Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-11/2023 06.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1996-cı il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 fevral 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda – ümumilikdə 85,46 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı özündə saxlamış, 07 fevral 2023-cü il tarixdə saat 23:40 radələrində Oğuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Oğuz rayonu, Kərimli kəndi ərazisində şübhəli şəxs qismində saxlanılıb Oğuz RPŞ-yə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol yan içəri cibindən 01 ədəd sellofan bükümün içərisində ümumi təmiz çəkisi 85,46 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Oğuz RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır, işləmək üçün tez-tez Oğuz rayonuna gəlir. Narkotik vasitələrdən fasilələrlə istifadə edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Oğuz rayonu Sincan kəndi ərazisində olan zaman yol kənarında yerdə olan şəffaf rəngli sellofan bükümə gözü sataşmış və maraqlı olduğu üçün götürmüş, açıb baxdıqda içərisində narkotik vasitə olduğunu görmüşdür. Daha sonra həmin bükümün içərisində olan narkotik vasitə marixuananı istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Oğuz rayonu Kərimli kəndində olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. Oğuz rayon PŞ-nə gətirildikdən sonra vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamamışdan əvvəl ona üzərində olan əşyaları könüllü təqdim etməyi təklif edilmiş, o da əynindəki qara rəngli gödəkcənin sol yan içəri hissəsində Oğuz rayonu Sincan kəndi ərazisində yol kənarından tapdığı və öz istifadəsi üçün üzərində saxladığı qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən gəzdirilməsi və daşınması qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Polis əməkdaşlarının sorğusuna cavab olaraq bükümün özünə məxsus olduğunu, bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Oğuz rayonu Sincan kəndi ərazisində yol kənarından yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitəni tapması barədə heç kəsə məlumat verməmiş, heç kimə narkotik vasitə satmamış, üzərindən aşkar olunmuş narkotik vasitəni yalnız öz istifadəsi üçün üzərində gəzdirmişdir. Əməlindən peşmandır. Törətdiyi cinayət əməlini könüllü etiraf etmişdir. Narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Oğuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə saat 23 radələrində Oğuz RPŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birgə Oğuz rayonu, Kərimli kəndində olarkən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilindiyi üçün saxlayaraq Oğuz RPŞ-yə gətirmişlər. Oğuz rayon PŞ-nə gətirildikdən sonra Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamamışdan əvvəl ona üzərində olan əşyaları könüllü təqdim etməyi təklif edilmiş, o da əynindəki qara rəngli gödəkcənin sol içəri hissəsindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən gəzdirilməsi və daşınması qadağan olunmuş hər hansısa əşya və predmet aşkar edilməmişdir. Polis əməkdaşları həmin bükümün içərisində nə olmasını soruşduqda, o, bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Oğuz rayonu Sincan kəndi ərazisindən yol kənarından yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, protokol tərtib olunmuş, protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şаhid Oğuz RPŞ-nin CAB-nin əməliyat müvəkkili Şahid1 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə saat 23 radələrində Oğuz RPŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birgə Oğuz rayonu, Kərimli kəndində olarkən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilindiyi üçün saxlayaraq Oğuz RPŞ-yə gətirmişlər. Oğuz rayon PŞ-yə gətirildikdən sonra Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamamışdan əvvəl ona üzərində olan əşyaları könüllü təqdim etməyi təklif edilmiş, o da əynindəki qara rəngli gödəkcənin sol içəri hissəsindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən gəzdirilməsi və daşınması qadağan olunmuş hər hansısa əşya və predmet aşkar edilməmişdir. Polis əməkdaşları həmin bükümün içərisində nə olduğunu soruşduqda, o, bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Oğuz rayonu Sincan kəndi ərazisindən yol kənarından yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, həmin tarixdə saat 00:17-dən başlayaraq Oğuz rayon Polis Şöbəsinin inzibati binasında Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və video-çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkcənin sol içəri hissəsindən 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində ümumi təmiz çəkisi 86,9 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana Oğuz RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və vəkili də protokola imza etmişlər. (cinayət işi vər: 27-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 08 fevral 2023-cü il tarixli 17/157 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 85,46 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuananın 0,10 qramı tədqiqata sərf edilmiş, 85,36 qram qalıq qalmışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir). (cinayət işi vər: 39-41) Gəncə şəhəri Narkoloji Dispanserinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 14.03. 2023-cü il tarixli 434 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəsətəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cinayət işi vər: 91) Qəbələ RMX-nın PHŞ-in iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 14 mart 2023-cü il tarixli PHŞ/6-52/2-379/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ RMX-nın PHŞ-in poliklinika şöbəsində psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (cinayət işi vər: 89) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli tələbnaməsindən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(025)-15/2019 saylı və xx.xx.2019-cu il tarixli, 1(025)-36/2019 saylı hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası 02 il müddətə şərti hesab edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 maddələri ilə təqsirli bilinib barəsində CM-nin 70,67 və 69.3-cü maddələrinin tələbləri tətbiq edilməklə qəti olaraq 02 il 09 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.5-ci maddəsinin tələbləri tətbiq edilməklə qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir.(cinayət işi vər: 81-82, 94-104) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 16 saylı cəzaçəkmə müəssisəsinin rəisinin “amnistiya aktının tətbiq edilməsi ” barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs həmin qərar əsasında cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq Qəbələ rayon İHB Vəndam qəsəbəsi İƏD-i üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli yaşayış yerinə dair, ailə tərkibinə dair arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayır, ailə tərkibi atası, anası, 2 qardaşı və bacısından ibarətdir, özü və ailəsi haqqında nümayəndəliyə şikayət və ərizə daxil olmamışdır. (cinayət işi vər: 78-80) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılarkən onun üzərində aşkar edilmiş narkotik vasitənin özünə aid olduğunu könüllü olaraq dərhal etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası CM-nin 61.1ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə üzərində aşkar edilmiş narkotik vasitənin miqdarını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş, az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07 fevral 2023- cü il tarixdə saat 23:50-də şübhəli şəxs qismində tutulmuş, 09 fevral 2023-cü il tarixdə saat 16:00da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSY-dən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğu müəyyən edilmiş, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 08 fevral 2023-cü il tarixli 17/157 nömrəli rəyinin və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2023cü il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda - 85,46 qram olmasını qəbul edir. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 85,36 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – 07.02. 2023- cü il tarixdə saat 23:50-dən şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2023-cü il - tarixdə saat 16:00dək olan müddət 2(iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Qəbələ rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 85,36 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-11/2023
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-11/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver