Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-1/2024 05.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi - Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx.xx.1986-cı il tarixdə Oğuz rayonu Bayan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Oğuz rayonu Bayan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, 19 mart 2023-cü il tarixdə saat 16 radələrində «X8» Azərbaycan Respublikasi Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq Zərərçəkmiş şəxs atası Qanuni nümayəndə məxsus "Vaz 21099" markali, ** SM *** dövlət qeydiyyat nisanlı avtomobili alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə etmiş və Oğuz şəhərindən Oğuz rayonu, Bayan kəndi istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən “X8” Azərbaycan Respublikasi Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara əməl etməməsi səbəbindən avtomobilin idarəetməsini itirərək əks istiqamətdə nəqliyyat axınını ayıran bardürün üzərinə çıxmaqla avtomobilin sağ tərəfi həmin yolayrıcının qurtaracaq hissəsində olan sonuncu işıq dirəyinə dəymiş, daha sonra isə yolun əks hərəkət istiqamətinə çıxaraq 25 metr məsafə irəlilədikdən sonra aşmış, nəticədə ehtiyatsızliqdan avtomobilin qabaq sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, beyin koması, baş beyinin ağır dərəcəli əzilməsi, baş beyinin toxumasına və qişalarına qansızma, sağ körpücük, sağ kürək sümüklərinin qəlpəli yerini dəyişən sınığı, hər iki ağ ciyərin əzilməsi, iki tərəfli pnevmahemotoraks, döş qəfəsinin sağdan İl-İİİ-İV-V qabırğalarının qövsləri səviyyəsindən, həmin tərəfdə onurğa kənarı xətt üzrə İİİ-İV-V-Vİ- qabırğaların və döş qəfəsinin sol tərəfində İ-İİ qabırğaların yerdəyişən sınığı, başın yumşaq toxumasının dərialtı hematomasi, sağ göz ətrafının dərialtı hematoması, sağ gözün buynuz qişasına qansızma kimi xəsarətlərlə müşaiyət olunan və həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi var. xx.xx.2023cü il tarixdə saat 13 radələrində həmkəndlisi Raminin toy məclisində iştirak etmək üçün Oğuz şəhərində yerləşən “Nizami” şadlıq evinə getmişdir. Həmin toy məclisində həmkəndlisi Zərərçəkmiş şəxs da iştirak etmişdir. Onlar ayrı-ayrı masada oturmuşlar.Toyda spirtli içki qəbul etmişlər.Daha sonra nə baş verdiyini, Nurlanla necə rastlaşdıqlarını, onun avtomobilinə necə əyləşdiyini və avtomobili kimin idarə etməsini xatırlamır, avtomobilin onun özü və ya Nurlan tərəfindən idarə edilməsi yadında qalmamış, huşu özünə gələndə Şəki Rayon Mərkəzi Xəstəxanasında olduğunu bilmişdir. Sonradan ona məlum olmuşdur ki, o və Nurlan toy məclisindən çıxıb Nurlanın atasına məxsus “Vaz 21099” markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib evə getmək istəyərkən yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə zamanı özü və Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. O, hadisə baş verən zaman havanın günəşli, yolun asfalt örtüklü olmaqla quru olduğunu xatırlayır və “psixi” vəziyyəti normaldır. Hadisə zamanı yorğun və yuxulu olmasa da, spirtli içkinin təsiri altında olmuşdur. Zərərçəkmiş şəxs da sərxoş olmuşdur. Avtomobildə onlardan başqa kimlərinsə olmasını xatırlamır. Hadisə baş verdiyinə görə peşmandır, lakin indiyədək də sükan arxasında olub-olmadığını xatırlaya bilmir.İş üzrə zərərçəkmiş şəxsə ailəsi tərəfindən 1000 manat maddi yardım edilmişdir. Ailəlidir, himayəsində 2009, 2010 və 2015-ci il təvəllüdlü 3 övladı vardır. Maddi imkanı yoxdur. Qeyd etdiyi hallar nəzərə alınmaqla barəsində olan cinayət işi üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan cinayət əməli törətməsi qismən özünün ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus “Vaz 21099” markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili oğlu Nurlan Mikayilovun sürücülük vəsiqəsi olmasa da, ona idarə etmək üçün vermişrdir. xx.xx.2023-cü il tarixdə oğlu Zərərçəkmiş şəxs həmkəndlisinin toy məclisinə getmək üçün avtomobili idarə etmək istəmiş, o da etiraz etməyərək Nurlana “Vaz 21099” markali, 10SM 819 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün vermiş, həmçinin spirtli içki qəbul etməməsi, spirtli içki qəbul etdiyi təqdirdə avtomobili özünün idarə etməməsi barədə tövsiyələr vermişdir. Nurlan da qeyd edilən tarixdə saat 13 radələrində avtomobili ondan götürüb həmkəndlisi Raminin toy məclisində iştirak etmək üçün Oğuz şəhərində yerləşən "Nizami” şadliq sarayına getmişdir. Həmin gün saat 17 radələrində ona məxsus avtomobili həmkəndlisi Təqsirləndirilən şəxs idarə edərək Oğuz rayonu, Bayan kəndinə doğru hərəkətdə olarkən idarəetməni itirib avtomobilin sağ tərəfinin “qoşa yol” adlanan ərazidə avtomobil axınını ayırmaq üçün olan səkidə yerləşən işiq dirəyinə vuraraq avtomobili aşırması, nəticədə oğlu Nurlanın və həmkəndlisi Nazimin müxtəlif dərəcəli bədən xəsarətləri alması ona məlum olmuşdur. Yol nəqliyyat hadisəsinin xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Oğuz rayonu ərazisində yerləşən “qoşa yol” adlanan ərazidə baş verməsini sonradan bilmişdir. Oğlu Nurlanın 32 yaşı olduğundan, avtomobili sərbəst idarə edə bildiyi üçün Nurlanın onun avtomobilini idarə edərək toy məclisinə getməsinə etiraz etməmişdir. Nurlana əvvəllər də avtomobili idarə etmək üçün versə də Nurlana sərxoş olmamasını tapşırmışdır. Nurlanın sürücülük vəsiqəsi olmayıb, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməyin və avtomobili sürücülülk hüququ olmayan şəxsə idarə etmək üçün verməyin məsuliyyətə səbəb olmasından məlumatsız olub. Nazimin avtomobili idarə etməsini görməyb, lakin avtomobilə baxarkən avtomobilin sərnişin tərəfdən dəydiyini müşahidə etmişdir. Hadisədən sonra Nazimin anası Şahid1 onların evinə gələrək avtomobilin həqiqətən Nazim tərəfindən idarə edildiyini bildirib oğlu Nazimin tutulmaması üçün şikayətini geri götürməsini xahiş edərək bunun müqabilində oğlu Nurlanın əməliyyat xərclərinə köməklik edəcəyini demişdir. Şahid1 onun evinə gələrkən evdə xalası oğlu İlqar da olub, o da Fatma ilə onun danışıqlarını eşidib. Buna görə hadisə zamanı avtomobilin Təqsirləndirilən şəxs tərəfindən idarə edilərək hadisənin baş verdiyinə əmindir. Zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Qanuni nümayəndə ifadəsində onu da bildirmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində oğlu Nurlan ağır bədən xəsarətləri almışdır. Aylardır ki, Nurlan yataq rejimindədir, hətta fikrini çatdırmaq üçün danışa bilmir. İndiyədək ona külli məbləğdə xərc çəkib. Hələ bundan sonra da Nurlanın normal həyata qayıtması üçün yüksək məbləğdə pul lazımdır. Təqsirləndirilən şəxs onun müalicəsi üçün 1000 (bir min) manat köməklik etməklə kifayətlənmiş, sonradan heç bir hadisə olmamış kimi davranmış, hadisənin nəticəsindən narahatlıq keçirməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlu Nurlana dəymiş maddi ziyana görə 26155 (iyirmi altı min bir yüz əlli beş) manat dəyərində müayinəmüalicə xərcləri ilə bağlı tibb müəssisələrindən ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Bu xərclər onun maddi xərclərinin bir hissəsidir. Qalan məbləğlərlə bağlı qəbzlər saxlanılmayıb, bəzi xərclərlə bağlı sənəd təqdim etməsi mümkün deyil, çünki həmin xərclərə görə sənəd verilmir. Mənəvi ziyanı isə 38845 (otuz səkkiz min səkkiz yüz qırx beş) manat məbləğində qiymətləndirir. Beləliklə təqsirləndirilən şəxsə qanuni cəza təyin edilməklə maddi və mənəvi ziyan əvəzi olaraq cəmi 65000 (altmış beş min) manat və ödənilmiş 285 (iki yüz səksən beş) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutulmasını tələb edir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişrdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində Oğuz şəhərində yerləşən “Nizami” şadlıq sarayının yanında olan ərzaq malları mağazasına alış-veriş etmək üçün gedərkən qohumu Tərlan Mikayilova məxsus “Vaz 21099” markalı, **-SM-*** dövlət qeydiyyat nişanli avtomobilin tanımadığı şəxs tərəfindən idarə edildiyini, Nurlanın qarşı oturacaqda sərnişin kimi əyləşdiyini və avtomobilin “Nizami” şadlıq sarayının qarşısından çıxaraq Saməddin adlı şəxsə məxsus tikinti materialları satılan mağazaya tərəf getdiyini görmüşdür. Həmin ərazi sıxlıq olduğuna görə avtomobil yavaş sürətlə hərəkət edirdi. Bir müddət sonra ona məlum olmuşdur ki, Tərlan Mikayilova məxsus "Vaz 21099” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Oğuz rayonu, Bayan kənd sakini Təqsirləndirilən şəxsdur və Nazim Nurlanla birlikdə Tərlana məxsus "Vaz 21099” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Oğuz rayonu, Bayan kəndinə doğru hərəkətdə olarkən idarəetməni itirib avtomobilin sağ tərəfinin “qoşa yol” adlanan ərazidə avtomobil axınını ayırmaq üçün olan səkidə yerləşən işıq dirəyinə vuraraq daha sonra avtomobili aşırmış, nəticədə Nurlan və Nazim müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisədən bir müddət sonra o, qohumu Qanuni nümayəndə yaşadığı evdə qonaq olarkən, Nazimin anası Şahid1 Tərlanın yaşadığı evə gələrək avtomobilin həqiqətən Nazim tərəfindən idarə edildiyini bildirib oğlu Nazimin tutulmaması üçün şikayətin geri götürülməsini xahiş edərək bunun müqabilində Nurlanın əməliyyat xərclərinə köməklik göstərəcəyini bildirmişdir. Onda olan məlumata görə Nurlanın əməliyyat xərclərinə təxminən 15000(on beş) min manat pul lazım idi. Nazimin anası Fatma köməklik kimi Nurlanın müalicəsi üçün 7500(yeddi min beş yüz) manat təklif etmiş və həmin təkliflə Tərlangil razılaşmışlar. Həmin vaxt o da hadisədən əvvəl Nazimin avtomobili idarə etdiyini gördüyünü Fatmanin nəzərinə çatdırmışdır. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. Nazimin avtomobili olmasa da onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə Nazim həmkəndlisi Raminin toy məclisində iştirak etmək üçün saat 13 radələrində Oğuz şəhərində yerləşən “Nizami” şadlıq sarayına getmişdir. Həmin gün saat 17 radələrində ona məlum olmuşdur ki, oğlu Nazim və həmkəndlisi X4 atasına məxsus olan “Vaz 21099” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz şəhərinin aşağı hissəsində olan “qoşa yol” adlanan yerdə yol nəqliyyat hadisəsi törətmiş və hər ikisi ağır vəziyyətdə Oğuz RMX-na aparılmışlar. Hadisədən sonra təhqiqatçı tərəfindən Nazimin toy məclisində iştirak etmək üçün geydiyi cins şalvarı ekspertiza tədqiqatina təqdim edilməsi üçün ondan götürülmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı qeyd edilən avtomobilin Nazim və ya Nurlan tərəfindən idarə edilməsi barədə heç nə deyə bilmir. Hadisədən sonra Tərlan Nurlanın müalicə xərclərinə köməklik etməsini ondan xahiş etdiyindən o da həmin vaxt Nurlanın müalicəsi üçün 1100 (bir min bir yüz) manat pul vermiş, sonradan maddi imkanı olmadığı üçün Nurlanın müalicəsinə köməklik edə bilməmişdir. Nurlanın evində olarkən konkret olaraq avtomobilin oğlu Nazim tərəfindən idarə edilməsini deməmişdir. Qanuni nümayəndə və Şahid2 bu barədə dedikləri həqiqətə uyğun deyil. Nazimin polis şöbəsinə verdiyi izahatında hadisə zamanı avtomobilin özü tərəfindən ayıq idarə edilməsini göstərməsi ilə bağlı heç nə deyə bilmir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Oğuz Rayon Mərkəzi Xəstəxanasının “Acil” şöbəsində “dispetçer” vəzifəsində çalışır. Zərərçəkmiş şəxs onun qardaşıdır. Hadisə günü, yəni xx.xx.2023-cü il tarixdə növbədə olmuşdur. Təcili yardım maşını gələndə görmüşdür ki, qəzaya düşən şəxs onun qardaşı Nurlandır. Eyni zamanda Təqsirləndirilən şəxs da “Acil” şöbəyə gətirilmişdir. Həmin vaxt o, “xərək”də oturaq vəziyyətdə, huşu özündə olmuşdur. Nazimin hadisədən əvvəl və sonra özündə olmaması, heç nəyi xatırlamaması barədə dedikləri yalandır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Oğuz şəhəri ərazisində, şəhərin "qoşa yol” adlanan yerində baş vermişdir, hadisə baş verdiyi yer yasayış məntəqəsi deyil. Hadisədən əvvəl Vaz 21099 markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobil Oğuz rayonu Bayan kəndi istiqamətində hərəkətdə olmuşdur. Hadisənin baş verdiyi yerdə yol asfalt örtüklü olmaqla qurudur, qeyd edilən yol düzdür, yolun hərəkət hissəsinin eni 5 metrdir, ortada 1 metr enində beton sədd vardır, beton səddin ortasında işıqlanma dirəkləri yerləşir, yolda uzununa nişanlanma xətti yoxdur, yolda hərəkət sürəti 90 km/saatdır, yolda sürüşkən yol nizamlayıcı yol nişanı vardır, yolda tormozlama izi müşahidə edilməmişdir. Avtomobil Oğuz şəhəri istiqamətində aşmış vəziyyətdədir. Avtomobilin olduğu yerdən “qoşa yol” adlanan yerə olan məsafə 25 metrdir. Hadisədən əvvəl "Vaz 21099” markalı, ** SM *** dövlət qeydiyyat nişanli avtomobil saz vəziyyətdə olmuşdur. Hadisə zamanı qeyd edilən nəqliyyat vasitəsində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs başqa heç kim olmamışdır. Hadisə yerinə baxış keçirilməsi ilə əlaqədar fotoşəkillər və hadisə yerinin sxemi çəkilmiş və tərtib edilmiş protokola əlavə olunmuşdur. (i.v.06-14) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli 129 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. (i.v.15) Azərbaycan Respublikası TƏBİB Oğuz rayon X3 hüquqi şəxsin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 13 iyun 2023-cü il tarixli PHS-6-64/2-390/2023 saylı məktubundan görünür ki, 1986-cı il təvəllüdlü Oğuz rayon Bayan kənd sakini Təqsirləndirilən şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin narkoloji kabinetində xx.xx.2019-cu il tarixdən F12.2 asılılıq sindromu diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. (i.v.68) Azərbaycan Respublikası TƏBİB Oğuz rayon X3 hüquqi şəxsin İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 18-1-64/1-M-6xx-xx/2023 saylı arayışından görünür ki, Oğuz rayon Bayan kənd sakini 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həqiqətən xx.xx.2023-cü il tarixdə yol qəzası keçirib. “S06.0 Baş beynin silkələnməsi, G82.4 Spastik tetraplegiy, R47.12Dizartriya və anartriya” diaqnozu ilə hal-hazırda nitqi yoxdur.(işv.114) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizası ilə əlaqədar “MTE və PA Birliyinin” Qəbələ rayon şöbəsinin 08 iyun 2023-cü il tarixli 20 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində alt çənənin sağ və sol şaxələrinin yerini dəyişən sınığı, sağ gicgah, sol təpə, alt çənənin sağ tərəfinin əzilmiş-cırılmış yaralari, sol baldırın içəri aşağı 1/3-nin, sol içəri topuq, bayır topuq nahiyəsinin, sağ baldırın ön orta 1/3-nin, sağ içəri topuq nahiyəsinin və belin oma nahiyəsinin sıyrıqları küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 19 mart 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamliğin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. (i.v.115-116) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizası ilə əlaqədar “MTE və PA Birliyinin” Qəbələ rayon şöbəsinin 28 iyul 2023-cü il tarixli 22 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qapalı kəllə beyin travması, beyin koması, baş beynin ağır dərəcəli əzilməsi, baş beynin toxumasına və qişalarına qansızma, sağ körpücük, sağ kürək sümüklərinin qəlpəli yerini dəyişən sınığı, hər iki ağ ciyərlərin əzilməsi, iki tərəfli pnevmahemotoraks, döş qəfəsinin sağdan İİ-İİİ-İV-V qabırğaların qövsləri səviyyəsindən, həmin tərəfdə onurğa kənarı xətt üzrə İİİ-İV-V-Vİ-Vİİ qabırğalrının və döş qəfəsinin sol tərəfində İ-İİ qabırğaların yerdəyişən sınığı, başın yumşaq toxumasının dərialtı hemotoması, sağ göz ətrafının dərialtı hemotoması, sağ gözün buynuz qişasına qansızma küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 19 mart 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamliğa ağir zərər vurmanın əlamətlərinə aiddir. (i.v. 117-119) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “götürmə haqqında” qərardan, protokoldan, fotoşəkillərdən və məktublardan görünür ki, 20 mart 2023-cü il tarixdə “Vaz 21099” markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü və ön sağ oturacağının üzlükləri, həmçinin hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd cins materialdan olan şalvar müvafiq protokol və digər sənədlər tərtib edilməklə götürülmüşdür. (i.v.21-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən lifli materialların tədqiqi üzrə ekspertin 12 may 2023-cü il tarixli 17/377 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Vaz 21099” markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü və ön sərnişin oturacaqlarinin üzlüklərinin səthləri üzərində kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. - Tədqiqata təqdim edilmiş, “Vaz 21099” markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün səthi üzərindən tapılmış açıq-boz rəngli təbii pambıq lifləri_cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın tərkib əlamətlərinə uyğun gəlir. - Tədqiqata təqdim edilmiş, “Vaz 21099" markali ** SM *** dövlət qeydiyyat nişanli avtomobilin ön sərnişin oturacağının üzlüyünün səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasinda Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın tərkib lifləri yoxdur. (i.v. 71-76) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən iş üzrə təyin olunmuş yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 14 iyun 2023-cü il tarixli, 8/1659 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumata əsasən "VAZ 21099” markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqinda” Azərbaycan Respublikasi Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət eməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ 21099” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti Haqqinda Azərbaycan Respublikasi Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 94-97) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs dindirilməsi mümkün olmadığından atası Qanuni nümayəndə onun qanuni nümayəndəsi təyin edilmişdir. (i.v. 138) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixdə verilmiş raportdan və xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, hadisə zamanı “Vaz 21099” markali ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin həqiqətən Təqsirləndirilən şəxs tərəfindən idarə edilib edilməməsi, qeyd edilən toy şənliyindən çıxarkən onları görən şəxslərin dairəsinin, hadisədən əvvəl hərəkətdə olarkən qarşılarına hər hansi maneənin çıxıb-çıxmaması, sürücünün hansı şəraitdə idarəetməni itirərərək qəza törətməsi, hadisəni kənar şəxslərdən kimlərin görməsi, baş verən hadisə barədə kimin məlumat verməsi, hadisədən sonra ilk köməyə gələn şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. (i.v. 67; 88) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən BC 506341 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək B1,B,C1,C dərəcəsi ilə avtomobil idarə etmək hüququ verilmişdir.(i.v. 20) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən BD 238892 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21099” markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobil Qanuni nümayəndə məxsusdur. (i.v.19) Oğuz rayonu İcra Hakimiyyəti Başçısının Bayan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 5-68-12/2-25/2023 saylı arayış və xasiyyətnaməsindən, habelə nikah haqqında AZ-İ 547289 saylı şəhadətnamənin, 3 ədəd şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Bayan kəndində qeydiyyatda olmaqla yaşayır, ailəlidir, himayəsində 2009, 2010 və 2015-ci il təvəllüdlü 3 azyaşlı övladı vardır, yaşayış yerindən müsbət xarakterizə olunur. (i.v. 77-78, 83-85) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 01 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (i.v. 122-123) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 49 saylı məktubundan görünür ki, Oğuz rayon Bayan kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək etibarlı olan B1,B,C1,C kateqoriyalı BC 506341 nömrəli sürücülük vəsiqəsi verilmiş, inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə İdarənin mərkəzi informasiya sistemində hər hansı məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi, spirtli içkinin təsiri altında olduğu, daha sonra nə baş verməsi, Nurlanla necə rastlaşdıqlarının yadında qalmadığı, onun avtomobilinə necə əyləşdiyi və avtomobili kimin idarə etməsini xatırlamadığı, avtomobilin onun özü və ya Nurlan tərəfindən idarə edilməsinin yadında qalmadığı barədə xüsusatlara münasibət bildirərək qeyd edir ki, onun ifadəsinin həmin hissəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin həmin hissəsi iş materialları və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla tam təkzib edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsinin baş vermə şəraiti və səbəbləri ilə bağlı ifadəsində qeyd etdiyi xüsusatlara tənqidi yanaşır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. CM-nin cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları o, cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında, nəqliyyat vasitəsindən idarə etmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olması və zərərçəkmiş şəxsə 1100 manat maddi yardım etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, hadisəni törətdikdən sonrakı davranışı, habelə himayəsində 3 azyaşlı övladının olması nəzərə alınmaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş kifayət edən həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla, onun şəxsiyyətinə və cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının müddəalarını nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməməsi, inzibati mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməməsi, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmaqla dəyişdirilməməlidir. İş üzrə verilmiş 26155 manat maddi və 38845 manat mənəvi ziyan olmaqla cəmi 65000 manat məbləğində mülki iddia tələbinə münasibətdə məhkəmə aşağıdakıları bildirir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs ağır bədən xəsarətləri almışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi olan Qanuni nümayəndə tərəfindən təqdim edilmiş, müayinə və müalicənin aparılması ilə bağlı tibb müəssisələri tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş ödəniş qəbzləri araşdırılarkən müəyyən edildi ki, baş vermiş cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın məbləği 24 880 manat müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsin ailəsi tərəfindən 1100 manat maddi yardımın verilməsini nəzərə alır və dəymiş maddi ziyanın məbləğini 23780 (iyirmi üç min yeddi yüz səksən) manat olduğunu qəbul etməklə hesab edir ki, maddi ziyan tələbi həmin hissədə təmin edilməli, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs 23780 manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, maddi ziyan tələbi 2375 manat hissədə təmin edilməməlidir. Məhkəmə mülki iddiaçının 38845 manat mənəvi ziyanın ödənilməsi barədə tələbinə münasibətdə hesab edir ki, mülki iddia həmin hissədə sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Məhkəmə bildirir ki, mülki iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 161,34 manat hissəsi mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçıya verilməli, dövlət rüsumu qalan-123,66 manat hissədə mülki iddiaçının özünə aid edilməlidir. İş üzrə ekspertiza xərci olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik və 85 (səksən beş) manat - cəmi 156 (bir yüz əlli altı) manat 94(doxsan dörd) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - saxlanılması üçün Oğuz RPŞ-nin duracağına təhvil verilmiş “VAZ 21099” markalı ** SM *** dövlət qeydiyyat nişanlı minik avtomobili, 1 ədəd kağız torbada qablaşdırılmış sürücü oturacağının üzlüyü, 1 ədəd kağız torbada qablaşdırılmış ön sağ oturacağının üzlüyü zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Qanuni nümayəndə, Oğuz RPŞ-nin maddi sübut otağında saxlanılan 1 ədəd kağız torbada qablaşdırılmış təqsirləndirilən şəxsə məxsus 1 ədəd cins şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Ekspertiza xərci hesabına Təqsirləndirilən şəxs 156 (bir yüz əlli altı) manat 94 (doxsan dörd) qəpik alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ 013601**********3944, SWİFT Bik: CTREAZ 22 hesabına köçürülsün. İş üzrə maddi sübut - saxlanılması üçün Oğuz RPŞ-nin duracağına təhvil verilmiş “VAZ 21099” markalı ** SM *** dövlət qeydiyyat nişanlı minik avtomobili, 1 ədəd kağız torbada qablaşdırılmış sürücü oturacağının üzlüyü, 1 ədəd kağız torbada qablaşdırılmış ön sağ oturacağının üzlüyü zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Qanuni nümayəndə, Oğuz RPŞ-nin maddi sübut otağında saxlanılan 1 ədəd kağız torbada qablaşdırılmış təqsirləndirilən şəxsə məxsus 1 ədəd cins şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia tələbi qismən təmin edilsin. Təqsirləndirilən şəxs 23 780 (iyirmi üç min yeddi yüz səksən) manat maddi ziyan məbləği və dövlət rüsumu kimi ödənilmiş 161,34 (bir yüz altmış bir manat otuz dörd qəpik) manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia tələbi maddi ziyanın əvəzi kimi 2375 (iki min üç yüz yetmiş beş) manat və mənəvi ziyana görə 38845 (otuz səkkiz min səkkiz yüz qırx beş) manat hissədə, habelə 123,66 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-1/2024
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-1/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver