Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-69/2025 21.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, X2 üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, xx xxxxxx 1980-cı il tarixdə Lerik rayonu, Pirəsora kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış ünvan 1 ünvanında qeydiyyatda olan, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yaşayan, 14 iyul 2025-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 26 aprel 2024-cü il tarixda saat 17 radələrində Neftçala rayonunun Aşağı Qaramanlı kəndinin ərazisində Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında istifadəsinə verilmiş. Əmlak məsələləri dövlət komitəsi yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış nömrəsi **********54 olan xx.xx.2022-ci il qeydiyyat tarixli Neftçala rayonunun Aşağı Qaramanlı kənd bələdiyyəsinə məxsus 3,85 hektar torpaq sahəsində aralarında baş vermiş mübahisə zəmnində əli ilə sonuncunun baş nahiyyəsinə vuraraq, yerə yıxıldıqdan sonra da ayağı ilə baş nahiyyəsinə vuraraq ona qapalı kəllə beyin travması, beyin silkələnməsi ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir İşin halları və ittihamın dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, oğlu Yunis 2-ci Qarabağ müharibəsi şəhididir. Təxminən 3 ay əvvəl ünvan 3 ünvanına qeydiyyata düşmüs, orada heç vaxt yaşamamış, Neftçala rayonunun Aşağı Qaramanli kəndində daimi olaraq yaşayır. Zərərçəkmiş şəxsla heş bir qohumluq əlaqələri yoxdur, əvvəllər aralarında ədavət ziddiyyət olmayıb. Kənddə onunla yaxın qonsu qardaşı Faiqin evinin qarşısında təxminən 3.80 hektar torpaq sahəsi var. Oğlu Yunis şəhid olmazdan əvvəl təsərrüfat yaratmaq istəmiş, lakin bələdiyyə sədri Rüstəm demişdir ki, həmin yerlər ev yerləridir, ona görə də sizə vermək olmaz. 2022-ci ildə həmin 3.80 hektar torpaq sahəsi Qədimkənd kənd sakini Zərərçəkmiş şəxs verilmişdir. O, bələdiyyəyə deyib ki, niyə həmin yeri hərraca çıxaranda ona bildirmədiklərini demişdir. Bundan sonra o, bu barədə Neftçala rayon İcra Hakimiyyətinə müraciət etmiş, Neftçala rayon İcra Hakimiyyətindən demişlər ki, "26 aprel 2024-cü il tarixdə həmin yerdə olun komissiya gələcək". 26 aprel 2024-cü il tarixdə saat təxminən 17 radələrində həmin 3.85 ha torpaq sahəsinə getmiş, rayon İcra Hakimiyyati haşçısının tapşırığı ilə yaradılan komissiyanın üzvləri olan RİH-nin nümayəndələri Şahid7, Vüsal Ağabayos, liqar Həsənov, Aşağı Qaramanlı kənd ərazi üzrə nümayəndə Şahid3, balədiyyə sədri Rüstam Xankişiyev, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsində baş məsləhətçi Şahid6, Salyan Meliorasiya idarəsinin əməkdaşı Cavid Faracov, Zərərçəkmiş şəxs, o və onunla birlikdə Kürqarabucaq kənd sakini şəhid atası X3 orada olmuş, onlara bildirmişdir ki, o, sahid atasıdırt, qapısının ağzında torpaq sahəsini niyə başqasına verirsiniz? Komissiya üzvləri heç bir söz deməmişlər. Xalil onun şəhid atası vəsiqəsini Əlimana göstərib demişdir ki, bu vəsiqədən sizdə var. Əliman demişdir ki, o bu vəsiqəni tanımır". Bundan sonra Əliman mobil telefonla onları çəkməyə başlamışdır. Əliman onları çəkən zaman ondan nə etdiyini soruşmuş, Əliman heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamışlar. Zərərçəkmiş şəxs vurmamış və heç bir xəsarət yetirməmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs ayağının sürüşməsi nəticəsində yerə yıxılaraq xəsarət almışdır. Lakin son məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini xahiş edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 88-94 kəndli fermer təsərrüfatı MMC-nin sədridir. xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində Aşağı Qaramanlı kənd İƏD üzrə nümayəndə Şahid3 ona zəng edərək demişdir ki, "şəhid atası Şaiq rayon İcra Hakimiyyatinin qəbulunda deyib ki, Əliman 3.85 ha olan torpaq sahəsində meliorasiya qaydalarını pozub, yerin bermasının üstünü əkib, xahiş edir ki, saat 17 radələrində orada ol, icradan komissiya gələcək. Saat təxminən 17 radələrində o, Aşağı Qaramanlı kəndi ərazisində yerləşən əkinçiliklə məşğul olduğu 3.85 ha torpaq sahəsinə getmiş, rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə yaradılan komisiyanın üzvləri olan RİH-nin nümayəndələri Şahid7, Şahid4, Şahid5, Aşağı Qaramanlı kənd İƏD üzrə nümayəndə Şahid3, bələdiyyə sədri Şahid2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsində baş məsləhətçi Şahid6, Salyan Meliorasiya idarəsinin əməkdaşı Şahid8, Aşağı Qaramanlı kənd sakini Təqsirləndirilən şəxs, Kürqarabucaq kənd sakini Şahid9 orada olmuşlar. O, həmin şəxslərə demişdir ki, "baxın görün yerin bermasını əkmişəm ya yox? Bu zaman Təqsirləndirilən şəxs ona demişdir ki, "sənin 3.85 ha torpaq sahən mənimdir, mən burdan çıxsam başıma şal bağlayaram". Bundan sonra Şahid9 onun qanuni sənədləri ilə icarəsində olan torpaq sahəsini şəhid atası Şaiqə təhvil verməsini tələb etmiş, o, 3.85 ha torpaq sahəsinə aid bütün qanuni sənədlərinin və çıxarışın olmasını bildirmiş, həmin şəxslərin ona qarşı qabaqcadan hazırladıqları niyyəti başa düşüb öz mobil telefonu ilə çəkiliş etməyə başlamış, bu zaman şəhid atası Təqsirləndirilən şəxs onun üzərinə hücum edərək əli ilə baş nahiyyəsinə yumruq zərbələri vuraraq onu yerə yıxıb ayağı ilə baş nahiyyəsinə zərbələr vuraraq onu döyüb xəsarət yetirmiş, RİH-nin nümayəndələri Şaiqi sakitləşdirmişlər. Xəlil onu döyməmiş. vurmamış və ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişdir. Baş verən hadisə nəticəsində ona fiziki və mənəvi təziq göstərilmiş, RİH-nin və digər qurumların əməkdaşlarının yanında şərəf və ləyaqəti alçaldılmışdır. O, torpaq sahəsi zəbt etməmiş və ya qanunsuz istifadə etməmişdir. Şaiqi, Xəlili və ya digər şəxsləri söyməmiş, hədələməmiş, döyməmiş və heç kimə qarşı zorakılıq hərəkətləri etməmişdir. Öz mobil telefonu ilə etdiyi videoçəkilişi təhqiqatçıya təqdim etmişdir. Hadisə vaxtı RİH-ninnümayəndələri Şahid7, Şahid4, Şahid5, Aşağı Qaramanlı kand JƏD üzra Məsələləri Dövlət Xidmətinin Sirvan arazi söbəsində baş məsləhətçi Şahid6, Salvan Meliorasiva idarəsinin əməkdası Cavid Faracov, Aşağı Qaramanlı kənd sakini Təqsirləndirilən şəxs, Kürqarabucaq kənd sakini X3, yer suvaran suçu Agagül Ramazanov orada olmuşlar. Təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, X4, Şahid5, Şahid6, Şahid8, Şahid9 və Şahid10 istintaqda verdiyi ifadələrini təsdiq edərək, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq Şahid7 və Şahid4 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiklərini bildirmişlər. Onların ibtidai istintaq zamanı verdiyi ifadələri cinayət prosesi tərəflərinin mülahizələri dinlənildikdən sonra elan edilmişdir. İş materiallarında olan (iş vərəqi 27) xx.xx.2025-ci il tarixli 79 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Eskpertiza və X5” Publik Hüquqi şəxs tərəfindən verilmiş rəydən görünür ki,1955-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər –qapalı kəllə beyin travması, beyin silkələnməsi küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddir. AZMEİS-dən əldə edilmiş qohumluq əlaqələri haqqında məlumata dair çıxarışa əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cu il təvəllüdlü X6 adlı övladları vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 005058 nömrəli şəhid ailəsinin üzvünün vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs şəhid ailəsinin üzvüdür. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs ərizəsini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Hüquqi məsələlər: Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilərək cinayət təqibinə xitam verilməlidir. Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.1-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.1-ci hissəsidə qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxsə tətbiq edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs oğlu X1-Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı 14 oktyabr 2020-ci tarixində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Həmçinin cinayət işindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi bir ilədəkdir. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 5.1-ci hissəsində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.16-cı hissəsində göstərilmişdir ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.16-ci hissəsidə qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxsə tətbiq edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı-yetkinlik yaşına çatmayan övladı vardır. Baxılan iş üzrə Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyil.İş üzrə maddi ziyan yoxdur. Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 19.5-ci bəndinə əsasən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir, həmçinin Təqsirləndirilən şəxs oğlu oğlu X1-Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı 14 oktyabr 2020-ci tarixində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Həmçinin təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı övladı vardır. Cinayət Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarının 1.1, 1.16 və 5.1-ci hissələrinin təsiri altına düşür. Bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər iş üzrə mövcud deyil. Amnistiyanı tətbiq edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı mövcuddur. Yuxarıda sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarın 1.1, 1.16 və 5.1-ci hissələri tətbiq edilməli və iş üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia, maddi ziyan, məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.12, 43.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1, 1.16 və 5.1-ci maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. İş üzrə maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №1(053)-69/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-69/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver