Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-1/2022 19.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X18, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs: xx.xx.1960-cı il tarixdə ünvan 1 ünvanında yaşayan, evli, orta təhsilli, işsiz, təqaüdçü, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs: xx.xx.1956-cı il tarixdə Oğuz rayonu Böyük Söyüdlü kəndində anadan olmuş, Oğuz şəhəri N.Nərimanov küçəsi ev 27, mənzil 6 ünvanında yaşayan, evli, orta təhsilli, işsiz, ikinci dərəcəli əlil, təqaüdçü, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qızı tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əri Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaynanası Ustakişiyeva (Batayeva) Yesfira Aleksandrovnanın 25.02.2011-ci il tarixdə Rusiya Federasiyasının Stavropol vilayətində öldüyünü bildiyi halda, sonuncunun adına olan plastik pensiya kartını 2012-ci ilin dekabr ayında Zaqatala rayonu Qazangül qəsəbəsində yaşayan qohumu X21, sonuncunun evində alaraq 2011-ci ilin mart ayından 2012-ci ilin dekabr ayınadək həmin kartın hesabına yüklənmiş 3377 (üç min üç yüz yetmiş yeddi) manat 08 (səkkiz) qəpik pulun 3377 (üç min üç yüz yetmiş yeddi) manatını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X33 X10 ölməsi haqqında məlumatı gizlədib aldatma yolu ilə 2012-ci ilin dekabr ayında istintaqa məlum olmayan yerdə bir dəfəyə həmin kartın hesabından çıxararaq özgənin əmlakını ələ keçirmiş, daha sonra 2013-cü ilin yanvar ayında 170 manatı, 2013-cü ilin fevral ayında 173 manatı, 2013-cü ilin aprel ayında 172 manatı istintaqa məlum olmayan yerdə həmin kart hesabından çıxarmış, bundan sonra da Y.Ustakişiyevanın ölməsi barədə məlumatı gizlətməkdə davam edərək həmin kartın müddəti bitdikdən sonra 2013-cü ilin aprel ayında "xxxx" ASC-nin Şəki filalının Oğuz şöbəsi tərəfindən mərhum Ustakişiyeva (Batayeva) Yesfira Aleksandrovnanın adına verilmiş yeni plastik pensiya kartını istintaqa məlum olmayan şəraitdə əldə etməklə, həmin kart hesabından 2013-cü ilin may ayında 343 manatı, 2013-cü ilin iyun, iyul və avqust aylarının hər biri üzrə 172 manatı, 2013-cü ilin sentyabr ayında 186 manatı, 2013-cü ilin oktyabr, noyabr və dekabr aylarının hər biri üzrə 187 manatı, 2014-cü il üzrə yanvar ayında 186 manatı, fevral ayında 191 manatı, mart, aprel, may, iyun və iyul aylarının hər biri üzrə 189 manatı, avqust ayında 188 manatı, sentyabr, oktyabr və noyabr aylarının hər biri üzrə 189 manatı istintaqa məlum olmayan yerdən, 18.12.2014-cü il tarixdə 189 manatı, 22.01.2015-ci il tarixdə 189 manatı, 25.02.2015-ci il tarixdə 191 manatı, 13.03.2015-ci il tarixdə 190 manatı ünvan 2 ünvanında yerləşən 528 nömrəli ATM-dən, 2015-ci ilin aprel ayında 190 manatı istintaqa məlum olmayan yerdən, 17.05.2015-ci il tarixdə 190 manatı ünvan 2 ünvanında yerləşən 528 nömrəli ATM-dən, 2015-ci ilin iyun, iyul və avqust aylarının hər biri üzrə 190 manatı, 2015-ci ilin sentyabr ayında 191 manatı istintaqa məlum olmayan yerdən, 22.10.2015-ci il tarixdə 190 manatı, 20.11.2015-ci il tarixdə 190 manatı, 17.12.2015-ci il tarixdə 190 manatı, 18.01.2016-cı il tarixdə 190 manatı, 19.02.2016-cı il tarixdə 207 manatı, 15.03.2016cı il tarixdə 204 manatı, 22.04.2016-cı il tarixdə 203 manatı, 23.05.2016-cı il tarixdə 204 manatı, 26.06.2016-cı il tarixdə 204 manatı, 21.07.2016-cı il tarixdə 204 manatı, 22.08.2016-cı il tarixdə 203 manatı, 22.09.2016-cı il tarixdə 204 manatı, 20.10.2016-cı il tarixdə 204 manatı, 23.11.2016cı il tarixdə 203 manatı, 26.12.2016-cı il tarixdə 204 manatı, 25.01.2017-cı il tarixdə 204 manatı, 22.02.2017-cı il tarixdə 227 manatı, 16.03.2017-cı il tarixdə 215 manatı, 21.04.2017-cı il tarixdə 215 manatı, 19.05.2017-cı il tarixdə 215 manatı, 30.06.2017-cı il tarixdə 216 manatı ünvan 2 ünvanında yerləşən ATM-dən, 26.07.2016-cı il tarixdə 215 manatı, 22.08.2017-cı il tarixdə 215 manatı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında yerləşən 579 nömrəli ATM-dən, 26.09.2017-cı il tarixdə 216 manatı ünvan 4 ünvanında yerləşən 1275 nömrəli ATMdən, 25.10.2017-cı il tarixdə 215 manatı və 27.11.2017-cı il tarixdə 215 manatı ünvan 2 ünvanında yerləşən 528 nömrəli ATM-dən çıxarıb vahid niyyətlə ümumilikdə 14847 (on dörd min səkkiz yüz qırx yeddi) manat pulu ələ keçirmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X33 Şəxsinə xeyli miqdar hesab edilən 14.847 (on dörd min səkkiz yüz qırx yeddi) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə arvadı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında anası Ustakişiyeva (Batayeva) Yesfira Aleksandrovnanın 25.02.2011ci il tarixdə Rusiya Federasiyasının Stavropol vilayətində öldüyünü bildiyi halda, sonuncunun adına olan plastik pensiya kartını 2012-ci ilin dekabr ayında Zaqatala rayonu Qazangül qəsəbəsində yaşayan qohumu X21, sonuncunun evində alaraq 2011-ci ilin mart ayından 2012-ci ilin dekabr ayınadək həmin kartın hesabına yüklənmiş 3377 (üç min üç yüz yetmiş yeddi) manat 08 (səkkiz) qəpik pulun 3377 (üç min üç yüz yetmiş yeddi) manatını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X33 X10 ölməsi haqqında məlumatı gizlədib aldatma yolu ilə 2012-ci ilin dekabr ayında istintaqa məlum olmayan yerdə bir dəfəyə həmin kartın hesabından çıxararaq özgənin əmlakını ələ keçirmiş, daha sonra 2013-cü ilin yanvar ayında 170 manatı, 2013-cü ilin fevral ayında 173 manatı, 2013-cü ilin aprel ayında 172 manatı istintaqa məlum olmayan yerdə həmin kart hesabından çıxarmış, bundan sonra da Y.Ustakişiyevanın ölməsi barədə məlumatı gizlətməkdə davam edərək həmin kartın müddəti bitdikdən sonra 2013-cü ilin aprel ayında "xxxx" ASC-nin Şəki filalının Oğuz şöbəsi tərəfindən mərhum Ustakişiyeva (Batayeva) Yesfira Aleksandrovnanın adına verilmiş yeni plastik pensiya kartını istintaqa məlum olmayan şəraitdə əldə etməklə, həmin kart hesabından 2013-cü ilin may ayında 343 manatı, 2013-cü ilin iyun, iyul və avqust aylarının hər biri üzrə 172 manatı, 2013-cü ilin sentyabr ayında 186 manatı, 2013-cü ilin oktyabr, noyabr və dekabr aylarının hər biri üzrə 187 manatı, 2014-cü il üzrə yanvar ayında 186 manatı, fevral ayında 191 manatı, mart, aprel, may, iyun və iyul aylarının hər biri üzrə 189 manatı, avqust ayında 188 manatı, sentyabr, oktyabr və noyabr aylarının hər biri üzrə 189 manatı istintaqa məlum olmayan yerdən, 18.12.2014-cü il tarixdə 189 manatı, 22.01.2015-ci il tarixdə 189 manatı, 25.02.2015-ci il tarixdə 191 manatı, 13.03.2015-ci il tarixdə 190 manatı ünvan 2 ünvanında yerləşən 528 nömrəli ATMdən, 2015-ci ilin aprel ayında 190 manatı istintaqa məlum olmayan yerdən, 17.05.2015-ci il tarixdə 190 manatı ünvan 2 ünvanında yerləşən 528 nömrəli ATM-dən, 2015-ci ilin iyun, iyul və avqust aylarının hər biri üzrə 190 manatı, 2015-ci ilin sentyabr ayında 191 manatı istintaqa məlum olmayan yerdən, 22.10.2015-ci il tarixdə 190 manatı, 20.11.2015-ci il tarixdə 190 manatı, 17.12.2015-ci il tarixdə 190 manatı, 18.01.2016-cı il tarixdə 190 manatı, 19.02.2016-cı il tarixdə 207 manatı, 15.03.2016-cı il tarixdə 204 manatı, 22.04.2016-cı il tarixdə 203 manatı, 23.05.2016cı il tarixdə 204 manatı, 26.06.2016-cı il tarixdə 204 manatı, 21.07.2016-cı il tarixdə 204 manatı, 22.08.2016-cı il tarixdə 203 manatı, 22.09.2016-cı il tarixdə 204 manatı, 20.10.2016-cı il tarixdə 204 manatı, 23.11.2016-cı il tarixdə 203 manatı, 26.12.2016-cı il tarixdə 204 manatı, 25.01.2017cı il tarixdə 204 manatı, 22.02.2017-cı il tarixdə 227 manatı, 16.03.2017-cı il tarixdə 215 manatı, 21.04.2017-cı il tarixdə 215 manatı, 19.05.2017-cı il tarixdə 215 manatı, 30.06.2017-cı il tarixdə 216 manatı ünvan 2 ünvanında yerləşən ATM-dən, 26.07.2016-cı il tarixdə 215 manatı, 22.08.2017-cı il tarixdə 215 manatı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında yerləşən 579 nömrəli ATM-dən, 26.09.2017-cı il tarixdə 216 manatı ünvan 4 ünvanında yerləşən 1275 nömrəli ATM-dən, 25.10.2017-cı il tarixdə 215 manatı və 27.11.2017-cı il tarixdə 215 manatı ünvan 2 ünvanında yerləşən 528 nömrəli ATM-dən çıxarıb vahid niyyətlə ümumilikdə 14847 (on dörd min səkkiz yüz qırx yeddi) manat pulu ələ keçirmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X33 Şəxsinə xeyli miqdar hesab edilən 14.847 (on dörd min səkkiz yüz qırx yeddi) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz şəhərində yaşayır. Təqsirləndirilən şəxs2 onun əridir. O, ünvan 5 ünvanında əri ilə birlikdə yaşayır. Əri Serqey 1996-cı ildən 2007-ci ilin noyabr ayına qədər Rusiya Federasiyasında işləmiş və orada yaşamış, 2-3 ildən bir Azərbaycana gəlib bir müddət qalıb yenə də Rusiya Federasiyasına işləməyə getmişdir. 2007-ci ilin noyabr ayından isə Serqey Azərbaycana qayıdıb gəlmiş və Oğuz şəhərində yerləşən evdə daimi yaşamağa başlamışdır. X2 qaynanası, yəni əri Serqeyin anası olmuşdur. Yesfira Ustakişiyeva 2007-ci ilə qədər Oğuz şəhərində onlarla qonşuluqda yerləşən evdə yaşamışdır. 2007-ci ilin yay aylarında Yesfira Ustakişiyeva evini sataraq Rusiya Federasiyasının Stavrapol vilayətinə köçmüş və qızı X19 ilə birlikdə yaşamağa başlamışdır. Həmin vaxt qaynanası təqaüd kartını X22 vermişdir ki, Olqa onun təqaüd kartından pulu çıxarıb ona göndərsin. Təxminən, bir il sonra təqaüd kartının vaxtı bitdiyi üçün Olqa bu barədə Yesfiraya zəng vurub məlumat vermiş və onun bildiyinə görə Yesfira da həmin vaxt Olqaya notariat qaydasında təsdiq edilmiş etibarnamə göndərərək Olqanın onun adına olan təqaüd kartını almasını xahiş etmişdir. Bundan sonra Olqa qaynanasının təqaüdünü kart vasitəsilə çıxardaraq ona göndərmişdir. Olqa 2009-cu ilin sonlarında ölmüş və ölənə qədər Yesfiranın təqaüdünü Olqa götürüb göndərmişdir. Bundan sonra Yesfiranın təqaüdünü kimin almasını bilməmişdir. Olqa ölməzdən əvvəl qohumu Alla Batayeva ilə birlikdə Zaqatala rayonu Qazangül qəsəbəsində yaşamışdır. 25.02.2011-ci ildə qaynanası Yesfira Rusiya Federasiyasında vəfat etmiş və orada da dəfn olunmuşdur. Bundan sonra qaynanasına təqaüd verilməsindən və həmin təqaüd kartından kimin pul çıxarmasından xəbəri olmamışdır. 2017-ci ilin sonlarında pensiya idarəsinin Nəcəf adlı əməkdaşı onların evinə zəng vuraraq qaynanasını soruşmuş, Serqey də anasının 2011-ci ildə vəfat etdiyini bildirmişdir. Bu zaman Nəcəf adlı həmin şəxs Serqeyə anasının ölməsi barədə nə üçün onlara məlumat vermədiyini və onun pensiya kartının harda olduğunu soruşmuşdur. Serqey də anasının Rusiya Federasiyasında vəfat etdiyini, onun pensiyasını heç vaxt almadığını, öldükdən sonra onun adına pensiya ödənilməsindən xəbəri olmadığını, pensiya kartının kimdə olmasını bilmədiyini demiş və anasının ölüm sənədinin surətini pensiya idarəsinə təqdim etmişdir. Onun və ərinin pensiya idarəsindən onlara zəng edilib qaynanası soruşulana qədər ona təqaüd ödənilməsinin davam etməsindən, ümumiyyətlə, xəbərləri olmamışdır. Alla Batayeva pensiya kartını onlara verməsi barədə Şahid5 yalan danışmış, qaynanası Yesfiranın kartı Olqa öləndən sonra Allada olmuş və Alla da həmin kartı onlara verməmişdir. Onlar Zaqatala rayonu Qazangül qəsəbəsinə Allanın evinə qaynanasına aid torpaq sənədlərini götürməyə getmişlər, lakin həmin yerə 2012-ci ilin dekabr ayında deyil, 2014-cü ilin dekabr ayında getmişlər. Onlara verilmiş pay torpağına görə məhkəmədə işləri olmuş, həmin vaxt qaynanası Yesfiranın ölüm sənədi lazım olmuş, bununla əlaqədar ərinin bacısı Nina Boqdanova ilə əlaqə saxlamışlar və Nina da Rusiya Federasiyasının Stavropol vilayətindən həmin sənədi poçtla onlara göndərmişdir, lakin həmin sənədin nə vaxt göndərilməsi dəqiq yadında qalmamışdır. O və əri Serqey heç vaxt Yesfiranın təqaüdünü almamışlar. O, hər hansı qanunsuz hərəkətə yol verməmiş və cinayət əməli törətməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ona bəraət verilməsini məhkəmədən xahiş edir. Eyni zamanda, ona və əri Serqeyə qarşı olan 14.847 manat mülki iddia tələbini əsassız hesab edir və ümumiyyətlə, qəbul etmir. Təqsirləndirilən şəxs2 də ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və məhkəmə iclasında verdiyi ifadəsində arvadı Təqsirləndirilən şəxs1 göstərdiyi xüsusatları təsdiq etməklə qeyd etdi ki, o və ya arvadı heç vaxt anasının pensiyasını almamış, anası öldükdən sonra onun adına pensiya ödənilməsindən də məlumatları olmamışdır. Anasının pensiya kartı Olqa Batayevada, Olqa öləndən sonra isə Allada olmuşdur. Alla həmin kartı onlara verməmiş, onun bacısı Nina Boqdanova ilə telefonla danışanda isə Olqanın vəfatından sonra kartı pensiya idarəsinə təhvil verdiyini demişdir. Onlar Zaqatala rayonu Qazangül qəsəbəsinə Allanın evinə anasına aid torpaq sənədlərini götürməyə getmişlər, lakin həmin yerə 2012-ci ilin dekabr ayında deyil, 2014-cü ilin dekabr ayında getmişlər. Anası Yesfiranın ölüm sənədini onlara bacısı X30 Federasiyasının Stavropol vilayətindən poçtla göndərmişdir. O və arvadı Elmira heç vaxt Yesfiranın təqaüdünü almamışlar.O, hər hansı qanunsuz hərəkətə yol verməmiş və cinayət əməli törətməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ona bəraət verilməsini məhkəmədən xahiş edir. Eyni zamanda, ona və arvadı Elmiraya qarşı olan 14.847 manat mülki iddia tələbini əsassız hesab edir və ümumiyyətlə, qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdikləri ifadələrində qeyd etdikləri, onların hər hansı qanunsuz hərəkətə yol vermədikləri və cinayət əməli törətmədikləri, Təqsirləndirilən şəxs1 görüntülərdə əks olunan təsvirlərinin onun öz pensiya hesabından vəsait çıxararkən çəkildiyi, həmin görüntülərin Ustakişiyeva (Batayeva) Yesfira Aleksandrovnanın pensiya kartı hesabından vəsait çıxarılmasına dair görüntülərə montaj edilməklə saxta şəkildə daxil edildiyi barədə xüsusatlara münasibət bildirərək qeyd edir ki, onların ifadələrinin həmin hissəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxslərin ifadələrinin həmin hissəsi iş materialları və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla tam təkzib edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə təqsirləndirilən şəxslərin bununla bağlı ifadələrində qeyd etdikləri xüsusatlara tənqidi yanaşır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, mütəxəssisin şərhi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X33 Şəxsin nümayəndəsi Nümayəndə1 iştirak etdiyi məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, 2012-ci ilin may ayına qədər istifadə müddəti bitmiş pensiya kartları Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri tərəfindən Azərbaycan Beynəlxalq Bankına sifariş edilmiş və həmin kartlar Fondun şöbələri tərəfindən təhvil alınaraq pensiyaçılara təqdim edilmişdir. Lakin 2012-ci ilin may ayından etibarən istifadə müddəti bitmiş pensiya kartları "xxxx"nın özü tərəfindən yenilənib bankın filialları tərəfindən pensiyaçılara şəxsən təqdim olunmağa başlanmışdır. Həmin vaxtdan sonra Dövlət Sosial Müdafiə Fondu, ümumiyyətlə, istifadə müddəti bitən pensiya kartlarını görə bilməmiş, həmin sistem bankda olmuşdur. Fondun şöbələrinə isə bankdan paylanmış kartların siyahısı təqdim edilmişdir. Fondun rayon şöbələri tərəfindən isə yalnız itmiş kartların yenilənməsi və ilk dəfə verilən yeni kartlar sifariş edilmişdir. Pensiya ödənişləri plastik ödəniş kartına keçdikdən sonra X4 adına verilmiş 5 illik plastik pensiya kartı Dövlət Sosial Müdafiə Fondu Oğuz rayon şöbəsi tərəfindən etibarnamə əsasında X22 verilmişdir. 2017-ci ildə pensiya işlərinin yeni sistemə işlənməsi məqsədi ilə bütün pensiyaçılardan şəxsiyyət vəsiqəsinin surəti tələb olunarkən məlum olmuşdur ki, X8 25.02.2011-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmiş, lakin onun ölümü haqqında sənəd Fondun Oğuz rayon şöbəsinə təqdim edilməmişdir. X7 Ustakişiyev və onun arvadı Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlanılmış, onlar Yesfira Ustakişiyevanın ölüm sənədini Fondun Oğuz rayon şöbəsinə təqdim etmiş və bundan sonra sonuncunun adına verilən pensiya ödənişi 2017-ci ilin dekabr ayında dayandırılmışdır. Yesfira Ustakişiyevanın ölümü haqqında sənəd Fondun Oğuz rayon şöbəsinə təqdim edilmədiyindən onun adına pensiya ödənişlərinin köçürülməsi davam etdirilmiş və 25.02.2011-ci il tarixdən 30.11.2017-ci il tarixədək sonuncunun adına köçürülmüş ümumilikdə 14.847 manat vəsait qanunsuz olaraq ələ keçirilmişdir. Zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçının nümayəndəsi Nümayəndə1 ifadəsində, eyni zamanda, göstərdi ki, törədilmiş cinayət hadisəsi nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X33 Şəxsə cəmi 14.847 (on dörd min səkkiz yüz qırx yeddi) manat miqdarında maddi ziyan dəymişdir. Bununla bağlı zərərçəkmiş hüquqi şəxs tərəfindən mülki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir və hazırda zərərçəkmiş hüquqi şəxs həmin maddi ziyan məbləğini təqsirləndirilən şəxslərdən müştərək qaydada tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, o, 26.01.2007-ci il tarixdən 01.06.2017-ci il tarixədək Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon şöbəsinin müdiri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır, həmin şəxslərlə heç bir münasibəti olmamışdır. O, işdən çıxandan sonra DSMF-də mühasib işləyən Şahid3 eşitmişdir ki, Təqsirləndirilən şəxs2 anası 2011-ci ildə Rusiya Federasiyasında ölmüş, lakin ölməsi haqqında sənəd DSMF-yə təqdim edilmədiyi üçün həmin şəxsin adına pensiya ödənişi davam etdirilmişdir. Həmin məsələ 2017-ci ilin dekabr ayında pensiya ödənişlərinin yeni sistemə keçilməsi zamanı aşkar edilmişdir. 2012-ci ilin may ayına qədər istifadə müddəti bitmiş pensiya kartları DSMF tərəfindən "xxxx"na sifariş edilmiş, daha sonra həmin kartlar onlar tərəfindən təhvil alınaraq pensiyaçılara paylanmışdır. Pensiya kartlarını onlar payladığı dövrdə həmin vəzifəni Şahid3 icra etmişdir. Lakin 2012-ci ilin may ayından etibarən istifadə müddəti bitmiş pensiya kartları "xxxx"nın filialları tərəfindən pensiyaçılara şəxsən paylanmağa başlanmışdır. Həmin vaxtdan istifadə müddəti bitmiş pensiya kartları bankın özü tərəfindən yenilənib pensiyaçılara verilmişdir. Bankdan paylanmış kartların siyahısı isə onlara təqdim edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon şöbəsinin müdir müavini vəzifəsində işləmiş Şahid2 və həmin şöbənin mühasibi Şahid3 da Şahid1 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdiklərini bildirmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, o, 03.09.2003-ci il tarixdən 20.06.2018-ci il tarixədək Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Onun vəzifə səlahiyyəti pensiya təyinatının aparılması, pensiyanın hesablanmasından ibarət olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. 2017-ci ildə pensiya işlərinin yeni sistemə işlənməsi məqsədi ilə bütün pensiyaçılardan şəxsiyyət vəsiqəsinin surəti tələb olunmuşdur. Yesfira Ustakişiyevanın şəxsiyyət vəsiqəsi Fonda təqdim edilmədiyi üçün o, X3 ev telefonunu taparaq ona zəng etmiş, telefonda Serqeylə danışarkən onun anasının 25.02.2011-ci il tarixdə Rusiya Federasiyasında vəfat etdiyini bilmişdir. X16 ölümü haqqında sənəd Fondun Oğuz rayon şöbəsinə təqdim edilmədiyindən onun adına pensiya ödənilməsi davam etdirilmişdir. O, dərhal bu barədə həmin vaxt Fondun Oğuz rayon şöbəsinin müdüri vəzifəsini icra edən, müdir müavini Şahid2 məlumat vermişdir. Bundan sonra Yesfira Ustakişiyevanın ölüm sənədinin Fonda təqdim edilib-edilməməsi, edilmişdirsə də, kim tərəfindən təqdim edilməsi barədə məlumatı olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərdi ki, Olqa Batayeva onun ərinin bacısı, Alla Batayeva isə ərinin qardaşı arvadıdır. Yesfira Ustakişiyeva isə Olqanın qohumudur. Yesfira və Olqanın ünsiyyəti çox yaxın olmuşdur. O, Yesfiranın oğlu Təqsirləndirilən şəxs2 və onun arvadı Təqsirləndirilən şəxs1 da tanıyır. Həmin şəxslərlə yaxın münasibəti olmasa da, ara-sıra xeyir-şər məclislərində görüşmüşlər. X20 Federasiyasında yaşayan qızının yanına köçdükdən sonra pensiya kartını Olqaya vermişdir. Onun pensiyasını Olqa alıb Rusiyaya göndərmişdir. Olqa ömrünün sonlarına yaxın xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Olqa tək olduğuna görə Alla, təxminən, 2 il Oğuz rayonunda Olqa ilə birlikdə yaşayıb ona baxmışdır. 2009cu ilin sonlarında Olqanı Zaqatala rayonuna onların evinə gətirmişlər, lakin o, 24 dekabr 2009-cu il tarixdə ölmüşdür. Olqanı onların evinə gətirəndən sonra Alla da Zaqatala rayonu Qazangül qəsəbəsində, öz evində yaşamışdır. Olqanın vəfatından sonra o, Olqanın ölüm sənədini pensiya idarəsinə təqdim edib onun pensiyasını bağlatdırmışdır. Həmin vaxt Yesfiranın pensiya kartı Allada olmuş, Olqa öləndən sonra Alla Yesfiranın pensiya kartından bir dəfə pul çıxarmışdır. Sonra isə Yesfiranın ölməsi barədə Allaya məlumat verilmişdir. Yesfira öləndən sonra onun adına olan pensiya kartının Allanın evində qaldığını, lakin Allanın həmin pensiya kartından pul çıxarmadığını dəqiq bilir. 2013-cü ilin dekabr ayında Serqey və Elmira Allagilə gəlmişlər. Həmin vaxt Alla Serqey və Elmiranı onlara da qonaq gətirmişdir. Sonra isə Serqey və Elmira Allanın evinə qayıdıb bir gün də orada qalmışlar. Həmin vaxt Alla Yesfiranın pensiya kartını və digər sənədlərini Serqeyə vermişdir. Sonradan Alla ona demişdir ki, “kartı özlərinə verdim, qoy necə bilirlər, özləri etsinlər”. Kart həmin vaxta qədər Allada olmuş olsa da, Yesfira öləndən sonra Alla həmin kartdan pul çıxarmamışdır. Serqey və Elmiranı onlara gəldiyi vaxtın onun öz gəlini, yəni oğlu Vitalinin arvadı Marqarita Abeldinovanın uşaqları atıb getdiyi vaxtdan qısa müddət sonra olduğuna görə xatırlayır. Onun gəlini də noyabr ayının 29-da evdən getmiş, onlar bu barədə Polis Şöbəsinə şifahi məlumat versələr də, yazılı müraciət etməmişlər. Serqey və Elmiranın onlara gəldiyi ayın gününü dəqiq bilməsə də, dekabr ayının əvvəllərində gəldiklərini dəqiq xatırlayır. Cinayət işinin məhkəmə istintaqı ilə əlaqədar zərurət yarandığına görə Şahid5 iş üzrə şahid qismində təkrar dindirilmişdir. O, sonuncu ifadəsində qeyd etmişdir ki, əvvəlki məhkəmə iclasında Serqey və Elmiranın onlara gəldiyi vaxtın 2013-cü ilin dekabr ayında olduğunu bildirmişdir. Belə ki, Serqey və Elmiranın onlara gəldiyi vaxt, həqiqətən də, dekabr ayı olsa da, 2013-cü ilin deyil, 2012-ci ilin dekabr ayı olmuşdur. Onun gəlini Marqarita da 29.11.2012-ci il tarixdə evdən getmişdir. Əvvəlki məhkəmə iclasında ifadə verdikdən sonra onun Oğuz şəhərində yaşayan oğlu Ruslanın arvadı ona xatırlatmışdır ki, Marqarita onun babası Muxtar İbrahimovun öldüyü ərəfədə evdən getmiş, Muxtar İbrahimov isə 01.12.2012-ci il tarixdə vəfat etmişdir. Əslində o, ibtidai istintaqda verdiyi ifadəsində də Serqey və Elmiranın onlara 2012-ci ilin dekabr ayında gəldiklərini qeyd etmişdir və hazırda da həmin ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs1 X17 aid **********114441 nömrəli pensiya kartı hesabına aid görüntülərdə əks olunan təsvirlərin onun öz pensiya hesabından vəsait çıxararkən çəkildiyi, həmin görüntülərin Yesfira Ustakişiyevanın pensiya kartı hesabından vəsait çıxarılmasına dair görüntülərə montaj edilməklə saxta şəkildə daxil edildiyi barədə qeyd etdiyi xüsusatlara aydınlıq gətirilməsi üçün "xxxx"nın əməkdaşı X24 mütəxəssis qismində məhkəməyə dəvət edilmişdir. X24 ona verilən suallara cavab olaraq mütəxəssis qismində verdiyi izahatında qeyd etmişdir ki, bank hesabı əməliyyatları ilə bağlı foto görüntülər onlayn rejimdə qeydə alınır. Bu səbəbdən görüntülərdə olan vaxt (saat, dəqiqə, saniyə) ilə bank hesabından kağız daşıyıcıda olan çıxarışlardakı vaxt arasında zaman fərqinin olması mümkündür. Belə ki, bank əməliyyatının həyata keçirilməsindən sonra məlumatların emal olunması və informasiya sisteminə (bazaya) daxil edilməsi ilə əlaqədar zaman fərqi yaranır. "xxxx"nda “Azericard” prosesli mərkəzi sistem fəaliyyət göstərir. Bank sistemi gündəlik balansla işləyən sistem olduğundan bank əməliyyatının faktiki həyata keçirildiyi vaxtdan informasiya sisteminə daxil olduğu vaxtadək müəyyən müddət keçir. Həmin müddət 30 dəqiqə, 1 saat, bəzən daha artıq da ola bilər. Lakin hər bir halda, gün ərzində həyata keçirilmiş əməliyyat həmin gün də informasiya sisteminə daxil olur. Yəni gündəlik əməliyyatın növbəti günə keçməsi halına rast gəlinmir. ATM-dən vəsait çıxarılması ilə bağlı bank hesabı əməliyyatları ilə əlaqədar hər əməliyyatda 6-9 fotoşəkil qeydə alınır. Həmin fotoşəkillərin başqa bank hesabının qarşısında əks olunması, digər yolla başqa hesaba yerləşdirilməsi, yerdəyişməsi texniki cəhətdən mümkünsüzdür. Eyni zamanda, bank sistemində hər hansı texniki nasazlıq olsa belə, ATM-dən vəsait çıxarılması ilə bağlı bir şəxsə aid görüntülərin digər şəxsin hesab nömrəsində əks olunması qeyri-mümkündür. İş mаtеriаllаrınа əlаvə еdilmiş 14.03.2011-ci il tarixdə verilmiş İİ-ДИ 655313 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X8 25.02.2011-ci il tarixdə Rusiya Federasiyasının Stavropol vilayətində vəfat etmişdir. İş mаtеriаllаrınа əlаvə еdilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Oğuz rayon Şöbəsinin 08.05.2020-ci il tarixli müraciətindən müəyyən edilir ki, X6 10.07.1986-cı ildə pensiya təyinatı aparılmışdır. Pensiya ödənişləri plastik ödəniş kartına keçirildikdən sonra 2008-ci ildə onun adına plastik kart hazırlanmış, həmin vaxt X20 Federasiyasında yaşadığından onun pensiya kartı etibarnamə əsasında Olqa Batayevaya təqdim edilmişdir. Yesfira Ustakişiyeva 25.02.2011-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmiş, lakin onun ölümü haqqında sənəd Dövlət Sosial Müdafiə Fondu Oğuz rayon Şöbəsinə təqdim edilməmişdir. 2008-ci ildə Yesfira Ustakişiyevanın adına verilmiş plastik kartın müddəti 2013-cü ildə bitdiyindən onun adına yeni plastik kart hazırlanmışdır. Həmin plastik kart "xxxx"nın Oğuz rayon şəbəsindən naməlum şəxs tərəfindən alınmışdır. 2017-ci ildə pensiya işlərinin yeni sistemə işlənməsi məqsədi ilə pensiyaçıların şəxsiyyət vəsiqələrinin surətləri toplanarkən Yesfira Ustakişiyevanın ölüm şəhadətnaməsi onun qohumu Təqsirləndirilən şəxs1 tərəfindən Dövlət Sosial Müdafiə Fondu Oğuz rayon Şöbəsinə təqdim edilmiş və 2017-ci ilin dekabr ayından pensiya ödənişi dayandırılmışdır. İş materiallarına əlavə edilmiş X4 011796 nömrəli pensiya kartına dair "xxxx" tərəfindən təqdim edilmiş 2011-2017 illər üzrə çıxarışlarından müəyyən edilir ki, qeyd edilən pensiya kartına 2011-ci il üzrə yanvar ayında 85 manat və fevral ayında 85 manat pul köçürülmüş, məbləğ 170 manat təşkil etmiş, həmin məbləğ məxaric edilməmiş, mart ayında karta 85 manat pul köçürülmüş, 170 manat məxaric edilmiş və kartın balansında 85 manat pul qalmışdır. Bundan sonra 2012-ci ilin dekabr ayına qədər pensiya kartına köçürülmüş pullar çıxarılmamış, toplanaraq 3377 manat pul yığılmış və 2012-ci ilin dekabr ayında həmin məbləğ kartdan çıxarılmışdır. Belə ki, 2011-ci ilin aprel ayında karta pul köçürülməmiş, may ayında isə karta aprel və may aylarının ödənişi birlikdə, yəni 170 manat olaraq köçürülmüşdür. 2011-ci ilin iyun ayında yenidən karta 85 manat pul köçürülmüşdür. 2011-ci ilin iyul ayında karta pul köçürülməmiş, avqust ayında isə karta iyul və avqust aylarının ödənişi birlikdə, yəni 329.08 manat olaraq köçürülmüşdür. 2011-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında hər ay karta 164.54 manat pul köçürülmüşdür. 2012-ci il üzrə karta yanvar ayında 164.54 manat, fevral ayında 177.10 manat, marta ayından dekabr ayınadək hər ay 170.82 manat pul köçürülmüşdür. 2012-ci ilin iyun ayının 170.82 manat ödənişi iyul ayı ilə birlikdə 341.64 manat olaraq köçürülmüşdür. 2012-ci ilin dekabr ayında kartın balansı 3377.08 manat təşkil etmiş, 3377 manat həmin ay kartın balansından çıxarılmış, hesabda 08 qəpik pul qalmışdır. 2013-cü il üzrə kartın balansına yanvar ayında 170.82 manat, fevral ayında 172.70 manat, mart ayında 171.76 manat, aprel və may ayları üzrə may ayında 343.52 manat, iyun ayından dekabr ayınadək hər ay 186.76 manat pul köçürülmüş və hər ay pul yükləndikdən sonra kartın balansından çıxarılmışdır. 2013-cü ilin aprel ayında kartı müddəti bitdiyi və yeni kart verildiyi üçün həmin ayın ödənişi 2013-cü ilin may ayında karta köçürülmüşdür. 2014cü il üzrə karta yanvar ayında 186.76 manat, fevral ayında 190.92 manat, mart ayından dekabr ayınadək hər ay 188.84 manat köçürülmüş və köçürülmüş məbləğlər hər ay kartdan məxaric edilmişdir. 2015-ci il üzrə karta yanvar ayında 188.84 manat, fevral ayında 191.32 manat, mart ayından dekabr ayınadək hər ay 190.08 manat pul köçürülmüş və köçürülmüş məbləğlər hər ay kartdan məxaric edilmişdir. 2016-cı il üzrə yalnız may ayının məlumatı təqdim edilmiş, həmin ay 203.68 manat pul köçürülmüş və həmin məbləğ kartdan əxaric edilmişdir. 2017-ci il üzrə karta yanvar ayında 203.68 manat, fevral ayında 226.92 manat, mart ayından noyabr ayınadək hər ay 215.30 manat pul köçürülmüş, iyun və iyul aylarının ödənişi iyun ayında 430.60 manat olaraq keçirilmiş və həmin məbləğlər köçürüldükdən sonra kartdan məxaric edilmişdir, 2017-ci ilin dekabr ayında isə karta pul köçürülməmiş, kartın hesabında 0.70 qəpik pul qalmışdır. Azərbaycan Beynəlxalq Bankın Təhlükəsizlik Departamentindən 13.11.2020-ci il tarixli 42- 7025/2020 nömrəli məktubla ibtidai istintaq orqanına təqdim edilmiş, X4 adına olan 4172 22** **** 4441 nömrəli təqaüd kartı ilə 25.01.2017-ci il tarixdən 27.11.2017-ci il tarixinədək olan dövrdə aparılan əməliyyatlar zamanı bankomatlarda qeydə alınmış mümkün fotoşəkillər köçürülmüş 2 ədəd CD diskə cinayət işinin məhkəmə istintaqı zamanı məhkəmə iclas zalında olan kompyuter avadanlığından istfadə edilməklə məhkəmə tərəfindən cinayət prosesi iştirakçıları ilə birgə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, birinci diskin içərisində “bankomat 5 tarix” və “Ustakişiyeva Yesfira” yazılmış 2 ədəd fayl vardır. “bankomat 5 tarix” faylına daxil olduqda müəyyən olunmuşdur ki, 25.01.17, 22.02.17, 16.03.17, 21.04.17 və 19.05.17 adlandırılmış fayl vardır. 25.01.17 adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, faylın içərisində **********114441 nömrəli təqaüd kartı ilə 25.01.2017-ci il tarixdə saat 16:21-də əməliyyat aparılarkən qeydə alınmış 6 ədəd fotoşəkil vardır. Fotoşəkillərdə bankomat arxasında bir neçə kişi və bir nəfər qadın olması müşahidə edilir. 22.02.17 adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, içərisində **********114441 nömrəli təqaüd kartı ilə 22.02.2017-ci il tarixdə saat 17:11-də əməliyyat aparılarkən qeydə alınmış 6 ədəd fotoşəkil vardır. Həmin fotoşəkillərdə 3 nəfər kişi və 1 nəfər qadın olması müşahidə edilir. 16.03.17 adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, içərisində **********114441 nömrəli təqaüd kartı ilə 16.03.2017-ci il tarixdə saat 16:58-də əməliyyat aparılarkən qeydə alınmış 6 ədəd fotoşəkil vardır. Həmin fotoşəkillərdə 3 nəfər kişi və 1 nəfər qadın olması müşahidə edilir. 21.04.17 adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, içərisində **********114441 nömrəli təqaüd kartı ilə 21.04.2017-ci il tarixdə saat 18:43-də əməliyyat aparılarkən qeydə alınmış 6 ədəd fotoşəkil vardır. Həmin fotoşəkillərdə bir neçə nəfər kişi olması, öndə duran şəxsin kartı arxaya görüntüyə düşməyən şəxsə uzatması müşahidə edilir. 19.05.17 adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, içərisində **********114441 nömrəli təqaüd kartı ilə 19.05.2017-ci il tarixdə saat 19:15-də əməliyyat aparılarkən qeydə alınmış 6 ədəd fotoşəkil vardır. Fotoşəkillərdə bankomat arxasında 2 nəfər kişi olması müşahidə edilir. İkinci diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, içərisində “Bankomat 3 tarix” və “Bankomat 1275-26.09.17” yazılmış 2 ədəd fayl vardır. “Bankomat 3 tarix” yazılmış fayla daxil olduqda içərisində 30.06.17, 25.10.17 və 27.11.17 yazılmış 3 ədəd fayl olması müəyyən edilmişdir. 30.06.17 adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, içərisində **********114441 nömrəli təqaüd kartı ilə 30.06.2017-ci il tarixdə saat 17:45-də əməliyyat aparılarkən qeydə alınmış 5 ədəd fotoşəkil vardır. Həmin fotoşəkillərdə 3 nəfər qadın və bir nəfər kişi olması müşahidə edilir. 1 nəfər kişi əməliyyatı yerinə yetirdikdən sonra qadınlardan 1 nəfəri bankomatın qarşısına keçir. 25.10.17 adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, içərisində **********114441 nömrəli təqaüd kartı ilə 25.10.2017-ci il tarixdə saat 18:15-də əməliyyat aparılarkən qeydə alınmış 6 ədəd fotoşəkil vardır. Həmin fotoşəkillərdə bir neçə kişi və bir neçə qadın müşahidə edilmişdir. 27.11.17 adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, içərisində **********114441 nömrəli təqaüd kartı ilə 22.02.2017-ci il tarixdə saat 17:47-də əməliyyat aparılarkən qeydə alınmış 6 ədəd fotoşəkil vardır. Bankomatın önündə bir nəfər kişi, onun arxasında isə bir nəfər qadın müşahidə edilmişdir. “Bankomat 1275-26.09.17” adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, içərisində 9 ədəd fotoşəkil vardır. Həmin fotoşəkillər 26.09.2017-ci il tarixdə saat 06:53-də **********114441 nömrəli təqaüd kartı ilə əməliyyat aparılarkən qeydə alınmışdır. Fotoşəkillərdən 1 nəfər kişi və 1 nəfər qadın müşahidə edilmişdir. Kişi əməliyyatı yerinə yetirdikdən sonra uzaqlaşıb getmiş, qadın isə pulu götürmüşdür. Təqsirləndirilən şəxs1 həmin qadının özü olduğunu, digər şəxsin isə ona pulu çıxarmağa kömək etdiyini və həmin şəxsi tanımadığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə onun dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının əvvəlki mərhələsində “Bankomat 1275- 26.09.17” adlandırılmış faylda olan görüntülərdən başqa digər faylda olan görüntülərin (qadın təsviri) ona aid olduğunu təsdiq etməyib, həmin qadını tanımadığını bildirsə də, məhkəmə istintaqının sonrakı mərhələsində məhkəmə zalında baxış keçirilmiş fayllarda olan görüntülərin (qadın təsviri) ona aid olduğunu etiraf etmiş, lakin görüntülərdə əks olunan təsvirlərin onun öz pensiya hesabından vəsait çıxararkən çəkildiyini, həmin görüntülərin Yesfira Ustakişiyevanın pensiya kartı hesabından vəsait çıxarılmasına dair görüntülərə montaj edilməklə saxta şəkildə daxil edildiyini iddia etmişdir. Təqsirləndirilən şəxs1 qeyd etmişdir ki, özü bankomatdan pul çıxara bilmədiyi üçün başqa şəxslərdən xahiş edib pulu çıxartdırmışdır, lakin o, qaynanası Yesfiranın deyil, öz təqaüdünü götürmüşdür və görüntülər də həmin vaxt qeydə alınmışdır. Öz təqaüd kartından pul çıxarılarkən olan görüntülərin Yesfira Ustakişiyevanın təqaüd kartının məlumatlarında olmasının səbəbini bilmir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 07.09.2021-ci il tarixli protokoldan və çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs1 pensiya hesabından 2011-2017-ci illər üzrə çıxarışlara istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs1 adına olan hesabdan 2011-2017-ci illər üzrə çıxarış 12 vərəqdən ibarətdir. Çıxarışdan görünür ki, qeyd edilən hesaba 2011-ci il üzrə yanvar ayında hesabda 0.81 manat vəsait olmuş, həmin ay hesaba 93.59 manat köçürülmüş, 94 manat götürülmüş, fevral ayında 94.57 manat köçürülmüş, 94 manat götürülmüş, mart ayında 94.08 manat köçürülmüş, 95 manat götürülmüş, aprel ayında köçürmə olmamış, may ayında 188.16 manat köçürülmüş 188 manat götürülmüş, iyun ayında 94.08 manat köçürülmüş, 94 manat götürülmüş, iyul ayında köçürmə olmamış, avqust ayında 247.60 manat köçürülmüş, 247 manat götürülmüş, sentyabr ayında 123.80 manat köçürülmüş, 124.69 manat götürülmüş, oktyabr ayında 123.80 manat köçürülmüş və həmin məbləğ götürülmüş, noyabr ayında köçürmə olmamış, dekabr ayında 247.60 manat köçürülmüş və 247 manat götürülmüş, hesabda 0.60 manat vəsait qalmışdır. 2012-ci ilin yanvar ayında hesaba 123.80 manat köçürülmüş, 124 manat götürülmüş, fevral ayında 129.94 manat köçürülmüş, 130 manat götürülmüş, mart, aprel və may aylarında 126.87 manat köçürülmüş, mart və aprel aylarında 127 manat, may ayında 126 manat götürülmüş, iyun ayında köçürmə olmamış, iyul ayında 253.74 manat köçürülmüş, 254 manat götürülmüş, , avqust və sentyabr aylarında 126.87 manat köçürülmüş, 254 manat götürülmüş, oktyabr, noyabr və dekabr aylarında 126.87 manat köçürülmüş, müvafiq olaraq 125 manat, 129 manat və 127 manat götürülmüş, hesabda 0.04 manat vəsait qalmışdır. 2013-cü ilin yanvar ayında 126.87 manat köçürülmüş, 126 manat götürülmüş, fevral ayında 127.79 manat köçürülmüş, 128 manat götürülmüş, mart-avqust aylarında 127.33 manat köçürülmüş, mart ayında 128 manat, aprel və may aylarında 127 manat, iyun ayında 128 manat, iyul və avqust aylarında 127 manat götürülmüş, sentyabr-dekabr aylarında 142.33 manat köçürülmüş, sentyabr ayında 143 manat, oktyabr və noyabr aylarında 142, dekabr ayında 143 manat götürülmüş, hesabda vəsait qalmamışdır. 2014-cü ilin yanvar ayında hesaba 142.33 manat köçürülmüş, 142 manat çıxarılmış, fevral ayında 144.37 manat köçürülmüş, 144 manat çıxarılmış, mart-dekabr aylarında 143.35 manat köçürülmüş, mart ayında 144 manat, aprel ayında 143 manat, may ayında 143.75 manat, iyun və iyul aylarında 143 manat, avqust ayında 144 manat, sentyabr ayında 143 manat, oktyabr ayında 143.70 manat, noyabr və dekabr aylarında 143 manat çıxarılmış, hesabda 0.75 manat vəsait qalmışdır. 2015-ci ilin yanvar ayında hesaba 143.35 manat köçürülmüş, 144 manat çıxarılmış, fevral ayında 144.56 manat köçürülmüş, 144 manat çıxarılmış, mart-dekabr aylarında 143.95 manat köçürülmüş və hər ay 144 manat çıxarılmış, hesabda 0.16 manat vəsait qalmışdır. 2016-cı ilin yalnız may ayında olan məlumatlar təqdim edilmiş, həmin ay 155.71 manat köçürülmüş, 155 manat çıxarılmışdır. 2017-ci ilin yanvar ayında hesabda 0.71 manat vəsait olmuş, 155.71 manat köçürülmüş, 156 manat çıxarılmış, fevral ayında 167.05 manat köçürülmüş, 167 manat çıxarılmış, mart-dekabr aylarında 161.38 manat köçürülmüş, müvafiq olaraq mart ayında 161 manat, aprel ayında 162 manat, may və iyun aylarında 161 manat, iyul ayında 162 manat, avqust ayında 161 manat, sentyabr ayında 162 manat, oktyabr və noyabr aylarında 161 manat, dekabr ayında isə 162 manat götürülmüş, hesabda 0.27 manat vəsait qalmışdır. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin hesaba köçürülmüş vəsait onu pensiya ödənişidir, həmin vəsaitlər onun pensiya kartına yüklənmiş və özü tərəfindən kartdan çıxarılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 adına olan **********805584 nömrəli kart hesabından 2017-ci ilin 12 ayı ərzində hər ay müxtəlif tarixlərdə (hər ayın ikinci yarısında) müntəzəm olaraq vəsait çıxarılmışdır. Həmin vəsaitlərdən biri - 25.09.2017-ci il tarixdə saat 19:52də çıxarılmış məbləğ istisna olmaqla, digər 11 ay ərzində hesabdan pul vəsaiti Oğuz şəhəri ərazisində olan ATM-lərdən, qeyd olunan digər çıxarış, yəni 25.09.2017-ci il tarixdə saat 19:52-də çıxarılmış məbləğ isə “ATM CNV MERKEZİ HERBİ” ünvanından əldə edilmişdir. Təqsirləndirilən şəxs1 adına olan **********805584 nömrəli kart hesabından 2017-ci il ərzində aparılan əməliyyatlar zamanı bankomatlarda qeydə alınmış fotoşəkillər köçürülmüş diskə cinayət işinin məhkəmə istintaqı zamanı məhkəmə iclas zalında olan kompyuter avadanlığından istfadə edilməklə məhkəmə tərəfindən cinayət prosesi iştirakçıları ilə birgə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 25.09.2017-ci il tarixdə saat 19:52-də “ATM CNV MERKEZİ HERBİ” ünvanından vəsait çıxarılması əməliyyatı əvvəlindən sonunadək tam şəkildə (kartın daxil edilməsi, məbləğin qeyd edilməsi, kartın geri alınması və pul məbləğinin götürülməsi) bir qadın tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 əvvəlcə həmin qadını tanımadığını bildirsə də, sonradan həmin qadının öz qızı Zeynəb Ustakişiyeva olduğunu etiraf etmiş, əri Təqsirləndirilən şəxs2 2017-ci ildə səhhəti ilə bağlı Bakı şəhərində müalicə olunarkən özünün də Bakı şəhərində onun yanında olduğunu, həmin vaxtlarda pensiyasını almaq üçün öz pensiya kartını qızına verdiyini və 25.09.2017-ci il tarixdə ona aid pensiyanın Bakı şəhərindəki ATM-dən çıxarıldığını bildirmiş, Təqsirləndirilən şəxs2 də onun dediklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə portret ekspertizasının 05.03.2021-ci il tarixli 3/301 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, 1 rəqəmi ilə işarələnmiş “CD-R” tipli diskdəki “Bankomat 528-3 tarix” adlı qovluğun daxilindəki “6) 30.06.17” adlı qovluqda 05 ədəd fotoşəkildən 01 ədədində, “Bankomat 1275-26.09.17” adlı qovluqda olan 09 ədəd fotoşəkildən 03 ədədində əks olunmuş qadın cinsli şəxsin xarici görünüşünün bəzi element və əlamətləri eyniləşdirmə tədqiqatı üçün yararlıdır. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş “CD-R” tipli diskdəki “Bankomat 528-3 tarix” adlı qovluğun daxilindəki “6) 30.06.17” adlı qovluqda olan 01 ədəd fotoşəkildə, “Bankomat 1275-26.09.17” adlı qovluqda olan 03 ədəd fotoşəkildə və müqayisəli material qismində təqdim edilmiş “CD-R” tipli diskdəki Təqsirləndirilən şəxs1 eksperimental fotoşəkillərində eyni bir şəxsin əksi əks olunmuşdur. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş “CD-R” tipli diskdəki “Bankomat 528-3 tarix” adlı qovluğun daxilindəki “6) 30.06.17” adlı qovluqda olan digər 04 ədəd fotoşəkildə istintaq üçün zəruri olan qadın cinsli şəxsin xarici görünüş elementləri, əlamətləri tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş “CD-R” tipli diskdəki “Bankomat 528-3 tarix” adlı qovluğun daxilindəki “7) 25.10.17” adlı qovluqda olan 06 ədəd fotoşəkildən 02 ədədində istintaq üçün zəruri olan qadın cinsli şəxsin xarici görünüş elementləri, əlamətləri tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır, digər 04 ədədində isə qadın cinsli şəxs əks olunmamışdır. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş “CD-R” tipli diskdəki “Bankomat 528-3 tarix” adlı qovluğun daxilindəki “8) 27.11.17” adlı qovluqda olan 06 ədəd fotoşəkildən 02 ədədində istintaq üçün zəruri olan qadın cinsli şəxsin xarici görünüş elementləri, əlamətləri tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır, digər 04 ədədində isə qadın cinsli şəxs əks olunmamışdır. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş “CD-R” tipli diskdəki “Bankomat 1275- 26.09.17” adlı qovluqda olan fotoşəkillərdən 2 ədədində istintaq üçün zəruri olan qadın cinsli şəxsin xarici görünüş elementləri, əlamətləri tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır, digər 04 ədədində isə qadın cinsli şəxs əks olunmamışdır. Təqdim edilmiş 2 rəqəmi ilə işarələnmiş “CD-R” tipli diskdəki “1) 25.01.17” və “3) 16.03.17” adlı qovluqların daxilində olan 12 ədəd fotoşəkildə qadın cinsli şəxsin xarici görünüş elementləri, əlamətləri tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır. Təqdim edilmiş 2 rəqəmi ilə işarələnmiş “CD-R” tipli diskdəki “2)22.02.17” adlı qovluğun daxilində 06 ədəd fotoşəkildən 02 ədədində əks olunmuş istintaq üçün zəruri olan qadın cinsli şəxsin xarici görünüş elementləri, əlamətləri tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır, digər 04 ədədində isə qadın cinsli şəxs əks olunmamışdır. Təqdim edilmiş 2 rəqəmi ilə işarələnmiş “CD-R” tipli diskdəki “4) 21.04.17” və “5) 19.05.17” adlı qovluqların daxilində olan 12 ədəd fotoşəkildə qadın cinsli şəxs əks olunmamışdır. Təqdim edilmiş 1,2 rəqəmləri ilə işarələnmiş “CD-R” tipli disklərdəki qovluqlarda olan fotoşəkillərdə əks olunmuş şəxsin (şəxslərin) xarici görünüşünün eyniləşdirmə tədqiqatı üçün yararsız olmasının səbəbi xarici görünüşün anatomik elementlərinin - sifət cizgilərinin , sifətin ümumi konfiqurasiyasının, qaşlarının, gözlərinin, göz qapaqlarının, dodaqlarının, ağzının, burun-dodaq süzgəcinin, burnunun, burun kürəklərinin, burun sonluğunun, burun əsasının, burunüstü hissənin, qulaq seyvanının, çənəsinin tam və aydın əks olunmaması həmin elementlərin eyniləşdirmə tədqiqatı üçün kifayət qədər məcmu (kompleks) təşkil etməməsidir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 347,45 manat təşkil edir). Azərbaycan Beynəlxalq Bankın Təhlükəsizlik Departamentindən 13.11.2020-ci il tarixli 42- 7025/2020 nömrəli məktubla ibtidai istintaq orqanına təqdim edilmiş təqaüd kartının təhvil alınması barədə 2013-cü ilə aid jurnaldan 1 ədəd vərəqədən ibarət çıxarışa cinayət işinin məhkəmə istintaqı zamanı məhkəmə tərəfindən cinayət prosesi iştirakçıları ilə birgə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, "xxxx"ndan X4 adına olan **********114441 nömrəli təqaüd kartının təhvil alınması barədə jurnalda həmin səhifədə 80-ci sıra sayında kartı alan şəxs yerində AZE 07652431 nömrəli şəxsiyyət vəsiqəsi qeyd edilmiş və imza olunmuşdur. İş mаtеriаllаrınа əlаvə еdilmiş 05.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş çıxarışdan müəyyən edilir ki, X4 adına olan **********114441 nömrəli təqaüd kartının təhvil alınması barədə jurnalda kartı alan şəxs qismində qeyd edilən, AZE 07652431 nömrəli şəxsiyyət vəsiqəsinin kimə məxsus olmasının müəyyən edilməsi ilə əlaqədar Oğuz rayon X31 X23 baxış keçirilmiş və müəyyən olunmuşdur ki, AZE seriyalı 07652431 nömrəli şəxsiyyət vəsiqəsi 04.11.1984-cü ildə Rusiya Federasiyasının Novıy Urenqoy şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan X15 məxsusdur. Həmin şəxsiyyət vəsiqəsi Mingəçevir rayon Polis Şöbəsi tərəfindən 02.02.2010-cu il tarixdə verilmişdir. İş mаtеriаllаrınа əlаvə еdilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən verilmiş 25.05.2021-ci il tarixli 020-6287-1221 nömrəli müraciətə cavab məktubu və ona əlavə edilmiş məlumatdan görünür ki, həmin məlumatda X13 01.01.2013-cü il tarixdən müraciətə cavab verilən vaxtadək Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi barədə məlumatlar göstərilmiş və onun 2013-cü ildə Azərbaycan Respublikasında olmadığı müəyyən edilmişdir. Həmçinin, həmin məlumatlardan X13 13.09.2020ci il tarixdə Bakı Aeroportundan Azərbaycan Respublikasının hüdudlarını tərk etdiyi və halhazıradək ölkəyə qayıtmadığı müəyyən edilmişdir. İş mаtеriаllаrınа əlаvə еdilmiş Zaqatala rayon İcra Hakimiyyəti başçısının Zaqatala şəhər İƏD üzrə nümayəndəlyindən verilən 26.08.2021-ci il tarixli 156 nömrəli arayışdan görünür ki, X25 Zaqatala şəhəri Qazangül yaşayış massivində qeydiyyatda olsa da, hal-hazırda Rusiya Federasiyasında yaşayır. İş mаtеriаllаrınа əlаvə еdilmiş elektron informasiya məlumat sistemindən çıxarışdan və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti şöbəsindən verilmiş 08.02.2022-ci il tarixli 33/529 nömrəli sorğuya cavab məktubundan görünür ki, Zaqatala rayon Qazangül qəsəbəsində qeydiyyatda olan X28 sonuncu dəfə 12.12.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazi hüdudlarından çıxaraq Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, hal-hazıradək geri qayıtmamışdır. İş mаtеriаllаrınа əlаvə еdilmiş, Oğuz Rayon Məhkəməsinin 10.07.2013-cü il tarixli 2 (054) - 179 /2013 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ərizəçi qismində məhkəməyə müraciət edərək mərhum anasının doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamənin məzmunundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 anası Ustakişiyeva Yesvir (Yesfira) Aleksandrovnanın qardaşı mərhum X11 miras qalmış torpaq sahəsini öz adına rəsmiləşdirmək istəmiş, lakin mərhum anasının doğum haqqında şəhadətnaməsi olmadığından o, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edə və dayısından miras qalan torpaq sahəsini öz adına rəsmiləşdirə bilmədiyi üçün mərhum anasının doğum faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş mаtеriаllаrınа əlаvə еdilmiş 29.12.2009-cu il tarixdə verilmiş AZ-İ 360293 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X26 24.12.2009-cu il tarixdə Zaqatala rayonunda vəfat etmişdir. İş mаtеriаllаrınа əlаvə еdilmiş “Baxış keçirilməsi barədə” 05.07.2021-ci il tarixli protokoldan və epikrizdən müəyyən edilir ki, istintaq zamanı müstəntiq Ələkbər Əsgərov tərəfindən Təqsirləndirilən şəxs2 iştirakı ilə onun təqdim etdiyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyin X5 tərəfindən verilmiş 3042 nömrəli xəstəlik tarixindən epikrizə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 08.08.2017-ci il tarixdən 19.08.2017-ci il tarixədək Bakı şəhəri F.X.Xoyski prospekti 101 ünvanında yerləşən X1 stasionar müalicə almışdır. İş mаtеriаllаrınа əlаvə еdilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən verilmiş 12.01.2021-ci il tarixli 020-234-1221 nömrəli müraciətə cavab məktubu və ona əlavə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 09.04.2011-ci il tarixdə Samur sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikası ərazisindən çıxmış, 26.04.2011-ci il tarixdə isə ölkəyə geri qayıtmışdır. İş mаtеriаllаrınа əlаvə еdilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsindən verilmiş 12.01.2021-ci il tarixli 020-234-1221 nömrəli məktub və ona əlavə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 09.04.2011-ci il tarixdə Samur sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikası ərazisindən çıxmış, 26.04.2011-ci il tarixdə isə ölkəyə geri qayıtmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının 13.04.2021-ci il tarixli 4/115 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş, "xxxx"ndan X4 adına olan **********114441 nömrəli təqaüd kartının təhvil alınması barədə jurnalda həmin səhifədə 80-ci sıra sayında “Yesfira Ustakişiyeva”, “AZE 07652431”, “011769”, “M” yazılarından sonra imza hissəsindəki imza Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 122,00 manat təşkil edir). İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 10.09.2021-ci il tarixli qərardan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 296.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda, X13 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1ci maddəsi ilə, X25 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 307.1-ci maddələri ilə, Şahid5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. X8 25.02.2011-ci il tarixdə vəfat etdikdən sonra ona pensiya ödənişinin davam etdirilməsi və onun adına olan yeni (**********114441 nömrəli) təqaüd kartının sonradan başqa şəxsə verilməsi xüsusatı üzrə hər hansı şəxsin əməlində cinayət tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün cinayət işindən material ayrılmışdır. "xxxx" tərəfindən 13.11.2020-ci il tarixli məktubla təqdim edilmiş 2 ədəd və 13.04.2021-cil tarixli aktla təqdim edilmiş 1 ədəd CD-R disklər cinayət işi üzrə maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi barədə 13.09.2021-ci il tarixli qərarlardan və həmin tarixli iltizamlardan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri seçilmişdir. İş materiallarına əlavə edilmiş 12.01.2021-ci il tarixli tələbnamələrdən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən 11.01.2021-ci il tarixli 10-0/35, 10-0/36, 10-0/37 və 10-0/38 nömrəli arayışlardan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Oğuz şəhərində ailə üzvləri ilə birgə yaşayırlar. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən 11.01.2021-ci il tarixli xasiyyətnamələrdən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar, onların barələrində yaşadıqları ərazi üzrə İcra Nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdikləri, onlara elan edilmiş ittihamda özlərini təqsirli bilmədikləri ilə bağlı xüsusatlarla əlaqədar qeyd edir ki, X17 aid **********114441 nömrəli pensiya kartı hesabına aid görüntülərdə əks olunan təsvirlərin Təqsirləndirilən şəxs1 aid olduğu ekspertiza vasitəsilə müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 özü də məhkəmə istintaqının son mərhələsində həmin görüntülərdə əks olunan təsvirlərin onun özünə aid olduğunu etiraf etmişdir. X17 aid əvvəlki pensiya kartının 2012ci ilin dekabr ayında Zaqatala rayonu Qazangül qəsəbəsində Alla Batayeva tərəfindən şəxsən Təqsirləndirilən şəxs2 verildiyi də işin faktiki halları ilə sübuta yetirilmişdir. X14 adına tərtib edilmiş növbəti pensiya kartının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən hansı şəkildə əldə edilməsi tam bəlli olmasa da, həmin pensiya kartı üzrə pul vəsaitinin ayrı-ayrı vaxtlarda müntəzəm olaraq Təqsirləndirilən şəxs1 tərəfindən çıxarıldığı da tam sübuta yetirilmişdir. Yesfira Ustakişiyevanın vəfatından sonra onun pensiya hesabından uzun müddət vəsait çıxarılmaması, həmin müddətdə toplanmış 3377,08 manat vəsaitin yalnız 2012-ci ilin dekabr ayı ərzində çıxarılması da qeyd olunan pensiya kartının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən 2012-ci ilin dekabr ayında əldə edildiyini əminliklə deməyə əsas verir. Təqsirləndirilən şəxs1 özü də məhkəmə iclasında verdiyi ifadəsində etiraf etdi ki, onlar Zaqatala rayonu Qazangül qəsəbəsinə Allanın evinə qaynanasına aid torpaq sənədlərini götürməyə getmişlər və onlara verilmiş pay torpağına görə məhkəmədə işləri olmuşdur. Həmin torpaq sahəsinin rəsmiləşdirilməsi ilə əlaqədar hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə Təqsirləndirilən şəxs2 ərizəçi qismində məhkəməyə müraciət etdiyi iş üzrə məhkəmə qətnaməsi 10.07.2013-cü il tarixdə qəbul edildiyi halda, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncunun mərhum anasına aid sənədlərlə bağlı Zaqatala rayonu Qazangül qəsəbəsinə 2013-cü ilin dekabr ayında və ya 2014-cü ilin dekabr ayında getmiş olmaları ağlabatan deyildir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 iddia etdiyi kimi, görüntülərdə əks olunan təsvirlərinin onun öz pensiya hesabından vəsait çıxararkən çəkildiyi, həmin görüntülərin Yesfira Ustakişiyevanın pensiya kartı hesabından vəsait çıxarılmasına dair görüntülərə montaj edilməklə saxta şəkildə daxil edildiyi barədə xüsusatlarla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 25.09.2017-ci il tarixdə ona aid pensiyanın Bakı şəhərindəki ATM-dən çıxaran şəxsin öz qızı Zeynəb Ustakişiyeva olduğunu etiraf etmişdir. Belə olan halda, pensiya ayda bir dəfə ödənildiyi və həmin vəsaitin də 25.09.2017-ci il tarixdə Zeynəb Ustakişiyeva tərəfindən çıxarılmaqla əldə edildiyi təqdirdə, ertəsi gün, yəni 26.09.2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanında yerləşən 1275 nömrəli ATM-dən çıxarmaqla əldə etdiyi 216 manat vəsaitin onun öz pensiyası olduğunu iddia etməsi də tamamilə əsassız olmaqla inandırıcı deyildir. Halbuki, 26.09.2017-ci il tarixli bank hesabı əməliyyatı ilə bağlı qeydə alınmış görüntülərdə əks olunan təsvirlərin onun özünə aid olduğunu, Təqsirləndirilən şəxs2 2017-ci ildə səhhəti ilə bağlı Bakı şəhərində müalicə olunarkən həmin vaxtlarda özünün də Bakı şəhərində onun yanında olduğunu Təqsirləndirilən şəxs1 özü də inkar etməmişdir. 2012-ci ilin dekabr ayından sonrakı müddət üçün əldə edilməsi mümkün olmuş bank məlumatlarına əsasən digər bütün hallarda Yesfira Ustakişiyevanın pensiya kartından pul vəsaiti Oğuz rayonunda yerləşən ATM-lərdən çıxarılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, X17 aid əvvəlki pensiya kartı 2012-ci ilin dekabr ayından etibarən, sonrakı pensiya kartı isə 2013-cü ildə verildiyi vaxtdan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuş, pensiya kartından pul çıxarılarkən qeydə alınmış fotoşəkillərdə Təqsirləndirilən şəxs2 aid görüntülər olmasa da, 2012-ci ilin dekabr ayında Yesfira Ustakişiyevanın pensiya kartını Təqsirləndirilən şəxs1 ilə birlikdə Alla Batayevadan tələb edib almaqla, qabaqcadan əlbir olan bir qrup şəxs kimi vahid niyyətlə 2012-ci ilin dekabr ayından 27.11.2017-cı il tarixədək olan müddət ərzində cəmi 14.847 manat vəsait məhz onlar tərəfindən X14 pensiya hesabından çıxarılmaqla əldə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların törətdikləri cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxslərin ilk dəfə cinayət əməli törətmələrini, onların yaş həddini və yaşayış yerindən müsbət xarakterizə olunmalarını, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin onların özlərinin həyat tərzinə, ailə vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslərlə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onlarda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onların islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddələrdə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, törədilmiş cinayət əməlləri nəticəsində dəymiş maddi zərərin miqdarını və işin digər faktiki hallarını nəzərə alaraq həmin cəzanın hər bir təqsirləndirilən şəxsə münasibətdə 2 (iki) il müddətində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasının çəkilməsinin başlanğıcı onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhainin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X33 Şəxsə cəmi 14.847 (on dörd min səkkiz yüz qırx yeddi) manat miqdarında maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş hüquqi şəxsin onlara qarşı olan mülki iddia tələbini, ümumiyyətlə, qəbul etməsələr də, zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanın cəmi 14.847 (on dörd min səkkiz yüz qırx yeddi) manat miqdarında olması iş materialları və işin digər faktiki halları ilə müəyyən edilmişdir. Hazırki ittihamda qeyd edilən cinayət hadisələrinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsiri üzündən baş verdiyi məhkəmə araşdırması zamanı tam sübuta yetirilsə də, təqsirləndirilən şəxslər zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı indiyədək ödəmədiklərinə görə məhkəmə hesab edir ki, 14.847 (on dörd min səkkiz yüz qırx yeddi) manat mülki iddia məbləği hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmək və Əhainin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X33 Şəxsin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - cəmi 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə cəmi 496 (dörd yüz doxsan altı) manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üz üzrə digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz şəhəri N.Nərimanov küçəsi ev 27, mənzil 6 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz şəhəri N.Nərimanov küçəsi ev 27, mənzil 6 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - cəmi 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə cəmi 496 (dörd yüz doxsan altı) manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbi təmin edilsin. 14.847 (on dörd min səkkiz yüz qırx yeddi) manat mülki iddia məbləği hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmək və Əhainin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X33 Şəxsin hesabına ödənilsin. İş üz üzrə digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(054)-1/2022
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-1/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver