Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-74/2023 20.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 06 yanvar 1950-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, 27 – 28 sentyabr 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 28 sentyabr 2023-cü il tarixdə barəsində «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio-video yazı tətbiq edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 4,263 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edib, üzərində daşıyaraq saxlamış, 27 sentyabr 2023-cü il tarixdə, saat 17:20 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, məhəllə 2 ünvanında, yaşadığı evin yaxınlığındakı küçədə saxlanılaraq Neftçala rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən siqaretin sellofanına bükülmüş bir adǝd bükülüdə, təmiz çəkisi 4,263 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu, məhəllə 2-də ailəsi ilə birlikdə yaşayır. Narkotik vasitədən uzun zamandır ki, istifadə edir. Tiryəkdən isə istifadə səbəbi ayağında olan ağrıları sakitləşdirmək üçündür. 04 sentyabr 2023-cü il tarixdə uşaqlara pal-paltar almaq üçün Salyan şəhərinə getmişdir. Alış-verişdən sonra evə qayıdarkən avtovağzalda, piyada səkisinin yanında siqaretin sellofanına bükülmüş bükümə gözü sataşmışdır. Həmin bükülü diqqətini cəlb etdiyindən açıb içərisinə baxanda qəhvəyi rəngli, kəskin iyi olan tiryəki tanımışdır. Ətrafda adam çox olsa da onu izləmədiklərindən əmin olub, həmin bükülünü büküb cibinə qoyub evə qayıtmışdır. Bükülü də şalvarın cibində olmuşdur. Həmin vaxtı ağrıları olmadığı üçün istifadə etməmişdir. 27 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində yaşadığı evdən çıxarkən əli ilə ciblərini yoxlayanda həmin narkotik vasitə göy rəngli şalvarının sağ cibində olmuşdur. Bükülünü cibində gəzdirmiş ki, lazım olanda istifadə edə bilsin. Evdən çıxıb küçədə gəzən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək, üstündə qanunsuz narkotik vasitə saxlamağı barədə məlumatları olduğu üçün onu Neftçala rayon polis şöbəsinə aparacaqlarını deyǝrǝk avtomobilə əyləşdirmiş və Neftçala rayon polis şöbəsinə gətirmişlər. Neftçala rayon polis şöbəsinin inzibati binasında video çəkilişlə təhqiqatçı Rauf Səmədov tərəfindən ona bildirilmişdir ki, üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunaraq ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi ona təqdim edilmiş, maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmişdir. Sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Üstündə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etsin. Video çəkliş zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibində, 01 (bir) ədəd bükülüdə narkotik vasitə tiryəki təhqiqatçıya təqdim etmişdir. Sonra isə polis əməkdaşları onun üstündə şəxsi axtarış aparmışlar və üzərindən əlavə heç bir narkotik vasitə, cinayət xarakterli predmet aşkar olunmamışdır. Üzərində saxladığı şəxsi axtarış zamanı aşkar edilmiş, sellofan bükülüdə bükülmüş olan narkotik vasitə kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. O da protokola və narkotik vasitə qoyulan kağız zərfə imza etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəki özü qəbul edəcəkmiş. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Neftçala RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantıdır. Hadisə ilə əlaqədar onu qeyd etmişdir ki, Neftçala şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı tərəflərindən yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 27 sentyabr 2023-cü il tarixdə, saat təxminən 17:20 radələrində Həsənov X1 şəhəri məhəllə 2-də, yaşadığı evin yaxınlığındakı küçədə saxlanılmışdır. Həmin zaman sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə o, polis şöbəsinə gətirilmişdir. Tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o, təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. Neftçala RPŞ-nin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman təhqiqatçı Rauf Səmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins salvarın sağ yan cibində siqaretin sellofanına bükülmüş, bir ədəd bükülüdə narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb-baxıldıqda içində tiryəkə bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlə aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 Səfadər oğlu və Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, xx.xx.2023-cü il tarixli, 18/954 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «..Təqsirləndirilən şəxs..» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 4,263 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir». xx.xx.2023-cü il tarixli, 952 nömrəli Məhkəmə-narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan opoioidlərin istifadə halları olub. Lakin Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən, Neftçala Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə üzərində 1 il 5 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar cəzadan azad edilmişdir. Məhkumluğu ödənilmişdir. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X2 verilmiş xx.xx.2023-cü il tarixli, 18-1- 68/2- 786/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ildən narkoloji dispanser qeydiyyatındadır. Əsəb-ruhi və nevroloji qeydiyyatda yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini, peşman olduğunu və yaşını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,163 qram təşkil edən, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 – 28 sentyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,163 qram təşkil edən, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-74/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-74/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver