyərində markası istintaqa məlum olmayan tozsoranı, 1 ədəd 35 (otuz beş) manat dəyərində markası istintaqa məlum olmayan ventilyatoru, 100 metr uzunluğunda dəyəri 100 (yüz) manat olan mis naqilləri, 2 ədəd hər biri 15 (on beş) manat dəyərindəki sensorlu lampaları və 1 ədəd 10 (on) manat dəyərindəki işıqlandırıcını, ümumilikdə 875 (səkkiz yüz yetmiş beş) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala şəhər sakinləri olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun dostlarıdır. 2023-cü ilin may, iyun və iyul ayları ərzində o, Vidadi və Fəridlə birlikdə Neftçala şəhərinin H.Əliyev prospekti və M.Ə.Rəsulzadə küçələri ərazisində yerləşən yaşayış olmayan fərdi həyət evlərində birlikdə mənzil oğurluqları cinayətlərini törədiblər. Həmin fərdi evlərdən elektrik kabelləri, su motoru, hidrofor, drel, laqonda, məngənə, alüminium borular və sair kimi əşyalar oğurlayıblar. Belə ki, 2023-cü il may ayının əvvəllərində Neftçala şəhəri ərazisində üçü birlikdə olarkən qərarlaşdırıblar ki, oğurluq etsinlər. Bunun üçün 2023-cü il may ayının əvvəllərində o, Vidadi və Fərid görüşüb üçü birlikdə Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən Fuad adlı şəxsin evinin həyətyanı sahəsinə saat 01 radələrində hasardan aşmaqla daxil olaraq orada evin həyətindəki «əl damı» adlanan saxlanc yerindən 1 ədəd drel və 1 ədəd laqondanı oğurlayaraq oradan qaçıb getmişlər. Bundan başqa 2023-cü ilin iyun ayının ortalarında o, Vidadi və Fəridlə birlikdə yenə də oğurluq etmək qərarına gəliblər və Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən Əlimürvət adlı şəxsin ikimərtəbəli evinin həyətyanı sahəsinə hasardan aşaraq daxil olublar. Həmin vaxt saat 00 radələri olub. Evin həyətyanı sahəsindən 1 ədəd su qızdırıcını, 1 ədəd su motorunu, 1 ədəd hidroforu, habelə evin ağ rəngli plastik, qapısını açıb evə daxil olduqdan sonra isə evdən elektrik kabellərini dartıb qopararaq oğurlayıb aparıblar. Bundan başqa 2023-cü ilin iyun ayının sonlarında o, Vidadi və Fərid ilə yenə də birlikdə oğurluq etmək qərarına gəliblər və bu məqsədlə saat 01 radələrində üçü birlikdə Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Hüseynağa adlı şəxsə məxsus yaşayış olmayan evin həyətyanı sahəsinə daxil olublar. Oradan divara çəkilmiş təxminən 200 metr uzunluğunda olan elektrik naqillərini dartıb çıxararaq oğurlayıblar. Sonra da üçü gəldikləri kimi də oradan uzaqlaşaraq gediblər. Bundan başqa 2023-cü ilin iyul ayının əvvəllərində o, Vidadi və Fərid yenə də qərarlaşdırıblar ki, birlikdə oğurluq etsinlər. Bu məqsədlə saat 00 radələrində Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən və yaşayış olmayan Minorə adlı qadına məxsus evin yaşayış sahəsinə hasardan aşmaqla daxil olublar. Bundan sonra evin həyətyanı sahəsindən divara montaj olunmuş təxminən 250 metr uzunluğunda olan elektrik naqillərini dartıb qopararaq oğurladıqdan sonra gəldikləri kimi də hadisə yerindən uzaqlaşıblar. Bundan başqa yenə də 2023-cü ilin iyul ayının əvvəllərində Vidadi və Fəridlə birlikdə oğurluğa getməyi qərarlaşdırıblar. Bu məqsədlə də saat 02 radələrində Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən və yaşayış olmayan Fikrət adlı yaşlı kişiyə məxsus evin yaşayış sahəsinə hasardan aşaraq daxil olublar. Bundan sonra evin həyətyanı sahəsindən divara montaj olunmuş təxminən 100 metr uzunluğunda elektrik naqillərini dartıb qopararaq oğurladıqdan sonra, 1 ədəd məngənəni, bir ədəd çantada olan nabor dəstini, təxminən 9 ədəd hər birinin uzunluğu 2 metr olan alüminium boruları oğurladıqdan sonra gəldikləri kimi də hadisə yerindən uzaqlaşaraq gediblər. Bundan başqa 2023-cü ilin iyul ayının əvvəllərində o, Vidadi və Fərid yenə də qərara gəliblər ki, birlikdə yenə oğurluğa getsinlər. Bu məqsədlə də saat 02 radələrində Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən və yaşayış olmayan Erkin adlı şəxsə məxsus evin yaşayış sahəsinə hasardan aşaraq daxil olublar. Bundan sonra evin həyətyanı sahəsindən 1 ədəd ütünü, 1 ədəd tozsoranı, 1 ədəd ventilyatoru, təxminən 100 metr uzunluğunda olan elektrik naqillərini, 2 ədəd sensorlu lampa və 1 ədəd projektoru oğurlayıb aparıblar. Onlar oğurladıqları əmlakdan yalnız elektrik kabellərini əritdikdən sonra əldə etdikləri misi Neftçala rayonu, Mirqurbanlı kənd sakini olan Anar adlı şəxsə kiloqramı 8 manatdan satıblar. Oğurladıqları qalan əşyaları, məmulatları və əmlakı isə səyyarı qaydada dəmir və qara metal ticarəti ilə məşğul olan adlarını bilmədikləri şəxslərə Neftçala rayonu ərazisində satıblar. Qeyd edir ki, törətdikləri cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi zərər valideynləri tərəfindən ödənilmişdir. Hazırda zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Törətdiyi cinayət əməllərinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı baxışı zamanı əvvəl qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə2 sonradan qanuni nümayəndəsi (anası) X1 iştirakı ilə (işin məhkəmə baxışı dövründə Qanuni nümayəndə2 qanuni nümayəndə qismində iştirakına xitam verilərək, təqsirləndirilən şəxsin anası X2 Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində işə cəlb edilmişdir) təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun dostlarıdır. 2023-cü ilin may, iyun və iyul ayları ərzində Vidadi və Elmarla görüşüb söhbət ediblər. Bu zaman birlikdə oğurluq etməyi qərara almışlar. Bu barədə tam razılığa gəldikdən sonra birlikdə Neftçala şəhərinin H.Əliyev prospekti və M.Ə.Rəsulzadə küçələri ərazisində yerləşən yaşayış olmayan fərdi həyət evlərində oğurluq cinayətləri törədiblər. Həmin fərdi yaşayış evlərindən elektrik kabelləri, su motoru, hidrofor, drel, laqonda, məngənə, alüminium borular və sair kimi əşyalar oğurlayıblar. Belə ki, 2023-cü il may ayının əvvəllərində Neftçala şəhəri ərazisində üçü birlikdə olarkən qərara gəliblər ki, oğurluq etsinlər. Bunun üçün 2023-cü il may ayının əvvəllərində o, Vidadi və Elmarla görüşərək üçü birlikdə Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən Fuad adlı şəxsin evinin həyətyanı sahəsinə saat təxminən 01 radələrində hasardan aşmaqla daxil olaraq orada evin həyətindəki əl damından 1 ədəd drel və 1 ədəd laqondanı oğurlayaraq oradan qaçıb çıxıb gediblər. Bundan başqa 2023-cü ilin iyun ayının ortalarında Vidadi və Elmarla birlikdə yenə də oğurluq etməyi qərara alıblar və Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən Əlimürvət adlı şəxsin ikimərtəbəli evinin həyətyanı sahəsinə hasardan aşaraq daxil olublar. Həmin vaxt saat 00 radələri olub. Həmin evin həyətyanı sahəsindən 1 ədəd suqızdırıcını, 1 ədəd su motorunu, 1 ədəd hidroforu, habelə evin ağ rəngli plastik qapısını açıb evə daxil olduqdan sonra isə, evdən elektrik kabellərini dartıb qopararaq oğurlayıb aparıblar. Bundan başqa 2023-cü ilin iyun ayının sonlarında Vidadi və Elmarla birlikdə yenə də oğurluq etmək qərarına gəliblər və bu məqsədlə saat 01 radələrində üçü birlikdə Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Hüseynağa adlı şəxsə məxsus yaşayış olmayan evin həyətyanı sahəsinə daxil olublar. Oradan divara çəkilmiş təxminən 200 metr uzunluğunda elektrik naqillərini dartıb çıxararaq oğurlayıblar. Sonra da üçü gəldikləri kimi də oradan uzaqlaşaraq gediblər. Bundan başqa 2023-cü ilin iyul ayının əvvəllərində o, Vidadi və Elmar yenə də qərarlaşdırıblar ki, birlikdə oğurluq etsinlər. Bu məqsədlə də saat 00 radələrində Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən və yaşayış olmayan Minorə adlı qadına məxsus evin yaşayış sahəsinə hasardan aşmaqla daxil olublar. Daha sonra evin həyətyanı sahəsindən divara montaj olunmuş təxminən 250 metr uzunluğunda elektrik naqillərini dartıb qopararaq oğurladıqdan sonra gəldikləri kimi də hadisə yerindən uzaqlaşaraq gediblər. Bundan başqa 2023-cü ilin iyul ayının əvvəllərində o, Vidadi və Elmar yenə də qərarlaşdırıblar ki, birlikdə oğurluğa getsinlər. Bu məqsədlə də saat 02 radələrində Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən və yaşayış olmayan Fikrət adlı yaşlı kişiyə məxsus evin yaşayış sahəsinə hasardan aşaraq daxil olublar. Bundan sonra evin həyətyanı sahəsindən divara montaj olunmuş təxminən 100 metr uzunluğunda elektrik naqillərini dartıb qoparmaqla oğurladıqdan sonra, 1 ədəd məngənəni, bir ədəd çantada olan nabor dəstini, təxminən 9 ədəd hər birinin uzunluğu 2 metr olan alüminium boruları oğurlayıb gəldikləri kimi də hadisə yerindən uzaqlaşaraq gediblər. Bundan başqa 2023-cü ilin iyul ayının əvvəllərində o, Vidadi və Elmar yenə də birlikdə oğurluğa getməyi qərarlaşdırıblar. Bu məqsədlə də saat 02 radələrində Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən və yaşayış olmayan Erkin adlı şəxsə məxsus evin yaşayış sahəsinə hasardan aşmaqla daxil olublar. Oradan, yəni evin həyətyanı sahəsindən 1 ədəd ütünü, 1 ədəd tozsoranı, 1 ədəd ventilyatoru, təxminən 100 metr uzunluğunda olan elektrik naqillərini, 2 ədəd sensorlu lampa və 1 ədəd projektoru oğurlayaraq aparıblar. Cinayəti hər üçü birlikdə, yuxarıda təsvir etdiyi qaydada törədiblər. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərər ödənilib. Törətdiyi cinayət əməllərinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, heç bir yerdə işləmir. Əvvəllər heç vaxt cinayət əməli törətməmiş və məhkum olunmamışdır. Elmar və Fəridlə dostluq edir. 2023-cü ilin may, iyun və iyul ayları ərzində o, Fərid və Elmarla birlikdə Neftçala şəhərinin H.Əliyev prospekti və M.Ə.Rəsulzadə küçələri ərazisində yerləşən yaşayış olmayan fərdi həyət evlərində birlikdə oğurluq cinayətlərini törədiblər. Birlikdə bir neçə fərdi evlərdən elektrik kabelləri, su motoru, hidrofor, drel, laqonda, məngənə, alüminium borular və sair əşyalar oğurlayıblar. Belə ki, 2023-cü il may ayının əvvəllərində Neftçala şəhəri ərazisində üçü birlikdə olarkən qərarlaşdırıblar ki, oğurluq etsinlər. Bunun üçün 2023-cü il may ayının əvvəllərində o, Fərid və Elmar görüşərək üçü birlikdə Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən Fuad adlı şəxsin evinin həyətyanı sahəsinə saat 01 radələrində hasardan aşmaqla daxil olaraq orada evin həyətindəki saxlanc yerindən 1 ədəd drel və 1 ədəd laqondanı oğurlayaraq oradan qaçıb çıxıb gediblər. Bundan başqa 2023-cü ilin iyun ayının ortalarında o, Fərid və Elmar birlikdə yenə də oğurluq etmək qərarına gəliblər və bunun üçün Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən Əlimürvət adlı şəxsin ikimərtəbəli evinin həyətyanı sahəsinə hasardan tullanmaqla daxil olublar. Bu zaman saat 00 radələri olub. Həmin evin həyətyanı sahəsindən 1 ədəd su qızdırıcını, 1 ədəd su motorunu, 1 ədəd hidroforu və evin ağ rəngli plastik qapısını açıb evə daxil olduqdan sonra isə evdən elektrik kabellərini dartıb qopararaq oğurlayıb aparıblar. Bundan başqa 2023-cü ilin iyun ayının sonlarında Fərid və Elmarla birlikdə yenə də oğurluq etməyi qərarlaşdırıblar və oğurluq məqsədilə saat 01 radələrində üçü birlikdə Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Hüseynağa adlı şəxsə məxsus yaşayış olmayan evin həyətyanı sahəsinə daxil olublar. Oradan divara çəkilmiş təxminən 200 metr uzunluğunda elektrik naqillərini dartıb çıxararaq oğurlayıblar. Sonra da üçü gəldikləri kimi də oradan uzaqlaşaraq gediblər. Bundan başqa 2023-cü ilin iyul ayının əvvəllərində o, Fərid və Elmar yenə də qərara alıblar ki, birlikdə oğurluq etsinlər. Bu məqsədlə də saat 00 radələrində Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən və yaşayış olmayan Minorə adlı qadına məxsus evin yaşayış sahəsinə hasardan tullanmaqla daxil olublar. Bundan sonra evin həyətyanı sahəsindən divara montaj olunmuş təxminən 250 metr uzunluğunda elektrik naqillərini dartıb qopararaq oğurladıqdan sonra gəldikləri kimi də hadisə yerindən uzaqlaşaraq gediblər. Bundan başqa 2023-cü ilin iyul ayının əvvəllərində Fərid və Elmarla birlikdə yenidən qərara gəliblər ki, başqa evlərə oğurluğa getsinlər. Bu məqsədlə də saat 02 radələrində Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən və yaşayış olmayan Fikrət adlı yaşlı kişiyə məxsus evin yaşayış sahəsinə hasardan aşaraq daxil olublar. Evin həyətyanı sahəsindən divara montaj olunmuş təxminən 100 metr uzunluğunda elektrik naqillərini dartıb qopararaq oğurladıqdan sonra, 1 ədəd məngənəni, bir ədəd çantada olan nabor dəstini, təxminən 9 ədəd hər birinin uzunluğu 2 metr olan alüminium boruları oğurladıqdan sonra gəldikləri kimi də hadisə yerindən uzaqlaşaraq gediblər. Bundan başqa 2023-cü ilin iyul ayının əvvəllərində yenə də oğurluq etməyi qərarlaşdıraraq bu məqsədlə saat təxminən 02 radələrində Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən və yaşayış olmayan Erkin adlı şəxsə məxsus evin yaşayış sahəsinə hasardan aşmaqla daxil olublar. Evin həyətyanı sahəsindən 1 ədəd ütünü, 1 ədəd tozsoranı, 1 ədəd ventilyatoru, təxminən 100 metr uzunluğunda olan elektrik naqillərini, 2 ədəd sensorlu lampa və 1 ədəd projektoru oğurlayaraq aparıblar. Cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurduqları maddi zərər valideynləri tərəfindən ödənilmişdir. Ona görə də zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbi yoxdur. Törətdiyi cinayət əməllərinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, pensiyaçıdır və hal-hazırda heç bir yerdə işləmir. 13 iyun 2023-cü il tarixdən 20 iyun 2023-cü il tarixədək yaşadığı evdə olmayıb. Həmin vaxt Bakı şəhərində yaşayan yaxın qohumlarının yanına gedib. 20 iyun 2023-cü il tarixdə axşam vaxtlarında yaşadığı evə gəldiyi zaman görüb ki, yaşadığı evin həyətyanı sahəsindəki evin plastik pəncərəsini açaraq içəri daxil olmuş naməlum şəxs və ya şəxslər tərəfindən 200 (iki yüz) metr uzunluğunda təxminən 260 (iki yüz altmış) manat dəyərində mis elektrik kabelləri, o cümlədən həyətyanı sahədən 1 ədəd təxminən 200 (iki yüz) manat dəyərində markasını bilmədiyi su qızıdırıcı və təxminən 70 (yetmiş) manat dəyərində hidroforla birlikdə markasını bilmədiyi su motoru oğurlanmışdır. Baş vermiş oğurluq cinayəti ilə bağlı Neftçala RPŞ-nə rəsmi ərizə ilə müraciət etmişdir. Bununla bağlı hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən lazımı qaydada sənədləşmə və rəsmiləşdirmə işləri aparılmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 530 (beş yüz otuz) manat məbləğində maddi ziyan dəymişdir. Neftçala RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törədən şəxslər saxlanılmışdır. Həmin şəxslərin Neftçala şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduğunu və onların istintaq orqanına təqdim olunduqlarını sonradan bilib. Aparılan ibtidai istintaqın gedişində ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir və onun bu işlə bağlı təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarına gəlməmiş, ərizə göndərərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, üzrlü səbəblərə görə məhkəmə iclaslarında və məhkəmə çıxışlarında iştirak edə bilməyəcəyini bildirmiş, həmçinin məhkəmə iclaslarının və məhkəmə çıxışlarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarına gəlməmiş, ərizə göndərərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, üzrlü səbəblərə görə məhkəmə iclaslarında və məhkəmə çıxışlarında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclaslarının, habelə məhkəmə çıxışlarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclaslarına gəlməmiş, ərizə göndərərək ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, məhkəmə iclasları və məhkəmə çıxışlarında səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini, həmçinin ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclaslarını və məhkəmə çıxışlarını onun iştirakı olmadan keçirib qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs6 məhkəmə iclaslarına gəlməmiş, ərizə göndərərək ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, səhhəti ilə əlaqədar olaraq keçiriləcək məhkəmə iclaslarında və məhkəmə çıxışlarında iştirak edə bilməyəcəyini, həmçinin ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, habelə məhkəmə iclaslarının və məhkəmə çıxışlarının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Digər Zərərçəkmiş şəxs5 işin ibtidai istintaqı zamanı Şirvan şəhəri ərazisində olan «VEST FARM» şirkətində tibbi nümayəndə kimi işlədiyini, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən fərdi yaşayış evinin olduğunu, lakin orada yaşayış olmadığını, evin və həyətinin daimi olaraq kimsəsiz və yiyəsiz qaldığını, 13 iyul 2023-cü il tarixdə axşam saat 18 radələrində evinə gedib baxan zaman 500 manat dəyərində markasını bilmədiyi samovarın, 100 manat dəyərində «Tefal» markalı ütünün, 100 manat dəyərində markasını bilmədiyi tozsoranın, 35 manat dəyərində markasını bilmədiyi ventilyatorun, 100 metr uzunluğunda 100 manat dəyərində mis elektrik naqillərinin, 2 ədəd hər birinin dəyəri 15 manat olan sensorlu lampaların və 10 manat dəyərində işıqlandırıcının yerində olmadığını və hasardan həyətinə tullanaraq daxil olmuş naməlum şəxs və ya şəxslər tərəfindən evin içərisindən, və həyətyanı sahədən oğurlandığını aşkar etdiyini, sonuncu dəfə 2023-cü ilin iyul ayının əvvəllərində həmin yaşayış olmayan evinə gedib baxdığını və orada hər bir şeyin qaydasında, yəni yerində olduğunu gördüyünü, evində oğurluq olduğunu bildikdən sonra Neftçala RPŞ-nə rəsmi ərizə ilə baş vermiş cinayət hadisəsi ilə əlaqədar müraciət etdiyini, hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən hadisə yerində lazımı sənədləşmə işlərinin aparıldığını, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törədən şəxslərin Neftçala şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduğunu bildiyini, aparılan ibtidai istintaqın gedişində ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini və onun bu işlə bağlı təqsirləndirilən şəxslərdən heç bir şikayəti, tələbi və ya iddiasının olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 iyul 2023-cü il tarixdə Neftçala RPŞnin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında Neftçala şəhər sakinləri Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 və Neftçala rayonu, Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs3 saxlayaraq Neftçala RPŞ-nə gətirmişlər. Həmin əməliyyatda onunla birlikdə polis əməkdaşı, əməliyyat müvəkkili Şahid2 da iştirak edib. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin may ayının əvvəllərində gecə saatlarında X6 məxsus Neftçala şəhəri, H .Əliyev prospektindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdəki yardımçı tikilidən Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd drel və 1 ədəd laqondanı, 2023-cü ilin iyun ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq evdən mis elektrik naqillərini, evin həyətyanı sahəsindən su qızdırıcını və hidroforla birlikdə su motorunu, 2023-cü ilin iyun ayının sonlarında gecə vaxtlarında Zərərçəkmiş şəxs2 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətindən mis elektrik naqillərini, Zərərçəkmiş şəxs6 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq mis elektrik naqillərini, Zərərçəkmiş şəxs4 məxsus Neftçala şəhəri, H.Əliyev prospektində yaşayış olmayan evdən mis elektrik naqillərini və digər əmlakları, Zərərçəkmiş şəxs5 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evdən müxtəlif əmlakları oğurlamışlar. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Neftçala RPŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 iyul 2023-cü il tarixdə Neftçala RPŞ-nin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Neftçala şəhər sakinləri Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 və Neftçala rayonu, Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs3 saxlayaraq Neftçala RPŞ-nə gətirmişlər. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin may ayının əvvəllərində gecə saatlarında X6 məxsus Neftçala şəhəri, H .Əliyev prospektindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdəki yardımçı tikilidən Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd drel və 1 ədəd laqondanı, 2023-cü ilin iyun ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq evdən mis elektrik naqillərini, evin həyətyanı sahəsindən su qızdırıcını və hidroforla birlikdə su motorunu, 2023-cü ilin iyun ayının sonlarında gecə vaxtlarında Zərərçəkmiş şəxs2 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətindən mis elektrik naqillərini, Zərərçəkmiş şəxs6 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq mis elektrik naqillərini, Zərərçəkmiş şəxs4 məxsus Neftçala şəhəri, H.Əliyev prospektində yaşayış olmayan evdən mis elektrik naqillərini və digər əmlakı, həmçinin Zərərçəkmiş şəxs5 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki yaşayış olmayan evdən müxtəlif əmlakları oğurlamışlar. Təqsirləndirilən şəxslərin müvafiq cinayət əməllərini törətmələri faktı onların səmimi etirafları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam olaraq təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmadığını, öz cinayət əməllərini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Əhədov X3 Rayon Məhkəməsinin 1(053)-37/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökm üzrə azadlığın məhdudlaşdırılması cəzasının əvvəli 28 avqust 2023-cü il tarixindən hesablanır və hazırda cəza çəkir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs1 əməlində residiv və ya cəzanı ağırlaşdıra biləcək hər hansı başqa hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığını, öz cinayət əməllərini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs2 Neftçala Rayon Məhkəməsinin 1(053)- 37/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökm üzrə azadlığın məhdudlaşdırılması cəzasının əvvəli 28 avqust 2023-cü il tarixindən hesablanır və hazırda cəza çəkir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs2 əməlində residiv və ya cəzanı ağırlaşdıra biləcək hər hansı başqa hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmadığını, ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdikləri müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 06.45-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şahid3 Şıxəli oğlundan götürülmüş ümumi çəkisi 850 qram olan və Neftçala RPŞ-də saxlanılan 01 (bir) ədəd qara rəngli sellofanda olan mis məmulatları Zərərçəkmiş şəxs2 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Neftçala Rayon Məhkəməsinin 1(053)-37/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası yuxarıda qeyd olunan 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə əhatə olunsun və ona qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli Neftçala Rayon Məhkəməsinin 1(053)-37/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli hökmü ilə əlaqədar yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan, yəni 28 avqust 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 06.45-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Neftçala Rayon Məhkəməsinin 1(053)-37/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası yuxarıda qeyd olunan 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə əhatə olunsun və ona qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli Neftçala Rayon Məhkəməsinin 1(053)-37/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli hökmü ilə əlaqədar yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan, yəni 28 avqust 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 06.45-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 06.45-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Şahid3 Şıxəli oğlundan götürülmüş, ümumi çəkisi 850 qram olan və Neftçala RPŞ-də saxlanılan 01 (bir) ədəd qara rəngli sellofanda olan mis məmulatları Zərərçəkmiş şəxs2 verilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar