Məhkəmə qərarları › İş №1(053)-72/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-72/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-72/2023 06.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1981-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və həmin kənddə yaşayan, Neftçala Rayon Məhkəməsinin 1(053)-20/2022 nömrəli iş üzrə 23 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 may 2023-cü ildə həmin hökm üzrə cəzasının sonu ilə azad olunmuş, Neftçala Rayon Məhkəməsinin 08 sentyabr 2023cü il tarixli qərarı ilə barəsində əvvəli 07 sentyabr 2023-cü il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşıyarkən 07 sentyabr 2023-cü il tarixdə saat 10.30-da Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisində yaşadığı evin qarşısındakı küçədə saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilib üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,220 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, narkotik vasitə istifadəçisidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə əvvəllər də məhkum olunub. 05 sentyabr 2023-cü ildə alış-veriş etmək üçün Salyan şəhərinə getmişdir. Orada işini yekunlaşdırdıqdan sonra yaşadığı Xıllı qəsəbəsinə qayıtmaq üçün Salyan şəhər avtovağzalında dayanacağa gəlmiş və Salyan şəhər avtomobil dairəsindəki «1941 - 1945» abidəsinin yanında yerdən yumru formada bükülmüş siqaret sellofanı tapmışdır. Onun içərisini açıb baxarkən narkotik vasitə olan heroin olduğunu görmüş və narkotik vasitə istifadəçisi olduğundan onu tanıyıb cibinə qoymuşdur ki, sonra istifadə etsin. Daha sonra yaşadığı Neftçala rayonu, Xıllı qəsəbəsinə qayıtmışdır. 07 sentyabr 2023-cü il tarixdə saat 10.30-da Xıllı qəsəbəsində yaşadığı küçədə dayandığı vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və birlikdə Neftçala RPŞ-nə getməli olduğunu bildirmişlər. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Neftçala Rayon Polis Şöbəsinə gəlmişdir. Neftçala RPŞ-nin növbətçi hissəsində onun, polis əməkdaşlarının və ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılıb. Şəxsi axtarış zamanı boz rəngli şalvarının sol yan cibindən həmin siqaret sellofanının içərisində olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Neftçala RPŞ-nin X1 polis nəfəri işləyir. Neftçala RPŞ-nin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 07 sentyabr 2023-cü il tarixdə saat 10.30-da narkotik vasitələrin qəbulunda və istifadəsində şübhəli bilinən Neftçala rayonu, Xıllı qəsəbə sakini Təqsirləndirilən şəxs Xıllı qəsəbəsi ərazisində yaşadığı küçədə saxlayıb Neftçala RPŞ-nə gətirmişlər. Əməliyyatda onunla birlikdə Neftçala RPŞ-nin əməkdaşlarından Şahid1 və Şahid3 iştirak ediblər. Təhqiqatçı, polis mayoru Rauf Səmədovun rəhbərliyi altında Neftçala RPŞ-nin növbətçi hissəsində olan polis əməkdaşlarının və müdafiəçi vəkil Müdafiəçi iştirakı videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibində saxladığı bir ədəd siqaretin sellofan bükümünün içərisindəki narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülüb. Təqsirləndirilən şəxs götürülmüş həmin narkotik vasitə heroinə bənzər kütlə ağ zərfə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nə aid Neftçala RPŞnin «203» saylı möhürü ilə möhürlənmişdir. Həmin bir ədəd ağ zərfi orada olan müdafiəçi vəkil Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq ediblər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu, onu 05 sentyabr 2023-cü il tarixdə Salyan şəhərində «941-1945» abidəsinin yaxınlığındakı ərazidə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. xx.xx.2023-cü il tarixli 18/891 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «… /imza var/ Təqsirləndirilən şəxs …» sözləri və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi – 1,220 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). xx.xx.2023-cü il tarixli 6107 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Sultanov X2 Rayon Məhkəməsinin 1(053)-20/2022 nömrəli iş üzrə 23 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli 17 noyabr 2021-ci il tarixindən hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 may 2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bu hal Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,170 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 07 sentyabr 2023-cü il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,170 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlansın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar