Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-74/2024 06.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1987-ci ildə Neftçala rayonu, Günəşli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Neftçala rayonu, Günəşli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, Neftçala Rayon Məhkəməsinin 1(053)-87/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3cü maddəsi tətbiq olunmaqla və əvvəli 31 avqust 2022-ci il tarixdən hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Neftçala Rayon Məhkəməsinin 4(053)-31/2024 nömrəli iş üzrə 23 iyul 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 21 iyul 2024-cü il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq bir ədəd 919648 nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ-də 1976-cı ildə istehsal olunmuş «Kalaşnikov» konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan «AK-74» modelli yivli odlu silahı, bir ədəd «Kalaşnikov» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqçanı (darağı) və 14 ədəd 5,45x39 mm kalibrli, həmin kalibrə malik «AK-74», «AKS-74», «AKS-74U» modelli avtomatlarda «RPK-74» əl pulemyotlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, istifadəyə (atəşə) yararlı olan döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş patronları əldə edib Neftçala rayonu Günəşli kəndində yerləşən fərdi yaşayış evinin zirzəmisində bir ədəd parçaya bükülmüş vəziyyətdə qanunsuz saxlamış, 21 iyul 2024-cü il tarixdə saat 13.50 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilən zaman, evin zirzəmisindən bir ədəd parçaya bükülmüş vəziyyətdə 919648 nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ-də 1976-cı ildə istehsal olunmuş «Kalaşnikov» konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan «AK-74» modelli yivli odlu silah, bir ədəd «Kalaşnikov» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqça (daraq) və 14 ədəd 5,45x39 mm kalibrli, həmin kalibrə malik «AK-74», «AKS-74», «AKS-74U» modelli avtomatlarda «RPK-74» əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, istifadəyə (atəşə) yararlı olan döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş patronlar aşkar olunaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Yeniqışlaq kəndi ərazisində dəniz kənarında tək olarkən saat 19 radələrində «Kalaşnikov» markalı avtomat silahı və həmin silahın 14 ədəd patronunu yerdən tapmışdır. Belə ki, dəniz kənarında gəzişərkən parçaya bükülmüş silah və onun patronları təsadüfən gözünə sataşmışdır. Silah və patronlar ona maraqlı gəldiyi üçün onları götürmüş və özü ilə birlikdə kənddə yaşadığı evə gətirmişdir. Əvvəl tapdığı silahı və onun patronlarını aparıb polisə təqdim etməsini xeyli özündə fikirləşsə də, bu fikirləri özündə götür-qoy edərək bir ay silahı kənddə yaşadığı evin zirzəmisində gizlədib saxlamışdır. 21 iyul 2024-cü il tarixdə saat 14 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı evə gəlmiş, ona evində gizlədib saxladığı «Kalaşnikov» markalı avtomatı və onun patronlarını təqdim etməli olduğunu bildirmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə aparılan videoçəkiliş zamanı o, kənddə yaşadığı evin zirzəmisində gizlədib saxladığı avtomatı və onun 14 ədəd patronlarını polis əməkdaşlarına təqdim etmişdir. Götürülmüş həmin avtomat silahı və onun patronları qablaşdırılaraq Neftçala Rayon Polis Şöbəsinə aid olan «203» saylı möhürlə möhürlənmiş, həmin qablaşdırmanı o, və Müdafiəçi imzalamışlar. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 iyul 2024-cü il tarixdə xidmətdə olarkən Neftçala şəhəri Günəşli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, qeyd olunan əməliyyat məlumatı yoxlandıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə onun ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin hazırlanıb həyata keçirilməsinə icazə verilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonu, Günəşli kəndində yerləşən evinə təxirəsalınmadan baxış keçirilməsi haqqında qərar qəbul edilərək əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün rəhbərlikdən icazə alınmış və həmin qərar təsdiqlənmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə 21 iyul 2024-cü il tarixdə saat 13.50 radələrində Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonu, Günəşli kəndinə getmiş və Təqsirləndirilən şəxs həyətə çağırmışlar. Təqsirləndirilən şəxs qəbul edilmiş qərarla tanış etdikdən sonra ona yaşadığı evdə qanunsuz olaraq əldə etdiyi odlu silah və döyüş sursatı saxlaması barədə rayon polis şöbəsinə əməliyyat məlumatının daxil olması, həmin məlumat əsasında evə baxış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən bir ədəd silah və 14 ədəd patron aşkarlanmışdır. Həmin silaha baxış keçirilən zaman silahın 919648 nömrəli, «Kalaşnikov» konstruksiyalı odlu silah olması müəyyən edilmişdir. Baxış zamanı mənzildən hər hansı başqa bir cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş 01 ədəd 919648 nömrəli silah və 14 ədəd patron qablaşdırılaraq DİN-nə aid «203» saylı möhürlə möhürlənib götürülmüşdür. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən 22 iyul 2024-cü ildə verilmiş ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1. Tədqiqata təqdim olunmuş 01 ədəd 919648 №-li silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1976-cı ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. (Bax: silahın tədqiqi hissəsinə) 3. Tədqiqata təqdim edilmiş 14 ədəd patron zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar (Bax: silahın tədqiqi hissəsinə)...». 06 avqust 2024-cü il tarixli 3-16-16/2-3/1218 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş 01 ədəd «919648» №-li silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ-də 1976-cı ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı, «AK-74» modelli avtomatdır, yivli-odlu silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 11 ədəd patron 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik «AK-74», «AKS-74», «AKS-74U» modelli avtomatlarda, «RPK-74» əl pulemyotlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal olunmuş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd sandıqça «Kalaşnikov» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır (daraqdır) istifadəyə yararlıdır”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etdiyini və peşman olduğunu, yaşlı anasının onun himayəsində olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, vaxtilə evli olub və boşanıbdır. Həmin nikahından doğulmuş iki uşağı hazırda anasının (keçmiş arvadının) yanındadırlar. Uşaqlara görə aliment ödənilməsi ilə bağlı məhkəmə aktı mövcud olduğuna baxmayaraq, o (təqsirləndirilən şəxs) aliment ödəmir. Göstərilənləri, yəni təqsirləndirilən şəxsin uşaqların saxlanmasında faktik iştirak etmədiyini nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin iki nəfər yetkinik yaşına çatmamış uşağının olması halını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmir. Qeyd olunur ki, Hüseynov X1 Rayon Məhkəməsinin 1(053)-87/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla və əvvəli 31 avqust 2022-ci il tarixdən hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi dövrdə törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, 01 (bir) ədəd 919648 nömrəli, 5,45 kalibrli, zavod üsulu ilə 1976-cı ildə SSRİ-də istehsal olunmuş «Kalaşnikov» konstruksiyalı, «AK-74» modelli yivli odlu silah (avtomat), həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan və zavod üsulu ilə istehsal olunmuş 01 (bir) ədəd sandıqca (daraq), 5,45x39 mm kalibrli «AK-74», «AKS-74», «AKS-74U» modelli avtomatlarda, «RPK-74» əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilməsi üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən, atəş üçün yararlı olan 5,45x39 mm kalibrli 10 (on) ədəd patron və 01 (bir) ədəd giliz Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 21 iyul 2024-cü il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd 919648 nömrəli, 5,45 kalibrli, zavod üsulu ilə 1976-cı ildə SSRİ-də istehsal olunmuş «Kalaşnikov» konstruksiyalı, «AK-74» modelli yivli odlu silah (avtomat), həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan və zavod üsulu ilə istehsal olunmuş 01 (bir) ədəd sandıqca (daraq), 5,45x39 mm kalibrli “AK-74”, “AKS-74”, “AKS- 74U” modelli avtomatlarda, “RPK-74” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilməsi üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən, atəş üçün yararlı olan 5,45x39 mm kalibrli 10 (on) ədəd patron və 01 (bir) ədəd giliz Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-74/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-74/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver