Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-8/2025 08.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Neftçala Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 1(053)-41/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması çəzasına məhkum edilmiş, Neftçala şəhəri, H.Əliyev prospektində nömrəsiz ünvanda qeydiyyatda olmaqla orada yaşayan, 24-26 sentyabr 2024-cü il tarixlər üzrə tutulmuş, 26 sentyabr 2024-cü il tarixdə barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 13,88 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 24 sentyabr 2024-cü il tarixdə, saat 21:50 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Kürkənd kəndi ərazisində mərkəzi küçədə saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli polietilen bükülüdə təmiz çəkisi-13,88 qram, xeyli miqdar olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, öz evində tək yaşayır. Arvadından boşansa da bir azyaşlı övladı var. Ona aliment ödəyir. Təxminən 1 ay əvvəl Neftçala rayonu, 2 №-li Mayak kəndində, dəniz kənarında qara sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana tapmışdır. Həmin narkotik vasitədən ara-sıra istifadə etmişdir. Bükülünü açan kimi marixuananı tanıyıb, evə gətirmiş və istifadə etmişdir. 24 sentyabr 2024-cü il tarixdə, saat 21:50 radələrində narkotik vasitədən istifadə etmək üçün həmin qara sellofanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoymuş, Kürkənd kəndində, küçədə asfalt yolda yaşayış evlərinin arası ilə mağazaya gedərkən bu zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmiş və üstündə qanunsuz narkotik vasitə saxlaması barədə məlumatları olduğu üçün onun üzərinə baxış keçirəcəklərini bildirmişlər. Videoçəkilişlə ona təklif olunmuşdur ki, üstündə narkotik vasitə varsa təqdim etsin. O da üzərində olan narkotik vasitəni təqdim etmək istədiyini bildirmişdir. Ondan sonra əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxladığı içində marixuana olan həmin qara sellofan bükümü polis əməkdaşına təqdim etmişdir. Orada üzərinə baxış keçirilmiş, şəxsi əşyalarından başqa cinayət xarakterli predmet aşkar olunmamışdır. Daha sonra onu Neftçala RPŞ-nə gətirmişlər. Burada da videoçəkilişlə barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunmuş, ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi ona təqdim edilmiş, maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmiş, sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuş, bundan sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə baxış zamanı digər cinayət xarakterli əşya və predmet aşkar olunmamış, hazırda əməlindən peşmandır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı özü qəbul etmək üçün saxlamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız istifadə etmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili olmaqla polis baş leytenantıdır. Neftçala RPŞ-nın əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 24 sentyabr 2024-cü il tarixdə, axşam saat təxminən 21:50-də Neftçala şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və istifadəsində şübhəli bilinərək Neftçala rayonu, Kürkənd kəndi ərazisində mərkəzi küçədə saxlanılaraq orada əməliyyat-axtarış tədbiri keçirilmiş, şübhəli şəxsin üstünün yoxlanılması və üzərinə baxış keçirilməsində onunla birlikdə Neftçala RPŞnın əməkdaşı Şahid2 iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd qara rəngli polietilen bükülü aşkar olunmuşdur. Həmin bükülü açıldıqdan sonra müəyyən olunmuşdur ki, içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə qablarşdırılmaqla “203” saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunmaqla iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şübhəli şəxs onlar tərəfindən Neftçala RPŞ-nə gətirilmişdir. Növbətçi hissədə digər polis əməkdaşlarının, yəni polis baş serjantı Şahid3 ilə polis serjantı Şahid4 və müdafiəçi vəkil Müdafiəçi iştirakı ilə təhqiqatçı, polis mayoru Müşviq Abdullayev tərəfindən protokol tərtib olunmuş və həmin protokol orada olan bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu və onu təxminən 1 ay əvvəl Neftçala rayonu, İİ Mayak kəndi ərazisində dəniz kənarında yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 25 sentyabr 2024-cü il tarixli, 18/826 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərində....” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-13,88 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 05 noyabr 2024-cü il tarixli, 776 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(053)-41/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin 08 yanvar 2024-cü il tarixli, 09 №-li sorğunun cavablandırılması məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(053)-41/2024 saylı hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixə cəzasının 3 ay 26 günü çəkilmiş, 01 il 8 ay çəkilməmiş olaraq qalmışdır. Neftçala rayonu İHB-nin Neftçala şəhəri İƏDÜN-dən daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxs Əliyev X3 şəhəri, H.Əliyev prospektində qeydiyyatda olmaqla orada yaşayır. xx.xx.2012-ci il təvəllüdlü X5 vardır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs 1 nəfər azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunur ki, X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(053)-41/2024 saylı hökmünə əsasən əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin təqsirləndirilən şəxsin yuxarıda göstərilən hökm üzrə cəzası azadlıqdan məhrumetmə ilə bağlı olmadığından onun hazırkı iş üzrə əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətin residivi yoxdur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2024-cü il tarixli, 1(053)- 41/2024 saylı hökmüdən sonrakı müddətdə törətdiyindən ona CM-nin 67.1 və 68-ci maddələrinin tələblərinə əsasən cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, Ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,86 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Neftçala Rayon Məhkəməsinin 1(053)-41/2024 nömrəli iş üzrə 14 avqust 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablansın, alınan 10 (on) ay hazırkı hökmlə təyin olunan 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 24-26 sentyabr 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının əvvəli 08 yanvar 2025-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «Həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və Ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,86 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-8/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-8/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver