Məhkəmə qərarları › İş №1(053)-75/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-75/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-75/2025 05.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X1 və X6 qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Füzuli rayonu, Merdinli kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 04 (dörd) ay 30 (otuz) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 01 aprel 2024-cü il tarixdə yuxarıda göstərilən hökm üzrə cəza müddəti başa çatmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla və əvvəli 23 avqust 2025-ci il tarixindən hesablanmaqla 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda həmin hökm üzrə cinayət cəzası çəkən, hazırkı işlə bağlı 27 – 29 iyul 2025-ci il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 29 iyul 2025-ci il tarixində barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş (həmin qətimkan tədbiri müstəntiqin 20 sentyabr 2025-ci il tarixli qərarı ilə ləğv olunub) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi və xx xxxxxx 1993-cü ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində yaşayan, 28 avqust 2025-ci ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, həmin qərara əsasən 25 dekabr 2025-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışları X3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 23 iyul 2025-ci il tarixdə saat 19 radələrində “EN1 Rent A Car”a məxsus 22 iyul 2025-ci il tarixli icarə müqaviləsi əsasında etibarnamə ilə idarə etdiyi “Kia Forte” markalı 77VJ178 dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu, Beştalı kəndinə gələrək həmin kənd sakini Zərərçəkmiş şəxs yaşadığı küçədən sonuncuya məxsus 400 manat dəyərində 01 baş qoyunu avtomobilin baqajına qoyub gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışları X3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 23 iyul 2025-ci il tarixdə saat 19 radələrində sonuncunun 22 iyul 2025-ci il tarixli icarə müqaviləsi əsasında etibarnamə ilə idarə etdiyi “EN1 Rent A Car”a məxsus “Kia Forte” markalı 77VJ178 dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu, Beştalı kəndinə gələrək həmin kənd sakini Zərərçəkmiş şəxs yaşadığı küçədən sonuncuya məxsus 400 manat dəyərində 01 baş qoyunu avtomobilin baqajına qoyub gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, X2 təxminən 8 ildir ki, tanıyır. Orxan əvvəllər Hövsan qəsəbəsində onunla eyni məhəllədə yaşamışdır. Bu səbəbdən də aralarında münasibət yaranmışdır. Təqsirləndirilən şəxs2 isə təxminən 3 ildir ki, tanıyır. Onunla Orxan vasitəsilə tanış olmuşdur. 22 iyul 2025-ci il tarixdə Bakı şəhərində yerləşən “EN1 Rent A Car”dan “Kia Forte” markalı 77VJl78 dövlət qeydiyyat nişanlı avtomobili sürmək məqsədilə 2 gün müddətinə icarəyə götürmüşdür. 23 iyul 2025-ci il tarixdə səhər saatlarında Əhmədli metro stansiyasının yaxınlığında Orxan və Təhmasiblə görüşmüşdür. Həmin vaxt Orxan onlara qoyun oğurlamağı təklif etmiş, Neftçala rayonunda qohumları yaşadığı üçün oranı yaxşı tanıdığını və oğurluğu Neftçala rayonundan etməyi bildirmişdir. Onlar da Orxanla razılaşmışlar. Həmin gün günorta saatlarında idarə etdiyi “EN1 Rent A Car”a məxsus “Kia Forte” markalı 77VJl78 dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonuna yola düşmüşlər. Saat 19 radələrində Neftçala rayonu, Beştalı kəndi ərazisində küçədə qoyun sürüsünün olduğunu görmüşlər. O, sürünün yanında avtomobili saxlamış və Orxan avtomobildən düşərək sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs məxsus 01 baş qoyunu baqaja qoymuşdur. O və Təhmasib isə ətrafda hər hansı şəxsin olub-olmamasına nəzarət etmişlər. Daha sonra oradan uzaqlaşmışlar. Bakı şəhəri, Qaradağ rayonu ərazisində onlar polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt Orxan və Təhmasib maşından düşərək qaçmışlar. Zərərçəkmiş şəxs məxsus 01 baş qoyun sonuncuya geri qaytarılmışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış və sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmişə vurulmuş zərər tam olaraq ödənilib. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, X2 təxminən 2 ildir ki, tanıyır. Orxan və o, əvvəllər Hövsan qəsəbəsində yaşamışlar. Bu səbəbdən də aralarında münasibət yaranmışdır. Təqsirləndirilən şəxs1 da onunla eyni məhəllədə yaşamışdır. 22 iyul 2025-ci il tarixdə Anar Bakı şəhərində yerləşən “EN1 Rent A Car”dan “Kia Forte” markalı 77VJ178 nömrəli dövlət qeydiyyat nişanlı avtomobili sürmək məqsədilə 2 gün müddətinə icarəyə götürmüşdür. 22 iyul 2025-ci il tarixdə Anar və Orxan gecə saatlarında avtomobillə yaşadığı ünvana gəlmiş və onlarla birlikdə getmişdir. Ertəsi gün, yəni 23 iyul 2025-ci il tarixdə onlar Əhmədli metro stansiyasının yaxınlığında olarkən Orxan onlara qoyun oğurlamağı təklif etmiş, Neftçala rayonunda qohumları yaşadığı üçün oranı yaxşı tanıdığını və oğurluğu Neftçala rayonundan etməyi bildirmişdir. Onlar da Orxanla razılaşmışlar. Həmin gün günorta saatlarında onlar Anarın idarə etdiyi “EN1 Rent A Car”a məxsus “Kia Forte” markalı 77VJ178 dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonuna yola düşmüşlər. Saat 19 radələrində Neftçala rayonu, Beştalı kəndi ərazisində küçədə qoyun sürüsünün olduğunu görmüşlər. Anar maşını sürünün yanında saxlamış və Orxan maşından düşərək sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs məxsus 01 baş qoyunu avtomobilin baqajına qoymuşdur. O və Anar isə ətrafda hər hansı şəxsin olubolmamasına nəzarət etmişlər. Daha sonra oradan uzaqlaşmışlar. Bakı şəhəri, Qaradağ rayonu ərazisində onlar polis əməkdaşları tərəfindən saxlanmışlar. Həmin vaxt o və Orxan maşından düşərək qaçmışlar. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış və sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmişə vurulmuş zərər tam olaraq ödənilib. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, onlarla barışdığını, xəstəliyi ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əmisinin oğludur. Vidadi yaşadığı evin həyətyanı sahəsində xırdabuynuzlu qoyunlar saxlayır. Həmin qoyunları Vidadi kənd ərazisində yerləşən çöl və meşə sahəsinə apararaq otarır. Vidadi qoyunları otardıqdan sonra yaşadığı evin həyətində yerləşən tövlənin arxasında küçədə saxlayır. 23 iyul 2025-ci il tarixdə saat 19 radələrində o, küçədə olarkən uzaqdan bir nəfər şəxsin Vidadiyə məxsus 01 baş qoyunu naməlum markalı avtomobilin baqajına qoyduğunu görmüşdür. Uzaqda olduğu üçün isə həmin şəxsi və avtomobili tam aydın şəkildə görə bilməmişdir. Bundan sonra o, tez Vidadinin yaşadığı ünvana gələrək küçədən naməlum markalı bir avtomobillə gələn şəxsin ona məxsus 01 baş qoyunu baqaja qoyub oğurladığını demişdir. Vidadiyə qoyunları saymasını bildirmiş və Vidadi qoyunları sayarkən 01 baş qoyunun olmadığını aşkar etmişdir. Sonradan onlara məlum olmuşdur ki, 01 baş qoyunu oğurlayan şəxslər Təqsirləndirilən şəxs1, X3 və Təqsirləndirilən şəxs2dur. Zərərçəkmiş şəxs məxsus 01 baş qoyunu oğurlayan şəxsləri uzaqdan görmüş, həmin şəxslər isə hadisə vaxtı onu görməmişlər. Təqsirləndirilən şəxslərin müvafiq cinayət əməlini törətmələri faktı onların özlərinin səmimi etirafı və şahid ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam olaraq təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər CM-nin yuxarıda göstərilən maddəsi ilə təqsirli bilinərək, onlara həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurulmuş zərərin ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 04 (dörd) ay 30 (otuz) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 01 aprel 2024-cü il tarixdə yuxarıda göstərilən hökm üzrə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayəti yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi dövrdə törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Qeyd olunur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla və əvvəli 23 avqust 2025-ci il tarixindən hesablanmaqla 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda həmin hökm üzrə cəza çəkir. Bu səbəbdən təqsirləndirilən şəxsin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəzası ilə hazırkı hökmlə təyin ediləcək cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada – cinayətlərin məcmusu üzrə toplanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən «qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi» müzakirə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində qətimkan tədbiri seçilməsi mövcud vəziyyətdə lüzumsuzdur. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində bir nəfər azyaşlı uşağının olduğunu, atasının müharibə veteranı olmasını, cinayət nəticəsində vurulmuş zərərin ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.30-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-359/2025 nömrəli iş üzrə 06 oktyabr 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 27 – 29 iyul 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın, alınan 02 (iki) gün yuxarıda qeyd olunan 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli 23 avqust 2025-ci ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 359/2025 nömrəli iş üzrə 06 oktyabr 2025-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 25 dekabr 2025-ci il tarixindən etibarən həbsdə saxlanıldığı 01 (bir) ay 11 (on bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 02 (iki) ay 22 (iyirmi iki) gün yuxarıda qeyd olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.30-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar