Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-79/2025 28.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X3 və X7 qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1989-cu ildə Neftçala rayonu, Xol Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Xol Qaraqaşlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 oktyabr 2025-ci ildə saat 21.30 radələrində Neftçala rayonu, Xol Qaraqaşlı kəndində yerləşən və birlikdə yaşadıqları evin eyvanında aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruq və bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vurub döyərək sonuncuya başın ənsə nahiyəsinin hematoması, sol bazunun yuxarı 1/3-nin iç səthi, boyunun arxa hissəsinin qançırları, beyin sirkələnməsi hipertomiya, nevropatiya ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, sonuncu məhkəmə iclasında özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xol Qaraqaşlı kəndində yaşayır. Zərərçəkmiş şəxs onun arvadıdır və onlar təxminən 10 ildir ki, rəsmi nikahla evlidirlər. Həmin nikahdan iki uşaqları doğulub. O, Beyləqan rayonuna işləmək üçün getmiş və 23 oktyabr 2025-ci il tarixdə günorta saatlarında Neftçala rayonu, Xolqaraqaşlı kəndində yaşadığı evə qayıtmışdır. Təxminən bir saat evdə uzandıqdan sonra yeyib-içmək üçün qonşuya getmək qərarına gəlmişdir. Qonşuda yeyib-içdikdən sonra saat 20 radələrində öz evinə qayıtmışdır. Həmin vaxt spirtli içki də qəbul edib. Yaşadığı evə gedən zaman oğlu Güloğlanın onun yatağında yatdığını görmüşdür. Arvadı Gülşən də oğlunun otağında yatmışdır. Gülşənə öz otağına gəlməsini demiş, sonuncu buna etiraz etmiş və yataq otağına gəlməmişdir. Həmin vaxtı Gülşəndən telefonunu istəmişdir. Gülşən də ona telefonunu verməmişdir. Gülşəndən telefonu niyə vermədiyini soruşduqda, Gülşən ona heç bir səbəb demədən yenidən buna etiraz etmişdir. Bundan əsəbiləşdiyi üçün yaşadıqları evin eyvanında Gülşənin üz nahiyəsinə bir sillə vurmuşdur. Bundan sonra Gülşən anası Təranəyə zəng etmişdir. Təxminən yarım saat sonra qaynanası Təranə Həbiyeva və qaynatası Murad Həbiyev onların yaşadıqları ünvana taksi ilə gəlmişlər. Onlar Gülşəni aparmaq istəyən zaman o, buna mane olmağa çalışmışdır. Həmin vaxt onlara qarşı heç bir nalayiq ifadə işlətməyib. Bundan sonra valideynləri Gülşəni özləri ilə aparmışlar. Qeyd edir ki, hazırda zərərçəkmiş şəxslə ayrılıqda yaşayırlar və barışmayıblar. Ümumi nikahdan doğulmuş iki uşağı hazırda onun (təqsirləndirilən şəxsin) yanındadırlar. Yəni uşaqların bütün qayğılarını o, çəkir. Əməlindən peşmandır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala rayonu, Xol Qaraqaşlı kəndində yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun əridir. O, Pərvizlə 10 ildir ki, evlidir. Bu evlilikdən iki uşaqları doğulub. Təqsirləndirilən şəxs onlar evli olduqları müddətdə tez-tez mübahisələr yaratmışdır. Pərviz bir aydır ki, Qarabağ bölgəsinə işləmək üçün getmişdir. 23 oktyabr 2025-ci il tarixdə Pərviz yaşadıqları Neftçala rayonu, Xol Qaraqaşlı kəndinə qayıtmışdır. Evə qayıtdıqdan bir müddət sonra o, yeyib-içmək üçün qonşuya gedəcəyini demişdir. Təxminən bir-iki saat sonra Pərviz spirtli içkinin təsiri altında evə qayıtmışdır. Həmin vaxt böyük oğlu Güloğlan atası ilə yatmaq istədiyini demiş və atası Pərviz evə gələnə qədər onun yatağında yatmışdır. Pərviz evə gəldikdən sonra oğlunun niyə onun yatağında yatdığını soruşmuş və uşağı oradan götürməyini istəmişdir. O, Pərvizə uşağın yatdığını və yataqdan götürməyəcəyini bildirmişdir. Bundan sonra Pərviz onun üzərinə gələrək onun baş nahiyəsinə yumruq zərbələri və bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt onların yanına qaynatası Güloğlan gəlmişdir. Pərviz yaşadıqları evin eyvanında onu yenidən vurmağa başlamışdır. Bundan sonra o, anasına telefonla zəng edib onu aparmalarını istəmişdir. Təxminən yarım saat sonra valideynləri gələrək onu öz yaşadıqları evə aparmışlar. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Eyni zamanda bildirir ki, həmin mübahisədən sonra valideynlərigilə getmiş və hazırda da valideynləri ilə birlikdə yaşayır. Ümumi nikahdan doğulmuş uşaqları hazırda təqsirləndirilən şəxsin yanındadırlar. Təqsirləndirilən şəxslə barışmayıb. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xol Qaraqaşlı kəndində yaşayır. 23 oktyabr 2025-ci il tarixdə Neftçala rayonu, Xol Qaraqaşlı kəndində yaşadığı evdə ona məxsus olan yataq otağında yatmışdır. Bu vaxt evin digər otağından səs-küy gəldiyini eşitmişdir. O, yataq otağından evin eyvanına çıxdıqda oğlu Pərvizin və gəlini Gülşənin mübahisə etdiklərini görmüşdür. Onlara iradını bildirmiş və yenidən yataq otağına qayıtmışdır. Lakin oğlu və gəlini yenidən mübahisə etməyə başlamışlar. Yenidən onların yanına getdikdə oğlundan mübahisə etmələrinin səbəbini soruşmuşdur. Oğlu ona bildirmişdir ki, həyat yoldaşı Gülşəndən mobil telefonunu istəmiş, Gülşən isə telefonunu ona verməmiş, bunun üçün mübahisə etmişlər. Bu vaxt oğlu Pərviz yataq otaqlarına gedərək Gülşənin telefonunu götürmək istəyən zaman Gülşən qabaqdan gedərək telefonu özü götürmüşdür. Bundan sonra onlar yenidən mübahisə etməyə başlamışlar. Həmin vaxt oğlu Pərvizin gəlini Gülşəni döyməsini görməyib. Təxminən 20-25 dəqiqə sonra gəlini Gülşənin valideynləri onlara gəlmiş və Gülşəni özləri ilə aparmışlar. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 28 oktyabr 2025-ci il tarixli 177A nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs «məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – başın ənsə nahiyəsinin hematoması, sol bazunun yuxarı 1/3-nin iç səthi, boyunun arxa səthinin qançırları, beyin sirkələnməsi hipertomiya, nevropatiya küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni 23 oktyabr 2025-ci il tarixdə yumruqla və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir». Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona ittiham olunan cinayət əməlində özünü təqsirli bildiyini bildirib, barəsində amnistiya aktının tətbiq olunmasını xahiş etmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarının 1.16-cı bəndinə əsasən “öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər” təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilməlidirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, 13 iyul 2016-cı il təvəllüdlü X1 və 21 yanvar 2018-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs, anası isə Zərərçəkmiş şəxsdır. Təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəməyə bildirdikləri ilə müəyyən olunur ki, hər iki uşaq hazırda Təqsirləndirilən şəxs yanında (himayəsində) yaşayır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr “icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1 – 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla)”. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən “Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur”. Cinayət Qanununun yuxarıda qeyd olunan müddəasını və 128-ci maddəsinin sanksiyasını nəzərdə keçirdikdə görünür ki, təqsirləndirilən şəxsə istinad olunan əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. Həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarının 6-cı və 7-ci hissələrində nəzərdə tutulan məhdudiyyətlərin təsiri altına düşmür. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarının 19.5-ci bəndinə əsasən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Qərarın 24-cü hissəsinə əsasən “Birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır”. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən “Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır”. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən “amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda” cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CM-nin 81.2-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər”. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-79/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-79/2025
28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver