Məhkəmə qərarları › İş №1(054)-11/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-11/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-11/2022 04.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi X1, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1969-cu il tarixdə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsili, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh olaraq ondan 3000 manat behin iki misli olan 6000 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu məbləğinin 27,70 manatdan ibarət hissəsi - cəmi 6027,70 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 109 / 2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Oğuz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2020-ci il tarixdə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməyərək zərərçəkmiş şəxsə 3147 manat miqdarında maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadə verərək göstərdi ki, o, 2017-ci ilin sonlarında Oğuz rayonu Xalxal kəndində yerləşən, özünün və ailə üzvlərinin mülkiyyətində olan həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən evi Zərərçəkmiş şəxs satmaq barədə onunla razılığa gəlmişdir. Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixdə ona beh olaraq 3000 manat pul vermiş və o, bir ay ərzində evin və həyətyanı torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərini tam şəkildə hazırlayacağını vəd etmişdir. Lakin həmin müddət ərzində sənədləri hazırlaya bilməmiş, Zərərçəkmiş şəxs aldığı pulu da maddi ehtiyaclarına sərf etdiyinə görə geri qaytara bilməmişdir. Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə iddia qaldırmış, 3000 manat behin iki misli olan 6000 manat və 27,70 manat dövlət rüsumu - cəmi 6027,70 manat pulun ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, lakin o, maddi imkanı olmadığından həmin məbləği ödəyə bilməmişdir. Ona məxsus olan 0,032 hektar torpaq sahəsinin üzərinə həbs qoyularaq həmin torpaq sahəsi hərracda 2880 manat dəyərində qiymətləndirilərək borcun bir hissəsinin müqabilində Zərərçəkmiş şəxs verilmiş, borcun 3147 manatdan ibarət hissəsi isə ödənilməmiş qalmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam şəkildə icra etmədiyinə görə o, əvvəlcə inzibati məsuliyyətə, daha sonra isə cinayət məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, o, ilk dəfədir ki, cinayət törədir və əməlindən səmimi peşman olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə zərərçəkmiş şəxsə ödənilməmiş qalan 3147 manat borcunu hazırda tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxslə barışıb razılıq əldə etmişdir, zərərçəkmiş şəxs də onunla barışaraq onu bağışlamışdır və hazırda ondan şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi zərərçəkmiş şəxsin ifadəsi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə ödənilməmiş qalan 3147 manat borcunu hazırda tam şəkildə ona ödəmişdir. Təqsirləndirilən şəxs onunla barışıb razılıq əldə etmişdir Onun hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və ya tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 109 / 2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin və qeyd olunan qətnamə üzrə xx.xx.2019-cu il tarixdə verilmiş icra sənədinin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəmi 6027,70 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun, həmin protokollar üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli rəsmi xəbərdarlıq məktublarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından boyun qaçırmağa görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti barədə rəsmi xəbərdar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 109 / 2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi üzrə icra sənədinə dair icra işinin materiallarından müəyyən edilir ki, icra sənədinin icrası ilə bağlı Oğuz rayonu Xalxal kəndində yerləşən, Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin mülkiyyətində olan 0,16 hektar həyətyanı torpaq sahəsinin Təqsirləndirilən şəxs payına düşən 0,032 hektardan ibarət hissəsinin üzərinə məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı əsasında həbs qoyulmuş, üzərinə həbs qoyulmuş 0,032 hektar torpaq sahəsi Zərərçəkmiş şəxs təklif olunmuş və o, həmin əmlakı qəbul etmək istədiyini bildirmiş, 0,032 hektar torpaq sahəsi Zərərçəkmiş şəxs tərəfindən hərracda 2880 manata satın alınmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs olan borcunun 3147 manatdan ibarət hissəsi isə ödənilməmiş qalmışdır. Borc məbləğinin qalan hissəsinin ödənilməsi üçün müvafiq icra tədbirləri həyata keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs borcun qalan hissəsini ödəməmiş, həmçinin ona məxsus, tələbin yönəldilə biləcəyi pul vəsaiti, digər qiymətli əşyalar və ya əmlaklar aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin müstəntiqi Elxan Azayevin xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 109 / 2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi üzrə ödənilməmiş qalan 3147 manat borcunu Zərərçəkmiş şəxs tam şəkildə ödəmiş və onunla barışaraq razılıq əldə etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Dövlət ittihamçısı məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb razılıq əldə etdiyinə görə imtina etdiyini bildirmiş və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs qarşı cinayət təqibindən imtina edilməsi barədə vəsatəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinin məzmununa görə məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinin məzmununa görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6 - 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə özünü təqsirli bilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra edərək Zərərçəkmiş şəxs vurduğu maddi ziyan məbləğini tam şəkildə ödəməklə, zərərçəkmiş şəxslə barışmış və onunla razılıq əldə etmişdir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan imtina edir. Təqsirləndirilən şəxs hazırda barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə etiraz etmir. Zərərçəkmiş şəxs də hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi olmadığını bildirir. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia tələbi verilməmiş, maddi sübut, ekspertiza və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 321.2.1, 346, 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunsun. İş üzrə mülki iddia tələbinin verilmədiyi, maddi sübut, ekspertiza və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar