Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-10/2025 24.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X8 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X5 iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Oğuz rayonu Qarabaldır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Oğuz rayonu Qarabaldır kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə Qazax Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(023)-221/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Oğuz Rayon Məhkəməsinin 3(054)-160/2022 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün inzibati həbs olunmasına, həmin məhkəmənin 3(054)- 22/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məsuliyyət elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 26 fevral 2024-cü tarixədək 2080,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmis ittihamda özünü təqsirli bilməklə göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə ailə qurmuş, birgə nikahdan qız övladı anadan olmuşdur. Bir müddət keçdikdən sonra ailədə yaranmış mübahisələr nəticəsində birgə yaşayışları mümkünsüz olmuş və mövcüd nikah əlaqələri faktiki olaraq kəsilmişdir. Qazax Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(023)-221/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180,00 manat sabit pul məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra orqanın tələblərinə baxmayaraq maliyyə cətinlikləri olduğu üçün təqdimat verilənədək alimenti ödəyə bilməmiş və həmin vaxta 2080,00 manat alimet borcu yaranmışdır. Fərdi əməklə məşğul olaraq müxtəlif təsərrüfatlarda fəhləlik etmiş, 200-300 manat arası aylıq qazanc əldə etmişdir. İcra məmuru aliment borcunun ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Oğuz Rayon Məhkəməsinin 3(054)-160/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün inzibati həbs olunmuş, həmin məhkəmənin 3(054)-22/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2024-cü və xx.xx.2024cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıq olunmasına, müvafiq əmək fəaliyyətilə məşğul olaraq, əmək haqqı almasına baxmayaraq alimenti ödəməmişdir. Alimentin ödənilməməsinin səbəbi maddi imkanının az olması ilə əlaqədar olmuşdur. xx.xx.2024-cü ildə 250 manat, xx.xx.2024-cü il tarixdə 750 manat, xx.xx.2025-ci ildə 1080 manat ödəniş etməklə hazırki iş üzrə hesablanmış 2080 manat aliment borcunu tam şəkildə ödəmişdir. Hazırda Zərərçəkmiş şəxs ondan şikayəti və tələbi yoxdur.İş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə qurduqdan sonra birgə nikahdan övladı-xx.xx.2022-ci il təvəllüdlü X4 anadan olmuşdur. Ayrıldıqdan sonra övladı onun himayəsində qalmış, aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Qazax Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(023)-221/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh kimi Təqsirləndirilən şəxs uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 180,00 manat vəsaitin ona verilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Oğuz rayon İcra və probasiya şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, Təqsirləndirilən şəxs isə alimenti tam olaraq ödəməkdən birmənalı şəkildə imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Oğuz Rayon Məhkəməsinin 3(054)-160/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün inzibati həbs olunmuş, həmin məhkəmənin 3(054)- 22/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün inzibati həbs edilmişdir. Bundan sonra da icra məmuru alimentin ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını qərəzli şəkildə icra etməmişdir. Zərərçəkmiş şəxs sonuncu məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramla Təqsirləndirilən şəxs ittiham aktı ilə qeyd olunan alimentin məbləğini ödədiyindən onunla barışdığını, şikayətinin olmadığını bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında “wotsap” sosial şəbəkəsi vasitəsilə Zərərçəkmiş şəxs ilə görüntülü əlaqə yaradılarkən o, teleqramının məzmununu təsdiq etmiş, iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Oğuz rayon İcra və probasiya şöbəsinin şahid qismində dindirilmiş icra məmuru Şahid1 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə Qazax Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(023)-221/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Oğuz Rayon Məhkəməsinin 3(054)-160/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün inzibati həbs olunmuş, həmin məhkəmənin 3(054)-22/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 26 fevral 2024-cü tarixədək 2080,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs aliment ödənişi etməyərək aliment borcunu ödəməkdən yayınmışdır. Borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və qətnamədə göstərilən tələbi yerinə yetirmədiyi üçün onun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Oğuz rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid2 da məhkəmə iclasında eyni məzmunlu ifadə vermişdir. Qazax Rayon Məhkəməsinin işdə olan və məhkəmə iclasında tədqiq edilən 06 iyun 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı atalığın müəyyən edilməsi və sabit pul məbləğində aliment tələbinə dair iddiası təmin edilmiş, Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə anadan olmuş X2 atası olması müəyyən edilmiş, uşağın saxlanması üçün 21 dekabr 2022-ci il tarixdən başlayaraq hər ay 180 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. (iş vər: 11-12). Oğuz rayon İcra və probasiya şöbəsinin işdə olan və məhkəmə iclasında tədqiq edilən tələbin dərhal icrası haqqında e-136377/2023-31-5-004 saylı, 10 iyun 2023-cü il tarixli bildirişinin, 07 iyul 2023-cü il tarixli izahatın, 27 iyul 2023-cü il tarixli rəsmi xəbərdarlığın, 21 avqust 2023-cü il tarixli izahatın, 01 sentyabr 2023-cü il tarixli cinayət xəbərdarlığının, 15 dekabr 2023-cü il tarixli izahat və 18 dekabr 2023-cü il tarixli iltizamın, həmin tarixli cinayət xəbərdarlığının, 19 və 22 dekabr 2023-cü il tarixli izahatların və həmin tarixli iltizamın, 22 yanvar 2024-cü il tarixli izahat və iltizamın, 29 yanvar 2024-cü il tarixli, 09 fevral 2024-cü il tarixli izahatların, 04 mart 2024-cü il tarixli izahatın və həmin tarixli cinayət xəbərdarlığının, 14 mart 2024-cü il tarixli izahat və cinayət xəbərdarlığının surətindən görünür ki, Təqsirləndirilən şəxs qətnamənin könüllü icrası təklif edilmiş, əks təqdirdə məsuliyyət daşıdığı barədə dəfələrlə xəbərdarlıq edilmişdir.(iş vər: 15, 17, 18, 23, 30, 45-50, 53-56, 64-65, 68-69). Oğuz Rayon Məhkəməsinin işdə olan və məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli, 3(054)-160/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3(054)-22/2024 saylı qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 528.1 və 528.1-1-ci maddələri ilə təqsirli bilinib 10 və 15 gün inzibati qaydada həbs edilmişdir. (iş vər: 29, 60) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin işdə olan və məhkəmə iclasında tədqiq edilən cinayət işi üzrə yoxlamalara dair tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (iş vər: 121) Zərərçəkmiş şəxs işdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramından görünür ki, Təqsirləndirilən şəxs ittiham aktı üzrə qeyd olunan aliment borcunu tam şəkildə ödəmiş, onunla barışmışdır, ondan heç bir şikayəti yoxdur. Bundan əlavə qeyd edildiyi kimi Zərərçəkmiş şəxs məhkəmə iclasında “wotsap” sosial şəbəkəsi vasitəsilə görüntülü əlaqə yaradılarkən teleqramının məzmununu təsdiq etmiş, iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, sənədlər və iş üzrə araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri-digərini tamamlayan sübutlara obyektiv hüquqi qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən əməli həmin maddə ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ərizələri və məhkəmə iclasında verdikləri ifadələri ilə bağlı cinayət prosessual qanunvericiliyin aşağıdakı tələblərini nəzərə çatdırır. 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.138.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd “ hissəsinə edilmiş əlavəyə əsasən bu Məcəllənin 306.1 və 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Qanunun 2.7-ci maddəsinə görə bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd olunan Məcəllənin 321-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-10/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-10/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver