Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-11/2020 24.06.2020 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Əzizov Taleh Nazim oğlunun katibliyi, Şikayət verən şəxs x2, Hərəkətlərindən şikayət verilmiş şəxs x6 iştirakı ilə x2 x8 və x3 barəsində xüsusi ittiham qaydasında şikayətinə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: x5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Qarabaldır kəndində yaşayan x8 və x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini və həmin maddəyə əsasən cəzalandırılmalarını məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs x5 öz şikayətini onunla əsaslandırmışdır ki, o, Oğuz rayonu Qarabaldır kəndində özünə məxsus evdə yaşayır. Onunla qonşuluqda yaşayan x8 və x3 heç bir əsaslı səbəb olmadan onu mütəmadi olaraq nalayiq söyüşlərlə söyüb təhqir edirlər. Təranə Həmidova 30 aprel 2020-ci il tarixdə Qarabaldır kəndi ərazisindəki subartezian quyusundan kəndə çəkilməkdə olan su borusunun yaxınlığında çoxlu sayda digər şəxslərin yanında və onlar eşidə-eşidə onu nalayiq söyüşlərlə təhqir etmiş, onu pozğun, əxlaqsız adlandırmışdır. O, dərhal AR DİN-nin “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, sonradan isə Oğuz RPŞ-nə şikayət ərizəsi yazmışdır. Həmin məsələ ilə bağlı Oğuz RPŞnin əməkdaşları tərəfindən araşdırma aparılaraq müraciətinin xüsusi ittiham xarakterli olması ona bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. Qeyd olunan hadisədən bir neçə gün sonra onun mülkiyyətində olan yonca sahəsində x4 rayonu Kərimli kənd İcra Nümayəndəliyinin və Oğuz rayonu Kərimli Bələdiyyəsinin əməkdaşlarının yanında ona qarşı çox ədəbsiz ifadə işlədərək onu təhqir etmişdir. Elmar Həmidov və Təranə Həmidova ona qarşı nalayiq söyüşlər söyməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. O, Elmar Həmidov və Təranə Həmidovanın ona qarşı təhqir xarakterli əməllərinə görə onlardan şikayətçidir. Ona görə də x8 və x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini və həmin maddəyə əsasən cəzalandırılmalarını məhkəmədən xahiş edir. Şikayət verən şəxs x5 məhkəmə iclasında öz şikayətinin məzmununa uyğun izahat verərək x8 və x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini və həmin maddəyə əsasən cəzalandırılmalarını məhkəmədən xahiş etdi. Hərəkətlərindən şikayət verilmiş şəxs x8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, x5 onun atasının əmisi qızıdır. O və ya anası Təranə Həmidova heç vaxt Hicran Həmidovanı söyüb təhqir etməmiş, ona qarşı hər hansı nalayiq ifadə işlətməmiş və ya digər qanunsuz hərəkətə yol verməmişlər. Hicran Həmidovanın onun və anası Təranə Həmidovanın və şikayət əsassız olduğundan şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Hərəkətlərindən şikayət verilmiş şəxs x3 məhkəməyə gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində səhhətinin vəziyyətinin məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyini qeyd etmişdir. Məhkəmə şikayət verən şəxsin və hərəkətlərindən şikayət verilmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3 və 299.3.3-cü maddələrinin məzmununa görə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin məzmununa görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir: x2 x8 və x3 barəsində məhkəməyə verdiyi şikayət ərizəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1 - 293.3.7-ci maddələrinə əsasən qeyd edilməsi zəruri olan bütün məlumatlar həmin şikayət ərizəsində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1 və 302.1.3-cü maddələrinin tələblərinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi, şikayətin məzmununun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina üçün əsasdır. Məhkəmə tədqiq edilmiş faktlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarına istinad edərək hesab edir ki, x2 x8 və x3 barəsində xüsusi ittiham qaydasında şikayətinin, həmin şikayətin məzmununun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması əsası ilə öz icraatına qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300.1.3, 300.5 və 302.2.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: x2 x8 və x3 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(054)-11/2020
Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-11/2020
24.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver