Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-7/2023 05.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1968-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 05-07 oktyabr 2022-ci il tarixləri üzrə tutulmuş, 07 oktyabr 2022-ci ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında günü istintaqa məlum olmayan tarixdə Salyan şəhər sakini Zərərçəkmiş şəxs məxsus olan, Neftçala rayonunun Şorkənd kəndi ərazisində yerləşən «MEŞƏ» restoranından 1 ədəd 300 manat dəyərində karusel mühərrikini, 2 ədəd 1,5 tonluq hər birinin qiyməti 500 manat olan 1000 manat dəyərində su çənlərini, 180 manat dəyərində 60 metr uzunluğunda armaturları, 100 manat dəyərində elektrik naqillərini, 200 manat dəyərində şvellerləri, 150 manat dəyərində mühərriklə işləyən otbiçəni, 2 ədəd hər biri 100 manat dəyərində olan pəncərələri və 200 manat dəyərində 1 ədəd dəmir qapını, ümumilikdə 2330 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, fərdi əməklə məşğul olur. 2022-ci ilin fevral ayında ona məlum olub ki, Neftçala rayonu, Şorkənd kəndi ərazisində olan «MEŞƏ» restoranı icarəyə verilir. Həmçinin eşitmişdir ki, restoranın sahibi Salyan şəhər sakini Zərərçəkmiş şəxsdur və o, restoranı aylıq olaraq 100 manat müqabilində icarəyə verir. Bununla əlaqədar Elçinlə görüşüb söhbət etmiş və söhbət zamanı Elçin restoranı aylıq 300 manat olmaqla icarəyə verdiyini bildirmişdir. Həmçinin söhbət edərkən Elçin ona ilk üç aylıq icarə haqqını almayacağını demişdir. İşsiz olduğundan və uşağı «autizm» xəstəsi olduğu üçün pula ehtiyacı olduğundan Elçinin təklifi ilə razılaşmışdır. Restoranın magistral yoldan kənar və kimsəsiz yerdə olması səbəbindən onu işlədə bilməmişdir. 2022-ci ilin may ayında gününü dəqiq xatırlamadığı tarixdə restoranın həyətində olan bir ədəd karusel mühərrikini, bir ədəd dəmir su çənini və armaturları pula ehtiyacı olduğu üçün oğurlayaraq səyyar qaydada tanımadığı metal məmulatları alıb-satanlara dəmir çəni 80 manata və karusel mühərrikini isə 20 manata satmışdır. Əldə etdiyi həmin pulları öz şəxsi məqsədləri üçün, yəni xəstə olan uşağına dərman alınmasına sərf etmişdir. Oğurluq hadisəsini tək özü törətmiş, heç kim onu görməmiş və hadisə barədə heç kimin məlumatı olmamışdır. Hazırda törətdiyi cinayət əməlinə görə çox peşmandır. Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə göndərərək işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili olmaqla polis mayorudur. 31 avqust 2022-ci il tarixdə Neftçala RPŞ-nə daxil olmuş əməliyyat məlumatları əsasında Neftçala rayonunun Şorkənd kəndi ərazisində yerləşən və Salyan şəhər sakini Zərərçəkmiş şəxs məxsus olan «MEŞƏ» restoranından oğurluq edən şəxs Salyan şəhər sakini Həsənov X1 RPŞ-nə dəvət olunmuşdur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «MEŞƏ» restoranından bir sıra əşyalar oğurlayıb metal alğı-satqısı ilə məşğul olan şəxslərə satmaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyinə baxmayaraq onun müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələblinin olmadığını, habelə himayəsində sağlamlıq imkanları məhdud azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 03 (üç) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 – 07 oktyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablansın və ona qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 02 (iki) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-7/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-7/2023
05.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver