Məhkəmə qərarları › İş №1(053)-66/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-66/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-66/2024 20.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xocalı rayonu, Xanabad kəndində qeydiyyatda olan, faktik olaraq ünvan 1 ünvanında yaşayan, 13 – 15 avqust 2024-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 15 avqust 2024-cü ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin 25 sentyabr 2024cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, həmin qərara əsasən 05 noyabr 2024cü ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Musayev X1 rayonu, Xol Qarabucaq kəndində qeydiyyatda olmaqla orada yaşayan Zərərçəkmiş şəxs oğlu Şahid təhsil aldığı Türkiyə Respublikasının Giresun şəhərində yerləşən dövlət universitetinin «İqtisadi-İdari Bilimlər» fakültəsindən Türkiyə Respublikasının İzmir şəhərində yerləşən dövlət universitetlərindən birinə köçürəcəyinə dair yalandan vəd verib inandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə ayrıayrı tarixlərdə olmaqla 2023-cü ilin yanvar ayının ortalarında, günü istintaqa məlum olmayan tarixdə 300 (üç yüz) manat, 27 yanvar 2023-cü il tarixdə 400 (dörd) yüz manat və 2023-cü ilin may ayının əvvəllərində, günü istintaqa məlum olmayan tarixdə 280 (iki yüz səksən) manat olmaqla, vahid niyyətlə ümumilikdə 980 (doqquz yüz səksən) manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Xol Qarabucaq kənd sakini Zərərçəkmiş şəxs qiyabi tanıyır, aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. Zərərçəkmiş şəxs 2023cü ilin yanvar ayının əvvəllərində onun istifadə etdiyi ***-***-**-** mobil nömrəyə zəng vurub ona demişdir ki, oğlu Şahin Səfərov hal-hazırda Türkiyə Respublikasının Giresun şəhərində ali təhsil alır və o, ali təhsilini Türkiyə Respublikasının İzmir şəhərindəki ali təhsil müəssisəsində davam etdirmək üçün oradakı universitetlərin birinə köçürülmək istəyir. O, elə bu ərəfələrdə «Great» xaricdə təhsil şirkəti yaratdığı üçün, həmçinin özü də Türkiyə Respublikasının Kastamonu şəhərində 2018-2023-cü illərdə incəsənət ixtisası ilə bağlı ali təhsil aldığı üçün oradakı yerdəyişmə və köçürmə işləri ilə bağlı yaxşı əlaqələri və münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs ona dedikləri ilə razılaşmış və hal-hazırda Bakı şəhərində olduğunu, rayona gələ bilmədiyini və işin alınması üçün 700 manat pul verməli olduğunu ona demişdir. Zərərçəkmiş şəxs da telefonda ona bu qədər məbləğdə pulunun olmadığını, həmin məbləği hissə-hissə 2 dəfəyə verə biləcəyini bildirmişdir. O, Rövşənin təklifi ilə razılaşmış və «WhatsApp» vasitəsilə özünə məxsus olan 4169-7387-3124-8005 saylı kart nömrəsini ona göndərmişdir. Təxminən 2023-cü ilin yanvar ayının ortalarında, gününü xatırlamadığı tarixdə Rövşən onun kartına 300 manat, 27 yanvar 2023-cü il tarixdə isə 400 manat pul göndərmişdir. O, hər iki pul məbləğini Bakı şəhərində bankomatdan çıxartmışdır. Daha sonra Rövşən mütəmadi olaraq onunla əlaqə saxlamış, işin gedişatı ilə maraqlanmış, o isə Rövşənə narahat olmamasını, hər şeyin qaydasında olduğunu bildirmişdir. 2023-cü ilin may ayının əvvəllərində, gününü xatırlamadığı tarixdə o, Rövşənlə yenidən əlaqə saxlamış və işin alınıb qeydiyyatdan keçməsi üçün əlavə olaraq 280 manat pul lazım olduğunu demişdir. Rövşən də dediklərinə inanaraq onun kartına əlavə olaraq 280 manat pul göndərmiş və o, həmin pul məbləğini də Bakı şəhərində bankomatdan çıxartmışdır. O, ümumilikdə Zərərçəkmiş şəxs 980 manat pulunu alsa da, Türkiyə Respublikasında baş verən zəlzələlər səbəbindən ona verdiyi vədi yerinə yetirə bilməmiş, ondan aldığı pulları öz şəxsi məqsədləri üçün xərcləmişdir. Rövşən dəfələrlə onunla əlaqə saxlayaraq həm işlə bağlı, həm də ona verdiyi 980 manat pulun geri qaytarılması ilə bağlı maraqlansa da, o, maddi imkanı olmadığı üçün aldığı pulları geri qaytara bilməmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəyib. Bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, oğlu Şahid 2022-ci ilin sentyabr ayında Türkiyə Respublikasının Giresun şəhərində yerləşən universitetlərin birində təhsil almağa başlamışdır. 2023-cü ilin yanvar ayında Şahin ona «WhatsApp» vasitəsilə yazaraq bildirmişdir ki, orada təhsil almaq çətindir. Belə ki, Giresun şəhəri Qara dənizin sahilində dağlıq ərazidə yerləşdiyi üçün payız və qış aylarında orada sərbəst hərəkət etmək olmur, bu səbəbdən İzmir şəhərində təhsil almaq istəyir. Uşaqlar da Şahinə mobil nömrə verərək mobil nömrənin sahibinin Azərbaycanda universitetlərə köçürmə işi ilə məşğul olduğunu demişlər. Şahin də ***-***-**-** saylı mobil nömrəni ona verərək bununla əlaqə saxlamasını bildirmişdir. O, həmin mobil nömrəyə zəng etmiş, özünü Nurəddin kimi təqdim edən şəxs Türkiyə Respublikasında yerləşən universitetlərlə əlaqəsi olduğunu, oğlu Şahini İzmir şəhərində yerləşən universitetlərdən birinə köçürə biləcəyini və bunun müqabilində ona 700 manat məbləğində pul ödəməli olduğunu bildirmişdir. O, da həmin şəxsə hal-hazırda 700 manat pulunun olmadığını və pulu hissə-hissə ödəyə biləcəyini demişdir. Daha sonra Nurəddin «WhatsApp» vasitəsilə ona 4169-7387-3124-8005 saylı kart nömrəsini göndərərək pulu bu hesaba göndərməsini bildirmişdir. O, əvvəlcə 300 manat, təxminən 3-4 gün sonra, yəni 27 yanvar 2023-cü il tarixdə 400 manat pulu Neftçala rayonu, Xol Qarabucaq kəndində yerləşən «Oba Marketdə»ki «eManat» terminalı vasitəsilə 4169-7387-3124-8005 saylı kart hesabına göndərmişdir. 2023-cü ilin may ayının əvvəllərində, gününü xatırlamadığı tarixdə Nurəddin yenidən onunla əlaqə saxlayaraq işin alınıb qeydiyyatdan keçməsi üçün əlavə olaraq 280 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O, Nurəddinin dediklərinə inanmış və oğlu Şahinin işinin düzəlməsi üçün onun kartına əlavə olaraq 280 manat pul göndərmişdir. O, ümumilikdə həmin kart hesabına 980 manat məbləğində pul göndərmiş, 300 manat pulun göndərilməsi ilə bağlı qəbzi itirmiş, 400 manat pulun göndərilməsi ilə bağlı qəbzi isə işin araşdırılması zamanı təhqiqat orqanına təqdim etmişdir. Təqsirləndirilən şəxs verdiyi vədinə əməl etməmiş və onu aldadıb 980 manat pulunu ələ keçirmişdir. Daha sonra oğlunun universitetə köçürülməsi məsələsini Kamran adlı şəxs vasitəsilə 1.500 manat pul müqabilində həll etmişdir. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilib. Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq sonuncunun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı sübuta yetirilmiş sayılmalıdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim edib. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə eyni zamanda aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Naxçıvan şəhər prokurorunun 06 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən azad edilməklə barəsində olan ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndinə əsasən «Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair» 28 dekabr 2022-ci il tarixli Plenum Qərarının nəticəvi hissəsinin 2-ci bəndində belə qərara gəlmişdir ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir». Yuxarıda qeyd olunduğu kimi Naxçıvan şəhər prokurorunun Təqsirləndirilən şəxs barəsində qərarı 06 may 2024-cü ildə qəbul olunub. Hazırkı iş üzrə cinayət əməli isə bundan əvvəl, yəni 2023-cü ildə törədilib. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilməli və onun CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilsin və onun CMnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin və o, hazırkı qərar elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilsin. Qərardan 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar