Məhkəmə qərarları › İş №1(053)-85/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-85/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-85/2025 28.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, X8 üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Abasallı kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, 24–25 sentyabr 2025-ci il tarixləri üzrə tutulmuş, 25 sentyabr 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, məhkəmənin inzibat binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 8,14 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, özündə saxlayaraq daşımış, Neftçala rayon Polis Şöbəsinin əməkdaşlarının alınmış malumat əsasında keşirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 24 sentyabr 2025-star 02:50 dəqiqədə Neftçala şəhəri M.Əsədov küçəsi ərazisində piyada hərəkətdə olan zaman şübhəli şəxs kimi saxlanılmış və orada üzərində yoxlama keçirilərkən, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd polietilen bükümdə, təmiz çakisi 8,14 qram olan xeyli miqdarda narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanınış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və ittihamın dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özü heç bir yerdə işləmir və şəxsi işlərdə işləyərək dolanır. Təxminən bir neçə il olar ki, mütəmadi olaraq narkotik maddə olan qurudulmuş marixuana qəbul edir yəni, "nəşə çəkir. 20 sentyabr 2025-ci il tarixdə yaşadığı Neftçala şəhəri ərazisində olarkən olarkən yerdə olan selofan büküm diqqətini cəlb edib. O, ətrafa baxıb sakitçilik olduğunu görüb dəqiqləşdirdikdən sonra sonra yerdəki selofanan bükümü götürüb və onu açıb içərisinə baxdıqda narkotik maddə olan qurudulmuş marixuana tapdığını bilib. Həmin tapdığı qurudulmuş marixuananı əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyub gizlədib ki, lazım olanda ondan çəkib istifadə edər. Bir dəfə siqaretə doldurub ondan çəkib. 24 sentyabr 2025-ci il tarixdə gecə saat təxminən 02:50 radələrində Neftçala şəhəri, M.Əsədov küçəsi ərazisində yol ilə tək gedərkən yol kənarında Neftçala rayon Polis Şöbəsinin əməkdaşları mülki geyimdə video çəkilişlə ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra elə onu saxladıqları yerdəcə üzərinə baxış keçiriblər. Baxış zamanı əynimdə olan göy rəngli cins şalvarın sağ yan cibindən, selofan bükümdə olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bundan sonra polis əməkdaşları ona onlarla birlikdə Neftçala RPŞ-nə getməyini xahiş ediblər. O, onlarla birlikdə Neftçala RPŞ-nə gəlib. Növbətçi hissədə polis əməkdaşlarının və müdafiəçi vəkilin iştirakı ilə saxlanıldığı yerdə üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilmiş selofan bükülüdə olan narkotik vasitəqurudulmuş marixuana ağ zərfə qoyularaq qablaşdırılıb və möhürlə möhürlənib. Həmin zərfi o və vəkili Müdafiəçi imzalarla təsdiq ediblər. İmzalanmış ağ zərf DİN-in "203" saylı möhürü ilə möhürlənərək qablaşdırılıb. Həmin vaxt ətrafda o heç kimi görməyib və orada həmin vaxt tək olub. O, həmin tapdığım narkotik vasitə olan qurudulmuş marixuanadan heç kimə satmayıb, verməyib və bağışlamayıb. O, narkotik maddələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olmur. Yalnız arada bir narkotik vasitə qəbul edir. Əməlindən peşmandır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini xahiş edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasına gəlməmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət prosesi tərəflərinin mülahizələri dinlənildikdən sonra elan edilmiş və müəyyən edilmişdir ki, onlar Təqsirləndirilən şəxs ifadəsinə oxşar məzmunda ifadə vermişlər. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raportlar, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Neftçala RPŞ-nın NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 şöbənin rəisinə müraciət edərək xx.xx.1978-ci il təvəllüdlü Neftçala rayonunda doğulmuş, Neftçala rayonu Abasalılı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Şöbə rəisi Emil Cavadov tərəfindən əməliyyat qrupunun təşkil edilməsi, qrupun tərkibinə şöbənin Neftçala RPŞ-nin PRXB-nin polis nəfəri Şahid2 və Neftçala RPŞ-nın KTQ-nin baş inspektor kriminalisti X12 daxil edilməklə, qrupa rəhbərliyin baş əməliyyat müvəkkili Şahid1 həvalə edilməsinə dair 3-12-100/Ə303/2025 nömrəli əmr verilmişdir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi Emil Cavadov tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2025-ci il tarixli 3-13-100/2-10438/2025 nömrəli daxil olma ştampı olan, baş əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 02.50 radələrində Neftçala şəhəri M.Əsədov küçəsində yolun kənarında piyada hərəkət edərkən saxlanılaraq Neftçala RPŞ-nə gətirilmişdir. Əsgərov X7 RPŞ-nin TB-nın təhqiqatçısı İbrahim İsgəndərov tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 3-12) İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd polietilen bükülmüş bükülünü çıxararaq təqdim etmiş, həmin bükülü açılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 203 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı digər qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılarkən “Canon” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla diskə köçürülmüş və protokola əlavə edilmişdir. (i.v.7-8) İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 2 ədəd disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-cı il tarixli 18/702 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs üzərindən.. ” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 8,14 qram bitki mənşəli kütlə tərkibindəki narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəydən həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 8,12 qram qurudulmuş marixuana qalıq qalmışdır. (i.v.37-38) İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X3 dair ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 563 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzzərə alaraq , həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür (i.v.73). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(İŞ VƏR.: 64-65) İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 223960 nömrəli xx.xx.2009-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2009-cu il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2r. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 613741 nömrəli xx.xx.2011-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2011-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 619411 nömrəli xx.xx.2021-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi fərdi qaydada fgəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs ərizəsini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Hüquqi məsələlər: Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilərək cinayət təqibinə xitam verilməlidir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 5.1-ci hissəsində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.16-cı hissəsində göstərilmişdir ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.16-ci hissəsidə qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxsə tətbiq edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı-yetkinlik yaşına çatmayan övladı vardır. Baxılan iş üzrə Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyil.İş üzrə maddi ziyan yoxdur. Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 19.5-ci bəndinə əsasən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlıyetkinlik yaşına çatmayan övladı vardır. Cinayət Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarının 1.16-cı və 5.1-ci hissələrinin təsiri altına düşür. Bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər iş üzrə mövcud deyil. Amnistiyanı tətbiq edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı mövcuddur. Yuxarıda sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsbarəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarın 1.16-cı və 5.1-ci hissələri tətbiq edilməli və iş üzrə cinayət təqibinə xitam verilməlidir. Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,12 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Neftçala RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 2 ədəd disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 67,30 (altmış yeddi manat otuz qəpik) manat təşkil edir. Beləliklə maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Neftçala RPŞ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,12 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 67,30 (altmış yeddi manat otuz qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 8 (səkkiz) saata görə 88 (səksın səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X6 hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia, maddi ziyan, məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.12, 43.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,12 qram təşkil edən maddə – bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 67,30 (altmış yeddi manat otuz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 8 saata görə 88 (səksən səkkiz) manat pul vəsaiti fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesablaşma hesabına ("xxxx" ASC Neftçala rayon filialı, kod 200640, VÖEN **********, m/h AZ37NABZ013501**********1944, S.W.İ.F.T. AİİBAZ2X, hesab AZ26AİİB**********0********) ödənilsin. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar