Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-1/2023 14.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci il tarixdə Kəlbəcər rayonu Keştək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Oğuz rayonu Calud kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, 07 iyun 2022-ci il tarixdə saat 04:00 radələrində X24 X8 meşəbəyliyinin 06 saylı meşə dolayından 05 ədəd ( 01 ədədi 36 sm diametrdə, 01 ədədi 40 sm diametrdə, 02 ədədi 56 sm diametrdə və 01 ədədi 60 sm diametrdə) qoz cinsindən olan kök üstə yaş ağacları aidiyyatı dövlət orqanlarının müvafiq icazəsi olmadan qanunsuz olaraq kəsməklə meşə fonduna ümumilikdə 2129,92 manat (iki min bir yüz iyirmi doqquz manat doxsan iki qəpik) məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, arvadı vəfat edib, 3 övladı ilə birlikdə Oğuz rayonu Calud kəndində yaşayır. Evində yandırmağa odun olmadığı üçün meşədən ağac kəsmək qərarına gəlmişdir. Bunun üçün xx.xx.2022-ci il tarixdə saat 04 radələrində özünə məxsus motorlu mişarı götürüb Oğuz meşəbəyliyinin 06 saylı meşə dolayına getmiş və orada olan 05 ədəd qoz cinsindən olan kök üstə yaş ağacları qanunsuz kəsərək yerə aşırmışdır. Daha sonra həmin gün meşə gözətçisi Şahid1 məxsus mobil telefona zəng edərək, hal-əhvalını soruşmuşdur. Həmin vaxt Şahid1 gözətçilik etdiyi meşə dolayndan ağacların kəsilməsini ona bildirdiyi üçün ağacların özü tərəfindən kəsilməsini etiraf etmişdir. Daha sonra Şahid1 onu ağacları kəsdiyi yerə dəvət etmişdir. O da həmin yerə getmiş və orada X24 Təsərrüfatı Mərkəzinin əməkdaşlarının olduğunu görmüşdür. Bundan sonra X24 Təsərrüfatı Mərkəzinin əməkdaşları onun kəsdiyi ağaclara görə akt tərtib etmiş, o da aktın doğru olmasını imzası ilə təsdiq etmişdir. O, həmçinin ifadəsində 05 ədəd (1 ədəd 36 sm diametrdə, 1 ədəd 48 sm diametrdə, 2 ədədi 56 sm diametrdə və 1 ədəd 60 sm diametrdə) qoz cinsindən olan kök üstə yaş ağacları Oğuz meşəbəyliyinin 06 saylı meşə dolayından xx.xx.2022-ci il tarixdə saat 04:00 radələrində tək kəsdiyini, bu barədə heç kimə məlumat vermədiyini, ağac kəsərkən heç kimin köməyindən istifadə etmədiyini, qeyd etdiyindən başqa heç bir yerdən ağac kəsmədiyini, ağacları kəsərkən istifadə etdiyi motorlu mişarı tanımadığı adama satdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra bildirdi ki, qanunsuz olaraq meşədən ağac kəsməyinin səbəbi evinin istiliyini təmin etmək olmuşdur. Törətdiyi cinayət əməlini könüllü etiraf edib. Həmin əməlin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edərək əməlindən səmimi peşman olmuşdur. Ağacları qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə dəymiş, ekspertiza rəyi ilə müəyyən edilmiş maddi ziyana görə ödənilməli olan 1472 manat məbləği də maddi imkansızlıq üzündən indiyədək könüllü olaraq ödəyə bilməmişdir. Himayəsində 2006 və 2007-ci il təvəllüdlü iki oğlu, 2009-cu il təvəllüdlü bir qızı vardır. Arvadı vəfat etdiyindən onları təkbaşına böyüdür. Oğlanları Baloğlan və Xanoğlan anadan gəlmə “talassemiya, irsi hemolitik anemiya” xəstəsidirlər. Onlara 2021-ci ildən rəsmi qaydada əlillik təyin olunmuşdur.Qeyd etdiklərinin cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş hüquqi şəxs Qəbələ X11 Mərkəzinin nümayəndəsi Nümayəndə Abdi oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, Qəbələ X11 Mərkəzində meşələrin qorunubmühafizə olunması üzrə baş mühəndis vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə X24 X7 meşəbəyliyinin 06 saylı meşə dolayının meşə gözətçisi Şahid1 gözətçilik etdiyi meşə dolayından Oğuz rayonu Calud kənd sakini Təqsirləndirilən şəxs tərəfindən 05 ədəd qoz cinsindən olan kök üstə yaş ağacların qanunsuz kəsilməsi barədə məlumat vermişdir. Həmin vaxt o, Şahid1 verdiyi məlumata əsasən Qəbələ X11 Mərkəzinin əməkdaşı Şahid2la birlikdə həmin əraziyə getmiş və orada 05 ədəd qoz cinsindən olan ağacların qanunsuz kəsildiyinin şahidi olmuşdur. Daha sonra qeyd edilən ağacların qanunsuz kəsilməsi ilə bağlı yerində akt tərtib edərək kəsilmiş ağacları 151 nömrə ilə damğalamışdır. Bundan sonra kəsilmiş ağaclara görə dəymiş ziyanlıq hesablanaraq akta əlavə olunmuş, hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göndərilmişdir. X24 X7 meşəbəyliyinin 06 saylı meşə dolayından qanunsuz kəsilmiş 05 ədəd (1 ədəd 36 sm diametrdə, 1 ədəd 48 sm diametrdə, 2 ədədi 56 sm diametrdə və 1 ədəd 60 sm diametrdə) qoz cinsindən olan kök üstə yaş ağaclar xx.xx.2022-ci il tarixdə gecə saatlarında Oğuz rayonu Calud kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsilmişdir. xx.xx.2022-ci il tarixli, 001067 saylı akt tərtib edilərkən qanunsuz kəsilmiş 5 ədəd müxtəlif diametrli qoz ağacına görə dəymiş ziyan 2129,92 manat hesablansa da, qanunsuz kəsilmiş ağaclar “başıbağlı” (sekvestr) olduğundan həmin məbləğdən 657(altı yüz əlli yeddi) manat 92 (doxsan iki) qəpik çıxılmışdır. X18 X9 dəymiş maddi ziyanın məbləği 1472 (bir min dörd yüz yetmiş iki) manatdır. Bununla bağlı sənədi məhkəməyə təqdim edir vəhəmin ziyanın ödənilməsini təqsirləndirilən şəxsə təklif edir. Qəbələ X11 Mərkəzinin təqsirləndirilən şəxsə qarşı başqa hər hansı tələbi yoxdur. Təqsirləndirilən şəxs qanun çərçivəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclsında Şahid1 ifadə verərək bildirdi ki, o, X24 X7 meşəbəyliyinin 06 saylı meşə dolayının meşə gözətçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır, aralarında ədavət və düşmənçilik olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində gözətçilik etdiyi meşə ərazisini gəzərkən meşədən 05 ədəd qoz cinsindən olan ağacların qanunsuz olaraq kəsildiyini görmüş və dərhal X24 X7 meşəbəyliyinin meşəbəyisi Şahid2 bu barədə məlumat vermişdir. Həmin gün Oğuz rayonu, Calud kənd sakini Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək, gözətçilik etdiyi meşə sahəsindən 05 ədəd qoz cinsindən olan ağacları kəsdiyini etiraf etmişdir. Bundan sonra Şahid2 Qəbələ X11 Mərkəzinin digər əməkdaşı Nümayəndələ birlikdə ağacların kəsildiyi yerə gəlmişdir. Kəsilmiş ağaclara görə yerində akt tərtib edilmiş, kəsilmiş ağaclar 151 nömrə ilə damğalanmışdır. Oğuz meşəbəyliyinin 06 saylı meşə dolayından qanunsuz olaraq kəsilmiş 05 ədəd (1 ədədi 36 sm diametrdə, 1 ədədi 48 sm diametrdə, 2 ədədi 56 sm diametrdə və 1 ədəd 60 sm diametrdə) qoz cinsindən olan kök üstə yaş ağaclar Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə gecə saatlarında qanunsuz olaraq kəsilmişdir. Məhkəmə iclasında Şahid2 ifadə verərək bildirdi ki, X24 X7 meşəbəyliyində meşəbəyi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində X24 X7 meşəbəyliyinin 06 saylı meşə dolayının meşə gözətçisi Şahid1 meşədən 05 ədəd qoz cinsindən olan ağacların qanunsuz olaraq kəsildiyi barədə məlumat vermişdir. Bundan sonra o və Qəbələ X11 Mərkəzinin digər əməkdaşı Nümayəndələ birlikdə ağacların kəsildiyi yerə gəlmiş, kəsilmiş ağaclara görə yerində akt tərtib edərək kəsilmiş ağaclar 151 nömrə ilə damğalamışlar. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəllərdən müəyyən edilir ki, Oğuz rayonu Bayan kəndi ərazisindən, Oğuz meşəbəyliyinin 06 saylı meşə dolayından kök üstə yaş ağacların qanunsuz olaraq kəsildiyi yerə Oğuz meşəbəyliyinin 06 saylı meşə dolayının meşə gözətçisi ilə birlikdə baxış keçirilərək protokol tərtib edilmişdir.(cinayət işi vərəq 17-23) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəllərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Bayan kəndi ərazisindən, Oğuz meşəbəyliyinin 06 saylı meşə dolayından yaş kök üstə ağacları qanunsuz olaraq kəsdiyi yeri əyani şəkildə göstərmişdir. (cinayət işi vərəq 46-52) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Qəbələ X11 Mərkəzi hüquqi şəxs olaraq zərərçəkmiş şəxs qismində tanınmışdır. (cinayət işi vərəq 59) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Nümayəndə Qəbələ X11 Mərkəzi hüquqi şəxsinin nümayəndəsi kimi tanınmışdır. (cinayət işi vərəq 65) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qəbələ X11 Mərkəzinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan göünür ki, Təqsirləndirilən şəxs Oğuz meşəbəyliyinin 06 saylı meşə dolayından cəmi 05 ədəd qoz cinsidən olan ağacları qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə cəmi 2129 (iki min bir yüz iyirmi doqquz) manat 92 (doxsan iki) qəpik miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. (cinayət işi vərəq 75) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-əmtəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5899 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Bayan kəndi ərazisindən, Oğuz meşəbəyliyinin 06 saylı meşə dolayından aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadan qanunsuz olaraq kəsdiyi 5 ədəd müxtəlif diametrli ağacların götürülməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 30 nömrəli qərarına əsasən qoz cinsindən olan ağaclara görə təbiətə dəymiş maddi ziyanın ümumi məbləği 1472 manatdır. Həmin ağacların ayrı-ayrılıqda diametrləri, həcmi və qiymətləri rəyin tədqiqat hissəsində göstərldiyi kimi 2129,92 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 manat təşkil edir. (cinayət işi vərəq 82-84) İş materiallarına əlavə edilmiş məhkəmə istintaqı zamanı Qəbələ X11 Mərkəzi tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında tədqiq edilən meşə fonduna dəyən ziyanla bağlı xx.xx.2023-cü il tarixli dəqiqləşmə məktubundan görünür ki, Təqsirləndirilən şəxs Oğuz meşəbəyliyinin 06 saylı meşə dolayından cəmi 05 ədəd qoz cinsidən olan ağacları qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə cəmi-1472 (bir min dörd yüz yetmiş iki) manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ittiham elan olunmuş, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması protokolu, ekspert rəyi və digər istintaq sənədləri işi üzrə sübut kimi tanınmışdır. (cinayət işi vərəq 86-89) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqıda iltizam” qətimkan tədbiri seçilmişdir. (cinayət işi vərəq 112-113) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli cavabından görünür ki,əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barədə məlumat yoxdur. (cinayət işi vərəq 81) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası TƏBİB “Oğuz rayon Mərkəzi Xəstəxanası” X26 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 637 nömrəli cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon Mərkəzi Xəstəxanasının “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. (cinayət işi vərəq 45) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AZ-İ 454672 nömrəli nikah haqqında şəhadətnamənin və AZ-İ 337585 nömrəli ölüm haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqələrinin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdən X12 ilə rəsmi nikaha olmuş, onların birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü Qasımzadə Baloğlan, xx.xx.2007-ci il təvəllüdlü Qasımzadə Xanoğlan, xx.xx.2009-cu il təvəllüdlü Qasımlı Mədinə adlı 3 övladı doğulmuş, X12 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. (cinayət işi vərəq 36-40) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Oğuz rayon İcra Hakimiyyəti başçısının Calut İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs X10 yaşayış yerindən müsbət xarakterizə olunur. (cinayət işi vərəq 58) Oğuz rayon İcra Hakimiyyəti başçısının Calut İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli 10/01 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi X4, X5 və X6 ibarətdir. xx.xx.2022-ci il tarixdə Oğuz rayon Polis şöbəsinə tədqim edilmiş 10/151 saylı arayışda qeyd edilmiş X2 rayon Şirvanlı kəndində qeydiyyatda olmaqla Calut kəndində Təqsirləndirilən şəxs təsərüfatında qeydiyyatsız yaşayır. Şəxsiyyət vəsiqəsində qeydlərə görə evli göstərildiyindən texniki səhv olaraq Təqsirləndirilən şəxs arvadı kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası TƏBİB “Oğuz rayon Mərkəzi Xəstəxanası” X26 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ- 6-64/1-Q-1-31/2023 və PHŞ-6-64/1-Q-2-31/2023 nömrəli arayışlardan görünür ki, X4 və X1 MRX poliklinika şöbəsində “D56.0 Alfa-talassemiya, irsi hemolitik anemiya” diaqnozu ilə dispanser qeydiyyatında olmaqla onlara xx.xx.2021-ci il tarixdən əlillik təyin olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq kök üstə yaş ağacları kəsməklə Qəbələ Regional X9 maddi ziyan vursa da, onun törətdiyi əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və artıq islah olunmağa başlamışdır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını, habelə himayəsində “talassemiya” xəstəliyi olan iki övladının, eləcə də 2009-cu il təvəllüdlü azyaşlı qızının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə məhkəmələrə izah edilir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin onun həyat tərzinə, ailəsinin vəziyyətinə maddi, fiziki və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia yoxdur. İş üzrə 50 (əlli) manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində Oğuz və Şəki rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Calut kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Eksperiza xərci hesabına Təqsirləndirilən şəxs 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 hesabına köçürülsün. İş üzrə maddi sübutun olmaması, mülki iddia tələbinin verilmədiyi, digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim :Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-1/2023
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-1/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver