Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-8/2023 22.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – X9, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs12, zərərçəkmiş şəxs X9 nümayəndəsi, vəkil X4, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 iştirakı ilə 23 avqust 1996-cı ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Ucar Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 26 iyul 2022-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarı ilə «həbs» növündə qətimkan tədbirinin uzadılması barədə təqdimat təmin edilməməklə barəsində müstəntiqin 20 oktyabr 2022ci il tarixli qərarı ilə «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla “həbs” növündə qətimkan tədbiri seçilmiş və 01 noyabr 2023-cü il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə və xx xxxxxxx 1985-ci ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 iyun 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 120.2.6, 29, 120.2.11, 181.3.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi (köhnə redaksiyada) tətbiq olunmaqla 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2015-ci il tarixli qərarına əsasən həmin hökm üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 14 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Ucar Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 26 iyul 2022-ci il tarixdən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin müvafiq qərarları ilə həbsdə saxlanılması müddəti uzadılmış və hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, tanışı X11 məxsus 3 otaqlı mənzilə çıxarış alacağına dair yalandan vəd verib inandıraraq vahid niyyətlə sonuncunun övladı X3 vasitəsilə 16 avqust 2019-cu il tarixdə ünvan 5 ünvanında 2.500 manat pulu, 25 avqust 2019-cu il tarixdə həmin ünvanda X18 vasitəsilə 2.000 manat pulu, 2019-cu ilin sentyabr ayında günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda X18 vasitəsilə 2.000 manat pulu, vahid niyyətlə, ümumilikdə 6.500 manat məbləğində, xeyli miqdarda pulunu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 05 noyabr 2019-cu il tarixdə X5 ilə görüşmək bəhanəsi ilə sonuncunun yaşadığı ünvan 5 ünvanındakı evə gələrək, pula ehtiyacı olduğu üçün evdə olan qızıl əşyaları ona verməsini xahiş etmiş, X5 bundan imtina etdikdə evin mətbəxinə keçərək oradan mətbəx baltasını götürüb evin bağlı otağının qapısının kilidlərini sındıraraq otağa qanunsuz girməklə oradan X11 məxsus 750 əyyarlı qızıl metaldan 55 qram 2.000 dollar dəyərində – 3.400 manat məbləğində 01 ədəd tros boyunbağını, 850 əyyarlı qızıl metaldan gül formalı ağ brilyant və müxtəlif rəngli qaşları olan 25 qram 800 dollar dəyərində – 1.360 manat məbləğində 01 dəst sırğa-üzüyü, 750 əyyarlı qızıl metaldan 35 qram 1.500 dollar dəyərində – 2.550 manat məbləğində 01 ədəd tros qolbağı, 750 əyyarlı qızıl metaldan 25 qram 800 dollar dəyərində – 1.360 manat məbləğində 01 ədəd tros boyunbağını, 750 əyyarlı qızıl metaldan 22 qram 600 dollar dəyərində – 1.020 manat məbləğində 01 ədəd tros boyunbağını, 750 əyyarlı qızıl metaldan 25 qram 1.300 dollar dəyərində – 2.210 manat məbləğində 01 ədəd tros boyunbağını, 750 əyyarlı qızıl metaldan mirvari və brilyant qaşları olan 25 qram 1.200 dollar dəyərində – 2.040 manat məbləğində 01 dəst sırğa-üzüyü, 750 əyyarlı qızıl və ağ platin metaldan yantar və brilyant qaşları olan 15 qram 1.500 dollar dəyərində – 2.550 manat məbləğində 01 ədəd üzüyü, 750 əyyarlı qızıl metaldan 30 qram 1.500 dollar dəyərində – 2.550 manat məbləğində 01 ədəd qolbağı, 750 əyyarlı qızıl metaldan 20 qram 700 dollar dəyərində – 1.190 manat məbləğində 01 ədəd qolbağı, 750 əyyarlı qızıl metaldan 02 ədəd 6 qram, 01 ədəd 5 qram ümumi qiymətləri 600 dollar dəyərində – 1.020 manat məbləğində 03 ədəd qızıl metaldan uşaq üçün qolbağı, 300 manat dəyərində 1 ədəd qızıl metaldan üzüyü, 1.200 dollar dəyərində – 2.040 manat məbləğində qızıl metaldan tros bilərziyi və 300 dollar dəyərində – 510 manat məbləğində «Kanon» markalı fotoaparatı, X9 ümumilikdə 24.100 manat dəyərində, xeyli miqdarda əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs5 «Tap.az» internet portalında «Vaz 2107» markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 4.000 manata satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib inandıraraq, 23 iyul 2021-ci il tarixdə saat 19.52-də Qəbələ şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən «Emil» marketdə yerləşən 599 nömrəli «E-Manat» terminalı vasitəsilə beh və sənədləşmə işləri adı ilə 233 manat, 24 iyul 2021-ci il tarixdə saat 17.58-də Qəbələ rayonu, Zarağan qəsəbəsində fəaliyyət göstərən «Bazarstore»da yerləşən 4629 nömrəli «E-Manat» terminalı vasitəsilə beh adı ilə 606 manat, ümumilikdə 839 manat məbləğində pulunu Şahid1 məxsus bank hesabına köçürtdürməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs12 «Tap.az» internet portalında «Hyundai Elantra» markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 3.500 manata satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib inandıraraq 09 avqust 2021-ci il tarixdə saat 17.18-də Şirvan şəhərində fəaliyyət göstərən «Cırtdan Ailəm» adlı marketdə yerləşən 01255 nömrəli «E- Manat» terminalı vasitəsilə beh adı ilə 400 manat, 09 avqust 2021-ci il tarixdə saat 12.40da həmin terminal vasitəsilə beh adı ilə 600 manat, ümumilikdə 1.000 manat məbləğində pulunu Şahid1 məxsus bank hesabına köçürtdürməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək «Turbo.az» internet portalında «Vaz 2106» markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2.000 manata satılması ilə bağlı yerləşdirdikləri elan əsasında həmin avtomobili almaq üçün onlarla mobil telefonla əlaqə saxlayan Qəbələ rayonu, Zirik kənd sakini Zərərçəkmiş şəxs13 etibarından suiistifadə edib həmin avtomobilin Qax rayonunda olduğunu bildirərək, avtomobili Qəbələ rayonuna gətirib baxması üçün ilkin olaraq 25 aprel 2022-ci il tarixdə saat 23.48 radələrində ünvan 6 ünvanında yerləşən «Tayqa» adlı marketin qarısındakı 15112 nömrəli «MilliÖn» elektron ödəmə sistemi vasitəsi ilə 50 manat, daha sonra beh qismində 1.000 manat pulunun ödəniləcəyi təqdirdə avtomobilin ona satılacağına dair yalandan vəd verib inandıraraq, etibarından sui-istifadə etməklə 26 aprel 2022-ci il tarixdə saat 16.45 radələrində Qəbələ şəhəri, H.Əliyev prospekti 13 ünvanında yerləşən «Tural» marketin içərisindəki 50177 nömrəli «MilliÖn» elektron ödəmə sistemi vasitəsilə 1.000 manat pulunu Təqsirləndirilən şəxs2 adına olan «Leo Bank»a məxsus **********855119 nömrəli bank hesabına köçürtdürməklə Zərərçəkmiş şəxs13 ümumilikdə 1.050 manat mələğində pulunu vahid niyyətlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib «Turbo.az» internet portalında «VAZ 2101» markalı avtomobilin 2.000 manata satılması ilə bağlı yerləşdirdikləri elan əsasında qeyd olunan avtomobilin beh qismində ilkin olaraq 600 manat pulunun ödəniləcəyi təqdirdə ona satılacağına dair yalandan vəd verib aldadaraq 03 may 2022-ci il tarixdə saat 19.49-da Ucar rayonu, Qarabörk kəndindəki «Bəyaz» marketdə yerləşən 51150 nömrəli terminal vasitəsilə 300 manat, 03 may 2022-ci il tarixdə saat 20.27-də yenidən həmin terminal vasitəsilə 300 manat olmaqla, vahid niyyətlə ümumilikdə 600 manat məbləğində pulunu Təqsirləndirilən şəxs2 məxsus **********855119 nömrəli bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib «İnstaqram» sosial şəbəkəsində «VAZ 21011» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı yerləşdirdikləri elan əsasında qeyd olunan avtomobilin beh qismində ilkin olaraq 600 manat pulunun ödəniləcəyi təqdirdə ona satılacağına dair yalandan vəd verib aldadaraq 04 may 2022-ci il tarixdə saat 12.06-da Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən «Oba-6» marketdəki 14014 nömrəli terminal vasitəsilə 600 manat məbləğində pulunu Təqsirləndirilən şəxs2 məxsus **********855119 nömrəli bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib «Turbo.az» internet portalında «VAZ 21011» markalı avtomobilin satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib aldadaraq 16 may 2022-ci il tarixdə saat 15.42-də Göyçay rayonu, Ləkiçılpaq kəndində fəaliyyət göstərən «Emil» marketdə yerləşən 201 nömrəli «E-Manat» terminalı vasitəsilə beh adı ilə 600 manat məbləğində pulunu Təqsirləndirilən şəxs2 məxsus bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs4 avtomobil satmaq adı ilə yalan vədlər verib, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, 20 may 2022-ci il tarixdə «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs4 «VAZ 21011» markalı **-BL-*** dövlət qeydiyyat nömrəli avtomobili satmağı vəd edərək, beh kimi Şirvan şəhərində yerləşən mağazadakı «E-Manat» terminalı vasitəsilə ödədiyi 202 manat pulunu, həmin gün «E-Manat» terminalı vasitəsilə ödədiyi 400 manat pulunu, ümumilikdə vahid niyyətlə 602 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib «Turbo.az» internet portalında «VAZ 2101» markalı avtomobilin satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib aldadaraq 20 may 2022-ci il tarixdə saat 14.54-də Göyçay rayonunda fəaliyyət göstərən «Dəniz» marketdə yerləşən 5733 nömrəli «E- Manat» terminalı vasitəsilə beh adı ilə 606 manat, 20 may 2022-ci il tarixdə saat 19.50-də Göyçay şəhəri, Natavan küçəsində fəaliyyət göstərən «Ekonom» marketdə yerləşən 50105 nömrəli «MilliÖn» terminalı vasitəsilə beh adı ilə 51 manat, vahid niyyətlə ümumilikdə 657 manat məbləğində pulunu Təqsirləndirilən şəxs2 məxsus bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 22 may 2022-ci il tarixdə «Turbo.az» saytında tanış olduğu Tovuz rayonu, Əsrik Cırdaxan kənd sakini Zərərçəkmiş şəxs9 ona qarşı etibarlı münasibətlərindən sui-istifadə edib aldadaraq 22 may 2022-ci il tarixdə «Turbo.az» saytında tanış olduğu Tovuz rayonu, Böyük Qışlaq kənd sakini Zərərçəkmiş şəxs9 sayta yerləşdirmiş olduğu «VAZ-21011» markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili 3.600 manata satacağını vəd edib, ondan ilkin ödəmə kimi 700 manat məbləğində nağd pulu, Tovuz rayonu, Aşağı-Quşçu kəndində «Dondar priyezdi» deyilən yerdə yerləşən «Rahat» marketdə yerləşən «E-Manat» ödəmə terminalı vasitəsilə saat 14.56-da Təqsirləndirilən şəxs2 məxsus kartın hesabına, 23 may 2022-ci il tarixdə isə sənədləşdirmə işlərinin aparılmasına görə Təqsirləndirilən şəxs2 məxsus kartın balansına daha 190 manat yüklətdirdikdən sonra öz vədinə əməl etməməklə vahid niyyətlə Zərərçəkmiş şəxs9 890 manat məbləğində nağd pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib «Turbo.az» internet portalında «Vaz 2106» markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2.500 manata satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib aldadaraq 31 may 2022-ci il tarixdə saat 22.02-də Qusar şəhəri, F.Musayev küçəsində fəaliyyət göstərən «Pioner» adlı supermarketdə yerləşən 816 nömrəli «E-Manat» terminalı vasitəsilə beh adı ilə 1.000 manat, 01 iyun 2022-ci il tarixdə saat 11.53-də Qusar şəhəri, N.Şərifov küçəsində fəaliyyət göstərən «Rossiya» marketdə yerləşən 50068 nömrəli «MilliÖn» terminalı vasitəsilə etibarnamə alacağı adı ilə 300 manat, vahid niyyətlə ümumilikdə 1.300 manat məbləğində pulunu Təqsirləndirilən şəxs2 məxsus bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib «Tap.az» internet portalında «Vaz 21099» markalı avtomobilin satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib aldadaraq 01 iyul 2022-ci il tarixdə saat 19.43-də Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində fəaliyyət göstərən «Araz» supermarketdə yerləşən 50079 nömrəli «MilliÖn» terminalı vasitəsilə beh adı ilə 150 manat, 02 iyul 2022-ci il tarixdə saat 14.24-də Bakı şəhəri, Binəqədi rayonu, 125-ci korpusda fəaliyyət göstərən «İnam» marketdə yerləşən 3590 nömrəli Kassa terminalı vasitəsilə beh adı ilə 800 manat, vahid niyyətlə ümumilikdə 950 manat məbləğində pulunu Təqsirləndirilən şəxs2 məxsus bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs6 etibarından suiistifadə edib «Tap.az» internet portalında «Vaz 2109» markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib aldadaraq 14 iyul 2022-ci il tarixdə saat 14.28-də Qusar rayonu, Çiləgir kəndində fəaliyyət göstərən «Şahdağ» marketdə yerləşən 853 nömrəli «E-Manat» terminalı vasitəsilə beh adı ilə 500 manat, 14 iyul 2022-ci il tarixdə saat 21.12-də həmin terminal vasitəsilə beh adı ilə 200 manat, vahid niyyətlə ümumilikdə 700 manat məbləğində pulunu Şahid2 məxsus bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib «Tap.az» internet portalında «Vaz 21099» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2.800 manata satılması ilə bağlı yerləşdirdikləri elan əsasında qeyd olunan avtomobilin beh qismində ilkin olaraq 150 manat pulunun ödəniləcəyi, daha sonra isə yaslarının düşməsi bəhanəsi ilə əlavə olaraq 500 manat pulun ödəniləcəyi təqdirdə ona satılacağına dair yalandan vəd verib aldadaraq 21 iyul 2022-ci il tarixdə saat 17.16-da Neftçala şəhəri, 20 yanvar küçəsində yerləşən 00542 nömrəli terminal vasitəsilə 150 manat, 21 iyul 2022-ci il tarixdə saat 20.35-də Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən «Halal» marketdəki 01504 nömrəli terminal vasitəsilə 500 manat olmaqla vahid niyyətlə, ümumilikdə 650 manat məbləğində pulunu Şahid2 məxsus, faktiki olaraq isə özlərinin istifadəsində olan **********075644 nömrəli bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək «Turbo.az» internet portalında «Vaz 2106» markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2.000 manata satılması ilə bağlı yerləşdirdikləri elan əsasında həmin avtomobili almaq üçün onlarla mobil telefonla əlaqə saxlayan Qəbələ rayonu, Zirik kənd sakini Zərərçəkmiş şəxs13 etibarından suiistifadə edib həmin avtomobilin Qax rayonunda olduğunu bildirərək avtomobili Qəbələ rayonuna gətirib baxması üçün ilkin olaraq 25 aprel 2022-ci il tarixdə saat 23.48 radələrində ünvan 6 ünvanında yerləşən «Tayqa» adlı marketin qarısındakı 15112 nömrəli «MilliÖn» elektron ödəmə sistemi vasitəsilə 50 manat, daha sonra beh qismində 1.000 manat pulunun ödəniləcəyi təqdirdə avtomobilin ona satılacağına dair yalandan vəd verib inandıraraq, etibarından sui-istifadə etməklə 26 aprel 2022-ci il tarixdə saat 16.45 radələrində Qəbələ şəhəri, H.Əliyev prospekti 13 ünvanında yerləşən «Tural» marketin içərisindəki 50177 nömrəli «MilliÖn» elektron ödəmə sistemi vasitəsilə 1.000 manat pulunu onun adına olan «Leo Bank»a məxsus **********855119 nömrəli bank hesabına köçürtdürməklə Zərərçəkmiş şəxs13 ümumilikdə 1.050 manat mələğində pulunu vahid niyyətlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib «Turbo.az» internet portalında «VAZ 2101» markalı avtomobilin 2.000 manata satılması ilə bağlı yerləşdirdikləri elan əsasında qeyd olunan avtomobilin beh qismində ilkin olaraq 600 manat pulunun ödəniləcəyi təqdirdə ona satılacağına dair yalandan vəd verib aldadaraq 03 may 2022-ci il tarixdə saat 19.49-da Ucar rayonu, Qarabörk kəndindəki «Bəyaz» marketdə yerləşən 51150 nömrəli terminal vasitəsilə 300 manat, 03 may 2022-ci il tarixdə saat 20.27-də yenidən həmin terminal vasitəsilə 300 manat olmaqla, vahid niyyətlə ümumilikdə 600 manat məbləğində pulunu ona məxsus **********855119 nömrəli bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib «İnstaqram» sosial şəbəkəsində «VAZ 21011» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı yerləşdirdikləri elan əsasında qeyd olunan avtomobilin beh qismində ilkin olaraq 600 manat pulunun ödəniləcəyi təqdirdə ona satılacağına dair yalandan vəd verib aldadaraq 04 may 2022-ci il tarixdə saat 12.06-da Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən «Oba-6» marketdəki 14014 nömrəli terminal vasitəsilə 600 manat məbləğində pulunu ona məxsus **********855119 nömrəli bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib «Turbo.az» internet portalında «VAZ 21011» markalı avtomobilin satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib aldadaraq 16 may 2022-ci il tarixdə saat 15.42-də Göyçay rayonu, Ləkiçılpaq kəndində fəaliyyət göstərən «Emil» marketdə yerləşən 201 nömrəli «E-Manat» terminalı vasitəsilə beh adı ilə 600 manat məbləğində pulunu ona məxsus bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs4 avtomobil satmaq adı ilə yalan vədlər verib, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, 20 may 2022-ci il tarixdə «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs4 «VAZ 21011» markalı **-BL-*** dövlət qeydiyyat nömrəli avtomobili satmağı vəd edərək, beh kimi Şirvan şəhərində yerləşən mağazadakı «E-Manat» terminalı vasitəsilə ödədiyi 202 manat pulunu, həmin gün «E-Manat» terminalı vasitəsilə ödədiyi 400 manat pulunu, ümumilikdə vahid niyyətlə 602 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib «Turbo.az» internet portalında «VAZ 2101» markalı avtomobilin satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib aldadaraq 20 may 2022-ci il tarixdə saat 14.54-də Göyçay rayonunda fəaliyyət göstərən «Dəniz» marketdə yerləşən 5733 nömrəli «E- Manat» terminalı vasitəsilə beh adı ilə 606 manat, 20 may 2022-ci il tarixdə saat 19.50-də Göyçay şəhəri, Natavan küçəsində fəaliyyət göstərən «Ekonom» marketdə yerləşən 50105 nömrəli «MilliÖn» terminalı vasitəsilə beh adı ilə 51 manat, vahid niyyətlə ümumilikdə 657 manat məbləğində pulunu ona məxsus bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 22 may 2022-ci il tarixdə «Turbo.az» saytında tanış olduğu Tovuz rayonu, Əsrik Cırdaxan kənd sakini Zərərçəkmiş şəxs9 ona qarşı etibarlı münasibətlərindən sui-istifadə edib aldadaraq 22 may 2022-ci il tarixdə «Turbo.az» saytında tanış olduğu Tovuz rayonu, Böyük Qışlaq kənd sakini Zərərçəkmiş şəxs9 sayta yerləşdirmiş olduğu «VAZ 21011» markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili 3.600 manata satacağını vəd edib, ondan ilkin ödəmə kimi 700 manat məbləğində nağd pulu, Tovuz rayonu, Aşağı-Quşçu kəndində «Dondar priyezdi» deyilən yerdə yerləşən «Rahat» marketdə yerləşən «E-Manat» ödəmə terminalı vasitəsilə saat 14.56-da ona məxsus kartın hesabına, 23 may 2022-ci il tarixdə isə sənədləşdirmə işlərinin aparılmasına görə ona məxsus kartın balansına daha 190 manat yüklətdirdikdən sonra öz vədinə əməl etməməklə vahid niyyətlə Zərərçəkmiş şəxs9 890 manat məbləğində nağd pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib «Turbo.az» internet portalında «VAZ 2106» markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2.500 manata satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib aldadaraq 31 may 2022-ci il tarixdə saat 22.02-də Qusar şəhəri, F.Musayev küçəsində fəaliyyət göstərən «Pioner» adlı supermarketdə yerləşən 816 nömrəli «E-Manat» terminalı vasitəsilə beh adı ilə 1.000 manat, 01 iyun 2022-ci il tarixdə saat 11.53-də Qusar şəhəri, N.Şərifov küçəsində fəaliyyət göstərən «Rossiya» marketdə yerləşən 50068 nömrəli «MilliÖn» terminalı vasitəsilə etibarnamə alacağı adı ilə 300 manat, vahid niyyətlə ümumilikdə 1.300 manat məbləğində pulunu ona məxsus bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib «Tap.az» internet portalında «VAZ 21099» markalı avtomobilin satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib aldadaraq 01 iyul 2022-ci il tarixdə saat 19.43-də Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində fəaliyyət göstərən «Araz» supermarketdə yerləşən 50079 nömrəli «MilliÖn» terminalı vasitəsilə beh adı ilə 150 manat, 02 iyul 2022-ci il tarixdə saat 14.24-də Bakı şəhəri, Binəqədi rayonu, 125-ci korpusda fəaliyyət göstərən «İnam» marketdə yerləşən 3590 nömrəli Kassa terminalı vasitəsilə beh adı ilə 800 manat, vahid niyyətlə ümumilikdə 950 manat məbləğində pulunu ona məxsus bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs6 etibarından suiistifadə edib «Tap.az» internet portalında «VAZ 2109» markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib aldadaraq 14 iyul 2022-ci il tarixdə saat 14.28-də Qusar rayonu, Çiləgir kəndində fəaliyyət göstərən «Şahdağ» marketdə yerləşən 853 nömrəli «E-Manat» terminalı vasitəsilə beh adı ilə 500 manat, 14 iyul 2022-ci il tarixdə saat 21.12-də həmin terminal vasitəsilə beh adı ilə 200 manat, vahid niyyətlə ümumilikdə 700 manat məbləğində pulunu Şahid2 məxsus bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib «Tap.az» internet portalında «VAZ 21099» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2.800 manata satılması ilə bağlı yerləşdirdikləri elan əsasında qeyd olunan avtomobilin beh qismində ilkin olaraq 150 manat pulunun ödəniləcəyi, daha sonra isə yaslarının düşməsi bəhanəsi ilə əlavə olaraq 500 manat pulun ödəniləcəyi təqdirdə ona satılacağına dair yalandan vəd verib aldadaraq 21 iyul 2022-ci il tarixdə saat 17.16-da Neftçala şəhəri, 20 yanvar küçəsində yerləşən 00542 nömrəli terminal vasitəsilə 150 manat, 21 iyul 2022-ci il tarixdə saat 20.35-də Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən «Halal» marketdəki 01504 nömrəli terminal vasitəsilə 500 manat olmaqla vahid niyyətlə, ümumilikdə 650 manat məbləğində pulunu Şahid2 məxsus, faktiki olaraq isə özlərinin istifadəsində olan **********075644 nömrəli bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilib, Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə təqsirli bilməyərək qeyd etmişdir ki, ünvan 1 ünvanı üzrə qeydiyyatda olsa da, faktik olaraq ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhər sakini olan Səna adlı qızla 2019-cu ilin təxminən iyul ayından noyabr ayına qədər tanışlıqları və bir müddət sevgili kimi münasibətləri olmuşdur. Münasibətləri olduğu müddətdə Sənanın özünün razılığı ilə onların yaşadığı evdə də qalıbdır. Səna bir neçə dəfə öz anası Zeynəbin qızıllarını öz razılığı ilə ona vermişdir ki, lombarddan pul götürüb xərcləsinlər. Zeynəbin onun barəsində verdiyi ifadə ilə tanışdır, lakin həmin ifadələr həqiqətə uyğun deyil. Zeynəb onun Səna ilə evlənməsini istəmişdir. Bu baş tutmadığından və ayrıldıqları üçün Zeynəb ona böhtan atır. O, Zeynəbdən hansısa məqsədlə heç bir məbləğdə pul almamış, nə də ki evlərindən qızıl əşyalarını götürməmişdir. Sənadan sonra yəni, 2021-ci ildə Firuzə Əhmədova adlı qadınla münasibəti olmuşdur. Onun həmin ərəfələr pula ehtiyacı olduğundan Firuzənin kartından istifadə etməklə sayta guya avtomobil satır kimi yalandan məlumat yerləşdirib, ona zəng edən şəxslərin pulunu ələ keçirib aldatmaq qərarına gəlmişdir. Bu məqsədlə o, Firuzənin "xxxx"a aid kartından istifadə edib. Dəqiq xatırlamasa da həmin vaxtlar, yəni 2021-ci ilin iyul ayında Qəbələ şəhər sakini kimi bildiyi Rza adlı şəxsdən təxminən 800-850 manat arasında, Şirvan şəhər sakini kimi bildiyi Afət adlı şəxsdən isə 1.000 manat məbləğdə kart vasitəsi ilə pulu alıb öz şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra bir müddət belə hərəkətlər etməmişdir. Təqsirləndirilən şəxs2 onun qardaşının dostudur. Elmarla münasibətləri həmişə yaxşı olub. Hər ikisi Bakı şəhərində yaşamışlar. 2022-ci ilin aprel ayında Bakı şəhərində Elmarla görüşmüşlər və bu zaman Elmar onun kompüter və internetdən anlayışlı olduğunu bilmişdir. Ona görə Elmar ona «Turbo.az» saytında yalandan avtomobil elanları paylaşmağı təklif etmiş və demişdir ki, həmin elanlarla bağlı müraciət edən şəxslərdən pul alaraq özləri üçün xərcləsinlər. Elmar bunun üçün onda «Leobank»a məxsus kart da olduğunu bildirmişdir. O, Elmarın təklifi ilə razılaşmışdır. Həmçinin söhbət zamanı Elmar ona demişdir ki, burada onluq heç nə olmayacaq, çünki kart onun öz adınadır, yəni Elmarın adınadır. Bundan sonra onlar birgə kirayədə qalaraq qeyd olunan dələduzluqla məşğul olmağa başlamışlar. Belə ki o, «Turbo.az» saytında başqa şəxslər tərəfindən qoyulmuş elanları götürüb, elə həmin saytda onları Elmarın adına olan adla yerləşdirib satışa çıxarmışlar. Bu zaman əvvəlcədən beh adı ilə vətəndaşlardan kartlarına pul köçürməli olduqlarını bildirmişlər, pul köçürüldükdə isə həmin pulu götürüb daha sonra telefonlarını söndürmüşlər. O, 2022-ci ilin aprel ayının sonlarında bir göy rəngli özünə aid olmayan həmin satış elanı saytında gördüyü «Vaz 2106» markalı avtomobili satışa çıxararaq 2.000 manat ona qiymət qoymuşdur. Bu zaman ilk dəfə Qəbələ rayonundan Həsrət adlı şəxs mobil nömrədən zəng edərək həmin avtomobillə maraqlandıqda o, mobil telefonda danışaraq avtomobilin kreditə olduğunu demiş və həmçinin Qax rayonundan avtomobili Qəbələ rayonuna gətirəcəyini və orada baxa biləcəyini demişdir. Əslində isə avtomobil olmamış və həmin şəxsi aldatmışdır. Həmin şəxs də razı olmuş və ona Elmarın kartına əvvəl 50 manat, sonra isə 1.000 manat pulu «MilliÖn» ödəmə terminalı vasitəsilə köçürtdürmüş, həmin pulu sonradan «Əcəmi»dən həmin bankın bankomatından çıxararaq daha sonra Elmarla birgə xərcləmişlər. Həmin şəxsə isə gələcəyini bildirdikdən sonra telefonu söndürmüşdür. Bundan başqa onlar vaxtlarını hazırda dəqiq xatırlamasa da Ucar şəhər sakinləri Elmurad və Orxan adlı şəxslərə, Göyçay şəhər sakinləri Səfər və Soltanəli adı şəxslərə, Şirvan şəhər sakini Elməddin adlı şəxsə, Tovuz şəhər sakini Elşən adlı şəxsə, Bakı şəhər sakini Etibar adlı şəxsə, Qusar şəhər sakinləri Elmir və Asim adlı şəxslərə, həmçinin digər şəxslərə Elmarın və tanışları Məhəmmədin kartına müxtəlif məbləğlərdə pul köçürtdürüb daha sonra özləri üçün xərcləmişlər. Vətəndaşlarla danışıqları o, aparmışdır. Onlar demək olar ki, bütün əməlləri bir yerdə törətmişlər. 2022-ci ilin aprel ayından təxminən 15 iyul 2022-ci il tarixinə qədər olan bütün əməllərdə bir yerdə olmuşlar. Elmarın həmin əməllər arasında Neftçala şəhər sakini Elşən adlı şəxsin pulunu ələ keçirməyi barədə heç bir məlumatı olmayıb. Həmin vaxt onlar bir evdə qalmışlar, lakin həmin puldan Elmara verməyib. Onun avtomobil salonu və avtomobili olmamış, özü saytdan yalandan avtomobil elanları götürüb onları öz adına qoyaraq öncədən vətəndaşlardan pul istəmişdir. Ayrı-ayrı şəxslər tərəfindən ödənilən pullar Elmara məxsus karta köçürülmüş və əldə etdikləri pulları Elmarla birgə xərcləmişlər. Törətdikləri cinayətdə başqa şəxslər iştirak etməmiş, özü və Elmar olmuşlar. Təqsirləndirilən qeyd edir ki, ona Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.5-ci maddələri ilə verilmiş ittihamı qəbul etmir və özünü həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli saymır. Bir daha qeyd edir ki, həmin epizodlar üzrə zərərçəkmiş şəxs qismində tanınmış X14 ona qarşı qərəzlidir. Qeyd etdiyi kimi Zeynəbin qızı Səna ilə əvvəllər yaxın münasibətdə olması, Zeynəbin bu münasibətlərdən istifadə edərək Səna ilə ailə qurmasını istəməsi, sonda isə onun Sənadan ayrılması Zeynəbi ona qarşı belə qərəzli etmişdir. Əslində isə Zeynəb Qululuya qarşı heç bir dələduzluq və soyğunçuluq əməli törətməyib. İş üzrə digər şəxslərə vurulmuş maddi zərər ödənildiyi üçün onların hazırda heç bir şikayətləri və ya tələbləri yoxdur. Törətdiyi cinayət əməllərinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatdadır, lakin ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Əvvəllər cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə növündə cəza çəkib. Təqsirləndirilən şəxs1 onun tanışıdır. Aralarında hər hansı ədavətləri və ya qərəzli münasibətləri olmayıb. Münasibətləri həmişə yaxşı olub. 2015-ci ilin oktyabrında o, azadlığa çıxdıqdan sonra Səid adlı şəxslə qaldığı məhəllədə tanış olmuşdur. Səidin vasitəsilə isə qardaşı Orxanı tanımışdır. O, 2020-ci ilədək müxtəlif işlərdə işləsə də, həmin il ürəyində narahatlıq yarandığı üçün fiziki işlərlə məşğul ola bilməmiş, bacısının Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən evində qalmışdır. 2022-ci ilin aprel ayında təsadüfən Orxanla instaqram sosial şəbəkəsində danışmış və görüşmək qərarına gəlmişlər. Orxanla görüşərək söhbət edən zaman Orxan «Turbo.az» saytında yalançı profillər yaradaraq avtomobilləri satışa qoymaqla vətəndaşları aldatma yolu ilə pul ələ keçirməklə məşğul olmasını, lakin hazırda şəxsiyyət vəsiqəsi olmadığı üçün köməklik lazım olduğunu ona bildirmişdir. O, da razı olmuşdur. Orxan dəqiq məbləğ bildirməsə də əldə edəcəyi məbləğdən ona da çatacağını bildirmiş, ancaq nə qədər çatacağını deməmişdir. Maddi marağı olduğu üçün Orxanla razılaşmışdır. Bu məqsədlə Orxan onun razılığını alaraq onun adına «Leo bank»da kart sifariş etmişdir. Kartı aldıqdan sonra Orxan özü saxta profillər yaradaraq avtomobilləri satışa qoymaqla vətəndaşları aldadaraq müxtəlif məbləğlərdə pulları onun kartına köçürtdürmüşdur. Sonradan həmin pulları ya kartdan çıxarmaqla, ya da başqa karta köçürməklə ələ keçirmişlər. Alınmış pulları kirayə qaldıqları evin aylıq ödənişinə, geyindikləri paltarlara, ərzaq malları almağa və digər ehtiyaclarına xərcləmişlər. O, aldadılmış vətəndaşları tanımamış, onların konkret olaraq kimlər olduğunu bilməmişdir. Lakin, təxmini bilir ki, 2022-ci ilin aprel ayının tam dəqiq xatırlamadığı bir günündə ilk dəfə olaraq Orxan Qəbələ rayonundan bir nəfər şəxsi də eyni üsulla, yəni, yalançı avtomobil satışı elanı qoyaraq 1.050 manat pulunu ələ keçirdiyini ona bildirmişdir. Ancaq tam olaraq necə ələ keçirdiyini ona deməmişdir. Həmin pulu da birlikdə xərcləmişlər. Bundan başqa onlar tarixlərini hazırda dəqiq xatırlamasa da Ucar şəhər sakinləri Elmurad və Orxan, Göyçay şəhər sakinləri Səfər və Soltanəli, Şirvan şəhər sakini Elməddin, Tovuz şəhər sakini Elşən, Bakı şəhər sakini Etibar və Qusar şəhər sakinləri Elmir və İftixar adlı şəxslərə, həmçinin digər şəxslərə onun və tanışları Məhəmmədin kartına müxtəlif məbləğlərdə pul atdırıb daha sonra özləri üçün xərcləmişlər. Lakin o, həmin şəxslərin kim olduqlarını sonradan barələrində polis şöbələrində araşdırmalar gedən vaxtı öyrənmişdir. Çünki bütün işləri Orxan özü yerinə yetirmişdir. O, pulların göndərilməsini xatırlasa da, konkret olaraq hansı şəkildə çıxarılmasını bilmir. Orxanla əlbir şəkildə kartın əldə edilməsində və pulların dələduzluq yolu ilə ələ keçirilməsi dövriyyəsində kartdan istifadə edilməsində, eyni zamanda pullardan istifadə edilməsində iştirak etdiyini etiraf edir. Ancaq vətəndaşlarla danışıqları Orxan aparmışdır. Onlar demək olar ki, bütün əməlləri bir yerdə törətmişlər. 2022-ci ilin aprel ayından təxminən 15 iyul 2022-ci il tarixinə qədər olan bütün əməllərdə bir yerdə olmuşlar. Onun Orxanın həmin əməlləri arasında Neftçala şəhər sakini Elşən adlı şəxsin pulunu ələ keçirməsi barədə heç bir məlumatı olmayıb. Həmin vaxt Orxanla bir evdə qalmamışlar, həmçinin Orxan həmin puldan ona verməyib. Orxan hər dəfə vətəndaşları aldadıb pullarını ələ keçirdikdə ona pulların məbləğini tam olaraq deməmiş, ancaq məlumatı olmuşdur. Pulların məbləğinin konkret olaraq nə qədərinin ona çatması barədə bir razılıqları olmayıbdır. Ona çatan pulların hamısını xərcləyib. Bu cinayətlərdə onlarla başqa şəxslər iştirak etməmiş, yalnız özü və Orxan olmuşlar. Törətdiyi cinayət əməllərinə görə peşmandır. Zərərçəkmiş şəxs X14 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayır. Rəsmi qaydada heç bir yerdə işləmir, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Şahid6 onun kiçik qızıdır və o, xx xxxx 2003-cü il təvəllüdlüdür. Səna Türkiyə Respublikasının Nişan Taşı Universitetinə qəbul olmuş, lakin işləri ilə əlaqədar təhsilini dayandırmışdır. Özü 04 noyabr 2018-ci ildə işləri ilə əlaqədar BƏƏ-nin Dubay şəhərinə getmişdir. Həmin zaman qızı Səna yaşadıqları evdə qohumu Hacıxanımla birlikdə qalmış və o, Sənanı həmin şəxsə əmanət etmişdir. Dubayda olmasına baxmayaraq hər gün Səna və qohumu Hacıxanımla tez-tez əlaqə saxlayırdı. Həmin vaxtlarda Səna orta məktəbdə oxumuşdur. O, Dubayda olan vaxtı, sonradan qızı Səna özünün ona dediyinə görə 21 iyul 2019-cu ildə «Tap.az» saytında «Grand Arabians» modellik şirkətinə model qızlar tələb olunması barədə elan görmüş, bu elanla bağlı sözügedən şirkətlə əlaqə saxlamaq üçün həmin səhifəyə yazı yazmışdır. Həmin X1 Sənaya yarışma üçün uyğun olduğunu bildirərək, onu Neftçilər ərazisində görüşə dəvət etmişdir. Səna Orxan adlı şəxslə görüşərək modelliklə bağlı söhbət etmişdir. Orxan İsgəndərov ilkin olaraq Sənadan qeydiyyat üçün 24 avqust 2019-cu ildə Neftçilər metrosunun yanında yerləşən «McDonalds» restoranında 150 (yüz əlli) manat pul almış və vədlər vermişdir ki, modellik sahəsində ona kömək edib, dəstək olacaq. Bundan sonra Səna və Orxan arasında dostluq yaranmış, münasibətləri davam etməyə başlamış və onlar şəxsi olaraq münasibət qurmağa başlamışlar. Orxan Sənaya ondan xoşu gəldiyini, onunla ciddi münasibət qurmaq istədiyini bildirmişdir. Bundan sonra Orxan Sənanın razılığı ilə onunla telefonda danışmış və qızı Səna ilə münasibətlərində fikrinin ciddi olduğunu ona bildirmişdir. Həmin ərəfədə Səna Orxanla söhbət edən zaman oğlu Pərvizin saxta sənəd ilə evlərini satmasını ona demişdi. Orxan da Sənaya aidiyyəti orqanlarda tanışlarının olduğunu demiş, onlara köməklik etmək üçün evin sənədlərini Sənadan istəmişdir. Bundan sonra Səna onunla əlaqə saxlayıb ona Orxanın sənədi düzəltməkdə onlara köməklik edə biləcəyinə söz verdiyini bildirmişdir. O, da Orxanla əlaqə saxlamış və bu barədə Orxanın özündən birbaşa məlumat almışdır. Orxan ona Binəqədi rayonu, Mədən 1, 4-cü korpusda olan evlərinə çıxarış almaq üçün Rabitə Nazirliyində işləyən atasının vasitəsi ilə köməklik edəcəyini və bunun üçün 4.000 manat pul lazım olacağını demişdir. Orxan oğlu Pərvizin qeyd olunan evi onun xəbəri olmadan satdığına görə müstəntiqə pul verilməli olduğunu, bundan sonra evə yeni çıxarış alıb onlara qaytaracağını bildirmişdir. İlkin olaraq Səna onun razılığı ilə 16 avqust 2019-cu ildə ünvan 10 ünvanda Orxana 2.500 manat pul vermişdir. Həmin vaxt Orxan ona bir həftə ərzində sənədləri düzəldəcəyini bildirmişdir. Bu müddət ərzində Orxan yaşadıqları evə gəlib-getmişdir. Bir gün o, səhər tezdən Sənaya zəng vurmuş, telefona Orxan cavab vermişdir. O, Orxana əsəbiləşib səhər tezdən onların evində nə etdiyini soruşmuşdur. Orxan ona telefonunun xarab olduğunu, telefon olmadığından onlara gəlib Sənanın telefonu ilə onunla əlaqə saxlamaq üçün onlara gəldiyini bildirmişdir. O, da Orxana bir daha onlara gəlməməsini tapşırmışdır. Orxan ondan imkan varsa onun üçün telefon almasını xahiş etmiş, pulunu isə verəcəyini demişdir. O, da 400 dollara «SAMSUNG A80» markalı telefonu Dubay şəhərindən alaraq Orxana göndərmişdir. Lakin Orxan telefonun da pulunu verməmişdir. Bir həftədən sonra Orxanla əlaqə saxlamış, sənədin nə yerdə olduğunu soruşmuşdur. Orxan ona narahat olmamasını, 2019-cu ilin dekabr ayında sənədin hazır olacağını bildirmişdir. Həmin vaxtlarda Orxan qızı Sənaya sənədin hazır olduğunu və bunun üçün pul verilməli olduğunu demişdir. Səna da ona bu barədə bildirmişdir. O, yenidən Orxana «nə pul istəyirsən, axı sənədi düzəltməmisən, nəyə görə pul verməliyəm?» demişdir. Orxan ona and içib, narahat olmamasını, sənədi hazırlamaq üçün pul lazım olduğunu demişdir. O, Orxana inanaraq Sənaya rəfiqəsi Natavandan 2.000 manat pulu götürüb Orxana verməsini tapşırmışdır. Səna da Natavandan 2.000 manat pulu götürüb yaşadıqları evdə, 25 avqust 2019-cu ildə Orxana vermişdir. Hər dəfə Orxandan sənədin nə vaxt hazır olacağını soruşduqda, Orxan müxtəlif bəhanələr gətirib, sənədin hazır olacağını ona demişdir. Bundan sonra Orxan oğlu Pərvizin sənədlərinin saxtalaşdırmasına dair işin məhkəməyə getdiyini, həmin iş ilə bağlı məhkəmədə işin həlli üçün pul lazım olduğunu bildirmişdir. O, Orxana əsəbiləşib, onu aldatdığını bildirəndə, Orxan yenə and içib narahat olmamasını, artıq işin həll olunma mərhələsində olduğunu demişdir. O, Orxana inanıb 2019-cu ilin sentyabr ayında qızı Sənanın vasitəsilə yaşadıqları evdə 2.000 manat pul vermişdir. Həmin ərəfədə Orxan qızı Sənaya şəxsi ehtiyacı olduğundan pul verməsini xahiş etmişdir. Səna isə buna imkanının olmadığını Orxana bildirmişdir. Belə olan halda Orxan Sənadan lombarda qızıl qoyub pul götürməsini xahiş etmiş və sonra pulu qaytarıb qızılları götürəcəyini demişdir. Səna yenə də Orxana inanıb 2019-cu ilin sentyabr ayında özünə və ona aid bəzi qızılları lombarda qoyub 800 manat pul götürmüşdür. Həmin qızıllar 01 ədəd dəyəri 1.800 manat, əyarı 750, çəkisi 22 qram olan qızıl «tros» boyunbağı, 01 ədəd dəyəri 300 manat olan, 750 əyarlı, üzərində ürək formasında kulon olan qızıl sep, 01 ədəd dəyəri 100 manat olan və üzərində 01 ədəd ağ sadə qaşı olan qızıl qadın üzüyü, habelə 01 ədəd dəyəri 100 manat olan qaşsız qızıl qadın üzükdən ibarət olmuşdur. Lakin lombardın pulunu ödəmədiyindən qızıllarının taleyindən xəbərləri olmamışdır. Sonra Orxan ona məxsus avtomobilin açarlarını yaşadıqları evdən xəbərsiz götürmüş, açarı onun razılığı ilə götürdüyünü binanın mühafizəçisinə bildirib onu aldadaraq yaşadıqları binanın dayanacağında saxladığı avtomobili çıxarıb özbaşına şəhərdə idarə etmişdir. O, sonradan heç bir işin görülmədiyini görüb Orxandan evin sənədlərini və verdiyi 6.500 manat pulu və aldığı telefonun pulunu tələb etməyə başlamışdır. Orxan isə hər dəfə bəhanələr gətirmiş, sənədin ilin sonuna qədər düzələcəyini demiş, onun etibarından sui-istifadə edərək onu aldatmağa davam etmişdir. Bu günə kimi də Orxan nə oğlunun evinin sənədlərini, nə də sənədin düzəlməsi üçün aldığı 6.500 manat pulu, o, cümlədən aldığı telefonun pulunu və lombarda qoyduğu qızıllarını qaytarmamışdır. Həmin ərəfədə Orxan onun adına rəsmiləşdirilmiş və qeydiyyatda olduğu Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi, ev 111də yerləşən 63 saylı mənzili kirayə verdiklərini və həmin evdə kirayə qalanların olduğunu eşitmişdir. Bir dəfə Səna ilə həmin evə gedib orada kirayədə qalanlardan evin pulunu alanda evi görüb tanımışdır. Sonradan kirayə qalanların evdən çıxdığını və evin boş olduğunu, kirayə vermək istədiklərini Səna ilə söhbət edərkən eşitmişdir. Orxan Sənadan evin sənədini götürüb kirayə verəcəyini bildirmişdir. Orxan sənədi götürəndən sonra onlara evi kirayə verib-vermədiyini deməmişdir. Bir müddət sonra onlara məlum olmuşdur ki, Orxan qeyd olunan evi xalası oğlu Davudun adı ilə 2019-cu ilin oktyabr ayında Eldəniz adlı şəxslə müqavilə bağlayıb kirayə vermişdir. Evin 4 aylıq kirayə pullarını da hər ayı 350 manat olmaqla cəmi 1400 manat pulu da özü alıb xərcləmişdir. Səna evə gedib kirayə qalan Eldənizlə söhbət edib evin onlara məxsus olduğunu və kimin kirayə verdiyini ondan soruşmuşdur. Eldəniz isə Sənaya evi ona ev sahibi Zeynəbin kürəkəni Orxanın kirayə verdiyini bildirmişdir. Bundan sonra Eldəniz evin kirayə pulunu onlara ödəməyə başlamışdır. Səna Orxandan evin kirayə pulunu verməsini tələb edəndə, Orxan anasının xərçəng xəstəsi olduğunu, pulu onun dərmanlarına xərclədiyini bildirmişdir. Səna da Orxanın yaşadığı evə gedib anası Svetadan onun xəstəliyi ilə bağlı xəbər almışdır. Orxanın anası da həqiqətən xərçəng xəstəsi olduğunu Sənaya demişdir. Orxanın onları aldatdığını görən qızı Səna artıq Orxandan evin açarlarını alıb onunla münasibətini bitirmişdir. Buna baxmayaraq 5 noyabr 2019-cu il ildə Sənaya mesaj yazaraq onlara gələcəyini demişdir. Səna yenə də ona artıq münasibətlərinin bitdiyini və bir daha onunla görüşmək istəmədiyini bildirmişdir. Lakin 5 noyabr 2019-cu ildə Orxan onlara gələrək qızı Sənaya xalası oğlunun təcili pula ehtiyacı olduğunu, əks halda onun özünü də guya modellik şirkətindən qovacaqlarını söyləmişdir. Orxan Sənaya evdə olan ona və Sənaya məxsus qızılları istəmişdir. Səna isə otaqların qapısını bağlamışdır və ona heç bir köməklik edə bilməyəcəyini demişdir. Orxan qapıların bağlı olduğunu görmüş, mətbəxə keçərək oradan mətbəx baltasını götürüb ilk öncə Sənanın otağının qapısını qırıb oradakı Sənaya məxsus 300 manat dəyərində üzüyü və 1.200 dollar dəyərində qızıl bilərziyi, daha sonra onun otağının qapısının kilidini qıraraq otağa girib ona məxsus dəyəri 2.000 dollar, çəkisi 55 qram olan 750 əyyarlı 1 ədəd qızıl «tros» boyunbağını, dəyəri 800 dollar, çəkisi 25 qram olan 850 əyyarlı gül formalı ağ brilyant və müxtəlif rəngli qaşları olan üzük-sırğa dəstini, dəyəri 1.500 dollar, çəkisi 35 qram olan 750 əyyarlı 1 ədəd qızıl «tros» qolbağı, dəyəri 800 dollar, çəkisi 25 qram olan 750 əyyarlı 1 ədəd qızıl «tros» boyunbağını, dəyəri 600 dollar, çəkisi 22 qram olan 750 əyyarlı 1 ədəd qızıl «tros» boyunbağını, dəyəri 1.300 dollar, çəkisi 25 qram olan 750 əyyarlı 1 ədəd qızıl «tros» boyunbağını, dəyəri 1.200 dollar, çəkisi 25 qram olan 750 əyyarlı mirvari və brilyant qaşları olan qızıl üzük-sırğa dəstini, dəyəri 1.500 dollar, çəkisi 15 qram olan 750 əyyarlı yantar və brilyant qaşları olan 1 ədəd qızıl və platin materiallı üzüyü, dəyəri 1.500 dollar, çəkisi 30 qram olan 750 əyyarlı 1 ədəd qızıl qolbağı, dəyəri 700 dollar, çəkisi 20 qram olan 750 əyyarlı 1 ədəd qolbağı, ümumi dəyəri 600 dollar, 2 ədədi 6 qram və bir ədədi 5 qram çəkilərdə olan 750 əyyarlı 3 ədəd qızıl uşaq qolbağılarını götürmüşdür. Sonradan evə baxarkən 300 dollar dəyərində «Kanon» markalı fotoaparatın da Orxan tərəfindən oğurlandığını aşkar etmişlər. Orxanın onların evlərinə girməyini binanın komendantları Elsəvər və Natavan da dəfələrlə görmüşlər. Orxan qızılları götürüb binadan çıxanda Səna səs-küy salaraq onun arxasınca getmişdir. Həyətdə onu maşında dostu Elşənin və onun sevgilisi olan Arzu adlı şəxsin olduğunu görmüşdür. Orxan Sənanın qışqırığına məhəl qoymayaraq maşına minərək oradan getmişdir. Səna isə Orxanın hərəkətlərindən qorxub ağlamağa başlamışdır. Həmin zaman o, xaricdə olduğundan bunu ona Səna və binanın komendantı Natavan demişdir. Bu hadisədən sonra rəfiqəsi Natavan xanım Orxana dəfələrlə mesaj yazaraq qızılları gətirməsini tələb etmişdir. Orxan isə hər zamankı kimi bəhanələr gətirməyə davam etmiş və qızılları qaytaracağını söyləmişdir. Bundan sonra Orxanın tanışı Çingiz adında şəxs qızılların harada olduğunu bildiyini Sənaya söyləmişdir. Bu barədə yazılı sübutlar (mesajlar) da var. Lakin, Orxan bu günədək də nə pulu nə də qızılları qaytarmamışdır. Təqsirləndirilən şəxs1 onlardan 6.500 manat pulu onlara məxsus 3 otaqlı mənzilə çıxarış almaq adı ilə aldadaraq almış, heç bir çıxarış düzəltməmiş, onlara qarşı dələduzluq etmişdir. Onun və Sənanın Orxana qızılları götürməsi barədə heç bir razılıqları olmamışdır. Orxan evlərinə onun razılığı əsasında gəlsə də, sonradan o, zorla evlərinin qapısını balta ilə sındırmış, evdə olan qızılları razılıqları olmadan götürmüşdür. Həmin vaxt evin qapıları kilidli olmuşdur, bu səbəbdən Orxan qapıları sındırmaqla otaqlara daxil olmuşdur. Evlərində olan qızılların hamısı ona məxsus olmuşdur. Qızılların bir hissəsi qızı Sənanın otağında qalmışdır. Orxanın onlardan aldığı 6.500 manat pul da ona məxsus olub. Məhkəmədən Təqsirləndirilən şəxs1 qanuna müvafiq cəza təyin etməsini xahiş edir. Zərərçəkmiş şəxs3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olmaqla yaşayır. Özünə avtomobil almaq məqsədilə 21 iyul 2022-ci il tarixdə «Tap.az» internet saytına daxil olmuşdur. Həmin internet saytından satış qiyməti 2.800 manat olan «Vaz 21099» markalı avtomobilin satış elanını görmüşdür. Elanı görən kimi, avtomobilin real bazar qiymətinin təxminən 5-6 min manat civarında olduğunu təxmin etmiş və sahibinin həmin avtomobili dəyərindən təxminən iki dəfə ucuz qoyması onun diqqətini cəlb etmişdir. O, həmin avtomobili dəyərindən ucuz satıldığı üçün dərhal almaq fikrinə düşmüşdür. Onu çaşdıran da elə bu olmuşdur. Bu səbəbdən avtomobilin ucuz qiymətə satılmasına aldanmış və tələskənliyə yol vermişdir. Dərhal həmin elanda göstərilən ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb danışmışdır. Telefon danışıqları zamanı həmin şəxs avtomobilin Beyləqan rayonunda olduğunu demişdir. O, həmin şəxsə avtomobil sürə bilmədiyini, benzin pulunu da verəcəyini həmin avtomobili Neftçalaya gətirməsini, gəlib bir gün də onlarda qalmasını növbəti gün avtomobili sənədləşdirdikdən sonra həmin şəxsi Beyləqana yola salacağını demişdir. Həmin şəxs də onunla razılaşmışdır. Daha sonra onlar danışıqlarını «WhatsApp» vasitəsilə davam etdirmişlər. Həmin şəxs «WhatsApp» proqramında ona avtomobilə aid videolar və avtomobilin sənədlərinin şəklini göndərmişdir. Həmin sənədlərə əsasən avtomobilin Alim adlı şəxsə məxsus olduğunu müəyyən etmişdir. Danışdığı adamın da Alim olduğunu fikirləşdiyi üçün həmin şəxsdən ad soyadını soruşmamışdır. Amma əslində onun danışdığı şəxs avtomobilin sahibi Alim deyil, başqa bir dələduz şəxs olmuşdur. Belə ki, həmin şəxs özü Alimlə əlaqə saxlayıb özünü alıcı kimi təqdim edib Alimdən avtomobilin görünüşünə dair videoları, avtomobilin və Alimin sənədlərinin şəkillərini əldə etmişdir. Həmin şəxsin ona atdığı video və şəkillər də məhz həmin video və şəkillər olmuşdur. O, bütün bunları sonradan bilmiş, həmin vaxt artıq gec olmuş və aldadıldığını başa düşmüşdür. «WhatsApp» vasitəsilə danışdıqları zaman həmin şəxs ona avtomobilə aid sənədləri və videoları göndərdikdən sonra, ondan maşını alırsa elanı saytdan silməyi üçün ilkin olaraq beh qismində 150 manat pul istəmişdir. O, da həmin şəxslə razılaşmışdır. Çünki avtomobili dəyərindən ikiqat ucuz aldığını fikirləşdiyinə görə, özü də istəmişdir ki, həmin avtomobil elanı saytdan yığışdırılsın. Həmin şəxs ona «Kapital Bank»a məxsus **********075644 saylı bank hesabını göndərmişdir. Həmin hesabın Məhəmməd adlı şəxsə məxsus olduğunu demiş və ondan həmin hesaba 150 manat pulu beh qismində göndərməyi xahiş etmişdir. O, şəxsiyyət vəsiqəsinin şəklini ona atdığı üçün həmin adamı asanlıqla tapa biləcəyini fikirləşmişdir. Sən demə həmin şəxsin ona atdığı şəxsiyyət vəsiqəsi özünün deyil, maşının həqiqi sahibinin şəxsiyyət vəsiqəsi olmuşdur. O, bütün bunlara inanaraq yaşadığı Neftçala şəhəri ərazisində 20 Yanvar küçəsində yerləşən ödəmə aparatı vasitəsilə həmin şəxsə 150 manat pulu göndərərək qəbzin şəkilini çəkib atmışdır. Daha sonra «WhatsApp»la danışdığı zaman həmin şəxs ona avtomobili Neftçala şəhərinə gətirmək üçün yola çıxdığını bildirmişdir. Bir qədər sonra həmin şəxs ona «WhatsApp» proqramında səsli mesaj göndərərək, yolda olduğunu ailəsində yas düşdüyünü, yas üçün 1.000 manat pul lazım olduğunu, həmin pulu maşının ümumi qiymətindən çıxacağını demişdir. O, həmin şəxslə telefonda danışarkən tanımadığı adama 1.000 manat pul göndərə bilməyəcəyini demişdir. Belə olan halda həmin şəxs ona beh qismində olan 150 manat pulu geri qaytaracağını demişdir. Həmin şəxsin bu sözündən sonra, o bir qədər də həmin şəxsə inanmış və avtomobilin əlindən çıxmaması üçün, həmin şəxsə 500 manat pul göndərə biləcəyini demişdir. Həmin şəxs də razılaşmışdır. Daha sonra o, axşam saatlarında Neftçala şəhərində yerləşən marketlərin birindəki ödəmə aparatı vasitəsilə həmin şəxsin bir neçə saat əvvəl ona verdiyi həmin hesaba yenidən 500 manat pul köçürərək, ödəniş qəbzinin şəklini göndərmişdir. Daha sonra həmin şəxs mesaj yazaraq yolda olduğunu Salyan dairəsinə çatdığını demişdir. Bir neçə saatdan sonra isə həmin şəxs mobil telefonu söndürmüşdür. Bundan sonra aldadıldığını tam başa düşmüşdür. Bir neçə gün ərzində həmin şəxsi axtarsa da hər hansı nəticəyə nail ola bilməmişdir. 27 iyul 2022-ci il tarixdə ona Ucar Rayon Polis Şöbəsindən zəng vurulmuşdur. Ondan maşın alğı-satqısı ilə bağlı bank hesabına pul köçürüb-köçürmədiyini soruşmuşlar. O, da olanları danışdıqdan sonra, ona həmin dələduzluq edən şəxsin onlar tərəfindən saxlanıldığı deyilmişdir. Müraciət etmək üçün onu Ucar Rayon Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra ona qarşı dələduzluq əməlini törətmiş şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. Cinayət əməli nəticəsində ona vurulmuş maddi zərər ödənildiyi üçün Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs12 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Şirvan şəhəri, ünvan 11 ünvanında ailəsi ilə birlikdə yaşayır. 09 avqust 2021-ci il tarixdə istifadəsində olan mobil telefonu vasitəsilə «Tap.az» saytına girmiş və orada avtomobillərin satışı ilə bağlı olan bölməyə daxil olaraq satışda olan avtomobillərlə maraqlanmışdır. Həmin vaxt orada «Hyundai Elantra» markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışda olduğunu görmüşdür. Avtomobili bəyəndiyindən sahibinə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. Həmin vaxt telefona cavab verən şəxs özünün Şirvan şəhər sakini olduğunu və «Köhnə şəhər» adlanan ərazidə yaşadığını bildirmiş və adının Vüsal olduğunu demişdir. Bundan sonra həmin Vüsal adlı şəxs avtomobil alğı-satqısı ilə məşğul olduğunu, elanda göstərilən «Hyundai Elantra» markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili satdığını, həmçinin avtomobilin hazırda Quba rayonunda olduğunu, sahibinin də Quba rayonunda yaşadığını bildirmişdir. Vüsal adlı şəxs ona avtomobili 3.500 manata satdığını demişdir. Sonradan isə aralarında olan razılaşma əsasında avtomobili 2.800 manata sata biləcəyini bildirmiş və onlar razılaşmışlar. Bundan sonra o, Vüsal adlı şəxsin göstərişinə əsasən "xxxx" vasitəsilə ilkin olaraq 600 manat, sonra isə təkrarən yenə də "xxxx" vasitəsilə 400 manat pulu Şahid1 adına olan kart hesabına köçürmüşdür. Vüsal adlı şəxs ona bildirmişdir ki, 10 avqust 2021-ci il tarixdə Bakı şəhərinə gedir, həmin avtomobilin sahibi də avtomobili Bakı şəhərinə gətirəcəkdir. O, da Vüsal adlı şəxslə razılaşmış və deyilən tarixdə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə çatdıqda, Vüsal adlı şəxsə zəng etsə də, zəng çatmamışdır. Həmin tarixdə bütün günü Bakı şəhərində olmuş və dəfələrlə Vüsal adlı şəxsə zəng etmiş, lakin ona zəng çatmamışdır. Bundan sonra o, Vüsal adlı şəxsin onu aldatdığını, ona qarşı dələduzluq etdiyini bilmiş və bu barədə Şirvan Şəhər Polis Şöbəsinə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində ona dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 12 ünvanında qeydiyyatda olmaqla yaşayır. İşi ilə əlaqədar olaraq bir müddət Qəbələ şəhərində qalmışdır. Bu vaxt avtomobili olmadığı üçün 22 iyul 2021-ci il tarixdə «Tap.az» saytına daxil olmuşdur. Həmin vaxt orada Orxan adlı şəxs tərəfindən yerləşdirilmiş 4.000 manat dəyərində «Vaz 2107» markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil diqqətini cəlb etmişdir. O, qiyməti münasib olduğu üçün həmin avtomobili almaq istəmişdir. Orxan adlı şəxs sənədləşmə işləri və beh qismində ondan ilkin olaraq 233 manat pul istəmişdir. Buna görə də o, 23 iyul 2021-ci il tarixdə saat 19.52-də Qəbələ şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən «Emil» marketdə yerləşən 599 nömrəli «E-Manat» terminalı vasitəsilə beh və sənədləşmə işləri adı ilə 233 manat pulu Şahid1 hesabına köçürmüşdür. Sonra Orxan adlı şəxs yenə onunla əlaqə saxlayaraq beh kimi 606 manat pul istəmişdir. O, 24 iyul 2021-ci il tarixdə saat 17.58-də Qəbələ rayonu, Zarağan qəsəbəsində fəaliyyət göstərən «Bazarstore»da yerləşən 4629 nömrəli «E- Manat» terminalı vasitəsilə beh adı ilə 606 manat pulu yenə eyni hesaba göndərmişdir. O, Orxana ümumilikdə 839 manat pul göndərmişdir. Bundan sonra Orxan telefonunu söndürmüş və onun zənglərinə cavab verməmişdir. Bu zaman Orxan tərəfindən aldadıldığını başa düşmüşdür. Hazırda ona dəymiş 839 manat məbləğində maddi ziyan ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs9 məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs8 məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarına gəlməmiş, ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın tamamilə ödənildiyini, heç bir şikayətinin olmadığını bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs7 məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ona dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs11 məhkəmə iclaslarına gəlməmiş, ərizə göndərərək səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyini, heç bir şikayətinin və tələbinin olmadığını bildirmiş, onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs13 məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək məhkəmə iclaslarında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Digər zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs10 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verildiyinə baxmayaraq, gəlməmişlər. Onların məhkəməyə məcburi gətirilmələri barədə qərar qəbul edilərək aidiyyəti polis şöbələrinə göndərilmiş, lakin qərarın icrası təmin edilmədiyindən, onların məhkəmədə dindirilməsi mümkün olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 14 ünvanında qeydiyyatda olmaqla yaşayır. Türkiyə Respublikasının Nişan Taşı Universitetinə qəbul olmuş, lakin işləri ilə əlaqədar təhsilini dayandırmışdır. 21 iyul 2019-cu ildə «Tap.az» saytında «Grand Arabians» modellik şirkətinə model qızlar tələb olunması barədə elan görmüşdür. Həmin elanla bağlı şirkətlə əlaqə saxlaması üçün həmin səhifəyə yazı yazmışdır. X1 ona cavab yazaraq yarışma üçün uyğun olduğunu bildirmiş və bunun üçün onu Neftçilər ərazisində görüşə dəvət etmişdir. Bu məqsədlə Orxanla görüşmüş və modelliklə bağlı söhbət etmişlər. Orxan ilkin olaraq ondan qeydiyyat üçün 24 avqust 2019-cu ildə Neftçilər metrosunun yanında yerləşən «Mcdolnalds» restoranında 150 manat pul almış və modellik sahəsində ona kömək edəcəyinə və dəstək olacağına söz vermişdir. Bundan sonra Orxanla arasında dostluq münasibətləri yaranmış və tədricən daha yaxın şəxsi münasibətlərə çevrilmişdir. Orxan ondan xoşu gəldiyini və onunla ciddi münasibət qurmaq istədiyini bildirmişdir. Bu barədə anası Zeynəbə də məlumat vermişdir. Həmçinin anası Orxanla telefonla danışmış, Orxan anası Zeynəbə də fikrinin ciddi olduğunu demişdir. Orxanla söhbət zamanı qardaşı Pərvizin saxta sənəd ilə evlərini satmasını bildirmiş, Orxan isə onlara bu məsələdə köməklik edə biləcəyini bildirib, evin sənədlərini istəmişdir. Bu barədə də anasına məlumat vermişdir. Bundan sonra anası Zeynəbin razılığı ilə Orxana 16 avqust 2019-cu ildə ünvan 10 ünvanda 2.500 manat pul vermişdir. Həmin vaxt Orxan ona bir həftə ərzində sənədləri düzəldəcəyini bildirmişdir. Bu müddət ərzində Orxan onların yaşadıqları evə də gəlib-getmişdir. Həmin vaxt anası Zeynəb Dubay şəhərində olmuşdur. Anası Orxanın onlara gedib-gəlməsindən xəbər tutduqdan sonra Orxana bir daha onlara gəlməməsini tapşırmışdır. Həmin vaxt Orxan anasına telefonu xarab olduğu üçün və onunla əlaqə saxlaması üçün məcbur olub onlara gəldiyini bildirib, imkan varsa ona telefon almasını, pulunu isə verəcəyini bildirmişdir. Anası da 400 dollara «SAMSUNG A80» markalı telefonu Dubay şəhərindən alaraq Orxana göndərmişdir. Lakin Orxan telefonun da pulunu verməyib. Dəfələrlə anası və özü Orxanla əlaqə saxlayaraq sənədin nə yerdə olduğunu soruşmuşlar. Orxan isə onlara narahat olmamalarını, 2019-cu ilin dekabr ayında sənədin hazır olacağını bildirmişdir. Sonradan Orxan ona zəng edərək sənədin hazır olduğunu və bunun üçün pul lazım olduğunu bildirmişdir. O, bu barədə anasına məlumat vermiş və anası Orxanla telefon vasitəsilə danışmışdır. Orxan anasını inandırmışdır. Ona görə də anası ona rəfiqəsi Natavandan 2.000 manat pul götürüb Orxana verməsini tapşırmışdır. Bundan sonra o, Natavandan 2.000 manat pulu götürüb yaşadıqları evdə, 25 avqust 2019-cu ildə Orxana vermişdir. Hər dəfə Orxandan sənədin nə vaxt hazır olacağını soruşduqda, Orxan müxtəlif bəhanələr gətirib, sənədin hazır olacağını onlara bildirmişdir. Bundan sonra Orxan qardaşı Pərvizin sənədlərinin saxtalaşdırmasına dair işin məhkəməyə getdiyini, həmin işin məhkəmədə həlli ilə bağlı pul lazım olduğunu, həmçinin and içib işin həll olunma mərhələsində olduğunu bildirmişdir. Orxana inanıb 2019-cu ilin sentyabr ayında anasının göstərişi ilə yaşadıqları evdə 2.000 manat pulu ona vermişdir. Bir dəfə də Orxan onun evdə olmadığı vaxtda onlara gəlmiş, anası Zeynəbə məxsus olan və yaşadıqları binanın dayanacağında saxlanmış avtomobilin açarlarını evdən icazəsiz götürmüş, binanın mühafizəçisinə guya açarı onun icazəsi ilə götürdüyünü deyib, aldadaraq avtomobili icazəsiz idarə etmişdir. Bu barədə ona binanın mühafizəçi zəng edərək məlumat vermişdir. Təcili evə gəlmiş, avtomobilin açarının olduğu yerə baxdıqda görmüşdür ki, onun özünə və anasına aid olan 1 ədəd dəyəri 1.800 manat, əyarı 750, çəkisi 22 qram olan qızıl «tros» boyunbağı, 1 ədəd dəyəri 300 manat olan, 750 əyarlı, üzərində ürək formasında kulon olan qızıl sep, 1 ədəd dəyəri 100 manat olan və üzərində 1 ədəd ağ sadə qaşı olan qızıl qadın üzüyü, habelə 1 ədəd dəyəri 100 manat olan qaşsız qızıl qadın üzükdən ibarət qızılları yerində yoxdur. Dərhal Orxana zəng edib onu çağırmış və onunla mübahisə edərək, avtomobili və qızılları niyə apardığını soruşmuşdur. Orxan əvvəlcə qızılları götürdüyünü inkar etsə də, sonradan onu polislə hədələdiyi üçün qızılları «Memar Əcəmi»dəki lombarda qoyub 800 manat pul götürdüyünü etiraf etmiş və yaxın vaxtlarda pulu qaytaracağını, qızılları geri alacağını demişdir. Həmin vaxt Orxanla mübahisə edərək onlardan aldığı 6.500 manat pulu və qızıllarını qaytarmasını və bir daha onları narahat etməməsini bildirmişdir. Orxan bütün məsələləri tezliklə həll edəcəyini bildirib bunun üçün ona bir həftə vaxt verilməsini xahiş etmişdir. Təxminən bir həftə sonra, daha dəqiq 5 noyabr 2019-cu il tarixdə Orxan ona zəng edərək onlara gəldiyini və ona təcili pul lazım olduğu üçün evdə olan digər qızılları götürəcəyini və yaxın vaxtlarda qaytarıb verəcəyini bildirmişdir. Orxana gəlməməsini, pullarını və qızıllarını qaytarmasını tələb etdiyini demişdir. Bu zaman Orxan ona artıq çıxarışı aldığını və əlində olduğunu bildirmişdir. Ona inanıb çıxarışı gətirməsinə razılıq vermişdir. Təxminən yarım saat sonra Orxan xalası oğlu Şahid5la birlikdə onlara gəlmişdir. Orxanın çıxarışı gətirmədiyini görüb, evlərindən çıxıb getməsini tələb etmişdir. Orxan çıxarışın bir-iki günə hazır olacağını, indi isə ona təcili pul lazım olduğunu deyib ona məhəl qoymamış, ondan qızılları verməsini tələb etmişdir. Bu zaman otaqların qapısının bağlı olduğunu görən Orxan evin mətbəxinə keçərək oradakı mətbəx baltasını götürüb əvvəlcə anasının qaldığı otağın qapısını sındıraraq içəri daxil olub oradan anasına aid olan qızılları, daha sonra isə onun öz otağına daxil olaraq oradakı qızılları götürmüş və evdən çıxıb oradan uzaqlaşaraq Davudla birlikdə getmişdir. Orxana mane olmağa çalışsa da buna nail ola bilməmişdir. Orxanın götürdüyü anasına məxsus qızıllar dəyəri 2.000 dollar, çəkisi 55 qram olan 750 əyyarlı 1 ədəd qızıl «tros» boyunbağı, dəyəri 800 dollar, çəkisi 25 qram olan 850 əyyarlı gül formalı ağ brilyant və müxtəlif rəngli qaşları olan üzük-sırğa dəsti, dəyəri 1.500 dollar, çəkisi 35 qram olan 750 əyyarlı 1 ədəd qızıl «tros» qolbaq, dəyəri 800 dollar, çəkisi 25 qram olan 750 əyyarlı 1 ədəd qızıl «tros» boyunbağı, dəyəri 600 dollar, çəkisi 22 qram olan 750 əyyarlı 1 ədəd qızıl «tros» boyunbağı, dəyəri 1.300 dollar, çəkisi 25 qram olan 750 əyyarlı 1 ədəd qızıl «tros» boyun bağı, dəyəri 1.200 dollar, çəkisi 25 qram olan 750 əyyarlı mirvari və brilyant qaşları olan qızıl üzük-sırğa dəsti, dəyəri 1.500 dollar, çəkisi 15 qram olan 750 əyyarlı yantar və brilyant qaşları olan 1 ədəd qızıl və platin materiallı üzük, dəyəri 1.500 dollar, çəkisi 30 qram olan 750 əyyarlı 1 ədəd qızıl qolbağ, dəyəri 700 dollar, çəkisi 20 qram olan 750 əyyarlı 1 ədəd qolbaq, ümumi dəyəri 600 dollar, 2 ədədi 6 qram və bir ədədi 5 qram çəkilərdə olan 750 əyyarlı 3 ədəd qızıl uşaq qolbağları, onun özünün istifadəsində olan qızıllar isə dəyəri 300 manat olan qızıl üzük və dəyəri 1.200 dollar olan qızıl bilərzikdən ibarət olmuşdur. Sonradan evə baxarkən 300 dollar dəyərində «Kanon» markalı fotoaparatın da Orxan tərəfindən oğurlandığını bilmişlər. Hadisəni Orxanın xalası oğlu Davud, Orxanın onların evlərinə girməsini binanın komendantları Elsəvər və Natavan da görmüşlər. Baş verənləri anasına və Natavan xanıma danışmışdır. Qeyd edir ki, Orxan onlardan aldığı 6.500 manat pulu, qızılları, həmçinin qardaşına aid olan evin sənədlərini bu günədək qaytarmayıb. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 15 ünvanında yaşayır. O, "xxxx" MMC-nin ünvan 16vanında inşa etdiyi binada komendant köməkçisi işləyir. X14 və onun övladı Şahid6 2017-ci ilin yay aylarından həmin binada olan mənzillərin birinə köçmüşlər. Həmin şəxslər özlərini nümunəvi, qonşularla xoş münasibət quran şəxslər kimi tanıtmışlar. 2019-cu ilin yay aylarında Zeynəb xaricdə olan vaxtı o, Sənanın adının sonradan Orxan olduğunu bildiyi bir oğlanla mənzilə gəlib-getdiyini görmüşdür. Bir dəfə Zeynəb ona zəng edərək adını xatırlamadığı bir tanışından 1.000 manat pulu götürüb Sənaya verməyi xahiş etmişdir. O, Zeynəbin dediyini etmişdir. Bildiyinə görə Səna da pulun üstünü düzəldib Orxana vermişdir. Həmçinin eşitdiyinə görə Orxan hansısa işi düzəldəcəyi adı ilə Sənadan təxminən 6.000- 7.000 manat pul almışdır. Təxminən 2019-cu ilin noyabr ayında Orxanın tələsik binadan çıxaraq bir avtomobilə yaxınlaşdığını görmüşdür. Səna da qışqıraraq Orxanın arxasınca çıxmışdır. Daha sonra Orxan tanımadığı bir avtomobilə əyləşib çıxıb getmişdir. Həmin avtomobili idarə edən şəxsi tanımamışdır. O, Sənadan bu barədə xəbər aldıqda Səna Orxanın evdəki qızılları götürüb çıxıb getdiyini demişdir. Bundan sonra Sənadan Orxanın mobil nömrəsini alaraq əlaqə saxlayıb çağırmışdır. Orxan bir müddət sonra gəlmiş və onlar Zeynəbin evində görüşmüşlər. O, Orxandan qızılları Sənaya verməsini tələb etmişdir. Orxan ona məcbur olub qızılları götürdüyünü demiş və qızılları tezliklə qaytaracağına söz vermişdir. Bir müddət keçəndən sonra isə Orxandan bir xəbər çıxmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 17 ünvanında qeydiyyatda olmaqla yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 onun doğma xalasının oğludur. Aralarında normal münasibətlər var. Hər hansı ədavət və ya düşmənçilik yoxdur. Orxan bir neçə dəfə xırda dələduzluq əməllərinə görə polis tərəfindən saxlanılmışdır. Sonuncu dəfə xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs1 bir dəfə 2022-ci ilin yanvar ayında maşın elanı saytında onlayn üsulla dələduzluq etdiyi üçün İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt o, Orxanın dalınca İsmayıllı rayonuna getmişdir. Oradakı işi yekunlaşdıqdan sonra Orxan ona bir daha belə işlərə yol verməyəcəyi barədə tövbə etdiyini demişdir. Daha sonra Bakı şəhərində yerləşən su filtrlərinin satışı ilə məşğul olan şirkətlərdən birində qrup rəhbəri vəzifəsinə düzəlmişdir. O, Orxanın yeni işə düzəldiyini görmüş, Orxanın həqiqətən də onlayn yolla dələduzluq əməllərindən çəkindiyini fikirləşmişdir. Orxan həmin şirkətdə işlədiyi vaxt Aynur adlı bir qızla tanış olaraq birlikdə ünvan 18 ünvanında yaşamağa başlamışlar. O, da arabir Orxanın işlədiyi yerə dalınca gedib-gəlmişdir. O, Orxanın dalınca iş yerinə getdiyi günlərdən birində orada Fəridə adlı bir qızla tanış olmuşdur. Sonradan həmin qızla münasibətləri ciddi sevgi münasibətinə çevrilmişdir. Həmin vaxt Fəridə şirkətdə işləmiş və rəfiqəsi ilə birlikdə Bakı şəhərində yerləşən evlərdən birində kirayədə yaşamışdır. O, isə taksi fəaliyyəti ilə məşğul olaraq pul qazanmışdır. Sonradan Fəridə ev kirayəsini ödəyə bilmədiyi üçün, məcbur qalaraq həmin evdən çıxmışdır. O, bir müddət Fəridə ilə dostunun evində birlikdə yaşamışdır. Sonradan orada da narahatçılıq yarandığı üçün Fəridənin qalacaq yeri olmadığından həmin ərəfədə xalası oğlu Təqsirləndirilən şəxs1 ona Fəridənin onların qaldığı evdə qala biləcəyini, evdə olan otaqlardan birini onlara verə biləcəyini, əvəzində də onlara kirayə pulunu ödəməkdə köməklik edəcəyi ilə bağlı təklif vermişdir. Həmin ərəfədə başqa çıxış yolu olmadığı üçün həmçinin Orxanın qaldığı evdə Aynurun da yaşadığı üçün o, Fəridənin orada qalmasına razılıq vermişdir. Özü də həmin evdə yaşamağa başlamışdır. Valideynlərinə də mövcud vəziyyətlə bağlı məlumat vermişdir. Günlərin birində o, Fəridənin çantasından bir ədəd mobil nömrə tapmışdır. Bu zaman ilk olaraq ağlına gələn Fəridənin ikinci bir telefon işlətməsi olmuşdur. O, Fəridədən bu barədə soruşduqda Fəridə ona həmin mobil nömrənin köhnə iş yerində Ayaz adlı müdiri tərəfindən saxlamaq üçün verildiyini demişdir. O, həmin nömrəni telefona taxıb özünə zəng etdiyində nömrənin ***-***-**-** saylı mobil nömrə olduğunu görmüşdür. Həmin vaxtı xalası oğlu Orxan da onların yanlarında olmuşdur. Orxangildə qalarkən Orxanın bütün günü öz otağında telefonla kimlərləsə danışdığını, bəzi hallarda isə uca səslə mübahisə etdiyini hiss etmişdir. Orxandan nə işlə məşğul olmasını soruşduqda, Orxan ona maşın satışı ilə məşğul olan saytlarda müştərilərə maşın satışında köməklik etdiyini və hər satılan maşına görə pul qazandığını demişdir. O, yenə də Orxanın onlayn yolla dələduzluq etməsini ağlına gətirməmişdir. Çünki Orxan dediyinə görə bu işə tövbə etmişdir. Orxan ondan nömrəni istəyərkən ilk əvvəl vermək istəməsə də, sonradan Orxanın evində qaldığı üçün, Orxanın ürəyinə pis gələcəyini düşünüb, əlacsız qalaraq nömrəni Orxana vermişdir. Orxan nömrəni ondan götürərkən öz adına keçirəcəyini demişdir. O, da Orxana nəsə neqativ bir hal olacağı təqdirdə hər şeyi olduğu kimi danışacağını demişdir. Orxan da razılaşmışdır. Həmin nömrədən Orxan istifadə etməyə başlamışdır. Həmin ərəfələrdə Orxanın yanına Elmar və Məhəmməd adlı tanışları da gəlib-getmişlər. O, Orxana bu barədə iradını bildirdikdə Elmarın ona lazım olduğunu demişdir. Orxan Məhəmmədi evdən uzaqlaşdırmaq istəyərkən Məhəmməd Orxana öz adına olan bir neçə nömrə və hətta öz bank kartını verməklə Orxanın evində qalmasına razılığını almışdır. Elmarla Məhəmməd də həmin evdə qalıb qonaq otağında gecələmişlər. O, getdikcə Orxandan yenə də şübhələnməyə başlamışdır. Sonradan əmin olmuşdur ki, Orxan yenə onlayn yolla dələduzluq işləri görür, hətta bu işdə Orxanı Elmar da məcbur edir. Elmar özünə məxsus bank kartını Orxana verməklə bütün pulların həmin hesaba köçürülməsini təmin etmişdir. Məhəmməd isə öz adına mobil nömrələri, eləcə də özünə məxsus olan bank kartının hesabını Orxana vermişdir. Günlərin birində Orxan öz telefonunu onlayn oyun oynayarkən ayaqyoluna getdiyi üçün oyunu davam etdirsin deyə ona vermişdir. O, oyun oynayarkən telefonun «WhatsApp» proqramına ard-arda, dayanmadan onlarla mesaj və zənglər gəldiyini görmüşdür. Zənglərin birinə əli dəyərək «WhatsApp»a daxil olmuşdur. Orada Orxana müxtəlif nömrələrdən söyüş təhqir dolu mesajların gəldiyini görmüşdür. Bu an bir daha Orxanın internet vasitəsilə onlayn yolla dələduzluq etdiyinə əmin olmuşdur. Orxana qarşı ağır söyüşlər söyüldüyü üçün Orxan geri qayıdarkən o, birbaşa bunu Orxana hiss etdirməmişdir. Fəridə vasitəsilə Orxandan nömrəni geri almağa çalışsa da Orxan nömrəni geri qaytarmamışdır. Hətta həmin vaxt Elmar ona «nədi bir nömrənin söhbətini edirsən» deyə kobud cavab vermişdir. O, onlara bu işlə bağlı problem olacağı təqdirdə hər şeyi olduğu kimi danışacağını demişdir. Daha sonra o, Fəridəni oradan götürüb evdən çıxmışdır. Sonra xeyli müddət onlarla münasibəti olmamışdır. Hətta Orxan bir neçə dəfə onunla əlaqə saxlasa da o, Orxanla görüşməmişdir. Onun evdə qalarkən Elmarla bir neçə dəfə mübahisəsi düşmüşdür. Elmar hətta onu vurmaq istədiyini də ona sözlə demişdir. O, da polisə məlumat verəcəyi halda onların cəzalarını çəkib qurtardıqdan sonra və ya vətəndaşlara vurduqları ziyanı ödəyib sərbəst buraxıldıqdan sonra gəlib ona qarşı neqativ hərəkət edəcəklərindən qorxduğu üçün polisə məlumat verməmişdir. Onun, həmçinin Fəridənin bu işlərlə hər hansı bir əlaqəsi olmayıbdır. Digər şahidlər – Şahid1 və Şahid3 məhkəmə iclaslarına gəlməmiş, üzrlü səbəblərə görə (səhhətləri, ailə vəziyyəti və işləri ilə bağlı) məhkəmədə iştirak edə bilmədiklərini və ibtidai istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Şahid2 işin ibtidai istintaqı zamanı ailəsi ilə birlikdə ünvan 19 ünvanında qeydiyyatda olmaqla yaşadığını, Zərərçəkmiş şəxs1 Fizuli oğlunun və Zərərçəkmiş şəxs2 tanımadığını, onlara qarşı törədilmiş dələduzluq əməlini onun törətmədiyini, lakin həmin cinayət əməlinin törədilməsində istifadə edilən ***-***-**-** saylı mobil nömrənin onun istifadəsində olmasa da, onun adına qeydiyyatda olduğunu, həmin cinayət əməlini törədən şəxsləri tanıdığını və həmin vaxt onların yanında olduğunu, tanışları olan X6 və Təqsirləndirilən şəxs2 birlikdə dələduzluq əməlləri ilə məşğul olduqlarını, Orxan İsgəndərovun şəxsiyyət vəsiqəsinin olmadığını, buna görə də mobil nömrəni onun adına aldığını, bundan başqa, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsi olduğu üçün onlar Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-dən bank kartı əldə edərək həmin kart vasitəsilə dələduzluq etdiklərini, bir müddət əvvəl onlar həmin kartı itirmiş olsalar da, kart Orxan İsgəndərovun mobil telefonunda olan bank tətbiqinə qeydiyyatda olduğundan onların bütün pulları həmin karta ataraq, oradan başqa karta yönəldərək və nağdlaşdıraraq ələ keçirdiklərini, o cümlədən də, təxminən 2022-ci ilin may ayının əvvəllərində tanışı X10 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri 9-cu mikrorayon ərazisində «Moskva-43» deyilən binalardan kirayə ev tutaraq yaşayan zaman onların evinə gedib-gəldiyini, həmin vaxt evdə Orxanın, onun qeyri-rəsmi yaşadığı Aynur adlı qadının və Elmarın yaşadığını, onlarda olan zaman Orxan və Elmarın birlikdə dələduzluq etmək üçün «Turbo.az» saytına «VAZ 2101» markalı avtomobil yerləşdirərək yalandan satmaq istədiklərini elan etdiklərini, bundan bir qədər sonra Ucar rayon sakini kimi özünü təqdim edən Elmurad adlı şəxsin zəng edərək onun adına qeydiyyatda olmaqla Orxan İsgəndərovun istifadəsində olan ***- ***-**-** mobil telefonla danışaraq həmin avtomobili almaq istəməsini bildirdiyini, Orxanın Elmurad adlı şəxslə mobil telefonla danışaraq maşını almaq üçün 300 manat beh göndərməli olduğunu bildirdiyini, onlar razılaşdığını və Elmurad adlı şəxsin tezliklə Təqsirləndirilən şəxs2 adına olan bank kartına 300 manat göndərdiyini, bundan təxminən 10 dəqiqə sonra Orxan İsgəndərovun yenidən Elmurada zəng edərək 300 manat pul göndərməli olmasını və yalnız bundan sonra avtomobili Ucar rayonuna gətirəcəyini bildirdiyini, Elmurad adlı şəxsin əlavə 300 manat pulu da eyni qaydada Təqsirləndirilən şəxs2 adına olan "xxxx"a məxsus bank kartına göndərdiyini, sonra Orxanın telefonu söndürərək Elmurada cavab vermədiyini, onun bildiklərinin bunlardan ibarət olduğunu, Zərərçəkmiş şəxs2 qarşı isə kimin və hansı şəkildə dələduzluq etməsini bilmədiyini və şahidi olmadığını, Orxan və Elmarın dələduzluq ilə məşğul olmalarını bilsə də, konkret olaraq kimlərə qarşı dələduzluq etmələrini bilmədiyini, özünün heç bir cinayətdə iştirak etmədiyini, ona pul verilmədiyini, sadəcə baş verənlərə şahid olduğunu, onlara kömək etmədiyini və ona pul verilmədiyini bildirmişdir. Şahid4 işin ibtidai istintaqı zamanı ailəsi ilə birlikdə ünvan 20 ünvanında qeydiyyatda olmaqla yaşadığını, Zərərçəkmiş şəxs1 Fizuli oğlunu və Zərərçəkmiş şəxs2 tanımadığını və onlara qarşı törədilmiş dələduzluq əməlini onun törətmədiyini, həmin cinayət əməlinin törədilməsində istifadə edilən ***-***-**-** saylı mobil nömrənin, eləcə də plastik kartların sahibini və istifadəçisini tanımadığını, lakin cinayət işində adları çəkilən Orxan İsgəndərovu və Təqsirləndirilən şəxs2 tanıdığını, təxminən 2022-ci ilin yanvar ayında su filtrləri mağazasında işləyən zaman Orxan İsgəndərovu və Şahid3 tanıdığını, sonradan aralarında dostluq münasibətlərinin yarandığını və hətta Aynur və Orxanın birgə yaşadıqları evə də getməyə başladığını, onların vasitəsilə Təqsirləndirilən şəxs2 və Şahid5 tanıdığını, Şahid5la aralarında sevgi münasibətinin yarandığını, 2022-ci ilin fevral ayında su filtrləri mağazasından işdən çıxdığını və Ayaz adlı şəxsin paltar mağazasında satıcı işləməyə başladığını, həmin vaxt X7 öz adına qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrə verərək saxlamağı xahiş etdiyini, təxminən mart ayında oradan da işdən çıxdığını və həmin nömrənin onda qaldığını, təxminən aprel ayında isə Davud onda nömrəni görüb soruşduqda həmin nömrənin Ayaza məxsus olduğunu dediyini, həmin vaxt Orxanın da yanlarında olduğunu və təxminən 1 həftə sonra Davud vasitəsilə ondan nömrəni aldığını, lakin o, Orxanın həmin nömrəni hansı məqsədlə istifadə etməsini bilmədiyini, Orxan İsgəndərovun həmin nömrə vasitəsilə ayrı-ayrı şəxslərə qarşı dələduzluq etməsinin sonradan ona məlum olduğunu, lakin onun bu işlərdən xəbərinin olmadığını, bütün bildiklərinin qeyd etdiklərindən ibarət olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, habelə şahidləri dinləyib, məhkəmə istintaqında araşdırılmış sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərinə baxmayaraq onlara ittiham olunan cinayət əməllərini törətmələri faktı iş üzrə toplanmış sübutlarla tam təsdiq olunmuş sayılmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə elan olunmuş ittihamla bağlı məhkəməyə bildirdikləri işin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X9, habelə şahidlər Şahid6 və Şahid7 ifadələri və iş materialları ilə tamamilə təkzib olunur. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bildiyini bildirdiyinə baxmayaraq, onun müvafiq cinayət əməllərini törətməsi faktı öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə cinayət işin materialları ilə tam təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hər iki təqsirləndirilən şəxsin törətdikləri cinayətlərin xüsusatları ilə bağlı məhkəməyə bildirdikləri müvafiq hissələr üzrə qeyri-səmimi olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz əməlini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, özünün 2016-cı il aprel döyüşlərində, qardaşının isə 44 günlük Vətən Müharibəsində iştirak etməsini, zərərçəkmiş şəxslər X14, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs10 istisna olmaqla digər zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bildiyinə baxmayaraq əməlini faktik olaraq etiraf etdiyini və peşman olduğunu, deməsinə görə valideynlərinin xəstəliklərdən əziyyət çəkdiyini Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs10 istisna olmaqla digər zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 iyun 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 120.2.6, 29, 120.2.11, 181.3.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi (köhnə redaksiyada) tətbiq olunmaqla 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2015-ci il tarixli qərarına əsasən həmin hökm üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 14 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır Zərərçəkmiş şəxs X14 iş üzrə ibtidai istintaq dövründə mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxsin iş üzrə mülki iddiaçı qismində tanınması üçün qanuni əsas olmayıb. Belə ki, o, ibtidai istintaq dövründə ibtidai istintaq orqanına sadə ərizə ilə müraciət edərək (cinayət işi: 7-ci cild, v. 43) qanunauyğun qaydada tərtib olunmuş iddia ərizəsi təqdim etməmiş, həmçinin iddianın verilməsi üçün zəruri olan dövlət rüsumunu ödəməmişdir. Belə olan halda o, mülki iddiaçı kimi tanına bilməzdi. Zərərçəkmiş şəxs X14 işin məhkəmə baxışı dövründə də iddia ərizəsi təqdim etməmiş, dövlət rüsumu ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə X9 yuxarıda göstərilən ərizəsində qeyd olunan pul tələbinə mövcud vəziyyətdə baxılmasını mümkün saymır. Eyni zamanda izah olunur ki, zərərçəkmiş şəxs X14 Təqsirləndirilən şəxs1 qarşı mülki icraat qaydasında iddia qaldırmaq hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 26 iyul – 20 oktyabr 2022-ci il tarixləri üzrə tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 24 (iyirmi dörd) gün müddəti Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 01 noyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 26 iyul 2022-ci il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-8/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-8/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver