Məhkəmə qərarları › İş №1(054)-10/2023

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-10/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-10/2023 19.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Zərbalı oğlunun, Təqsirləndirilən şəxs1,onun müdafiəçisi Müdafiəçi1 Mayıl oğlunun, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Xudiyev Araz Sadəddin oğlunun, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Müdafiəçi3 Fəxrəddin oğlunun iştirakı ilə xx.xx.1989-cu il tarixdə Şuşa rayonu Malıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, Oğuz rayonu Bucaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə, xx.xx.1996-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, ünvan 3 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli hökmü ilə 1 il 9 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gədəbəy rayonu Arıqıran kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Şəki Penitensiar Müəsissəsində saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşməklə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Oğuz rayonu, Bucaq kəndində yerləşən, X1 məxsus evin pəncərəsini açmaq yolu ilə qanunsuz olaraq evə daxil olmaqla oradan sonuncunun qohumu Zərərçəkmiş şəxs3 məxsus 500 manat dəyərində 1 ədəd Macarıstanda istehsal edilmiş, “Samsung” markalı, UE40H5270AU modelli televizoru gizli yolla talayıb zərərçəkmiş şəxsə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşməklə xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Oğuz rayonu Bucaq kəndində yerləşən. həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus ərzaq malları mağazasının dam örtüyündən həmin mağazanın içərisinə qanunsuz olaraq daxil olmaqla masanın dolabından 60 manat məbləğində pulu, vitrindən isə 63 manat dəyərində 30 qutu “Keno” markalı siqaretləri, 21 manat dəyərində 10 ədəd “Prima” markalı siqaretləri və 27 manat dəyərində “Palmall” markalı siqaretləri gizli yolla talayıb zərərçəkmiş şəxsə cəmi 171 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşməklə xx.xx.2022-ci il tarixdə saat 23:50 radələrində pul və qiymətli əşyaları gizli yolla talamaq məqsədi ilə Oğuz rayonu Bucaq kəndində yerləşən, X3 məxsus evin pəncərəsindən həmin evə qanunsuz olaraq daxil olsa da, orada heç bir qiymətli əşya aşkar edə bilmədikləri üçün cinayət əməllərini başa çatdıra bilməyərək, təkrarən qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə daxil olmaqla oğurluq cinayət əməlini törətməyə cəhd etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşməklə xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Oğuz rayonu, Bucaq kəndində yerləşən, Zərərçəkmiş şəxs2 Zərbalı oğluna məxsus evin həyətindən qanunsuz olaraq avtomobil qarajına daxil olaraq oradan 5000 manat dəyərində “Mersedes Benz 190” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı minik avtomobilini gizli yolla talayıb zərərçəkmiş şəxsə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşməklə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Oğuz rayonu, Bucaq kəndində yerləşən, X1 məxsus evin pəncərəsini açmaq yolu ilə qanunsuz olaraq evə daxil olmaqla oradan sonuncunun qohumu Zərərçəkmiş şəxs3 məxsus 500 manat dəyərində 1 ədəd Macarıstanda istehsal edilmiş, “Samsung” markalı, UE40H5270AU modelli televizoru gizli yolla talayıb zərərçəkmiş şəxsə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşməklə xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Oğuz rayonu Bucaq kəndində yerləşən, həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus ərzaq malları mağazasının dam örtüyündən həmin mağazanın içərisinə qanunsuz olaraq daxil olmaqla masanın dolabından 60 manat məbləğində pulu, vitrindən isə 63 manat dəyərində 30 qutu “Keno” markalı siqaretləri, 21 manat dəyərində 10 ədəd “Prima” markalı siqaretləri və 27 manat dəyərində “Palmall” markalı siqaretləri gizli yolla talayıb zərərçəkmiş şəxsə cəmi 171 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşməklə xx.xx.2022-ci il tarixdə saat 23:50 radələrində pul və qiymətli əşyaları gizli yolla talamaq məqsədi ilə Oğuz rayonu Bucaq kəndində yerləşən, X3 məxsus evin pəncərəsindən həmin evə qanunsuz olaraq daxil olsa da, orada heç bir qiymətli əşya aşkar edə bilmədikləri üçün cinayət əməllərini başa çatdıra bilməyərək, təkrarən qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə daxil olmaqla oğurluq cinayət əməlini törətməyə cəhd etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşməklə xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Oğuz rayonu, Bucaq kəndində yerləşən, Zərərçəkmiş şəxs2 Zərbalı oğluna məxsus evin həyətindən qanunsuz olaraq avtomobil qarajına daxil olaraq oradan 5000 manat dəyərində “Mersedes Benz 190” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı minik avtomobilini gizli yolla talayıb zərərçəkmiş şəxsə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşməklə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Oğuz rayonu, Bucaq kəndində yerləşən, X1 məxsus evin pəncərəsini açmaq yolu ilə qanunsuz olaraq evə daxil olmaqla oradan sonuncunun qohumu Zərərçəkmiş şəxs3 məxsus 500 manat dəyərində 1 ədəd Macarıstanda istehsal edilmiş, “Samsung” markalı, UE40H5270AU modelli televizoru gizli yolla talayıb zərərçəkmiş şəxsə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşməklə xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Oğuz rayonu Bucaq kəndində yerləşən, həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus ərzaq malları mağazasının dam örtüyündən həmin mağazanın içərisinə qanunsuz olaraq daxil olmaqla masanın dolabından 60 manat məbləğində pulu, vitrindən isə 63 manat dəyərində 30 qutu “Keno” markalı siqaretləri, 21 manat dəyərində 10 ədəd “Prima” markalı siqaretləri və 27 manat dəyərində “Palmall” markalı siqaretləri gizli yolla talayıb zərərçəkmiş şəxsə cəmi 171 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşməklə xx.xx.2022-ci il tarixdə saat 23:50 radələrində pul və qiymətli əşyaları gizli yolla talamaq məqsədi ilə Oğuz rayonu Bucaq kəndində yerləşən, X3 məxsus evin pəncərəsindən həmin evə qanunsuz olaraq daxil olsa da, orada heç bir qiymətli əşya aşkar edə bilmədikləri üçün cinayət əməllərini başa çatdıra bilməyərək, təkrarən qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə daxil olmaqla oğurluq cinayət əməlini törətməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşməklə xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Oğuz rayonu, Bucaq kəndində yerləşən Zərərçəkmiş şəxs2 Zərbalı oğluna məxsus evin həyətindən qanunsuz olaraq avtomobil qarajına daxil olaraq oradan 5000 manat dəyərində “Mersedes Benz 190” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı minik avtomobilini gizli yolla talayıb zərərçəkmiş şəxsə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun dostlarıdır, onlarla 16 saylı Cəzaçəkmə Müəssisəsində tanış olmuşdur, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra dostluqlarını davam etdirmişlər, həmin şəxslərlə birlikdə müəyyən vaxtlarda gündəlik evlərdə kirayə qalmışlar. 2022-ci ilin sentyabr ayının sonlarında o, Hümmət və Araza Oğuz rayonunun Bucaq kəndinə oğurluq etmək üçün getmələrini və qardaşına məxsus Mersedes markalı avtomobili oğurlamağı təklif etmişdir, Araz və Hümmət də onun təklifi ilə razılaşmışlar. Onlar qeyd etdiyi oğurluq hadisəsini törətmək üçün xx.xx.2022ci il tarixdə Bakı şəhərində olan avtovağzaldan avtobusla Oğuz şəhərinə gəlmişlər. Oğuz şəhərinə xx.xx.2022-ci il tarixdə saat 05 radələrində çatmış, daha sonra markası və dövlət qeydiyyat nişanı yadında qalmayan taksi ilə Oğuz rayonu, Bucaq kəndinin giriş hisəsinə getmişlər. Daha sonra piyada olaraq Oğuz rayonu Bucaq kəndində yerləşən ona məxsus evə gəlmiş və orada qalmışlar. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində həmkəndlisi Qismət adlı şəxsin yaşadığı evə girərək oğurluq etməyi təklif etmiş və onlar həmin evdən oğurluq etmək üçün hasardan evin həyətinə daxil olmuşlar. O, həyətdən yaşayış evinə pəncərədən daxil olmuş, həmin vaxt Araz və Hümmət evin giriş qapısının qarşında dayanıb onun evdən çıxmağını gözləmişlər. Daha sonra evdən 1 ədəd “Samsung” markalı televizoru oğurlayaraq çıxmış, Hümmət və Arazla birlikdə oğurladığı televizoru küçəyə qoyaraq digər həmkəndlisi İmranın ərzaq malları mağazasına oğurluq etmək üçün getmişlər. Onlar həmin mağazaya 23:30 radələrində çatmışlar. Daha sonra Araz mağazanın dam örtüyündən içəri daxil olmuş və oradan 60 manat məbləğində pul, 3 blok, yəni 30 ədəd “Keno” markalı siqareti, 1 blok, yəni 10 ədəd “Prima” markalı siqareti və 1 blok, yəni 10 ədəd “Palmall” markalı siqaretləri oğurlayıb çıxmışdır. Bundan sonra onlar oğurladıqları siqaretləri götürüb televizoru qoyduqları yerə gəlmişlər. Daha sonra onlar birlikdə digər həmkəndlisi Oktayın yaşadığı evə oğurluq etmək üçün getmişlər. Onlar həmin evə 23:50 radələrində çatmış və hasardan keçmə yolu ilə evin həyətinə daxil olmuşlar. Onlar pəncərəni açıb içəri daxil olaraq oradan pul və qızıl-zinət əşyaları axtarmışlar. Lakin heç bir şey tapa bilmədikləri üçün evdən çıxıb televizoru qoyduqları yerə qayıtmışlar. Daha sonra onlar ögey qardaşı Eldara məxsus yaşayış evinin hasarına bitişik olan qaraja getmişlər. Onlar oraya xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində çatmışlar. Daha sonra o, evin giriş qapısından həyətə daxil olmuş və həyətdən qaraja daxil olaraq qarajın küçəyə olan qapısını içəridən açmışdır. Hümmət də sürücülük vəsiqəsi olduğu üçün həmin avtomobili, yəni “Mersedes Benz 190” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək küçəyə çıxarmış və Araz da onunla birlikdə oğurladıqları siqaret və televizoru maşının yük yerinə qoyaraq birlikdə Bakı şəhərinə qayıtmışlar. Onlar avtomobili Baki şəhəri, Binəqədi rayonu ərazisinə aparmışlar. Bakı şəhərində olarkən həmin avtomobilin dövlət qeydiyyat nişanlarının hər ikisini açmış, Araz isə həmin nömrələri aparıb Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında zibil qutusuna atmışdır. Daha sonra əvvəllər dostluq münasibətlərində olduğu Ehtiram adlı şəxsin yaşadığı evdə qonaq olmuşlar. Orada olarkən həmin televizoru 100 manat müqabilində Ehtirama satmışdır. Lakin Ehtiram ona 100 manat pulu yaxın vaxtlarda verəcəyinə söz vermişdir. Bundan sonra onlar axşam saatlarında Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında olan kafedə oturub çörək yeyərkən təxminən saat 23:30 radələrində mülki geyimdə olan 2 nəfər şəxs onlara yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və oğurluq etməkdə şübhəli olduqlarını deyərək onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə getməyə razı olmuşlar. Daha sonra onları Oğuz rayon Polis şöbəsinə gətirmişlər və onlar etdikləri oğurluq hadisələrini etiraf etmişlər. Mağazadan oğurladıqları siqaretləri istifadə etmişlər, 60 manat pulu xərcləmişlər. Televizor və oğurladıqları avtomobil isə nömrəsiz halda polisə təqdim edilmişdir. O etdiyi oğurluğu adlarını yuxarıda sadaladığı şəxslərlə birlikdə etmişdir. Onların oğurluq etməyindən başqa heç kimin məlumatı olmamışdır. O, televizoru Ehtirama satarkən televizorun özünə məxsus olduğunu demişdir. Qeyd etdiyi oğurluq faktlarından başqa heç bir yerdən oğurluq etməmişdir. Oğurluq etdikləri mağazanın, evin və avtomobilin sahiblərini tanımışdır. Həmin şəxslər onun həmkəndliləridir, lakin onlarla arasında ədavət və düşmənçiliyi olmamışdır. Tanışı Hümmət və Araz adlı şəxslər oğurluq etmək üçün Bakı şəhərindən Oğuz rayonuna onun xahişi ilə gəlmişlər. Oğurluğu maddi imkansızlıqdan etmişdir, əməlindən peşmandır. Evlidir, 2014 və 2016-cı il təvəllüdlü iki azyaşlı övladı var. Ailə vəziyyətinin ağır olduğunun cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun dostlarıdır, onlarla 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən tanış olmuşdur, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra dostluqlarını davam etdirmişlər, adları qeyd olunan şəxslərlə birlikdə müəyyən vaxtlarda, yəni Bakı şəhərində olduqları vaxtlarda birlikdə gündəlik kirayə verilən evlərdə qalmışlar. 2022-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 qardaşının ona pul verməli olduğunu, lakin pulu vermədiyini ona və Araza bildirmişdir. Ona görə də pulun əvəzinə qardaşına məxsus, ancaq sənədlə öz adına olan “Mersedes” markalı avtomobili götürəcəyini ona bildirmişdir. Elbrus avtomobil idarə edə bilmədiyinə görə avtomobili sürüb Bakı şəhərinə aparmaq üçün onunla Oğuz rayonu Bucaq kəndinə getmələrini və qardaşına məxsus “Mersedes” markalı avtomobili götürməkdə ona kömək etmələrini təklif etmişdir. Onlar da Elbrusun təklifi ilə razılaşmışlar. Onlar xx.xx.2022-ci il tarixdə Bakı şəhərində olan Beynəlxalq avtovağzaldan avtobusla Oğuz şəhərinə gəlmişlər. xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Oğuz şəhərinə çatmışlar. Daha sonra markası və dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobillə Oğuz rayonu Bucaq kəndinin giriş hisəsinə gəlmişlər. Oradan isə piyada Bucaq kəndində yerləşən Elbrusa məxsus evə gəlmişlər və orada qalmışlar. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Elbrusun təklif etdiyi tanımadığı evə oğurluq etmək üçün getmişlər. Evin həyətinə Elbrus hasardan daxil olmuş və onunla Araz küçədə dayanaraq Elbrusun evdən çıxmasını gözləmişlər. Təxminən 10 dəqiqə sonra Elbrus küçəyə çıxmış və əlində həmin evdən oğurladığı 1 ədəd “Samsung” markalı televizor olmuşdur. Daha sonra televizoru küçəyə qoyaraq həmin kənddə tanımadığı ərzaq malları mağazasına oğurluq etmək üçün getmişlər. Onlar həmin mağazaya 23:30 radələrində çatmışlar və Təqsirləndirilən şəxs3 mağazanın dam örtüyündən içəri daxil olaraq oradan 60 manat məbləğində pul, 3 blok, yəni 30 ədəd “Keno” markalı siqareti, 1 blok, yəni 10 ədəd “Prima” markalı siqareti və 1 blok, yəni 10 ədəd “Pal mall” markalı siqaretləri oğurlayıb çıxmışdır. Bundan sora onlar həmin oğurladıqları siqaretləri götürüb televizoru qoyduqları yerə gəlmişlər. Daha sonra onlar birlikdə Elbrusun göstərdiyi digər evə oğurluq etmək üçün getmişlər. Onlar həmin evə 23:50 radələrində çatmışlar və hasardan keçmə yolu ilə evin həyətinə daxil olmuşlar. Onlar pəncərəni açaraq evin içərisinə daxil olub oradan pul və qızılzinət əşyalarını axtarmışlar, lakin evdən heç bir şey tapa bilmədikləri üçün evdən çıxıb televizoru qoyduqları yerə qayıtmışlar. Daha sonra onlar Elbrusun qardaşına məxsus yaşayış evinin hasarına bitişik olan qaraja getmişlər. Elbrusun qardaşının qarajına xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində çatmışlar. Elbrus evin giriş qapısından həyətə daxil olub həyətdən qaraja girmiş və qarajın küçəyə olan qapısını içəridən açmışdır. O da sürücülük vəsiqəsi olduğu üçün “Mersedes Benz 190” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək küçəyə çıxarmış, Araz və Elbrusla birlikdə oğurladıqları siqaret və televizoru maşının yük yerinə qoyaraq Bakı şəhərinə qayıtmışlar. Avtomobili Bakı şəhəri Binəqədi rayonu ərazisində saxlamışlar. Onlar Bakı şəhərində olarkən Elbrus həmin avtomobilin dövlət qeydiyyat nişanlarının hər ikisini açmış, Araz isə həmin nömrələri aparıb Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında zibil qutusuna atmışdır. Daha sonra əvvəllər dostluq münasibətlərində olduqları Ehtiram adlı şəxsin yaşadığı evdə qonaq olmuşlar və orada olarkən Elbrus həmin televizoru 100 manat müqabilində Ehtirama satmışdır, lakin Ehtiram ona 100 manat pulu nağd şəkildə verməmiş, həmin pulu yaxın vaxtlarda verəcəyinə söz vermişdir. Bundan sonra onlar axşam saatlarında Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında olan kafedə oturub çörək yeyərkən təxminən saat 23:30 radələrində mülki geyimdə olan 2 nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və oğurluq etməkdə şübhəli olduqlarını deyərək onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə getməyə razı olmuşlar. Daha sonra onları Oğuz rayon Polis şöbəsinə gətirmişlər və onlar etdikləri oğurluq hadisələrini etiraf etmişlər. Mağazadan oğurladıqları siqaretləri çəkmişlər, 60 manat pulu xərcləmişlər, televizor və avtomobil isə polisə təqdim edilmişdir. (avtobobil polisə təhvil verilərkən dövlət nömrə nişanı avtomobilin üzərində olmayıb) Oğurluğu adlarını yuxarıda sadaladığı şəxslərlə birlikdə etmişdir, onların oğurluq etməyindən başqa şəxslərin məlumatı olmamışdır. Qeyd etdiyi oğurluq faktlarından başqa heç bir yerdən oğurluq etməmişdir. Oğurluq etdiyi mağazanın, evin və avtomobilin sahibini tanımamış, həmin evlərin, avtomobilin və mağazanın sahibləri ilə ədavət və düşmənçiliyi olmamışdır. Oğurluğu maddi imkansızlıqdan etmişdir, əməlindən peşmandır, ailə vəziyyətinin ağır olduğunun cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun dostlarıdır, onlarla 16 saylı Cəzaçəkmə Müəssisəsində tanış olmuşlar, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra dostluqlarını davam etdirmişlər, həmçinin adları qeyd olunan şəxslərlə müxtəlif vaxtlarda birlikdə gündəlik kirayə verilən evlərdə qalmışlar. 2022-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 qardaşının ona pul verməli olduğunu, lakin pulu vermədiyini, ona görə də pulun əvəzinə qardaşına məxsus, ancaq sənədlə öz adına olan “Mersedes” markalı avtomobili götürəcəyini ona və Hümmətə bildirmişdir. Elbrus avtomobil idarə edə bilmədiyinə görə avtomobili sürüb Bakı şəhərinə aparmaq üçün onunla Oğuz rayonu Bucaq kəndinə getmələrini və qardaşına məxsus “Mersedes” markalı avtomobili götürməkdə ona kömək etmələrini təklif etmişdir. Onlar da Elbrusun təklifi ilə razılaşmışlar. Onlar xx.xx.2022-ci il tarixdə Bakı şəhərində olan “Beynəlxalq” avtovağzaldan avtobusla Oğuz şəhərinə gəlmişlər. Oğuz şəhərinə xx.xx.2022-ci il tarixdə saat 05 radələrində çatmış, daha sonra markası və dövlət qeydiyyat nişanı yadında qalmayan taksi ilə Oğuz rayonu Bucaq kəndinin giriş hissəsinə gəlmişlər və oradan piyada olaraq Elbrusun Oğuz rayonu Bucaq kəndində yerləşən evinə gedərək orada qalmışlar. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Elbrusun təklif etdiyi tanımadığı evə oğurluq etmək üçün getmişlər, Elbrus evin həyətinə hasardan daxil olmuş, o, Hümmətlə birlikdə küçədə Elbrusun evdən çıxmasını gözləmişlər. Təxminən 10 dəqiqə sonra Elbrus küçəyə çıxmış, əlində həmin evdən oğurladığı 1 ədəd “Samsung” markalı televizor olmuşdur. Daha sonra televizoru küçəyə qoyaraq Hümmət və Elbrusla birlikdə həmin kənddə tanımadıqları ərzaq malları mağazasına oğurluq etmək üçün getmişlər. Onlar mağazaya 23:30 radələrində çatmışlar.O, mağazanın dam örtüyündən içəri daxil olaraq oradan 150 manat məbləğində pul, 3 blok, yəni 30 ədəd “Keno” markalı siqareti, 1 blok, yəni 10 ədəd “Prima” markalı siqareti və 1 blok, yəni 10 ədəd “Palmall” siqaretləri oğurlayıb çıxmışdır.Bundan sonra oğurladıqları siqaretləri götürüb televizoru qoyduqları yerə gəlmişlər. Daha sonra birlikdə Elbrusun göstərdiyi digər evə oğurluq etmək üçün getmişlər. Onlar həmin evə 23:50 radələrində çatmışlar və hasardan keçmə yolu ilə evin həyətinə daxil olmuşlar. Onlar evə pəncərəni açaraq içəri daxil olub pul və qızıl-zinət əşyalarını axtarmış, lakin heç nə tapa bilmədikləri üçün evdən çıxıb televizoru qoyduqları yerə qayıtmışlar. Daha sonra onlar avtomobili götürmək məqsədi ilə Elbrusun qardaşına məxsus yaşayış evinin hasarına bitişik olan qaraja getmişlər. Onlar Elbrusun ögey qardaşının qarajına xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində çatmışlar. Sonra Elbrus evin giriş qapısından həyətə daxil olmuş və həyətdən qaraja daxil olaraq qarajın küçəyə açılan qapısını içəridən açmışdır. Hümmət də sürücülük vəsiqəsi olduğu üçün həmin avtomobili, yəni “Mersedes Benz 190” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək küçəyə çıxarmış və o, Elbrusla birlikdə oğurladıqları siqaret və televizoru maşının yük yerinə qoyaraq Bakı şəhərinə qayıtmışlar. Avtomobili Bakı şəhəri, Binəqədi rayonu ərazisində saxlamışlar. Bakı şəhərində olarkən Elbrus həmin avtomobilin dövlət qeydiyyat nişanlarının hər ikisini açmış, o isə həmin nömrələri aparıb Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında zibil qutusuna atmışdır. Daha sonra əvvəllər dostluq münasibətində olduqları Ehtiram adlı şəxsin yaşadığı evdə qonaq olmuşlar və orada olarkən Elbrus həmin televizoru 100 manat müqabilində Ehtirama satmışdır, lakin Ehtiram ona 100 manat pulu yaxın vaxtlarda verəcəyinə söz vermişdir. Elbrus televizoru Ehtirama satarkən televizorun özünə məxsus olduğunu demişdir. Bundan sonra onlar axşam saatlarında Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında olan kafedə oturub çörək yeyərkən təxminən saat 23:30 radələrində mülki geyimdə olan 2 nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və oğurluq etməkdə şübhəli olduqlarını deyərək onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə polis şöbəsinə getmişlər. Daha sonra onları Oğuz rayon Polis şöbəsinə gətirmişlər. Orada törətdikləri oğurluq hadisələrini etiraf etmişlər. Mağazadan oğurladıqları siqaretləri çəkmiş, 60 manat pulu xərcləmişlər, televizor və avtomobil isə polisə təqdim edilmişdir. Avtobobil polisə təhvil verilərkən dövlət nömrə nişanı avtomobilin üzərində olmayıb. Oğurluğu adlarını yuxarıda sadaladığı şəxslərlə birlikdə etmişdir, onların oğurluq etməyindən digər şəxslərin məlumatı olmamışdır. Başqa heç bir yerdən oğurluq etməmişdir. Oğurluq etdiyi mağazanın, evin və avtomobilin sahiblərini əvvəllər tanımamış, həmin evlərin, avtomobilin və mağazanın sahibləri ilə ədavət və düşmənçiliyi olmamışdır. Oğurluğu maddi imkansızlıqdan etmişdir, əməlindən peşmandır. Ailə vəziyyəti nəzərə alınmaqla cəza təyin edilərkən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs1 onun ögey qardaşıdır, yəni Elbrus onun mərhum atasının Güllər adlı arvadının əvvəlki nikahından olan oğludur. Elbrus anası ilə gələrək onların həyətində atasına məxsus evdə yaşamışdır. Elbrus dəfələrlə oğurluq hadisələri törətdiyi üçün polis tərəfindən tutulmuş və həbsdə olmuşdur. Onun özünə məxsus “Mersedes Benz 190” minik markalı, ** CV *** dövlət nömrə nişanlı avtomobili var və həmin avtomobili həyətində olan qarajda saxlayır, qarajın çöl qapısı küçəyə açılır. xx.xx.2022-ci il tarixdə avtomobili həyətində yerləşən qarajda saxlamışdır. Həmin günün səhəri, yəni xx.xx.2022-ci il tarixdə avtomobillə şəhərə getmək istəyərkən qaraja daxil olmuş və avtomobilin yerində olmadığını görmüşdür. Bu zaman ona məlum olmuşdur ki, onun avtomobili naməlum şəxslər tərəfindən oğurlanmışdır. O dərhal Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və araşdırmağa başlamışlar. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsini törədən şəxs ögey qardaşı Təqsirləndirilən şəxs1dur. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq onun yaşadığı evin həyətində olan qaraja qanunsuz daxil olaraq oradan ona məxsus “Mersedes Benz 190” minik markalı, ** CV *** dövlət nömrə nişanlı avtomobili oğurlayaraq aparmışlar. Daha sonra məlum olmuşdur ki, Elbrus adlarını sadaladığı şəxslərlə birlikdə həmkəndliləri Zərərçəkmiş şəxs1 məxsus mağazaya, İsmət Məmmədrəfiyevin evinə və Oktay Zalovun evinə qanunsuz daxil olaraq oğurluqlar etmişlər və polis əməkdaşları tərəfindən saxlanılmışlar. Baş vermiş oğurluq hadisəsi zamanı ona 5000 manat miqdarında maddi ziyanlıq dəymişdir. Həmin şəxslər onun qarajının qapısını açma yolu ilə daxil olaraq ona məxsus avtomobili oğurlamışlar. Təqsirləndirilən şəxs1la arasında ədavət və düşmənçiliyi olmamışdır, digər şəxsləri isə əvvəllər tanımamışdır, onlarla da arasında ədavət düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxslər ona məxsus avtomobilə ziyan vurmuşlar, dövlət qeydiyyat nişanlarını itirmişlər, avtomobilin dam hissəsində olan “lyuku” qırmışlar, ona görə də onlardan şikayətçidir və onlara qanunauyğun şəkildə cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, onun Oğuz rayonu Bucaq kəndində yerləşən ərzaq malları mağazası vardır. xx.xx.2022-ci il tarixdə özünə məxsus həmin mağazada alış-veriş etdikdən sonra satılan malların pulunu mağazada stolun dolabına qoyub saat 19 radələrində mağazanı bağlayaraq evə gəlmişdir. Həmin günün səhəri, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında qeyd etdiyi mağazaya daxil olarkən, mağazada olan siqaretlərdən 30 ədəd “Keno” markalı, 10 ədəd “Prima” markalı və 10 ədəd “Palmall” markalı siqaretlərin oğurlandığını görmüşdür. Pulu qoyduğu dolaba baxarkən pulun oğurlandığını görmüş və oğurluq hadisəsi törədən şəxsin həmkəndlisi Elbrus olmasından şübhələnmişdir. O dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Bundan sonra ora polis əməkdaşları gəlmiş və araşdırmağa başlamışlar. Polis şöbəsində hadisə ilə bağlı ərizə yazmış, həmin vaxt pulun məbləğini dəqiq bilmədiyindən ərizəsində təxmini olaraq 150 manat pulunun oğurlanmasını qeyd etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsini törədən şəxs həmkəndlisi Təqsirləndirilən şəxs1dur. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq onun mağazasına qanunsuz daxil olub qeyd etdiyi məbləğdə pulu və siqaretləri oğurlamışlar. Həmin şəxslər kənddə digər şəxslərin də evinə qanunsuz daxil olaraq oğurluq hadisələri törətmişlər, hətta Eldar adlı həmkəndlisinin avtomobilini oğurlayaraq aparmışlar. Baş vermiş oğurluq hadisəsi zamanı ona ümumilikdə təxminən 450 manat miqdarında maddi ziyanlıq dəymişdir. Həmin şəxslər onun mağazasına tavandan keçmə yolu ilə daxil olmuşlar, lakin mağazada heç bir yer dağıdılmamış və mağazaya digər zərər vurmamışlar. Əvvəllər təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanımışdır, Elbrus onun həmkəndlisi olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır, digər şəxsləri isə əvvəllər tanımamış, onlarla da arasında ədavət düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanlığı ödəməyiblər. Əgər ona dəymiş maddi ziyanlıq ödənilərsə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzadan azad edilməsini, Təqsirləndirilən şəxs1 isə qanun çərçivəsində cəzalandırılmasını xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, qaynatası X5 rayonu Bucaq kəndində yerləşən özünə məxsus evini ona hədiyyə etmişdir və evdə olan bütün əşyalar ona məxsusdur. O arabir həyat yoldaşı ilə birlikdə həmin evdə qalır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında evə nəzarət etmək üçün getdikdə evdə olan 1 ədəd “Samsung” markalı televizorun yerində olmadığını görmüşdür. Bu barədə dərhal qaynatası Qismət Məmmədrəfiyevə məlumat vermiş və bundan sonra oğurluq hadisəsi baş verməsi barədə Oğuz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsini törədən şəxs Oğuz rayonu Bucaq kənd sakini Təqsirləndirilən şəxs1dur. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq qaynatasına məxsus evə qanunsuz daxil olub oradan ona məxsus 1 ədəd televizoru oğurlamışlar. Həmin şəxslər kəndlərində digər şəxslərin də evinə və mağazasına qanunsuz daxil olaraq oğurluq hadisələri törətmişlər, hətta Eldar adlı həmkəndlisinin avtomobilini oğurlayaraq aparmışlar. Baş vermiş oğurluq hadisəsi zamanı ona 500 manat miqdarında maddi ziyanlıq dəymişdir. Oğurluq edən şəxslər evə pəncərədən keçmə yolu ilə daxil olmuşlar, lakin evin heç bir yeri dağıdılmamış və evə digər zərər vurmamışlar. Adları sadalanan şəxslərdən heç kimi tanımamış, onlarla da arasında ədavət və düşmənçiliyi olmamışdır. Televizor işlək vəziyyətdə olmuş və 2022-ci ilin mart ayından istifadə edilməyə başlanmışdır. Ona dəymiş ziyanlıq tam şəkildə ödənilmişdir, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə göndərdiyi teleqramla təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı teleqramda səhhətində ciddi narahatçılıq olması ilə əlaqədar məhkəmə iclasında iştirak etməyinin mümkün olmadığını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 qeyd edilən cinayət əməllərini törətməsi onların özlərinin etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən təqsirləndirilən şəxslərin istintaqa verdiyi ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadənin yerində yoxlanılması barədə protokollar və fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxslər oğurluq əməllərini törətdiklərini əyani olaraq göstərirlər. (cild 2- iş vərəqə 74-84;85-95;152-165). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli protokol və fotoşəkillərdən müəyyən edilir ki, oğurluq hadisələri törədilən ev, mağaza və avtomobil qarajına baxış keçirilmişdir. (cild 01- iş vərəqə 08-13; 25-29; 17-20) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli protokol və fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 məxsus “Mersedes Benz 190” minik markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Binəqədi rayonu ərazisində olduğu yerdən baxış keçirilərək dövlət qeydiyyat nişanları olmadan götürülmüşdür. (cild 01- iş vərəqə 30-36) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli protokol və fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd “Samsung” markalı televizor satıldığı yerdən baxış keçirilərək götürülmüşdür. (cild 01- iş vərəqə 37-42) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəməəmtəəşünaslıq ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 9/8209 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən (təqdim edilmiş “Samsung” markalı televizorun istifadədə olması nəzərə alınmaqla) təqdim edilmiş 1 ədəd Macarıstanda istehsal edilmiş, “Samsung” markalı, UE40H5270AU model, istifadə edilmiş televizor – 500,00 manat, nəzəri qaydada 30 qutu “Keno” markalı siqaret – 63,00 (30x2,10) manat, nəzəri qaydada 10 ədəd “Prima” markalı siqaret – 21,00 (10x2,10) manat, nəzəri qaydada 10 ədəd “Palmall” markalı siqaret – 27 manat (10x2,70) manat, nəzəri qaydada təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 1991 buraxılışlı “Mercedes Benz 190” markalı avtomobil – 5000,00 manat olmaqla tədqiqat obyektlərinin hadisə baş verən tarixə, yəni 2022-ci ilin oktyabr ayına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 5611 manat müəyyən olunur. (cild 02- iş vərəqə 134-136) Azərbaycan Respublikası TƏBİB Gədəbəy RMX-nın PHŞ-in cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 21 noyabr 2022-ci il tarixli PHŞ/6.38-2-2022-518 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. (cild 01- iş vərəqə 219) Azərbaycan Respublikası TƏBİB Oğuz RMX-nın PHŞ-in cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 22 noyabr 2022-ci il tarixli PHŞ/6.64-2-2022-78 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Oğuz Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. (cild 01- iş vərəqə 221) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 15 dekabr 2022-ci il tarixli 1305 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (cild 01- iş vərəqə 278) Oğuz rayon İHB Bucaq kənd İƏD üzrə nümayəndəliyinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, xx.xx.1989-cu ildə Şuşa şəhər Malıbəyli kəndində anadan olmuş Təqsirləndirilən şəxs1 2007-ci ildə Buca kənd tam orta məktəbinin 11-ci sinfini bitirmiş, heç bir yerdə işləməmiş, hərbi xidmətdə olmamış, əvvəllər məhbusluq həyatı yaşamış, kənd ərazisindən yaşadığı müddətdə insanlarla davranışı qənaətbəxş olmamışdır, alkoqollu içkiyə və siqaretə meyllidir. Ailəlidir, ailəsi Bucaq kəndində yaşamır.(cild 01-iş vərəqə 210) Oğuz rayon Qeydiyyat şöbəsinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli, 09/12, 25/12 və 26/12 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2014-cü il və xx.xx.2016-cı il təvəllüdlü iki övladı vardır. (cild 02-iş vərəqə 187- 189) Şəki şəhər İHB 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2022-ci il tarixli, 265, 266 saylı arayışlarından, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, xx.xx.1996-cı il tarixdə Şəki şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 Şəki şəhəri, M.Abbasov küçəsi 14 ünvanında qeydiyyatda olmuş və yaşamış, ailə üzvləri 1974-cü il təvəllüdlü anası və 1995-ci il təvəllüdlü bacısından ibarət olmaqla yaşadığı müddətdə nümayəndəliyə barəsində şikayət daxil olmamışdır. (cild 01-iş vərəqə 241-244) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Oğuz Rayon Məhkəməsinin xx.xx.2017cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.2.2, 177.2.3-cü (66.2, 69.4) maddələri ilə təqsirli bilinərək 03 il 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 03 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3, 333.4-cü (66.2, 69.3) maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 08 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 Xətai Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 15% dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.2-ci (66.5) maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü (66.5) maddələri ilə təqsirli bilinərək 04 il 08 ay (ümumi) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində 5 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistya” qərarının 2.4 bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü (69.3) maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2022-ci il tarixli, 1(001)-722/2022 saylı hökmündən, eyni saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Hüseynov X6 Rayon Məhkəməsinin 1(001)-722/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, həmin saylı qərarı ilə hökmdə düzəliş edilərək Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 1 il 9 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Zərərçəkmiş şəxs3 cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli təkrar ərizəsindən görünür ki, ona məxsus 1 ədəd “Samsung” markalı televizorun oğurlanması ilə bağlı əvvəlki ərizəsində ona dəymiş ziyanın məbləğini 700 manat göstərsə də “məhkəmə-əmtəəşünaslıq ekspertizasının” rəyində göstərilən 500 manat məbləğlə razıdır. Oğurluq etmiş şəxsləri bağışlamışdır, onlardan heç bir şikayəti və tələbi yoxdur. (cild 02- iş vərəqə 166) Zərərçəkmiş şəxs1 cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli ərizəsindən dörünür ki, tütün məmulatları ilə bağlı “məhkəməəmtəəşünaslıq ekspertizasının” 30 dekabr 2022-ci il tarixli 6/8209 nömrəli rəyində göstərilən 111 manat məbləğlə razıdır, həmin məbləğ və oğurlanmış 60 manat nəqd pul, cəmi 176 manat maddi ziyanlıq ödənilmədiyi üçün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şikayətçidir. (cild 02- iş vərəqə 169) Zərərçəkmiş şəxs2 Zərbalı oğlunun cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona məxsus “Mersedes Benz 190” markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilin oğurlanması nəticəsində ona ümumilikdə 5000 manat məbləğində maddi ziyan dəydiyini, oğurluq etmiş şəxsləri, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bağışladığını, onlar barəsində şikayət və tələbinin olmadığını bildirmiş, Oğuz RPŞ-nin dayanacağında saxlanılan avtomobilinin qaytarılmasını xahiş etmişdir. (cild 02- iş vərəqə 186) Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlini törətməkdə təqsirli olmaları özlərinin etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, ekspertiza rəyi və digər məhkəmə-istintaq materialları ilə tам təsdiq edildiyindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri düzgün tövsif edilmiş, ona görə də onlar həmin maddələrlə təqsirli bilinməli və onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərini səmimi etiraf edib törətdikləri əməldən peşman olduqlarını, ziyanlığı qismən ödədiklərini, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsinə baxarkən cinayət və cinayət-prosessual qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini könüllü etiraf etməsini, törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi zərərin miqdarını, eyni zamanda, zərərçəkmiş şəxslərdən ikisinin hazırda da təqsirləndirilən şəxslərdən şikayətçi olmasını işin faktiki halları kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham edildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsəd və səmərələliyini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsinə baxarkən cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini könüllü etiraf etməsini, törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi zərərin miqdarını, eyni zamanda, zərərçəkmiş şəxslərdən ikisinin hazırda da təqsirləndirilən şəxsdən şikayətçi olmasını işin faktiki halları kimi nəzərə alaraq Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələrin sanksiyasında müəyyən edilmiş kifayət edən həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzasının çəkilmə müddətinin başlanğıcı onun tutularaq həbsə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsinə baxarkən cinayət və cinayətprosessual qanunvericiliyin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini könüllü etiraf etməsini, törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi zərərin miqdarını, eyni zamanda, zərərçəkmiş şəxslərdən ikisinin hazırda da təqsirləndirilən şəxsdən şikayətçi olmasını işin faktiki halları kimi nəzərə alaraq Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddələrin sanksiyasında müəyyən edilmiş kifayət edən həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzasının çəkilmə müddətinin başlanğıcı onun tutularaq həbsə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsinə baxarkən cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini könüllü etiraf etməsini, törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi zərərin miqdarını, eyni zamanda, zərərçəkmiş şəxslərdən ikisinin hazırda da təqsirləndirilən şəxsdən şikayətçi olmasını işin faktiki halları kimi nəzərə alaraq Təqsirləndirilən şəxs3 ittiham olunduğu maddələrin sanksiyasında müəyyən edilmiş kifayət edən həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs3 barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (001) - 722 / 2022 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona hazırda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun tutularaq həbsə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 50,00 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübutlar-“Mersedes Benz 190” minik markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilin və “Samsung” markalı, UE40H5270AU modelli bir ədəd televizorun saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı tutulduğu andan- xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı tutulduğu andan- xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (001) - 722 / 2022 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək onun üzərində qəti olaraq 3 (üç) il 6 (altı ay) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı tutulduğu andan – xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin verilmədiyi, maddi sübutlar-“Mersedes Benz 190” minik markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilin və “Samsung” markalı, UE40H5270AU modelli bir ədəd televizorun saxlanılması üçün sahiblərinə qaytarılması, digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar