Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-78/2024 18.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1996-cı ildə Neftçala rayonu, Sübh kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Neftçala rayonu, Sübh kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, Neftçala Rayon Məhkəməsinin 1(053)-42/2024 nömrəli iş üzrə 28 avqust 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş (həmin cəzanı çəkməyib), 06 – 08 iyul 2024-cü il tarixləri üzrə tutulmuş, müstəntiqin 08 iyul 2024-cü il tarixli qərarı ilə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə 20 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, eyni qərara əsasən 28 noyabr 2024-cü ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 12,44 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 06 iyul 2024-cü il tarixdə saat 20.40 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Sübh kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən sellofan bükülüdə təmiz çəkisi 12,44 qram təşkil edən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, fərdi əməklə məşğul olur. 06 iyul 2024-cü ildə saat 10 radələrində yaşadığı kənddə Kür çayının sahilinə qoyun otarmağa getmişdir. Həmin ərazidə qoyun otararkən çayın sahilində sellofan bükülü gözünə sataşmışdır. Həmin bükülünü götürüb baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğunu görmüşdür. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu anlamışdır. Bu səbəbdən sellofan bükülüdə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün cibinə qoymuşdur. Daha sonra Neftçala rayonu, Sübh kəndində yaşadığı evə gəlmişdir. Həmin gün saat 20.40 radələrində Neftçala rayonu, Sübh kəndi ərazisindəki küçədə piyada gedərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitə istifadə etdiyini və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumatları olduqlarını bildirib Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutma qərarı qəbul edildikdən sonra ona hüquq və vəzifələri izah edilmiş, həmçinin müdafiəçi təqdim edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı tapıb saxladığı qurudulmuş marixuana əynindəki qara rəngli cins şalvarının sağ cibindən aşkar edilərək götürülmüşdür. Təhqiqatçı həmin kütlənin nə olduğunu soruşduqda o, kütlənin qurudulmuş marixuana olduğunu, onu Kür çayının sahilindən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş kütlə ağ zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuşdur. Digər iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 iyul 2024-cü il tarixdə Neftçala rayonu, Sübh kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra şöbə rəhbərliyinə raportla məruzə edilmiş və raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 20.40 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonu, Sübh kəndi ərazisində piyada hərəkət etdiyi vaxt müşahidə edib yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu izah edərək onlarla birlikdə Neftçala Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Daha sonra onun üzərində axtarış aparılmış və əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükülü aşkar edilmişdir. Həmin bükülüyə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, kütləni Kür çayının sahilində qoyun otararkən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş kütlə qablaşdırılaraq DİN-nin «203» saylı möhürü ilə möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən bundan başqa qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 07 iyul 2024-cü il tarixli, 3-16-16/2-18/643 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «…Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 12,44 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 24 sentyabr 2024-cü il tarixli 718 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, evə yeganə qazanc gətirən şəxs olduğunu, həmçinin Aprel döyüşlərində iştirak etməsini iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Zeynalov X1 Rayon Məhkəməsinin 1(053)-42/2024 nömrəli iş üzrə 28 avqust 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş və həmin cəzanı çəkməmişdir. Lakin təqsirləndirilən şəxsin yuxarıda göstərilən hökm üzrə məhkumluğu hazırda götürülmədiyinə və ya ödənilmədiyinə baxmayaraq, o, hazırkı iş üzrə cinayəti yuxarıda göstərilən hökm çıxarıldıqdan əvvəl törətdiyinə görə əməlində residiv yoxdur. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək hər hansı digər hal da müəyyən olunmur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,34 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Neftçala Rayon Məhkəməsinin 1(053)-42/2024 nömrəli iş üzrə 28 avqust 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin 4 (dörd) günü hesabı ilə hesablansın, alınan 02 (iki) ay 07 (yeddi) gün hazırkı hökmlə təyin olunan 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 06 – 08 iyul 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 28 noyabr 2024-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,34 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-78/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-78/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver