Məhkəmə qərarları › İş №1(053)-91/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-91/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-91/2025 04.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət İttihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Neftçala rayonu, Həsənabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 28 noyabr 2025-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs avtomobil idarə edərkən yol-hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 26 mart 2025-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi "BMW 320i" markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala şəhəri Həsənabad qəsəbəsi ərazisində Neftçala şəhəri istiqamətində hərəkətdə olarkən sol qırpıcını yandıraraq yolun sağ hərəkət hissəsinin sol kənarından 10 km/saat sürətlə hərəkət edərək sola dönmə manevrnə başlayan zaman "Yol hərəkəti haqqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə əsasən yolayrıcından kənarda sola və geriyə dönərkən gələn nəqliyyat vasitələrinə yol verməli, əks isitqamətdə nəqliyyat vasitəsi yaxınlaşması şəraitində dönmə əməliyyatı aparmaqla idarə etdiyi avtomobili sol hərəkət zolağına çıxartmamalı, əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkəti üçün təhlükəli şərait yaratmamalı, qarşıdan gələn nəqliyyat vasitəsinə üstünlük verərək buraxmalı və sonra hərəkət təhlükəsizliyini təmin edərəkdönmə əməliyyatına başlamalı və həmin talablara riayət etməklə hadisənin qarşısını almağa texniki imkam olduğu halda bunlara əməl etməyərək sola dönmə manevrna başlamış və bu zaman Neftcala sohari Hasanabad qəsəbəsi istiqamətində hərəkətdə olan zərərçəkmiş şəxs xx.xx.1976-cı il tavəllüdlü Baxsalivev lloar Baxtiyar oğlunun idarə etdivi "Planet 5 markah motosikletla toqquşması nəticəsinda sonuncuva ehtivatsızından "qapalı kalla bevin travması, alın sümüyünün sınığı, beyindaxili çoxsayla hematoma, sağ mil sümüyünün distal ucunun sinığı ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zararvurmaya aid xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və ittihamın dəlilləri: Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilmyərək ifadəsində göstərdi ki, onun etibarnamə əsasında idarə etdiyi BMW markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O həmin avtomobil ilə rayon ərazisində iş yerinə gedirmiş. 26 mart 2025-ci il tarixdə saat təxminən 19 radələrində evinə ərzaq almaq üçün avtomobilinə əyləşərək Həsənabad qəsəbəsində yerləşən "Həsənabad" market istiqamətində asfalt yolun sağ hərəkət hissəsilə hərəkət etməyə başlamışdır. Həsənabad marketin qarşısına çatdıqda sol qırpıcını yandıraraq sol tərəfə dönmə əməliyyatına başlamışdır. Qarşıdan avtobus gəldiyini gördüyü üçün dönmə əməliyyatını dayandırıb avtobusun keçib getməsini gözləmişdir. Avtobusun təxminən 30 metr irəlidə dayanacaqda dayandığını görmüş, buna görə də dönmə əməliyyatına davam etmişdir. Sol hərəkət hissəsinə təxminən 1 metr daxil olduqdan sonra avtobusun arxasından motosikletin çıxaraq onun üzərinə gəldiyini görmüşdür. Həmin motosiklet çox sürətlə gəldiyi üçün onun həmin motosikletin avtobusun arxasından çıxaraq gəlməsini görməsilə, avtmobilinin ön hissəsi ilə toqquşması bir anda baş verdiyindən o, toqquşmanın qarşısını almaq üçün heç bir hərəkət edə bilməmişdir. Toqquşma baş verdikdən sonra motosikletin sürücüsü avtomobilinin üzərindən uçaraq kənara düşmüşdür. O avtomobildən düşərək sürücüуз kömək etmişdir. Motosikletin sürücüsünün həmkəndlisi X1 olduğunu görmüşdür. Bundan sonra Təcili yardıma məlumat vermişdir. Təcili yardım gəldikdən sonra İlqarı təcili yardım avtomobilinə mindirib onunla birlikdə xəstəxanaya getmişdir.Hadisə zamanı sürət həddi 10 km/saat olduğunu, o. motosikletin təxminən 30 metr irəlidə dayanmış avtobusun arxasından çıxan zaman gördüyünü, motosikletin sürəti çox olduğu üçün hadisənin qarşısını almaq imkanının olmadığını, hadisə zamanı avtomobildə sərnişin və yük olmadığını, onun avtomobil idarə etmək üçün sürücülük vöəsiqəsinin olduğunu, avtomobili etibarnamə əsasında idarə etdiyini, hadisədən əvvəl və ya hadisə vaxtı spirtli içki və ya narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Baxtiya oğlu ifadəsində göstərmişdir ki, motosiklet ilə iş yerinə gedirmiş. 26 mart 2025-ci il tarixdə saat taxminan 19 radələrində i onun özünə məxsus "Planet 5" markalı və heç bir qeydiyyat nişanı olmayan motosikleti vardır. motosikleti ilə Həsənabad qəsəbəsində Elbrus adlı şəxsin yanına gedib ondan yanacaq aldıqdan jonra təxminən 200 metr irəlidə olan "Həsənabad" marketdan çörək almaq üçün motosikletina zləşib asfalt yolun sağ hərəkət hissəsi ilə taxminən 50-60 km/saat sürətlə hərəkət edirmis Hasanabad marketə çatmağa az qalmış sürətini azaltmışdır. Bu zaman yolun kənarında dayanmış "Qazell" markalı avtomobilin arxasından Olvi Bəşirovun özünə məxsus avtomobillə dönmə əməliyyatı həyata keçirdiyini görmüşdür. Aralarında olan məsafə az olduğu üçün hadisənin qarşısını ala bilməmişdir. Nəticədə onun motosikletilə Ülvinin avtomobili toqquşmuşdur. Bundan sonra olan hadisələri xatırlamır. Özünə gəldikda Neftçala rayon Mərkəzi Xəstəxanasında olduğunu görmüşdür. Toqquşma nəticəsində o müxtəlif bədən xəsarətləri almış və motosikletina 535 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs bağışlamış, ona qarşı şikayəti və tələbi yoxdur. Dəymiş ziyan tam ödənilmişdir. İş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Neftçala RPŞ-nin YPB-nin baş inspektoru vəzifəsində işləyir. 26 mart 2025-ci il tarixdə saat 19 radələrində Neftçala şəhəri, Həsənabad qəsəbəsi ərazisində avtopatrul ilə xidmətdə olarkən Neftçala rayonu Həsənabad qəsəbəsi ərazisində "Həsənabad" marketin yaxınlığında yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olmuşdur. Buna görə də qeyd olunan ünvana getmişlər. Oraya çatdıqda "BMW 320i" **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Neftçala-Həsənabad avtomobil yolunun Həsənabad qəsəbəsindən keçən hissəsində "Həsənabad" marketin yaxınlığında üzü Həsənabad qəsəbəsi istiqamətində dayandıqda yolun hərəkət hissəsinin sağ tərəfində dayandığını, avtomobilin ön hissəsinin əzildiyini avtomobildən bir qədər irəlidə "Planet 5" markalı motosikletin aşmış halda dayandığını və yerdə bir nəfər şəxsin uzandığını görmüşlər. Orada olan şəxslərdən hadisənin necə baş verdiyini soruşmuşdur. Həmin şəxslər "BMW 320i" 99. OS-540 dövlət qeydiyyat nişanlı avtomobilin Neftçala şəhəri istiqamətində hərəkətdə olarkən sola dönmə manevrnə başladığını, sola dönərək yolun sol hərəkət hissəsinə daxil olduqdan sonra Həsənabad qəsəbəsi istiqamətində hərəkətdə olan motosikletlə toqquşduğunu, motosikletin sürücüsünün avtomobilin üzərində kənara düşərək xəsarət aldığını demişlər. Sorğu zamanı "BMW 320i" **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs, motosikletin sürücüsünün isə X2 olduğu məlum olmuşdur. Bir qədər sonra təcili tibbi yardım avtomobili gəlmişdir. Onlar Zərərçəkmiş şəxs xəstəxanaya göndərmişlər. O orada yol-hərəkətini nizamlamış, bir qədər sonra hadisə yerinə Neftçala RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Müşfiq Abdullayev gəlmişdir. Baxış keçirilməsində iştirak etmək üçün 02 nəfər şəxs hal şahidi kimi dəvət olunmuşlar. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. Təhqiqatçı hadisə yerinə baxış keçirmiş, hərəkət yolunun parametrləri ölçülmüş və hadisə yerinin sxemi tərtib olunmuş, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Neftçala rayonu Həsənabad qəsəbəsi ilə Neftçala şəhəri istiqaməti yolun üzəri hamar və düzdür. Yolun üzəri asvaltlı-beton və quru halda, hərəkət zolağının sayı iki, hərəkət hissəsinin eni 3 metrdir. (i.v. 5-10) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Motosikletin ön hissəsi əzilərək yararsız hala düşmüşdür. (i.v. 27-30) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 49-50) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 xx.xx.2025-ci il tarixli 52 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər -tqapalı kəllə beyin travması, alın sümüyünün sınığı, beyindaxili çoxsaylı hematoma, sağ mil sümüyünün distal ucunun sınığı küt əşyanın (əşyaların) təsirindən törəmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. Qüsur aktından görünür ki, Planet 5 markalı motoskilete 535 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/1229nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən "BMW 320i" markalı, 99 hərəkətlərində "Yol hərəkəti haqqqında" Azərbaycan Respublikası Qanununun 42-ci 08 540 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 maddəsinin 9cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş həmin maddənin talablarina riayat etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən "Planet 5" markalı dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur.Sürücü 1.B.Baxşaliyev motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindan onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü 1.B. Baxşaliyev motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü İB.Baxşaliyev motosikleti hərəkət sürəti 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 50 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” qərarda İş üzrə yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs , şahid qismində dindilmiş Şahid ifadələri, məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası SN-in “MTE və PAB” PHŞ-nin verdiyi xx.xx.2025-ci il tarixli 52No-li rəy, məhkəmə yol- nəqliyyat hadisələri üzrə ekspertizası üzrə Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2025-ci il tarixli 8/1229 nömrəli rəy, sərxoşluğun müayinə aktı iş materialları ilə təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Dəymiş ziyan tam ödənilmişdir. İş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə müvafiq olaraq xitam verilməli, ekspertiza tədqiqatının dəyəri 128 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu, 43-cü, 320-321-ci, 346-347-ci, 356-cı, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin Məcəllənin 263.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X3, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 (on) saata görə 110 (yüz on) manat pul vəsaiti fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesablaşma hesabına ("xxxx" ASC Neftçala rayon filialı, kod 200640, VÖEN **********, m/h AZ37NABZ013501**********1944, S.W.İ.F.T. AİİBAZ2X, hesab AZ26AİİB**********0********) ödənilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar