Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-67/2023 30.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iştirakı ilə X2 X7 qarşı xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 Qismət Tahir oğluna qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edib. Şikayətdə qeyd olunur ki, X2 həyat yoldaşı Səfərov Rasim ruhi xəstədir. Özü də heç bir yerdə işləmir. Bir qız övladı vardır. Çox acınacaqlı vəziyyətdə yaşayırlar. Dəfələrlə İcra Hakimiyyətin qəbulda olmuşdur. Ona heç bir kömək göstərilməyib. Ona köməklik göstərilməsi üçün Xolqarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərov və onun müavini Böyükkişi Həşimova müraciət etmişdir. Onlar da ona heç bir köməklik etməyiblər. X11 və Həşimov Böyükkişi ona təklif ediblər ki, onlarla Masallıda “İsti-su” da bir-iki sutka dincəlsin sonra ona nə qədər istəsə kömək edərlər. O, təklifi qəbul etməmişdir. Bu hadisə bir neçə dəfə baş vermişdir. Şikayətçi qeyd edir ki, bu hal birbaşa olaraq şərəf və ləyaqətin toxunulmasına istiqamətlənmişdir. X9 ona verilmiş bu vəzifədən istifadə etdikdə onun şərəf və ləyaqətinə toxunan, onları ləkələyən hərəkətlərə və işgüzar nüfuzun aşağı salınmasına yol vermişdir. Həmin təkliflər əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rǝy yaradaraq şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlardır. X9 məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, şikayətçi X4 dörd ilə yaxındır ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xolqarabucaq kəndində yaşayır. O, işsiz olduğu üçün Neftçala RİH şikayət etmiş və xəstə olduğunu bildirmişdir. Bu barədə rayon İH-nin göstərişi əsasında müayinə olunmuşdur. X8 RİH-dən çıxarkən ona bildirmişdir ki, “Səni şərləyəcəm”. Həmçinin bildirir ki, Bələdiyyənin imkanı daxilində ona köməklik göstərilməsini xahiş etmiş, bu il ərzində X3 600 manat məbləğində maddi yardım edilmişdir. Ona atılmış şər və böhtanı qəbul etmir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1 – 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunur ki, hazırkı iş üzrə şikayətdə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 doğum tarixi qeyd edilməməklə yanaşı, cinayət əməlinin hansı tarixdə və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməyib. Bunlarla yanaşı, Azərbaycan Respublikası CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «şikayətin verildiyi tarix (il, ay və gün) və yer» göstərilməlidir. Şikayətdə isə onun verildiyi yer göstərildiyinə baxmayaraq, tərtib edildiyi tarix göstərilməyib. Beləliklə, şikayət verilərkən Azərbaycan Respublikası CPM-nin yuxarıda istinad olunan maddələrinin tələbləri pozulub. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək «bu Məcəllənin 302.1.2 – 302.1.4, 302.1.6 – 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə» qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 X7 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 X7 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-67/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-67/2023
30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver