Məhkəmə qərarları › İş №1(053)-9/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-9/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-9/2024 03.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 2001-ci il tarixdə Neftçala rayonu, Qırmızıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı və həmkəndlisi Neftçala rayonunun Qırmızıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus şəxsi həyatının sirrini əks etdirən 1 ədəd hicabda baş nahiyəsi görünən, 2 ədəd boyun nahiyəsindən qarın nahiyəsinə kimi çılpaq, 2 ədəd qarın nahiyəsindən diz nahiyəsinə kimi çılpaq foto şəkillərini “TikTok” sosial şəbəkəsi vasitəsilə aralarında olan ünsiyyət zamanı 2023-cü ilin sentyabr ayının ortalarında, günü istintaqa məlum olmayan tarixdə əldə edib həmin foto şəkilləri 11 oktyabr 2023-cü il tarixdə, saat 18:20 radələrində Neftçala rayonunun Qırmızıkənd kəndi ərazisində həmin kənddə yaşayan tanışı Şahid2 istifadəsində olan “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə göndərməklə Zərərçəkmiş şəxs şəxsi həyatının sirrini əks etdirən foto çəkiliş materiallarını Neftçala rayonunun Qırmızıkənd kəndinin əhalisi arasında yaymışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, rayonun Qırmızıkənd kəndində yaşayır. 2023-cü ilin sentyabr ayının ortalarında onun “TikTok” sosial şəbəkəsinda olan "esed052" adlı hesabında paylaşdığı videoları adını xatırlamadığı şəxsin “TikTok” sosial şəbəkəsində olan hesabı bəyəndiyini və bir videoya rəy yazıldığını görmüşdür. Onun “TikTok”-da paylaşdığı bacısı qızının videosunun altından "Allah saxlasın" yazmışdır. O, həmin şəxsə yazmışdır ki, kimsiniz? Həmin şəxs ona qonşu kənddən - Xolqarabucaq kəndindən olduğunu demişdir. Özünü ona tanıtmamışdır. O, elə düşünmüşdür ki, dostları onunla zarafat edir. O, bir müddət həmin şəxslə orada danışmışlar. O, həmin şəxsin kim olduğunu bilməmişdir. Həmin şəxs ona dostu olmadığını, qız olduğunu bildirmişdir. Şahnaz daha sonra "***-***- **-**" nömrəsinə "salam" yazmışdır. Şahnazın ona yazdığı nömrə hazırda yadında deyil. Ancaq "050" ilə başlayırmış. Şahnaz ona qayınatası Əlibayramın nömrəsini öz telefonuna taxdıqdan sonra onun nömrəsinin telefonuna düşdüyünü demişdir. Bundan sonra aralarında tanışlıq yaranmışdır, mobil telefonla, ona məxsus ***-***-**-** va ***-***-**-** telefon nömrələrində olan “WhatsApp” proqramı vasitəsilə bir-birilə danışmağa başlamış, eyni zamanda ***-***-**-** və ***-***-**-** telefon nömrələri ilə adi zəng və mesaj vasitəsi ilə əlaqə saxlamışlar. Artıq o, bilmişdir ki, onunla danışan qız həmkəndlisi Zərərçəkmiş şəxsdır, qaynatası isə Əlibayramdır. Əlibayram rayonun Qırmızıkənd orta məktəbində gözətçi işləyir, o da həmin məktəbin tikintisi zamanı fəhlə işlədiyindən Əlibayramı tanımışdır. Daha sonra Şahnaz özünə məxsus olan çılpaq fotoşəkillərini ona “TikTok”-da göndərmişdir. Həmin fotoşəkillərin birində başında hicab olmuş, digər 4 ədəd fotoşəkillər isə sinəsi və göbəyindən aşağı nahiyəsi açıq paltarsız çılpaq fotoşəkillər olmuldur. Şahnaz ona şəkilləri atdıqdan sonra öz yaşadığı Qırmızıkənd kəndində yerləşən evinə dəvət etmişdir. O, qorxduğu üçün bundan imtina etmişdir. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd başında hicab olan, digər 4 ədəd sinəsi və göbəyindən aşağı nahiyəsi açıq paltarsız, çılpaq fotoşəkilləri “WhatsApp” proqramı vasitəsilə tanışı Hüseynə göndərmişdir və demişdir ki, "bax bu qızı tanıyırsan?" Hüseyn də hicablı və çılpaq fotoşəkilləri görən kimi tanımışdır, “WhatsApp”-la zəng vurub demişdir ki, "bu qonşumuz Şahnazın fotoşəkilləridir". Onun Zərərçəkmiş şəxs məxsus çılpaq fotoşəkilləri tanışı Şahid2 göndərməkdə məqsədi o imiş ki, bilmək istəmişdir ki, Hüseyn həmin çılpaq fotoşəkilləri görəndə həmin çılpaq fotoşəkillərin kimə məxsus olduğunu tanıyacaqmı. Hüseyn də həmin fotoşəkilləri görən kimi tanımışdır. O, fikirləşmişdir ki, Hüseyn həmin fotoşəkilləri görsə də, heç kimə yaymaz və heç kimə bir söz deməz, amma məsələ fikirləşdiyinin əksinə baş vermişdir. Hüseyn də Şahnaza məxsus çılpaq fotoşəkilləri tanışlarına və digər kənd sakinlərinə göndərmişdir. Zərərçəkmiş şəxs ilə yalnız dostluq münasibətləri olmuş, ona cinsi əlaqədə olmağı təklif etməmiş və onunla cinsi əlaqədə olmamışdır. Hazırda zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə göndərdiyi teleqramda ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, işə iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, evdar qadındır. 2018-ci ildə Şahid4 ilə ailə qurmuşdur. Həmin nikahdan 2020-ci il təvəllüdlü Bayram Ağazadə və 2022-ci il təvəllüdlü Aydan Ağazadə adlı 2 azyaşlı övladı olmuşdur. Təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərində səhv xatırlamırsa "bayramaydan79gmail.com" adlı “TikTok” sosial şəbəkəsində olan hesabında bir neçə tanımadığı profillərin paylaşdığı videoları bəyənmiş, rəy yazmışdır. Həmin gün saat 23 radələrində ona "Abbasov 052" adlı “TikTok” hesabından mesaj gəlmişdir. "Salam necasiniz. tamış olmaq olar?" yazılmışdır. O. "Salam. xeyr olmaz" yazmışdır. Daha sonra ona "xahiş edirəm dərdim var, dərdimi dinlə" yazmışdır, o da "olar danış" demişdir. Ona dərdini danışmağa başlamışdır. Ona uşaqlıqdan bir qızı sevdiyini, həmin qızı əsgərlikdən gəldikdən sonra başqası ilə evləndirdiklərini demişdir. O, Əsədullaya təsəlli vermişdir. Bir az danışdıqdan sonra Əsədulla onun kim olduğunu, harada yaşadığını öyrənmək istəmişdir. O, əvvəlcə Əsədullaya kim olduğunu və harada yaşadığını deməmişdir. O, Əsədullaya Xolqarabucaq kəndindən olduğunu demişdir. Əsədulla ona dostluq təklif etmişdir. O, dostluq təklifini qəbul etməmişdir. Əsədulla ona özünü öldürəcəyini və ölümünə səbəb kimi onun adını deyəcəyini bildirmişdir. O, Əsədullanın özünü öldürəcəyindən qorxmuşdur. Əsədulla ilə danışmağa davam etmişdir. Bir müddət danışmışlar. Əsədulla ona Xolqarabucaq kəndindən bir neçə nəfərin adını demişdir və o, həmin adamları tanımamışdır. Əsədulla onun Xolqarabucaq kəndindən olmadığını bilmişdir. Bir müddət danışdıqdan sonra o, Əsədullaya Qırmızıkənd kəndindən olduğunu, adının Şahnaz olduğunu demişdir. Daha sonra Əsədulla onu sevdiyini demişdir. O, Əsədulla ilə əlaqəni kəsmək istəmişdir. Əsədulla onunla olan mesajları əri Baxışa göstərəcəyi, özünü öldürəcəyi və səbəbkar kimi onu göstərəcəyi ilə onu hədələmişdir. O da məcbur qalıb Əsədulla ilə danışmışdır. Daha sonra onu görmək istədiyini, özünün çılpaq şəkillərini göndərməyini, onu boşaltmağını istədiyini demişdir. O, əvvəl razı olmasa da, Əsədulla özünü öldürəcəyini, yazışmaları yayacağını, əri Baxışa göstərəcəyi ilə onu hədələmişdir. O, Əsədullaya hicabda olduğu şəklini atmışdır. Əsədulla ondan çılpaq şəkillərini ona göndərməyini istəmişdir. O, Əsədullaya heç bir paltar olmadan çılpaq sinəsinin şəklini atmışdır. Həmin şəkildə onun başı düşməmişdir. Həmin şəkildə boyun hissəsindən aşağı göbək nahiyyəsından yuxarı hissə düşmüşdür. Digər bir şəkildə isə göbək nahiyəsindən dizinə qədər olan nahiyəsi paltarsız çılpaq formada şəklini çəkərək Əsədullaya göndərmişdir. Həmin şəkilləri göndərdikdən sonra Əsadulla ona boşaldığını və sağ ol demişdir. O, azyaşlı uşaqları Aydan va Bayramı Səmədov adına tam orta məktəbin həyətinə aparıb gəzdirərkən Əsədulla onun arxasınca gəlmişdir. Ona heç bir söz demədən yaxınlaşmadan getmişdir. Daha sonra bir dəfə də o, axşamçağı uşaqlarını gəzdirmək üçün məktəbin həyətinə getdikdə Əsədulla yenə onları izləmiş və yaxınlaşaraq qısqırıb onun sevgisinə cavab verməsə özünü öldürəcəyini demişdir. Lakin, ətrafda heç kim olmadığma görə Əsədullanı heç kim eşitməmiş və görməmişdir. Daha sonra bir müddət keçmiş, təxminən sentyabr ayının sonlarında Əsədulla ondan 100-150 manat civarında borc pul istəmişdir. O, Əsədullaya pulu olmadığını demişdir. Daha sonra qızıl istəmişdir. O. Əsədullaya qızıl və ya pul verməmişdir. Əsədulla həmin pulları ondan hədə-qorxu ilə tələb etməmişdir. Həmin günün səhəri onlar ayrılmışlar. O, Əsədullaya demişdir ki, səndə olan şəkilləri, mesajları, nömrəsini sil. Əsədulla ona demişdir ki, siləcək. Daha sonra bir müddət keçdikdən sonra Əsədulla ona “Whatsapp”da yazmışdır. O, Əsədullanı blok etmişdir. Sonuncu dəfə təxminən oktyabr ayının 10-u Əsədulla ona “TikTok” da yazmışdır. Ordan da blok etmişdir. “TikTok” sosial şəbəkəsinin programını telefonundan silmişdir. Oktyabr ayının 13-də, saat 19 radələrində anası Şahid9 ona zəng etmişdir. Anası ona demişdir ki, "qızım sən Əsəd adlı şəxslə danışmısan?" O, qorxduğu üçün anasına Əsədulla adlı şəxslə danışmadığını, Əsədullaya şəkillər göndərmədiyini demişdir. Daha sonra əmisi Elxan ondan Əsədulla adlı şəxsə çılpaq şəkillərini atıb-atmadığını soruşmuşdur. O, qorxduğu üçün inkar etmişdir. Əmisi Elxan ona demişdir ki "əgǝr danışmamısansa sənin telefonunu aparaq, danışıqlarını çıxaraq, adımız ləkələnməsin". Əmisi ilə razılaşdıqdan sonra o, həmin axşam saat 19 radələrində əri Baxışa zəng edǝrǝk olanları danışmışdır. Baxış ona demişdir ki, "sabah rayona gəlib hər şeyi həll edəcəm". 14 oktyabr 2023-cü il tarixdə əmisi Elxan ona zəng etmişdir. Elxan ona niyə yalan danışdığını, əslində Əsədulla ila yazışdığını, ona çılpaq şəkillər atdığını demişdir. Ona kənd camaatı içərisində adına söz çıxdığını, ləkələndiyini demişdir. O, olan hadisələrdən hamının xəbəri olduğunu başa düşdükdən sonra intihara cəhd etməyə qərar vermişdir. O, əri Baxışa zəng edərək uşaqlarına yaxşı baxmağını, özünü öldürəcəyini demişdir. Baxış ona demişdir ki, "gözlə gəlib hər şeyi həll edəcəm". O, Baxışa qulaq asmamışdır. xx.xx.2023- cü il tarixdə, səhər saat 10 radələrində yaşadığı evdə olan dərman vasitələrini götürərək 10 ədǝd "parasitomol" və digər adlarını xatırlamadığı cəmi 23 ədəd dərman vasitəsini qəbul etmişdir. Daha sonra bir qurtum ağ rəngli paltarları yumaq üçün istifadə olunan kimyəvi yuyucu vasitə "ace" adlı xlor içmişdir. Yenə də zəhərlənmədiyini gördükdə hamam otağına keçmişdir. Orada olan ülgüclə əvvəlcə sol sonra isə sağ qolunu kəsmişdir. Həmin gün evdə qaynanası Rəsmiyyə Ağayeva, qaynatası Əlibayram və 2 azyaşlı övladı olmuşdur. Qaynanası onun qollarını gördükdə təcili taksi çağıraraq onu Xolqarabucaq xəstəxanasına aparmışdır. Orada bildirmişlər ki, Neftçala RMX-ya getmək lazımdır. Onu təcili tibbi yardım maşını ilə Neftçala RMX-ya gətirmişlər. Orada ona tibbi yardım göstərmişlər. Onun və ya ailə üzvlərinin əvvəllər Təqsirləndirilən şəxs ailə üzvləri ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. O, əvvəllər intihara cəhd etməmiş, özünə heç bir xəsarət yetirməmişdir. Onun xx.xx.2023-cü il tarixdə, səhər saat 10 radələrində dərman vasitələri içərək və hər iki qoluna ülgüc vasitəsi ilə xəsarət yetirǝrǝk intihara cəhd etməyinin səbəbi həmkəndlisi Təqsirləndirilən şəxs ona məxsus çılpaq şəkillərini, onunla olan mesajlarını kənd əhalisi içərisində yayaraq onu rüsvay etməsi olmuşdur. Təqsirləndirilən şəxs ona məxsus hicabda olduğu şəklini, boyun hissəsindən qarın nahiyəsinədək paltarsız çılpaq olan şəklini və qarın nahiyəsindən dizinə qədər paltarsız çılpaq olan şəklini kənd əhalisi içərisində yaymış və onu rüsvay etmişdir. Həmin şəkillərdən hicabda olduğu şəkildə üzü düşmüş, digər boyun hissəsindən qarı nahiyəsinədək paltarsız çılpaq olan şəklində isə onun sinəsinin üstündə və hər iki döşünün ortasında olan xaldan, digər bir şəkildə qarın nahiyəsindən dizinə qədər paltarsız çılpaq olan şəklində isə keysəriyyə əməliyyatının izləri olduğundan həmin şəkillərin ona məxsus olduğu görünür. Həmin şəkilləri sonradan qorxduğu üçün telefonundan silmişdir. Lakin, bildiyinə görə Əsədulla həmin şəkilləri Hüseyn adlı kənd sakininə və adlarını bilmədiyi digər sakinlǝrǝ göndərmişdir. Qardaşı Samir də həmin şəkilləri kənd sakinlərindən əldə etmişdir. Onların telefonunda həmin şəkillər olmalıdır. Ancaq o, həmin şəkilləri təqdim edə bilməyəcəyək. Təqsirləndirilən şəxs ona onunla cinsi əlaqədə olmağı təklif etmişdir. Ancaq məcbur etməmişdir. O, onunla cinsi əlaqədə olmamışdır. Bir dəfə təxminən sentyabr ayının ortalarında o, Əsədullanı yaşadığı evə cinsi əlaqədə olmaq adı ilə dəvət etmişdir ki, Əsədulla gələnədək hər şeyi qayınatası Əlibayrama danışar, qayınatası da Əsədullanı tutar və ondan sonra Əsədulla onu daha narahat etməz. Ancaq Əsədulla onun dəvətini qəbul etməmişdir. Təqsirləndirilən şəxs o, çılpaq fotoşəkillərini 2023-cü ilin sentyabr ayının ortalarında ona etibar edib “TikTok” sosial şəbəkəsi vasitəsilə göndərmişdir, lakin Əsədulla vədinə əməl etməmişdir. Əsədulla ona çılpaq fotoşəkillərini kənd sakinləri və digər sosial şəbəkələrdə yayacağı ilə bağlı hədəqorxu gəlməmiş və hədə-qorxu ilə pul tələb etməmişdir, sadəcə ondan borc pul istəmişdir. O, Əsədullaya demişdir ki, "pulum yoxdur", Əsədulla da ona demişdir ki, "onda qızıl ver", o, bundan imtina etmişdir. Əsədulla da ona bir söz deməmişdir. Sonradan Əsədulla vədinə əməl etməyərək onun göndərdiyi çılpaq fotoşəkilləri həmkəndlisi, Hüseynə göndərmiş, Hüseyn də digər tanışlarına göndərmişdir. O da artıq qohum-qonşu, kənd əhalisi və ailə üzvləri arasında biabır olduğu üçün intihar etmək istəmişdir. Onun Əsədulla ilə sonuncu dəfə “TikTok” sosial şəbəkəsində yazışmağı xx.xx.2023-cü il tarixdə olmuş, bundan sonra o, Əsədullanı blok etmişdir, daha sonra aralarında heç bir əlaqə olmamışdır. O, ailə üzvlərinə Əsədullanın ondan pul tələb etdiyini demişdir, amma əsl həqiqətdə izahatında və ifadəsində göstərildiyi kimidir. Çılpaq fotoşəkilləri yayıldığı üçün ailə üzvlərindən qorxduğundan onlara demişdir ki, Əsədulla ondan hədə-qorxu ilə pul tələb etdiyi üçün çılpaq fotoşəkillərini göndərmişdir. Dolayısı ilə özünə haqq qazandırmağa çalışmışdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Qobustan rayonunda Günəş panellərində quraşdırıcı vəzifəsində işləyir. Hər 40 gündən bir 1 gün Neftçala rayonuna gəlir. 2018-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Həmin nikahdan 2 övladı var. Zərərçəkmiş şəxs onun arvadıdır. Şahnaz xx.xx.2023-cü ildə intihara cəhd etmişdir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 19 radələrində ona zəng edərək kənd əhalisi içində adına söz çıxarıldığını demişdir. Qızımızıkənd kəndində yaşayan Əsədulla adlı oğlanın təxminən 1 ay yarım əvvəl “TikTok” sosial şəbəkəsində Şahnaza yazdığını bildirmişdir. Orada bir müddət yazışdıqdan sonra Əsədulla Şahnazdan telefon nömrəsini istəmişdir. Şahnaz da vermişdir. Daha sonra onlar “Whatsapp” sosial şəbəkəsində yazışmışlar. Daha sonra Əsədulla arvadı Şahnazdan şəklini istəmişdir. Şahnaz Əsədullaya öz şəklini atmışdır. Əsədulla şəkli aldıqdan sonra yoldaşına hədəqorxu gəlmişdir. Əsədulla bildirmişdir ki, əgər Şahnaz ona pul və ya qızıl verməsə yazışmaları və şəklini kənd sakinləri içində yayaraq onu biabır edəcək. Şahnaz Əsədullaya qızıl və ya pul verməmişdir. Bu hadisələr Şahnazın dediyinə görə ilk dəfə 1 ay yarım bundan əvvəl başlamışdır. Şahnaz bu barədə heç kimə məlumat verməmişdir. Şahnaz Əsədullanın ona yazması, ona məxsus olan şəkli yayması ilə bağlı şantaj etməsi barədə heç kimə deməmişdir. Onun olanlardan xəbəri xx.xx.2023-cü il tarixdə, Şahnaz ona zəng edib hər şeyi danışdıqdan sonra olmuşdur. Onun və ya ailə üzvlərinin əvvəllər Təqsirləndirilən şəxs və ya onun ailə üzvləri ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. O, Əsədullanı kənd sakini kimi tanıyır. Zərərçəkmiş şəxs ǝvəllər intihara cəhd etməmişdir. Zərərçəkmiş şəxs intihara cəhd etməsinin səbəbi Qırmızıkənd kəndində yaşayan təxminən 22-23 yaşlı Təqsirləndirilən şəxs arvadı ilə olan mesajlarını onun şəklini yayması ilə onu şantaj etməsi olmuşdur. Zərərçəkmiş şəxs 3-4 ildir ki, hicab taxır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hicabda olan şəklini yaymaqla şantaj etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, 2000ci ildən Neftçala rayonu Qırmızıkənd kəndi Əli Səmədov adına tam orta məktəbdə gözətçi vəzifəsində işləyir və Qırmızıkənd kəndində yaşayır. Zərərçəkmiş şəxs onun gəlinidir. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında yaşadığı evdə olmuş, arvadı Rəsmiyyə o, azyaşlı 2 nəvəsi və gəlini Zərərçəkmiş şəxs da evdə olmuldur. O, işdən gəlmiş, arvadı Rəsmiyyədən soruşmuşdur ki, "bu gün işə gedəcəksən?" arvadı ona demişdir ki, getməyəcək. Daha sonra hamısı birlikdə səhər yeməyi yemişlər. Səhər saat 10 radələrindü görmüşdür ki, arvadı Rəsmiyyə qışqırır. O, cǝld onun yanına- hamam otağına getmişdir. Görmüşdür ki, gəlini Şahnaz hər iki qolunu kəsərək özünə xəsarət yetirmişdir. Dərhal taksi taparaq Şahnazı Xolqarabucaq xəstəxanasına aparmışlar. Orada ona demişlər ki. Neftçala rayon Mərkəzi Xəstəxanasına aparmaq lazımdır. Onlar da təcili tibbi yardım avtomobili ilə Neftçala rayon Mərkəzi Xəstəxanasına gəlmişlər. Orada gəlininə tibbi yardım göstərmişlər. Gəlini Şahnaz intihara cəhd etməyənədək onun olanlardan xəbəri olmamışdır. Gəlini intihara cəhd etdikdən sonra oğlu gəlmişdir, ona olanları danışmış, demişdir ki, həmkəndlisi Rafətin oğlu Əsədulla gəlini Şahnaz ila “TikTok” və “Whatsapp” sosial vasitəsilə yazışmış, ondan şəkillərini alaraq yayacağı ilə hədələmiş və daha sonra həmin şəkilləri kənd camaatı içərisində yaymışdır. Şahnaza xx.xx.2023-cü il tarixdə, axşam saatlarında əvvəlcə anası, sonra əmisi Elxan zəng edərək həmin şəkillər barədə soruşmuşlar. Şahnaz onlara heç nə deməmişdir. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs yoldaşına zəng edərək olanları danışmışdır. O da Şahnazın əmisi Elxana danışmışdır. Elxan xx.xx.2023-cü ildə Şahnaza zəng edərək onlara əvvəldən niyə xəbər verməməsini soruşmuş, cavabında isə Şahnaz utandığından heç kimə heç nə deyə bilmədiyini qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında ərinə zəng edərək uşaqlarına yaxşı baxmağı, intihar edəcəyini bildirmişdir. Əri Şahnaza ona gözləməyini tapşırmış, gələcəyini demişdir. Nəticədə Əsədulla adlı həmkəndlisinin Şahnaza məxsus şəkilləri kənd camaatı arasında yaydığından Şahnaz biabırçılığa dözməmiş və özünü öldürmək istəmişdir. O, Təqsirləndirilən şəxs əvvəldən tanıyır. Əsədulla da onu tanıyır. Şahnazın onun gəlini olduğunu əvvəlcədən bilmişdir. Əsədulla onun işlədiyi məktəbin qarşısında yeni tikilən məktəbdə fəhləlik etmişdr. Onun və ya ailə üzvlərinin əvvəllər Təqsirləndirilən şəxs və ya onun ailə üzvləri ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. O, Əsədullanı kənd sakini kimi tanıyır. Zərərçəkmiş şəxs əvvəllər intihara cəhd etməmişdir. Gəlini Zərərçəkmiş şəxs intihara cəhd etməsinin səbəbi Qırmızıkənd kəndində yaşayan Təqsirləndirilən şəxs Şahnaza aid çılpaq şəkilləri kənd camaatı arasında yayaraq onu rüsvay etməsi olmuşdur. Bildirmişdir ki, Ədədulla Şahnaza məxsus çılpaq şəkilləri xx.xx.2023-cü il tarixdə, axşam saatlarında “Whatsapp” proqramı vasitəsilə tanışı Hüseynə göndərmiş, Hüseyndə həmin çılpaq şəkilləri xx.xx.2023-cü il tarixdə, axşam saatlarında “Whatsapp” proqramı vasitəsilə Emilə göndərmişdir. Emil də həmin şəkilləri xx.xx.2023-cü ildə Elxanın yaşadığı evə gedərək şəkilləri ona göstərmişdir. Elxan da bu məsələni eşidib xx.xx.2023-cü il tarixdə Şahnazın anası Esmira ilə danışmışdır. Anası Esmira xx.xx.2023cü il tarixdə, saat 19 radələrində Şahnaza zəng edərək məsələ barədə soruşmuşdur. Şahnaz utandığından hər şeyi inkar etmişdir. Daha sonra həmin gün Zərərçəkmiş şəxs ərinə zəng edərək ona hər şeyi danışmışdır. Elxan xx.xx.2023-cü il tarixdə səhər saatlarında Şahnaza zəng vurub ondan şəkil məsələsinin nə olduğunu soruşmuşdur. Bundan sonra Şahnaz da bu rüsvayçılığa görə evdə olan 23 ədəd dərmanı və xlor içərək, qollarını kəsərək özünü öldürmək istəmişdir. Təqsirləndirilən şəxsnın müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı, ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Məhkəmə tibbi ekspertizası ilə bağlı 24 oktyabr 2023-cü il tarixli, 212 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs «məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – Hər iki saidin aşağı 1/3-nin iç səthinin yaraları kəsici səthli əşyanın təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə özü-özünə xəsarət yetirməsi nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. Müayinə zamanı döşarası nahiyəsində xal və qarnın ön divarında qasıq nahiyəsində cərrahi əməliyyatdan sonrakı çapıq toxuması vardır». xx.xx.2023-cü il tarixli, könüllü təqdim edilmiş əşyada baxış aparılması haqqında protokoldan görünür ki, Şahid1 təqdim etdiyi telefon qara rəngli olmaqla arxası tünd qara rəngli korpusdan ibarət olmuş, telefona baxış zamanı "whatsapp" sosial şəbəkəsində xx.xx.2023-cü il tarixdə, saat 11:50-də "Hüseyn E" adı ilə qeyd olunan "050- 898-21-60" nömrəsində olan “whatsapp” hesabından Şahid1 "050-733-83- 28" nömrəsində olan “whatsapp” hesabına hicabda olan 1 ədəd fotoşəkil, boyun hissəsindən qarın hissəsinədək paltarsız olan, təxminən 20-25 yaşlı qadına məxsus 2 ədǝd fotoşəkil qarın nahiyəsindən diz nahiyəsinədək paltarsız olan təxminən 20-25 yaşlı qadına məxsus 2 ǝdǝd fotoşəkilin göndərildiyi aşkar olunmuş, başqa iş üçün əhəmiyyət kəsb edən mesajlar aşkarlanmamışdır. Həmin telefonun "galeriya"sına daxil olduqda ailəvi şəkilləri və yuxarıda qeyd olunan göndərilən şəkillər müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs məxsus olduğu iddia edilən həmin fotoşəkillərdən 1 şəkildə sinə hissəsinin ortasında xal, digər 1 ədəd fotoşəkildə isə qarın nahiyəsində cərrahiyyə çapığına oxşar iz görünür. Həmin 5 ǝdǝd fotoşəkillər müvafiq qaydada çıxarılaraq protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli, könüllü təqdim edilmiş əşyada baxış aparılması haqqında protokoldan görünür ki, Şahid2 təqdim etdiyi telefon qara rəngli olmaqla arxası tünd qara rəngli korpusdan ibarət olmuş, telefona baxış zamanı "whatsapp" sosial şəbəkəsində xx.xx.2023-cü il tarixdə, saat 18:20-də "Əsədulla T" adı ilə qeyd olunan "051- 335-24-52" nömrəsindən hicabda olan 1 ədəd fotoşəkil, boyun hissəsindən qarın hissəsinədək paltarsız olan təxminən 20-25 yaşlı qadına məxsus 2 ədəd fotoşəkil, qarın nahiyəsindən diz nahiyəsinədək paltarsız olan təxminən 20-25 yaşlı qadına məxsus 2 ədəd fotoşəkilin Şahid2 məxsus ***-***-**-** “whatsapp” nömrəsinə göndərildiyi aşkar olunmuşdur. Həmçinin xx.xx.2023-cü il tarixdə, saat 19:03-də “whatsapp” sosial şəbəkəsində "Emil" adı ilə qeyd olunan "***-***-**-**" “whatsapp” nömrəsinə hicabda olan 1 ədəd fotoşəkil, boyun hissəsindən qarın hissəsinədək paltarsız olan təxminən 20-25 yaşlı qadına məxsus 2 ədəd fotoşəkil, qarın nahiyəsindən diz nahiyəsinədək paltarsız olan təxminən 20-25 yaşlı qadına məxsus 2 ədəd fotoşəkilin göndərildiyi aşkar olunmuşdur. Həmçinin xx.xx.2023-cü il tarixdə saat 11:50-də "Samir M" adı ila qeyd olunan "***-***-**-**" nömrəsində olan “whatsapp” hesabına hicabda olan 1 ədəd fotoşəkil, boyun hissəsindən qarın hissəsinədək paltarsız olan, təxminən 20-25 yaşlı qadına məxsus 2 ədəd fotoşəkil, qarın nahiyəsindən diz nahiyəsinədək paltarsız olan təxminən 20-25 yaşlı qadına məxsus 2 ədəd fotoşəkilin göndərildiyi aşkar olunmuşdur. Başqa iş üçün əhəmiyyət kəsb edən mesajlar aşkarlanmamışdır. Həmin telefonun "galeriya"sına daxil olduqda ailəvi şəkilləri və yuxarıda qeyd olunan göndərilən şəkillər müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs məxsus olduğu iddia edilən həmin fotoşəkillərdən 1 şəkildə sinə hissəsinin ortasında xal, digər 1 ədəd fotoşəkildə isə qarın nahiyəsində cərrahiyyə çapığına oxşar iz görünür. Həmin 5 ədəd fotoşəkillər müvafiq qaydada çıxarılaraq protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli, könüllü təqdim edilmiş əşyada baxış aparılması haqqında protokoldan görünür ki, Şahid3 təqdim etdiyi telefon qara rəngli olmaqla arxası yaşıl rəngli korpusdan ibarətdir. Telefona baxış zamanı "whatsapp" sosial şəbəkəsində xx.xx.2023-cü il tarixdə, saat 19:03 -da "Huseyn Elvin" adı ilə qeyd olunan ***-***-**-**" nömrəsində olan “whatsapp” hesabından Şahid3 "***-***-**-** nömrəsində olan “whatsapp” hesabina hicabda olan 1 ədəd şəkil, boyun hissəsindən qarın hissəsinədək paltarsız olan, təxminən 20-25 yaşlı qadına məxsus 2 ədəd şəkil, qarın nahiyəsindən diz nahiyəsinədək paltarsız olan təxminən 20-25 yaşlı qadına məxsus 2 ədəd şəkilin göndərildiyi aşkar olunmuşdur. Başqa iş üçün əhəmiyyət kəsb edən mesajlar aşkarlanmadı. Həmin telefonun "galeriya"sına daxil olduqda ailəvi şəkilləri və yuxarıda qeyd olunan göndərilən şəkillər müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs məxsus olduğunu iddia edilən həmin şəkillərdən bir şəkildə isə qarın nahiyəsində cərrahiyyə çapığına oxşar iz görünür. Həmin 5 ədəd fotoşəkillər müvafiq qaydada çıxarılaraq protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli, Azercel Telekom MMC-dən daxil olmuş diskə baxış protokolundan görünür ki, xx.xx.2023-ci il tarixdə, 08:51:16-da 179 saniyə müddətində, saat 11:57:48-də 758 saniyə, saat 12:10:52-də 176 saniyə, saat 15:12:28-də 474 saniyə, saat 15:21:06-da 584 saniya, saat 16:57:37-do 602 saniya, saat 18:43:37-da 670 saniyə, saat 22:23:04-də 97 saniyə, saat 22:28:57-də 521 saniyə, saat 22:39:11-də 871 saniyə, saat 23:01:18-də 84 saniya, saat 23:05:36-da 44 saniyə, xx.xx.2023-cü il tarixdə saat 18:29:13- də 16 saniyə, xx.xx.2023-cü il tarixdə saat 09:13:26-də 16 saniyə, saat 10:37:32-də saniyə, saat 10:51:45-də 20 saniyə müddətinə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə telefon danışığı olmuş, iş üçün əhəmiyyət kəsb edən SMS və digər məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsindən xx.xx.2023-cü il tarixli, 16/1-105b nömrəli məktubla rayon prokurorluğuna daxil olmuş "Redmi A12" markalı mobil telefonun yaddaşında olan və silinmiş məlumatlar, həmçinin "TikTok" sosial şəbəkə proqramında olan yazışmalar, əldə edilmiş məlumatlar olan elektron yaddaş qurğusuna baxış protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:51:12-də ilk dəfə Təqsirləndirilən şəxs məxsus "TikTok" sosial proqramında olan "esed_052" adlı istifadəçi adından Zərərçəkmiş şəxs məxsus "user**********774" adlı istifadəçiyə "necəsiz yazılmışdır, mesajlara baxıldıqda ayrı-ayrı günlərdə və saatlarda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında əvvəl tanışlıq, daha sonra dostluq münasibətlərinin yarandığı, müxtəlif mövzularda yazışmalar etdikləri görünür. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus "mn.sen" adlı istifadəçidən xx.xx.2023-cü il tarixdə, saat 17:17:41-də ilk dəfə "salam dǝli" sözü yazılmışdır. Mesajlara baxdıqda ayrı-ayrı günlərdə və saatlarda müxtəlif mövzularda yazışmalar etdikləri görünür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən yoxlanılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Neftçala rayonu İHB-nin Qırmızıkǝnd İƏDN-i tərəfindən verilmiş 08 dekabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi - atası X6 və anası X1 ibarət olmaqla yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Neftçala rayonu İHB-nin Qırmızıkand İƏDN-i tərəfindən verilmiş 08 dekabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ailə tərkibi - ari Şahid4, oğlu X4, qızı X7, qayınatası Şahid5 və qayınanası X2 ibarət olmaqla yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları idarəsindən xx.xx.2023-cü il tarixli 16/1-105b nömrəli məktubla rayon prokurorluğuna daxil olmuş "Redmi A12" markalı mobil telefonun yaddaşında olan "TikTok" sosial şəbəkə proqramında olan yazışmalar, əldə edilmiş məlumatlar olan elertron yaddaş qurğusu xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış va prokurorluqda maddi sübutların saxlanması üçün nəzərdə tutulan otaqda saxlanır. 25 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmışdır. 14 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, eləcə də barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344–348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon prokurorluğunda saxlanılan “Redmi A12” markalı mobil telefonun yaddaşında olan “TikTok” sosial şəbəkə proqramında olan yazışmalar, əldə edilmiş məlumatlar olan elektron yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılsın. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar