Məhkəmə qərarları › İş №1(053)-71/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-71/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-71/2023 06.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1957-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, 27 – 28 sentyabr 2023-cü il tarixləri üzrə tutulmuş, 28 sentyabr 2023-cü il tarixdə barəsində «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,621 qram çəkidə narkotik vasitə olan heroini əldə edib, üzərində daşıyaraq saxlamış, 27 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Bankə qəsəbəsi, Səməd Vurğun küçəsində saxlanılaraq Neftçala rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli şalvarın sağ yan cibindən siqaretin sellofanına bükülmüş bir ədəd bükülüdə, təmiz çəkisi 0,621 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Bankə qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Narkotik vasitədən uzun zamandır ki, istifadə edir. Yaşadığı ev Kür çayının sahilində yerləşir. O, mütəmadi olaraq təmiz hava almaq üçün çay kənarındakı bəndin üzərində gəzir. 26 sentyabr 2023-cü il tarixdə, axşamüstü saat təxminən 17-18 radələrində bəndin üzərində gəzərkən siqaret sellofanına bükülmüş bir ədəd bükülü tapmışdır. Həmin bükülü diqqətini cəlb etdiyindən açıb içərisinə baxanda boz rəngli kristal halında maddə görmüşdür. O, həmin narkotik vasitə olan heroini tanımışdır. Ətrafa baxıb kimsənin olmadığına əmin olduqdan sonra həmin bükülünü büküb cibinə qoymuş və evə getmişdir. Bükülü də şalvarının cibində qalmışdır. 27 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində yaşadığı evdən çıxarkən əli ilə ciblərini yoxlayanda həmin narkotik vasitə şalvarının sağ cibində olmuşdur. Evdən çıxıb yaşadığı S.Vurğun küçəsi ilə çörək almaq üçün mağazaya gedən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Üstündə qanunsuz narkotik vasitə saxlamağı barədə məlumatları olduğu üçün onu Neftçala rayon polis şöbəsinə aparacaqlarını bildirib, avtomobilə əyləşdirərək Neftçala rayon polis şöbəsinə gətirmişlər. Neftçala rayon polis şöbəsinin inzibati binasında video çəkilişlə təhqiqatçı tərəfindən ona bildirilmişdir ki, üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunur. Ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi ona təqdim edilmiş, maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmiş, sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Üstündə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ona təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa taqdim etsin. Video çəkliş zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibində 01 (bir) ədəd bükülüdə narkotik vasitə heroini təhqiqatçıya təqdim etmişdir. Sonra isə polis əməkdaşları üstündə şəxsi axtarış aparmışlar və üzərindən əlavə heç bir narkotik vasitə cinayət xarakterli predmet aşkar olunmamışdır. Üzərində saxladığı, şəxsi axtarış zamanı aşkar edilmiş, sellofan bükülüdə bükülmüş olan narkotik vasitə kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, o da protokola və narkotik vasitə qoyulan kağız zərfə imza etmişdir. Hazırda əməlindən peşmandır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini özü qəbul edəcəkmiş. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində əlavə olaraq göstərmişdir ki, uzun müddətdir ki, müalicələr etdirir. Ağrılarını sakitləşdirmək üçün arabir narkotik vasitələrdən istifadə edir. Salyan Rayon Xəstəxanasında işləyən Müşfiq həkim ona ağrılarını sakitləşdirmək üçün narkotik vasitələrdən qəbul etməsini tövsiyyə etmişdir. O da bu səbədən tanışı Bəxtiyar adlı şəxsə istifadəsində olan telefon vasitəsilə zəng edərək ağrılarını sakitləşdirmək üçün ona narkotik vasitə lazım olduğunu və onun üçün təşkil etməsinin xahiş etmişdir. Bəxtiyarla 5-6 il olar ki, münasibətləri vardır. Bəxtiyar da onun xahişini təmənnasız yerinə yetirmiş və istədiyini adını bilmədiyi taksi ilə ona göndərmişdir. Bəxtiyar dediyi həmin şəxs Salyan rayonunda “Heyvalıq” deyilən ərazidə yaşayır. Həmçinin bildirir ki, ehtiyac yaranarsa o, Bəxtiyarı qeyd edilən ünvana gedərək tapa bilər. 26 sentyabr 2023-cü il tarixdə həmin narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitədən istifadə etməsi müalicə məqsədi daşımışdır. Həmin gün səhər vaxtı çörək almağa gedərkən polis əməkdaşları tərəfindən saxlanılmış və üzərində narkotik vasitə olmuşdur. Polis şöbəsində də üstündə olan narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Hazırda Neftçala RPŞ-nın CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayorudur. Neftçala rayonu, Bankǝ qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 27 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində Məmmədov X1 rayonu, Bankə qəsəbəsi, S.Vurğun küçəsində tərəflərindən saxlanılmışdır. Həmin zaman ətrafda kənar şəxslərin çox olmasını, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə o, polis şöbəsinə gətirilmişdir. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o, təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. Neftçala RPŞ-nın növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində video çəkilişlə şəxsi axtarış keçirilən zaman təhqiqatçı Rauf Səmədov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsini təklif etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən siqaretin sellofanına bükülmüş, bir ədəd bükülüdə narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda, içində heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/955 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «…/imza var/X3…» sözləri və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi – 0,621 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (ı siyahı). xx.xx.2023-cü il tarixli, 954 nömrəli Məhkəmə-narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan opioidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X4 xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, xx.xx.1957-ci il təvəllüdlü Neftçala rayon Bankə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs “Neftçala RMX” PHŞ-nın Poliklinika şöbəsində 2007-ci ildən narkoloji dispanser qeydiyyatındadır. Əsəb ruhi və alkoqoloji dispanser qeydiyyatlarında yoxdur. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X4 xx.xx.2023-cü il tarixli arayışında aşağıdakılar qeyd qeyd olunur: “Neftçala rayon Bankə qəsəbə sakini, 1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı ildən hal-hazıra kimi “Şəkərli diabet, Tip 2.orta ağır forma. Aşağı ətrafların diabetik anqiopatiyası. Diabetik polineyropatiya. Retikulyar varikoz. Sağ tərəfli xr. Venoz çatmamazlığı C5. Hipermetropiya zəif dərəcəli. Arterial hipertoniya İ d.” Diqanozu ilə “Neftçala RMX” PHŞ-da həkim-endokrinoloqun dispanser qeydiyyatındadır”. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən, Neftçala Rayon Məhkəməsinin 1(53)-8/2008 nömrəli iş üzrə xx.xx.2008-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar cəzadan azad edilmiş, hazırda məhkumluğu yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,571 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 – 28 sentyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,571 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar