Məhkəmə qərarları › İş №1(054)-1/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-1/2025

01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-1/2025 01.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1977-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olmaqla Oğuz şəhəri, H.Əliyev prospekti 73 B ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ümumilikdə 181,02 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əldə edərək özünün idarə etdiyi, lakin tanışı X3 məxsus, “Niva” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağının alt hissəsində gizlədib saxlamış, bundan başqa xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 üzərində saxladığı 2 ədəd bükümdə içərisində qurudulmuş marixuana olan bükümləri ona saxlamaq üçün vermiş olduğu 1 ədəd şəffaf bükümdə 5,11 qram və 1 ədəd şəffaf bükümdə 5,97 qram olmaqla ümumilikdə 11,08 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə Oğuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz rayonu Qumlaq kəndi ərazisində saxlanılaraq Oğuz rayon polis şöbəsinə gətirilməklə şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins materialından olan şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs1 saxlamaq üçün vermiş olduğu 2 ədəd şəffaf bükümdə olan 11,08 qram çəkidə və “Niva” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilin qabaq sağ oturacağının alt hissəsində gizlədib saxladığı 1 ədəd sellofan bükümdə 181,02 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ümumilikdə 11.19 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana əldə edərək saxlamış, xx.xx.2023cü il tarixdə Oğuz rayon polis şöbəsinin əməkdaşları Oğuz rayonu, Qumlaq kəndi ərazisində olarkən onlara yaxınlaşdığından üzərində olan 1 ədəd şəffaf bükümdə 5,11 qram və 1 ədəd şəffaf bükümdə 5,97 qram olmaqla ümumilikdə 11,08 qram qurudulmuş marixuananı saxlamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 vermiş, Osman xx.xx.2023-cü il tarixdə Oğuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz rayonu, Qumlaq kəndi ərazisində saxlanılaraq Oğuz rayon polis şöbəsinə gətirilməklə şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins materialından olan şalvarın sağ yan cibindən ona saxlamaq üçün vermiş olduğu həmin 2 ədəd bükümdə olan 11,08 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 da 21 sentyabr 2023-cü il tarixdə Oğuz şəhəri, B.Vahabzadə küçəsində saxlanılmaqla Oğuz rayon polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış, idarə etdiyi “Vaz 21010” markalı K-107-OT-05 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən həmin “Vaz 21010” markalı K-107-OT-05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən 1 ədəd bükümdə 0,11 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində Oğuz rayonu, Xalxal kəndi ərazisində yerləşən meşəlik ərazidə olarkən yerdən sellofan bükülü tapmış və bükümü açıb baxarkən onun içində narkotik vasitə marixuana olduğunu görmüşdür. O həmin bükümdən elə orada istifadə etmiş və tapdığı narkotik vasitənin keyfiyyətsiz olduğunu görmüşdür. Buna baxmayaraq həmin narkotik vasitəni oradan götürüb dostu Toğrula məxsus, özünün idarə etdiyi “Niva” markalı **-VX-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sərnişin oturacağının alt hissəsinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə Oğuz şəhərində olarkən narkotik vasitəyə ehtiyacı olduğu üçün, həmçinin Oğuz rayonu, Xalxal kəndindəki meşəlik ərazidən tapdığı narkotik vasitəyə qatıb istifadə etmək üçün Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı vatsap nömrəsi vasitəsilə əlaqə saxlamış və onunla birlikdə narkotik vasitə istifadə etmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 Oğuz rayonu, Qumlaq kəndinə gedən yola gəlməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşmış və həmin gün saat 14 radələrində qeyd etdiyi yerə gələrək orada görüşmüşlər. Onlar birlikdə narkotik vasitə olan marixuana istifadə etmişlər. Onlar bir yerdə olakən Təqsirləndirilən şəxs1 ona saxlamaq üçün üzərində olan 2 büküm narkotik vasitə vermiş və özü oradan uzaqlaşmışdır. Həmin vaxtdan təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşmış, onun narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirmişlər və onu Oğuz rayon Polis Şöbəsinə gətirmişlər. Oğuz rayon PŞ-nə gətirildikdən sonra o, vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, daha sonra isə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamamışdan əvvəl ona üzərində olan əşyaları könüllü təqdim etmək təklif edilmiş, bu zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd şəffaf bükülünü çıxarıb stolun üzərinə qoymuşdur. Həmçinin həmin şalvarın sol yan cibindən “iphone 11” markalı mobil telefonu və ümumilikdə 6 manat pul əskinaslarını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, üzərindən gəzdirilməsi və daşınması qadağan olunmuş başqa hər hansı əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu və həmin narkotik vasitəni Oğuz rayon sakini Təqsirləndirilən şəxs1 birgə istifadə məqsədilə saxlamaq üçün ona verdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 ona narkotik vasitə satmadığını, həmin gün Təqsirləndirilən şəxs1 üzərində olan iki ədəd içərisində qurudulmuş marixuana olan bükümləri ona saxlamaq üçün verdiyini bildirmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və həmin narkotik vasitələrin ümumi çəkisinin 11.5 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin narkotik vasitə müdafiəçinin iştirakı ilə qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra o könüllü olaraq idarə etdiyi avtomobildə də narkotik vasitə olduğunu bildirmiş, polis əməkdaşlarının, özünün və vəkilin iştirakı ilə Oğuz rayon Qumlaq kəndi ərazisində saxladığı, dostu Toğrula məxsus, ehtibarnamə olmadan idarə etdiyi “Niva” markalı **-VX-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı o həmin avtomobilin qarşı sağ oturacağının alt hissəsində gizlətdiyi qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, həmçinin həmin narkotik vasitəni Oğuz rayon Xalxal kəndindəki meşəlik ərazidən tapdığını və öz istifadəsi üçün avtomobildə saxladığımı bildirmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana da elektron tərəzidə çəkilmiş və həmin narkotik vasitənin ümumi çəkisinin 182.5 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin narkotik vasitə də onun müdafiəçisinin iştirakı ilə qablaşdırılmış və zərfə qoyularaq möhürlənmiş, protokol tərtib olunmuş, o, protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. İstintaqa verdiyi ilkin ifadəsində səhvən Təqsirləndirilən şəxs1 pul müqabilində narkotik vasitə satın aldığını qeyd etmiş, belə ki, polis əməkdaşları onu aldadaraq ifadələrinə imza etdirmişlər. Əslində Təqsirləndirilən şəxs1 narkotik vasitə satın almayıb, Zaman ona narkotik vasitəni birgə çəkmək üçün vermişdir. O törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edir və əməlindən səmimi peşmandır. Ailəlidir, himayəsində 2020 və 2021-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadə verməmək hüququndan istifadə edərək ibtidai istintaq zamanı ifadə verdiyini və həmin ifadəni təsdiq etdiyini bildirdiyindən onun ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş və mahiyyəti üzrə ifadə verərək bildirmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 saat 12 radələrində ona məxsus ***-***-**-** saylı mobil nömrənin “vatsap”-na zəng edərək marixuanasının olduğunu və birlikdə istifadə etmək üçün onunla görüşmək istədiyini bildirmiş və Oğuz rayonu, Qumlaq kənd yolunda olduğunu demişdir. O da Osmanın sözünə etiraz etməyərək özünə məxsus “Vaz 21010” markalı K-107-OT-05 dövlət nömrə nişanlı avtomobillə tək özü onun olduğu yerə, yəni Oğuz rayonu, Qumlaq kəndi ərazisinə getmişdir. Osmanla görüşərkən o, narkotik vasitə çəkmək istədiyini bildirmişdir. Onlar birlikdə onun idarə etdiyi “Vaz 21010” markalı K-107-OT-05 dövlət nömrə nişanlı avtomobildə əyləşmişlər. Həmin vaxt Osman özü ilə gətirdiyi qurudulmuş marixuananı sellofan paketdə cibindən çıxarmış, kağız parçasına doldurmuş və onunla birlikdə çəkməyə başlamışlar. Təxminən 15-20 dəqiqə onun avtomobilində əyləşmiş və birgə narkotik vasitə-marixuana çəkmişlər. Onlar narkotik vasitəni çəkdikdən sonra o, üzərindən 2 ədəd-narkotik vasitə olan marixuana bükümlərini çıxarıb saxlamaq üçün Osmana vermiş və birgə istifadə edəcəklərini Təqsirləndirilən şəxs2 bildirmişdir. Onların hər ikisi marixuana istifadəçisi olduğu üçün onlar arabir bir-birlərinə istifadə üçün marixuana vermişlər. Bu məqsədlə də, o, Osmana marixuana vermişdir. Osman onun idarə etdiyi avtomobildən düşmüş, sonra o, idarə etdiyi avtomaşınla Oğuz şəhəri, B.Vahabzadə küçəsində yeləşən çayxanaya gəlmişdir. O, çayxanaya çatdıqda görmüşdür ki, onun idarə etdiyi avtomaşında az əvvəl Osmanın əyləşdiyi qabaq sağ sərnişin oturacağının üzərində sellofan bükümdə az miqdarda marixuana qalmışdır. Həmin marixuana Osmanla istifadə etdiyi marixuanadan qalmışdır. Bundan sonra o, polis əməkdaşları tərəfindən Oğuz RPŞ-yə aparılmışdır. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında son söz deyərkən ona bəraət verilməsi barədə müdafiəçinin fikri ilə razı olduğunu bildirdi, cəza təyin edilən zaman işin hallarını nəzərə almağı və onun barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməlini törətmələri iş materialları, onların özlərinin ifadələri ilə yanaşı şahidlərin ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Oğuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və saxlaması barədə Oğuz rayon polis şöbəsinə 21 sentyabr 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, Oğuz polis şöbəsinin CAB-nin rəisi Ceyhun Pirimov, o, digər polis əməkdaşları Şahid3 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs2 şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun həmin vaxt ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını müəyyən etmişlər. Oğuz RPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-101/Ə164/2023 nömrəli əmri ilə əməliyyat müvəkkilləri olaraq onun, Şahid3 və Şahid2, habelə CAB-ın rəisi Ceyhun Pirimovun iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra onun, Şahid3 və Şahid2 Ceyhun Pirimovla birlikdə Təqsirləndirilən şəxs2 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirmələri barədə qərar qəbul edilmişdir. Həmin gün əməliyyat-axtarış qrupu ilə birlikdə Təqsirləndirilən şəxs2 Oğuz rayonu, Qumlaq kəndi ərazisinə olduğu barədə əldə edilmiş məlumata əsasən həmin yerə getmişlər. Oğuz rayonu, Qumlaq kəndinə çatdıqda kənd ərazisindən keçən yol kənarında “Niva” markalı avtomaşında olan Təqsirləndirilən şəxs2 saxlamışlar, yəni onlar Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini təqdim etmişlər və Polis şöbəsinə dəvət etmişlər. Şöbənin inzibati binasında X4 ilkin olaraq Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və idarə etdiyi avtomaşında saxlaması barədə Oğuz RPŞ-nə məlumat daxil olduğunu, saxlanılıb üzərinə axtarış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini elan etmiş, bundan sonra X4 Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə keçirilməli olması barədə qərar qəbul etdiyini bildirmişdir. X4 tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs2 Oğuz rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı verilmiş, o, siyahıdan vəkil Müdafiəçi1 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil Müdafiəçi1 Oğuz rayon polis şöbəsinə dəvət edilmiş, X13 RPŞ-nin inzibati binasının xidməti iş otağında onun və əməliyyat-axtarış qrupunun digər iştirakçıları, həmçinin vəkil Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə keçirmişdir. Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarış və götürmə video-yazı vasitəsi ilə qeydə alınmışdır. X4 Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah etmiş, izah etdikdən sonra ondan saxlanılarkən paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təhvil verməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən iki bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı, sol yan cibindən “İphone” markalı mobil telefonu, bir ədəd 1 manatlıq və bir ədəd beş manatlıq pul əskinasını çıxarıb stolun üzərinə qoymuş və həmin qurudulmuş marixuananı Zaman adlı şəxsdən 40 manat pul qarşılığında aldığını bildirmişdir. X4 tərəfindən Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd bükümdə olan narkotik vasitəqurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və bükümlərlə birlikdə ümumi çəkisinin 11,5 qram olması müəyyən edilmişdir. X4 Təqsirləndirilən şəxs2 təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan iki ədəd bükümü bir ədəd ağ rəngli kağız zərfə qoyaraq qablaşdırmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq həmin zərf ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən götürülmüşdür.Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşında əlavə olaraq qurudulmuş marixuana olduğunu, könüllü olaraq təqdim edə biləcəyini bildirmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 idarə etdiyi ağ rəngli “Niva” markalı avtomaşına baxış keçirilməli olduğunu izah etmişdir. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşına baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. 21 sentyabr 2023-cü il tarixdə saat 15:17 dəqiqədə Şəki-İsmayılı-Qaraməryəm yolunun Oğuz rayonu, Qumlaq kəndi ərazisindən keçən yolun kənarında dayanmış avtomaşına baxış keçirilməsi üçün getmişlər. Baxış və götürmə aparılması, həmin istintaq hərəkətində CAB-nin o, digər əməliyyat müvəkkilləri Şahid3 və Şahid2, Oğuz şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirak etmişlər. Təqsirləndirilən şəxs2 yenə də idarə etdiyi avtomaşına baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 video-çəkilişin aparılacağı elan edilmiş, baxış keçirilmədən öncə Təqsirləndirilən şəxs2 narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşının qabağ sağ tərəf oturaçağının alt hissəsindən bir ədəd sellofan bükümü çıxardıb vermişdir. Sellofan büküm acılaraq icərisinə baxıldıqda içərisində yaşıl rəngli kəskin iyli marixuanaya oxşar narkotik vasitə olduğu müəyyən olunmuşdur. Həmin bükümü haradan və kimdən əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs2 aşkar olunmuş bükümü şəxsi istifadəsi üçün saxladığını, həmin bükümün içərisində olan marixuananı 10 gün əvvəl meşə ərazisindən tapdığını bildirmişdir. Bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisinin 182,5 qram olması müəyyən edilmişdir. Həmin əşyalar bir ədəd ağ rəngli kağız zərfə qoyulmuş, zərfin ağzı bağlanaraq, DİN-in zərflər üçün möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və zərf ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitəni ona satan şəxs kimi Təqsirləndirilən şəxs1 müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilmiş, həmin şəxsin Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 olmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən olunaraq Oğuz RPŞ-nin inzibati binasına gətirilmişdir. X4 Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə keçirilməli olması barədə qərar qəbul etmişdir. Təqsirləndirilən şəxs1 Oğuz rayon Vəkil Bürosunun vəkillərin siyahısı təqdim olunmuş və Təqsirləndirilən şəxs1 Oğuz rayon Vəkil Bürosunda işləyən Müdafiəçi2 onun hüquqlarını müdafiə etməsini istəmişdir. Bundan sonra vəkil Müdafiəçi2 Oğuz rayon polis şöbəsinə dəvət edilmiş, X13 RPŞ-nin inzibati binasının xidməti iş otağında onun, Oğuz RPŞ-nin CAB-nin digər əməliyyat müvəkkilləri Şahid3 və Şahid2, Oğuz şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirmişdir. Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd “iphone” markalı mobil telefonu, 1 ədəd 50 manatlıq, 1 ədəd 5 manatlıq, 2 ədəd 20 manatlıq və 1 ədəd 100 manatlıq pul əskinaslarını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə satması barədə sual verildikdə o, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 21010” markalı avtomaşına baxış keçirilmiş və baxış zamanı avtomaşının sürüçü tərəfində qapının aşağı hissəsindən bir ədəd kiçik həçmli şəffaf rəngli büküm aşkar olunmüşdur. Təqsirləndirilən şəxs1 həmin bükümün narkotik vasitə marixuana olduğunu və özü üçün istifadə etdiyini bildirmişdir. Davam etdirilən baxış zamanı başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşına keçirilmiş baxış və götürmə başa çatmış, Toğrul Alxasov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən onun və digər polis əməkdaşları tərəfindən onlara qarşı heç bir fiziki zor və təzyiq tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış aparılması və maddi sübutun götürməsi barədə” 21 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, həmin tarixdə saat 14:38-dən başlayaraq Oğuz rayon Polis Şöbəsinin inzibati binasında Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin iştirakı ilə, foto-çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və sübutu götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarış və götürmə video-yazı vasitəsi ilə qeydə alınmışdır. X4 Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah etmiş, izah etdikdən sonra ondan saxlanılarkən paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təhvil verməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf bükülünü, sol yan cibindən “İphone” markalı mobil telefonu, bir ədəd 1 manatlıq və bir ədəd beş manatlıq pul əskinasını çıxarıb stolun üzərinə qoymuş və qurudulmuş marixuananı Zaman adlı şəxsdən 40 manat pul qarşılığında aldığını bildirmişdir. X4 tərəfindən Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd bükümdə olan narkotik vasitəqurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və bükümlərlə birlikdə ümumi çəkisinin 11,5 qram olması müəyyən edilmişdir. X4 Təqsirləndirilən şəxs2 təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan iki ədəd bükümü bir ədəd ağ rəngli kağız zərfə qoyaraq qablaşdırmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq həmin zərf ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşında əlavə olaraq qurudulmuş marixuana olduğunu, könüllü olaraq təqdim edə biləcəyini bildirmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 idarə etdiyi ağ rəngli “Niva” markalı avtomaşına baxış keçirilməli olduğunu izah etmişdir. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşına baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. 21 sentyabr 2023-cü il tarixdə saat 15:17 dəqiqədə Şəki-İsmayılı-Qaraməryəm yolunun Oğuz rayonu, Qumlaq kəndi ərazisindən keçən yolun kənarında dayanmış avtomaşına baxış keçirilməsi üçün getmişlər. Baxış və götürmə aparılması, həmin istintaq hərəkətində CAB-nin o, digər əməliyyat müvəkkilləri Şahid3 və Şahid2, Oğuz şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirak etmişlər. Təqsirləndirilən şəxs2 yenə də idarə etdiyi avtomaşına baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 video-çəkilişin aparılacağı elan edilmiş, baxış keçirilmədən öncə Təqsirləndirilən şəxs2 narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşının qabağ sağ tərəf oturaçağının alt hissəsindən bir ədəd sellofan bükümü çıxardıb vermişdir. Sellofan büküm acılaraq icərisinə baxıldıqda içərisində yaşıl rəngli kəskin iyli marixuanaya oxşar narkotik vasitə olduğu müəyyən olunmuşdur. Həmin bükümü haradan və kimdən əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs2 aşkar olunmuş bükümü şəxsi istifadəsi üçün saxladığını, həmin bükümün içərisində olan marixuananı 10 gün əvvəl meşə ərazisindən tapdığını bildirmişdir. Bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisinin 182,5 qram olması müəyyən edilmişdir. Həmin əşyalar bir ədəd ağ rəngli kağız zərfə qoyulmuş, zərfin ağzı bağlanaraq, DİN-in zərflər üçün möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və zərf ekspertizaya təqdim olunması üçün götürülmüşdür. (Cild 1 i.v. 23-30) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” 21 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, həmin tarixdə saat 18:45-dən başlayaraq Oğuz rayon Polis Şöbəsinin inzibati binasında Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və foto-çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, o əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd “iphone” markalı mobil telefonu, 1 ədəd 50 manatlıq, 1 ədəd 5 manatlıq, 2 ədəd 20 manatlıq və 1 ədəd 100 manatlıq pul əskinaslarını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə satması barədə sual verildikdə o, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını demişdir. (Cild 1 i.v.50-56) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “nəqliyyat vasitəsinə baxış və götürmə barədə” 21 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, həmin tarixdə saat 19:00-dan başlayaraq Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 21010” markalı avtomaşına baxış keçirilmiş və baxış zamanı avtomaşının sürüçü tərəfində qapının aşağı hissəsindən bir ədəd kiçik həçmli şəffaf rəngli büküm aşkar olunmüşdur. Təqsirləndirilən şəxs1 həmin bükümün narkotik vasitə marixuana olduğunu və özü üçün istifadə etdiyini bildirmişdir. Davam etdirilən baxış zamanı başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. (Cild 1 i.v. 57-59) (iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 22 sentyabr 2023-cü il tarixli, 17/706 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş maddi sübut.....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (bir) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 5,11 qram və 5,97 qram, ümumi çəkiləri 11,08 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 avtomobilindən götürülmüş maddi sübut.....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 181,02 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş maddi sübut.....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan qurudulmuş marixuanalar ilə Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar olunmuş 01 (bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Ekspertiza zamanı 5,11 qram marixuanadan 0,05 qram, 5,97 qram marixuanadan 0,05 qram, 181,02 qram marixuanadan 0,20 qram, 0,11 qram marixuanadan 0,02 qram tədqiqata sərf edilmiş, müvafiq olaraq 5,06 qram, 5,92 qram, 180,82 qram və 0,09 qram qalıq qalmışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir). (Cild 1 i.v. 71-74) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 1862 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(Cild 2 i.v. 12) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 142 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür.(Cild 2 i.v. 48) Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs Oğuz Rayon Mərkəzi X5 Şəxsi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 18-1-64/2-921/2023 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Oğuz rayon X1 şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyatda yoxdur.(Cild 1 i.v. 210) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 1 i.v. 129) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Qəbələ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 315.1-ci maddələri ilə təqsirli bilinərək 1 il müddətə azdlıqdan məhrum etmə çəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə cəzası 2 ay 4 gün vaxtından əvvəl şərti hesab olunmaqla cəza müddəti başa çatmışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 10 ay 6 gün vaxtından əvvəl şərti hesab olunmuş, xx.xx.2018-ci ildə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. (cild 1 i.v. 130-132) Oğuz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 5-68-12/2-m-644/2023 və 5-68-12/2-m-645/2023 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Oğuz rayonu Xaçmaz kəndində daimi qeydiyyatda olmaqla ailə üzvləri- 1977-ci il təvəllüdlü arvadı, 1998-ci il təvəllüdlü oğlu və 2003-cü il təvəllüdlü qızından ibarətdir, qəqiq yaşadığı ünvanı məlum deyil, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır.( Cild 1 i.v. 176-178) Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 150 saylı MKİS-dən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli, 1171 nömrəli xasiyyətnamədən, habelə nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 evli olmaqla himayəsində 2020 və 2021-ci il təvəllüdlü iki azyaşlı uşaq vardır, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, ev 5, mənzil 17-də qeydiyyatdadır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır.( Cild 1 i.v. 211, Cild 2 i.v. 2-4) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, istintaq zamanı ifadələri arasında yaranmış ziddiyyətlə əlaqədar iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ilkin ifadəsində göstərdiyi xüsusatları təsdiq etməmiş, sonrakı ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir ki, o, Təqsirləndirilən şəxs1 40 manat pul qarşılığında narkotik vasitə qurudulmuş marixuana almamış, Təqsirləndirilən şəxs1 gələcəkdə birgə istifadə etmək üçün ona narkotik vasitəni saxlamaq məqsədi ilə vermiş, Təqsirləndirilən şəxs1 narkotik vasitə satdığının şahidi olmamış, onlar bilikdə görüəşərək narkotik vasitədən istifadə etmişlər. Həmin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 onun üzünə qarşı dediklərini təsdiq edərək, xx.xx.2023-cü il tarixdə sonuncu ilə görüşərək birlikdə narkotik vasitədən istifadə etdiyini, sonradan gələcək istifadə üçün ona narkotik vasitəni saxlamaq üçün verdiyini, Təqsirləndirilən şəxs2 heç vaxt narkotik vasitə satmadığını bildirmişdir. Cild 2 i.v. 57-58) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət örətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən onun himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunmasını və polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran, həmin Məcəllənin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunmasını ona təyin ediləcək cəzanın yüngülləşdirici halı kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərə məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, onların yaşayış yerindən müsbət xarakterizə olunmalarını, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin onların özlərinin həyat tərzinə, ailələrinin vəziyyətinə maddi, fiziki və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslərlə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onlarda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onların islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddənin sanksiyasında müəyyən edilmiş, az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023- cü il tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 01:25-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilməklə Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə hallarının olduğu, narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmiş, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 17:15-də şübhəli şəxs qismində tutulmuş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(054)-20/2023 saylı qərarı ilə barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(054)-22/2023 saylı qərarı ilə həbsdə saxlama müddəti 2 ay həddində uzadılmış, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(054)-2/2024 saylı qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilməklə Təqsirləndirilən şəxs1 tutularaq həbsə alındığı xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək olan müddət, eləcə də xx.xx.2024-cü il tarixdən hazıradək ev dustaqlığında olduğu müddət, cəmi 1 il 6 ay 11 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzası çəkilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğu müəyyən edilmiş, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1ci maddələrinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq aparılarkən məhkəmə bioloji ekspertizası təyin edilmiş, ekspertin 22 sentyabr 2023-cü il tarixli 17/706 nömrəli rəyilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş maddi sübut.....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (bir) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 5,11 qram və 5,97 qram, ümumi çəkiləri 11,08 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 avtomobilindən götürülmüş maddi sübut.....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 181,02 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş maddi sübut.....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan qurudulmuş marixuanalar ilə Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar olunmuş 01 (bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Ekspertiza zamanı 5,11 qram marixuanadan 0,05 qram, 5,97 qram marixuanadan 0,05 qram, 181,02 qram marixuanadan 0,20 qram, 0,11 qram marixuanadan 0,02 qram tədqiqata sərf edilmiş, müvafiq olaraq 5,06 qram, 5,92 qram, 180,82 qram və 0,09 qram qalıq qalmışdır. Qeyd olunanlara qiymət verərək məhkəmə bildirir ki, iş üzrə maddi sübutlar - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan, təqsirləndirlən şəxslərin üzərindən və idarə etdikləri avtomaşınlardan aşkar edilib götürülmüş, 5,11 qramdan 0,05 qram tədqiqata sərf edildikdən sonra qalıq qalan-5,06 qram, 5,97 qramdan 0,05 qram tədqiqata sərf edildikdən sonra qalıq qalan -5,92 qram, 181,02 qramdan 0,20 qram tədqiqata sərf edildikdən sonra qalıq qalan -180,82 qram və 0,11 qramdan 0,02 qram tədqiqata sərf edildikdən sonra qalıq qalan -0,09 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə cəmi 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərclərinin, müsadirə olunması təklif olunan əmlak, alət və vasitənin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2023- cü il tarixdə saat 14:30-dan şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2023-cü il - tarixdə saat 01:25- dək olan müddət 2(iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş 2(iki) il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəi ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 5 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 tutularaq həbsə alındığı xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək olan, eləcə də xx.xx.2024-cü il tarixdən hazıradək ev dustaqlığında olduğu 1 il 6 ay 11 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan, təqsirləndirlən şəxslərin üzərindən və idarə etdikləri avtomaşınlardan aşkar edilib götürülmüş, 5,11 qramdan 0,05 qram tədqiqata sərf edildikdən sonra qalıq qalan-5,06 qram, 5,97 qramdan 0,05 qram tədqiqata sərf edildikdən sonra qalıq qalan -5,92 qram, 181,02 qramdan 0,20 qram tədqiqata sərf edildikdən sonra qalıq qalan - 180,82 qram və 0,11 qramdan 0,02 qram tədqiqata sərf edildikdən sonra qalıq qalan -0,09 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə cəmi 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ **********0000003944, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia tələbinin və digər məhkəmə xərclərinin, müsadirə olunması təklif olunan əmlak, alət və vasitənin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar