Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-76/2025 17.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, X8 üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Neftçala rayonu, Dördlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində traoktorçumaşinist vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Dördlər kəndində qeydiyyatda olmaqla orada yaşayan, 07 oktyabr 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 1.Təqsirləndirilən şəxs Daxil oğlu qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkib-becərməklə özbaşına tutmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Daxil oğlu, Neftçala rayonunun Xolqarabucaq kəndi ərazisində Neftçala rayonu, Xolqarabucaq bələdiyyəsinə aid mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 5 (beş) hektar torpaq sahəsində 2015-ci ilin günü istintaqa məlum olmayan tarixindən başlayaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı bitkiləri əkib, qulluq edib becərməklə torpaq sahəsini özbaşına tutmuşdur/ 2.Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə ittiham elan edilmişdir. 3.Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə tövsif olunmuşdur. İşin halları və ittihamın dəlilləri: 4.Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 188.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Mürsəqulu kəndi ərazisində Pambıq Məntəqəsində traktorçu kimi işləyərək ailəsin dolandırır. Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisində təxminən 10 il avval ona skin üçün nəzərdə tutulmuş 5 hektar torpaq sahəsi aztəminatlı ailə olduğu üçün ayrılmışdır. Həmin torpaq sahəsində o, arpa bitkisi əkib-becərib. Həmin torpaq sahəsi Neftçala rayonu, Xolqarabucaq bələdiyyəsinə məxsus yerdir. Həmin 5 hektar torpaq sahəsini maddi vəziyyəti pis olduğu üçün götürüb əkib. O, həmin əkibbecərdiyi 5 hektar torpaq sahəsinə heç bir hüquqi sənədi və mülkiyyət aktı yoxdur. Həmin 5 hektar torpaq sahəsi dəmyə yerdir, yəni orada heç bir suvarma sistemi yoxdur. Təxminən 2-3 il bundan əvvəl Şirvan şəhərində keçirilmiş torpaq alqı-satqısı barədə olan hərraca həmin torpaq sahəsi kənddə digər torpaq sahələri ilə birlikdə hərraca çıxarılmışdır və satışa qoyulmuşdur. Lakin o həmin torpaq sahəsini hərracda da alıb şəxsi mülkiyyətinə keçirə bilməyib. O, həmin torpaq sahəsini təxminən 10 il olar ki, istifadə edir və orada arpa bitkisi əkib-becərir. Həmin torpaq sahəsi dəmyə yerdir, orada daimi olan su sistemi va suvarma qurğusu yoxdur. Suvarma olmayan torpaq sahəsində isə yalnız və yalnız əkilsə, yetişib əmələ gəlsə arpa bitkisi əmələ gələ bilər. Hal-hazırda həmin torpaq sahəsini bələdiyyə təhvil vermişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərilmişdir ki, 2020-ci ildən etibarən Neftçala rayonu, Xolqarabucaq bələdiyyəsinin sədri vəzifəsində işləyir. Xoldördlər kənd sakini Təqsirləndirilən şəxs Daxil oğlunu tanıyır. Onunla bir ədavət və düşmənçiliyi yoxdur. Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisində taxminən 10 il əvvəl ona əkin ücün nəzərdə tutulmuş 5 hektar torpaq sahəsi aztəminatlı ailə olduğu üçün ayrılmışdır. Həmin torpaq sahəsində Təqsirləndirilən şəxs arpa bitkisi əkib becərmişdir. Həmin torpaq sahəsi Neftçala rayonu, Xolqarabucaq bələdiyyəsinə məxsus yerdir. Həmin 5 hektar torpaq sahəsini maddi vəziyyəti pis olduğu üçün qanunsuz olaraq, heç olmadan akib. Təqsirləndirilən şəxs həmin akib-becardiyi 5 hektar torpaq sahəsinə heç bir mülkiyyər və icarə, həmçinin istifadə barədə sənədi olmadan əkib. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə dair hüquqi sənədi və mülkiyyət aktı yoxdur. Hamin 5 hektar torpaq sahəsi dəmyə yerdir, yəni orada heç bir suvarma sistemi yoxdur. Təxminən 2-3 il bundan əvvəl Şirvan şəhərində keçirilmiş torpaq alqı-satqısı barədə olan hərraca həmin torpaq sahəsi kənddə digər torpaq sahələri ilə birlikdə hərraca çıxarılmışdır və satışa qoyulmuşdur. Lakin Təqsirləndirilən şəxs həmin torpaq sahəsini hərracda da alıb şəxsi mülkiyyətinə keçirə bilməmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini təxminən 10 il olar ki, istifadə edir və orada arpa bitkisi əkib-becərir. Həmin torpaq sahəsi dəmyə yerdir, orada daimi olan su sistemi va suvarma qurğusu yoxdur. Suvarma olmayan torpaq sahəsində isə yalnız və yalnız əkilsə, yetişib əmələ gəlsə arpa bitkisi əmələ gələ bilər. Bundan əlavə zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, həmin torpaq sahəsi geri qaytarılmış, hər hansı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Neftçala RPŞ-in X4 sahə inspektoru olmaqla polis kapitanıdır. Neftçala rayonu, Xoldördlər kənd sakini Təqsirləndirilən şəxs Daxil oğlunu tanıyır. Təqsirləndirilən şəxs Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisində təxminən 10 il əvvəl əkin üçün nəzərdə tutulmuş 5 hektar torpaq sahəsi aztəminatlı ailə olduğu üçün ayrılmışdır. Həmin torpaq sahəsində Cehyun Xankişiyev arpa bitkisi əkib-becərmişdir. Həmin torpaq sahəsi Neftçala rayonu, Xolqarabucaq bələdiyyəsinə məxsus yerdir. Həmin 5 hektar torpaq sahəsini maddi vəziyyəti pis olduğu üçün qanunsuz olaraq, heç bir mülkiyyət və icarə, həmçinin sahiblik barədə sənədi olmadan əkib. Təqsirləndirilən şəxs həmin əkib-becərdiyi 5 hektar torpaq sahəsinə heç bir hüquqi sənədi və mülkiyyət aktı yoxdur. Həmin 5 hektar torpaq sahəsi damyə yerdir, yəni orada heç bir suvarma sistemi yoxdur. Təxminan 2-3 il bundan əvvəl Şirvan şəhərində keçirilmiş torpaq alqı-satqısı barədə olan hərraca həmin torpaq sahəsi kənddə digər torpaq sahələri ilə birlikdə hərraca çıxarılmışdır və satışa qoyulmuşdur. Lakin Təqsirləndirilən şəxs həmin torpaq sahəsini hərracda da alıb şəxsi mülkiyyətinə keçirə bilməmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini təxminən 10 il olar ki, istifadə edir və orada arpa bitkisi əkib-becərir. Həmin torpaq sahəsi dəmyə yerdir, orada daimi olan su sistemi və suvarma qurğusu yoxdur. Suvarma olmayan torpaq sahəsində isə yalnız və yalnız əkilsə, yetişib əmələ gəlssə arpa bitkisi əmələ gələ bilər. Hal-hazırda da həmin torpaq sahəsini Təqsirləndirilən şəxs Daxil oğlu bələdiyyəyə təhvil vermişdir. 7.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid3 Həmdulloğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. 8.Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: 9.Neftçala rayonu, Xolqarabucaq bələdiyyəsi tərəfindən verilmiş 13 oktyabr 2025-ci il tarixli 377 saylı arayışdan görünür ki, Neftçala rayonu, Xolqarabucaq bələdiyyəsinin mülkiyyətində olan və bələdiyyə ərazisində yerləşən əkin üçün nəzərdə tutulmuş kənd təsərrüfatı təyinatlı 5,0 ha torpaq sahasi Neftçala rayonu, Dördlər kənd sakini Təqsirləndirilən şəxs Daxil oğlu tərəfindən 2025-ci il tarixdan 2025-ci il tarixədək dəmyə formasında qanunsuz olaraq zəbt edilməklə arpa bitkisinin əkib-becərilməsi işləri aparılır.
10. 06 may 2024-cü il tarixli Neftçala rayonu, Xolqarabucaq kəndində tərtib edilmiş aktın 4-cü bəndindən görünür ki, Təqsirləndirilən şəxs Daxil oğluna məxsus torpaq sahəsi bələdiyyə mülkiyyəti hüququ xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış ümumilikdə 13,52 hektar torpaq sahəsidir və 5 hektar hissəsi icarə hüququ olmadan Təqsirləndirilən şəxs tərəfindən dənli bitkilər (arpa) əkilməklə istifadə olunur. 11.03 aprel 2025-ci il tarixli qərarla Neftçala rayon Prokurorluğundan Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işində Təqsirləndirilən şəxs Daxil oğlu, X7, X15, X12 və digərlərinin barəsində qanunla müəyyən edilmiş və icarə hüququ olmadan torpaq sahəsini becərmə halları aşkar edildiyindən həmin şəxslərin əməllərində Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətlərinin və X9 əməlində isə Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsinin aşkar olunması ilə bağlı cinayət işi istintaq aidiyyatı üzrə Neftçala RPŞ-in İstintaq Bölməsinə göndərilmişdir. 12.05 aprel 2025-ci il tarixli qərarla ********* saylı cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqının aparılması davam etdirilmişdir. 13.10 aprel 2025-ci il tarixli qərarla aparılan ibtidai istintaq zamanı hadisəni törədən şəxsi (şəxsləri) müəyyən edərək cinayət məsuliyyətinə cəlb etmək mümkün olmadığı üçün cinayət işi üzrə icraat təqsirləndirilən şəxs müəyyən olunana qədər dayandırılmışdır. 14.28 iyun 2025-ci il tarixli qərarla icraatı Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsi ilə dayandırılmış ********* saylı cinayət işi üzrə icraat müvafiq istintaq hərəkətlərinin aparılması üçün təzələnmiş və cinayət işi icraata qəbul edilərək ibtidai istintaqının aparılması davam etdirilmişdir. 15.22 iyul 2025-ci il tarixli qərarla aparılan ibtidai istintaq zamanı hadisəni törədən şəxsi (şəxsləri) müəyyən edərək cinayət məsuliyyətinə cəlb etmək mümkün olmadığı üçün cinayət işi üzrə 01 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müsaviri Elcin Məmmədov tərəfindən 2 av müddətində yəni, 06 oktyabr 2025-ci il tarixədək uzadılmışdır. 16.20 avqust 2025-ci il tarixli qərarla aparılmış ibtidai istintaq zamanı hadisəni törədən şəxsləri müəyyən edərək cinayət məsuliyyətinə cəlb etmək mümkün olmadığı üçün cinayət işi üzrə icraat təqsirləndirilən şəxs müəyyən olunana qədər dayandırılmışdır. 17.19 sentyabr 2025-ci il tarixli qərarla icraatı Azərbaycan Respublikası CPM-in 53.1.1-maddəsi ilə dayandırılmış ********* saylı cinayət işi üzrə icraat müvafiq istintaq hərəkətlərinin aparılması üçün təzələnmiş va cinayət işi icraata qəbul edilərak ibtidai istintaqının aparılması davam etdirilmişdir 18.24 sentyabr 2025-ci il tarixli qərarla cinayət işi üzrə əməl CM-nin 178.2.3 və 188.3-cü maddələrindən CM-nin 188.3-cü maddəsinə tövsif edilmiş və istintaqın davam etdirilməsi üçn Neftçala RPŞ-ya göndərilmişdir. 19.“Cinayət işinin icraata qəbul edilməsi” haqqında 25 sentyabr 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır; 20.“Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 05 oktyabr 2025-ci il tarixli qərara əsasən ********* saylı cinayət işi üzrə Neftçala rayonu, Xolqarabucaq bələdiyyəsi zərərçəkmiş şəxs qismində tanınmışdır;
21. “Zərər çəkmiş şəxsin hüquqi nümayəndəsi qismində tanınma” haqqında 05 oktyabr 2025-ci il tarixli qərara əsasən ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi qismində Qanuni nümayəndə tanınmışdır; 22.“Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 07 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; 23.“Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 07 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək növündə” qətimkan tədbiri seçilmişdir; 24.“Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 14 oktyabr 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Daxı oğluna 07 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək növündə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmişin nümayəndəsinin ifadələri və hadisə yerinə baxış protokolu sübut növü kimi qiymətləndirilmişdir. 25.Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpağı əkib, qulluq edib becərməklə torpaq sahəsini özbaşına tutması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.
Hüquqi məsələlər:
26.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən, şəxsin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması onun həmin maddə ilə, bu əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə isə həmin şəxsin həmin Məcəllənin 188.3-cü maddəsi ilə cinayət məsuliyətinə cəlb edilməsinə səbəb olur. Bu normanın tələbindən və mənasından belə nəticə hasil olur ki, şəxsin həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üçün toplanmış və araşdırılmış sübutlarla aşağıdakı iki halın müəyyən edilməsi tələb olunur: 1) şəxs hər hansı torpaq sahəsini mülkiyyət, istifadə və ya icarə hüququ olmadan zəbt edərək həmin torpaq sahəsində CM-in 188.1-ci maddəsində göstərilən hərəkətləri etməlidir; 2) şəxsin özbaşına tutduğu torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi olmalıdır. 27.Qeyd olunmalıdır ki, şəxsin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququ müvafiq icra hakimiyyətinin orqanının normativ və ya qeyri-normativ sənədi, yaxud da məhkəmənin qərarı əsasında müəyyən edilə bilər ki, iş materiallarında da təqsirləndirilən şəxsin heç bir icazəsi olmadan çəpərlədiyi və kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin onun mülkiyyətində, istifadəsində və ya icarəsində olmasına dair qanuni sənədlər aşkar edilməmişdir. 28.Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 706.1-ci maddəsinə görə, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 29.Həmin Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquqmünasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. 30.Yuxarıda qeyd edilənlərdən aydın olur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin dispoziyasındanəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətinin əlamətləri məhz mülki hüquq münasibətlərinin pozulması ilə əlaqədar yaranır və cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Qeyd olunan maddədə nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində isə iqtisadi sahədə çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və barəsində sərəncam vermənin qaydaları pozulur, eyni zamanda bu əməllər torpaqların təyinatının dəyişməsinə səbəb olur.
31. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etmiş və bu hərəkətlərin məcmusu onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi, sonradan isə barəsində ittiham hökmü çıxarılmaqla təqsirli bilinərək cəzalandırılması üçün əsas yaratmışdır. 32.Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanının və məhkəmənin Təqsirləndirilən şəxs məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddə ilə təqsirli bilinib cəzalandırılması barədə nəticəsi qanunvericiliyin tələbləri ilə və araşdırılmış sübutlarla yanaşı, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarında sərgilədiyi hüquq mövqe ilə tam uzlaşır. 33.Belə ki, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 mart 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər sahibinin razılığı, yaxud dövlətin və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır).Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulan torpaq üzərində mülkiyyət,istifadə və ya icarə hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma kimi ifadə edilmişdir.Özbaşına hasarlama dedikdə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin vəya başqa qanuni sahibinin icazəsi olmadan ərazinin ayrılmasını təmin edən hər hansı bir formada çəpər və ya hasarlama işlərinin aparılması nəzərdə tutulur. Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisininvə ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur.Özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olantorpaq sahəsini başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir.Torpaq sahəsini başqa üsullarla özbaşına tutma dedikdə yuxarıda qeyd edilən əməllərdən (hasarlama, becərmə, dəyişmə) fərqli üsul və vasitəsi ilə (avtotexnika və digər texniki vasitələrin yerləşdirilməsi və s.) tutulması başa düşülür. 34."Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan RespublikasınınQanunun 16.2-ci maddəsinə əsasən, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.Həmin Qanunun 26-cı maddəsinə görə, bələdiyyə torpaqlarının idarə edilməsihaqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.Belə məsuliyyət nəzərdətutan normalardan biri də CM-in 188-ci maddəsidir.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci və 2-cibəndlərinə görə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 35.Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddətion bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır (1-ci bənd). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir (3-cü bənd). 36.Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (4-cü bənd). 37.Məhkəmə qeyd edir ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs kənd təsərrüfatı təyinatlı torpağı özbaşına tutmadığını, ona aztəminatlı ailə olduğu üçün icra hakimiyyəti tərəfindən verildiyini qeyd etsə də (bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişş, özü də rəsmi hər hansı sənədin olmadığını qeyd etmişdir) , lakin iş üzrə toplanmış mötəbər sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin istintaq zamanı özü tərəfindən yazılmış etitafedici ifadə ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə qeyd olunan əməlinin sonuncu tərəfindən törədilməsi sübuta yetirilir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun məhkəmə istintaqı zamanı bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. 38.Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Təqsirləndirilən şəxsin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. 39.Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, o sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara məxsus olduğu halda həmin torpaq sahəsini özbaşına tutub və həmin torpaq sahəsini əkib-becərməklə qeyd olunan əməli törətmişdir. 40.Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına becərməsini, mülkiyyət hüququnu pozması əməlini törətməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, həmçinin təqsirləndirilən şəxsin həmin torpaq sahəsini nəkib-becərməsi, heç bir hüquqi sənədin olmaması ilə bağlı etirafedici ifadəsi ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. 41.Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: 42.İş materiallarında olan Neftçala rayon Xol Qarabucaq kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2025-ci il tarixli 401 nömrəli arayışa əsasən Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X1, oğlu xx.xx.2008-0ci il təvəllüdlü X5, oğlu xx.xx.2011-ci il təvəllüdlü X2 və oğlu xx.xx.2020-ci il təvəllüdlü X3 ibarətdir. (CİLD İV, İŞ.V. 245) 43.İş materiallarında olan Neftçala rayon Xol Qarabucaq kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2025-ci il tarixli 402 nömrəli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs nizam-intizamlıdır, özü və ailəsi kəndin ictimai işlərində fəal iştirak edir, onun və ailə üzvləri barədə hər hansı şikayət nümayəndəliyə daxil olmamışdır.(CİLD İV, İŞ.V. 244) 44.İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(CİLD İV, İŞ VƏR.: 181- 182) 45.İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə tərəfindən təqdime dilmiş xx.xx.2025-ci il tarixli ərizəyə əsasən 5 ha kənd təsərüffatı təyinatlı, bələdiyyəyə məxsus torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən, geri qaytarılmış, ona qarşı hər hansıl şikayət və tələbləri yoxdur. 46.Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsinə 3 yetkinlik yaşına çatmayan övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, torpaq sahəsini geri qaytarmasını, kənd nümayəndəliyi tərəfindən müsbət xarakerizə olunmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 47.Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. 48.“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. 49.İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. 50.Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini yüngülləşdirəın halları, həmçinin əməlində ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. 51.Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən X6 üzərinə Neftçala rayonunu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. 52.Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. 53.Eyni zamanda Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək növündə” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. 54.Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 55.Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1); azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (51-2.1); azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (51-3.1). 56.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. 57.Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 58.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. 59.Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə iclarında iştirak etdiyi 10 saata görə 110 Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməlidir. 60.«Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. 61.Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. 62.Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. 63.İş üzrə mülki iddia yoxdur. 64.Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (yüz on) manat pul vəsaiti fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesablaşma hesabına ("xxxx" ASC Neftçala rayon filialı, kod 200640, VÖEN **********, m/h AZ37NABZ********************, S.W.İ.F.T. AİİBAZ2X, hesab AZ26AİİB**********0********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Ləman Qasımzadə