Məhkəmə qərarları › İş №1(054)-12/2023

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-12/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-12/2023 02.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1997-ci ildə Oğuz rayonu, Tayıflı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Oğuz rayonu, Tayıflı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək 03 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Oğuz rayonu, Yemişənli kəndində yaşayan Zərərçəkmiş şəxs5 təsərrüfatında olan 1 baş, təxminən 80 kq çəkidə 1 il 8 aylıq olan, qızılı rəngli, dişi cinsli iribuynuzlu heyvanını (inək) Oğuz rayonu, Tayıflı kəndi ərazisində yerləşən örüş sahəsindən qanunsuz yolla talayaraq zərərçəkmiş şəxsə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o təkrarən eyni niyyətlə, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək 10 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Oğuz rayonu, Yemişənli kəndində yaşayan Zərərçəkmiş şəxs4 təsərrüfatında olan 1 baş, təxminən 70 kq çəkidə 1 il 5 aylıq olan, ağ rəngli, dişi cinsli iribuynuzlu heyvanını (inək) Oğuz rayonu, Tayıflı kəndi ərazisində yerləşən örüş sahəsindən qanunsuz yolla talayaraq zərərçəkmiş şəxsə 440 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o təkrarən eyni niyyətlə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək 17 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Oğuz rayonu, Yemişənli kəndində yaşayan Zərərçəkmiş şəxs3 təsərrüfatında olan 1 baş, təxminən 190 kq çəkidə 1 yaşında olan, şabalıdı rəngli, dişi cinsli iribuynuzlu heyvanını (inək) Zərərçəkmiş şəxs3 məxsus, Oğuz rayonu, Yemişənli kəndi ərazisində yerləşən xüsusi çəpərlənmiş saxlanc yerinə-bağ sahəsinə qanunsuz daxil olmaqla talayaraq zərərçəkmiş şəxsə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o təkrarən eyni niyyətlə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək 08 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində Oğuz rayonu, Kərimli kəndində yaşayan Zərərçəkmiş şəxs2 təsərrüfatında olan 1 baş, təxminən 150 kq çəkidə 2 yaşda olan, boz rəngli, dişi cinsli, boğaz iribuynuzlu heyvanını (inək) Zərərçəkmiş şəxs2 məxsus, Oğuz rayonu, Kərimli kəndi ərazisində yerləşən örüş sahəsindən qanunsuz yolla talayaraq zərərçəkmiş şəxsə 900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o təkrarən eyni niyyətlə, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək 29 oktyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Oğuz rayonu, Kərimli kəndində yaşayan Zərərçəkmiş şəxs1 təsərrüfatında olan 1 baş, təxminən 70 kq çəkidə 8 aylıq olan, qara rəngli, dişi cinsli iribuynuzlu heyvanını (dana) Zərərçəkmiş şəxs1 məxsus, Oğuz rayonu, Kərimli kəndi ərazisində yerləşən xüsusi çəpərlənmiş saxlanc yerinəbağ sahəsinə qanunsuz yolla daxil olmaqla talayaraq zərərçəkmiş şəxsə 470 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadə verərək bildirdi ki, X6 yeznəsidir, onun ehtibarnamə ilə idarə etdiyi “Azsamand” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobili var. 03 sentyabr 2022-ci il tarixdə yeznəsi Fuad Bayramovla birlikdə oğurluq etmək qərarına gəlmiş və bunun üçün iribuynuzlu heyvan axtarmağa başlamışlar. Onlar Oğuz rayonu, Tayıflı kəndi ərazisini gəzərkən orada açıq örüş sahəsində səllim halda gəzən bir neçə iribuynuzlu heyvanın otladığını görmüşlər. O, Fuadla birlikdə həmin gün saat 14 radələrində heyvanlardan təxminən 80 kq çəkidə olan, qızılı rəngli, dişi heyvanı tutmuş və həmin heyvanı Fuadın idarə etdiyi “Azsamand” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin əyləşən salon hissəsinə mindirmişlər. Belə ki, onlar əvvəldən oğurlayacaqları heyvanı avtomobilə rahat mindirmək üçün avtomobilin arxa oturacağını götürmüşlər. Daha sonra onlar oğurladıqları iribuynuzlu heyvanı həmin günün səhəri Bakı şəhərinə apararaq Maştağa bazarında tanımadıqları şəxsə 730 manata satmışlar. Bundan sonra yenidən Oğuz rayonu, Tayıflı kəndinə qayıtmışlar və yenidən əməllərini davam etdirməyə başlamışlar. 10 sentyabr 2022-ci il tarixdə o, yenidən Fuadla birlikdə yaşadığı kənd ərazisində oğurlamaq üçün iribuynuzlu heyvan axtarmağa başlamışdır. Həmin gün saat 15 radələrində Oğuz rayonu, Tayıflı kəndi ərazisində örüş sahəsindən səllim halda otlayan 1 baş təxminən 70 kq çəkidə iribuyynuzlu ağ rəngli dişi heyvanı tutub Fuadın idarə etdiyi “Azsamand” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin əyləşən salonuna mindirmişlər, daha sonra oğurladıqları heyvanı həmin günün səhəri Bakı şəhərinə apararaq Maştağa bazarında tanımadıqları şəxsə 570 manata satmışlar. 17 sentyabr 2022-ci il tarixdə onlar eyni üsulla Oğuz rayonu, Yemişənli kəndi ərazisinə gələrək oğurlamaq üçün iribuynuzlu heyvan axtarmışlar. Həmin vaxt qeyd edilən ərazidə kənarları bağlı bağ sahəsində 2 baş iribuynuzlu heyvanın otladığını görmüşlər. Onlar bağ sahəsinə daxil olaraq həmin heyvanlardan 1 baş təxminən 180 kq çəkidə, şabalıdı rəngli, dişi cinsli iribuynuzlu heyvanı həmin gün saat 16 radələrində bağ sahəsindən çıxararaq Fuadın idarə etdiyi Azsamand markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin əyləşən salonuna mindirmişlər və həmin günün səhəri oğurladıqları heyvanı Bakı şəhərinə apararaq Maştağa bazarında tanımadıqları şəxsə 600 manata satmışlar. 08 oktyabr 2022-ci il tarixdə o, eyni üsulla Fuadla birlikdə Oğuz rayonu Kərimli kəndi ərazisinə gəlmiş və oğurlamaq üçün iribuynuzlu heyvan axtarmağa başlamışlar. Həmin vaxt onlar Oğuz rayonu, Kərimli kəndi ərazisində 3 baş iribuynuzlu heyvaının-inəyin sahibsiz halda otladığını görmüşlər. Qeyd edilən tarixdə saat 15 radələrində həmin inəklərdən 1 baş, təxminən 150 kq çəkidə, boz rəngli dişi cinsli heyvanı tutub Fuadın idarə etdiyi Azsamand markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin əyləşən salonuna mindirmişlər və oğurladıqları iribuynuzlu heyvanını həmin günün səhəri Bakı şəhərinə apararaq Maştağa bazarında tanımadıqları şəxsə 1075 manata satmışlar. 29 oktyabr 2022-ci il tarixdə o, Fuadla birlikdə Oğuz rayonu Kərimli kəndi ərazisinə oğurluq etmək üçün gəlmiş və həmin kənd ərazisində kənarları bağlı olan bağ sahəsində 2 baş iribuynuzlu heyavının sahibsiz halda otladığını görmüşlər. Onlar həmin gün saat 15 radələrində bağ sahəsinə daxil olaraq heyvanlarından 1 baş təxminən 70 kq çəkidə, qara rəngli, dişi cinsli heyvanı tutub bağ sahəsindən kənara çıxararaq Fuadın idarə etdiyi Azsamand markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin əyləşən salonuna mindirmişlər və oğurladıqları iribuynuzlu heyvanı həmin günün səhəri Bakı şəhərinə apararaq Maştağa bazarında tanımadıqları şəxsə 600 manata satmışlar. Maddi vəziyyəti aşağı olduğu üçün oğurluq etmişdir. Sadaladığı oğurluq hadisələrindən başqa heç yerdən oğurluq etməyib. Oğurluq hadisələrini Fuad Bayramovla birlikdə etmiş və əldə etdikləri gəliri Fuadla bölərək öz ehtiyacarı üçün xərcləmişdir.Oğurluq etmələrindən heç kimin məlumatı olmamışdır. Oğurladıqları heyvanları satdıqları şəxslərə heyvanın oğurluq olması barədə heç bir məlumat verməmişlər. X2 yeri bilmir. Oğurladıqları heyvanların sahiblərini tanımamış, onlarla arasında ədavət və düşmənçilik olmamışdır.İlk dəfədir ki, cinayət törədir. Törətdiyi cinayət əməllərini könüllü olaraq etiraf etmiş və əməlindən səmimi peşman olmuşdur. Maddi ehtiyacı olduğuna görə oğurluq etsə də, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam şəkildə aradan qaldırmışdır,yəni dəymiş ziyan onun tərəfindən zərərçəkmiş şəxslərə ödənilmişdir. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilən halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi onun özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, təsərrüfatında 2 baş iribuynuzlu heyvanı olmuşdur. Həmin heyvanları hər gün yaşadığı Oğuz rayonu, Yemişənli kəndi ərazisində yerləşən örüş sahəsinə səllim halda otarmağa buraxmış və arabir heyvanlara nəzarət etmişdir. 03 sentyabr 2022-ci il tarixdə səhər saatlarında həmişəki qaydada iribuynuzlu heyvanları örüş sahəsinə otarmağa buraxmış və həmin gün heyvanlara nəzarət edərkən onlardan bir başının yerində olmadığını görmüşdür. Heyvanın 1 başının naməlum istiqamətdə getdiyini zənn etdiyi üçün heyvanı kənd ərazisində axtarmışdır. Lakin itmiş zənn etdiyi həmin heyvanı axtarıb tapa bilməmiş, buna görə heyvanın oğurlandığını başa düşmüş, bir müddət sonra 1 baş iribuynuzlu heyvanının naməlum şəxslər tərəfindən oğurlanması barədə Oğuz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxsus bir baş iribuynuzlu heyvanını, yəni inəyini Oğuz rayonu, Tayıflı kənd sakini Təqsirləndirilən şəxs və onun qohumu X6 oğurlanmışlar. Həmin heyvanın cinsi dişi, rəngi qızılı olmuş, çəkisi 80 kiloqram olmaqla 1 il 8 aylıq inək olmuş, həmin heyvan Oğuz rayonu Tayıflı kəndi ərazisində yerləşən örüş sahəsindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 730 manat maddi ziyan dəymişdir. Heyvanını oğurlayan şəxsləri, yəni Təqsirləndirilən şəxs və X4 əvvəllər tanımayıb, onlarla arasında ədavət və düşmənçiliyi olmamışdır. Ona dəymiş maddi ziyan məbləği tam şəkildə aradan qaldırılmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Bu barədə notarial qaydada təsdiq edilmiş ərizəsinin məhkəməyə təqdim etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, təsərrüfatında 3 baş iribuynuzlu heyvanı olmuşdur. Həmin heyvanları hər gün yaşadığı Oğuz rayonu, Yemişənli kəndi ərazisində yerləşən örüş sahəsinə səllim halda otarmağa buraxmış və arabir heyvanlara nəzarət etmişdir. 10 sentyabr 2022-ci il tarixdə səhər saatlarında həmişəki qaydada iribuynuzlu heyvanları örüş sahəsinə otarmağa buraxmış və həmin gün heyvanlara nəzarət edərkən onlardan bir başının yerində olmadığını görmüşdür. Heyvanların 1 başının naməlum istiqamətdə getdiyini zənn etdiyi üçün heyvanı kənd ərazisində axtarmışdır. İtmiş zənn etdiyi həmin heyvanı axtarıb tapa bilmədiyi üçün heyvanın oğurlanmasını başa düşmüş və bir müddət sonra 1 baş iribuynuzlu heyvanının naməlum şəxslər tərəfindən oğurlanması barədə Oğuz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxus bir baş iribuynuzlu heyvanı, yəni inəyi Oğuz rayonu Tayıflı kənd sakini Təqsirləndirilən şəxs və onun qohumu X6 tərəfindən oğurlanmışdır. Heyvanın cinsi dişi, rəngi ağ olmuş, çəkisi 70 kiloqram olmaqla 1 il 5 aylıq inək olmuşdur, həmin heyvan Oğuz rayonu, Tayıflı kəndi ərazisində yerləşən örüş sahəsindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 570 manat maddi ziyan dəymişdir. Heyvanını oğurlayan şəxsləri, yəni Təqsirləndirilən şəxs və X4 əvvəllər tanımayıb, onlarla arasında ədavət və düşmənçiliyi olmayıb.Ona dəymiş maddi ziyan məbləği tam şəkildə aradan qaldırılmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Bu barədə notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, təsərrüfatında 6 baş iribuynuzlu heyvanları olmuşdur, həmin heyvanlardan 2 başını hər gün yaşadığı Oğuz rayonu, Yemişənli kəndi ərazisində yerləşən, özünə məxsus bağ sahəsinə otarmağa buraxmiş və arabir heyvanlara nəzarət etmişdir. 17 sentyabr 2022-ci il tarixdə 16 radələrində həmişəki qaydada iribuynuzlu heyvanları-yəni inıkləri bağ sahəsinə otarmağa buraxmış və həmin gün heyvanlara nəzarət edərkən onlardan bir başının yerində olmadığını görmüşdür. Heyvanın bağdan çıxaraq naməlum istiqamətdə getdiyini zənn etdiyi üçün heyvanı kənd ərazisində axtarmışdır. Lakin itmiş zənn etdiyi həmin heyvanı axtarıb tapa bilmədiyi üçün heyvanın oğurlandığını başa düşmüş və bir müddət sonra 1 baş iribuynuzlu heyvanının naməlum şəxslər tərəfindən oğurlanması barədə Oğuz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxus bir baş iribuynuzlu heyvanını özünə məxsus bağ sahəsindən Təqsirləndirilən şəxs və onun qohumu X6 oğurlamışlar. Həmin heyvanın cinsi dişi, rəngi şabalıdı, çəkisi 190 kiloqram olmaqla 1 illik inək olmuşdur. Heyvan Oğuz rayonu, Yemişənli kəndi ərazisində yerləşən özünə məxsus bağ sahəsindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Heyvanını oğurlayan şəxsləri, yəni Təqsirləndirilən şəxs və X4 əvvəllər tanımamışdır, onlarla arasında ədavət və düşmənçiliyi olmamışdır. Ona dəymiş maddi ziyan məbləği Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Bu barədə notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, təsərrüfatında 3 baş iribuynuzlu heyvanları olub, həmin heyvanları hər gün yaşadığı Oğuz rayonu, Kərimli kəndi ərazisində yerləşən özünə məxsus bağ sahəsinə otarmağa buraxmış, günorta saatlarında heyvanları su içməsi üçün bağdan çıxardıb su kəmərinin yanına səllim buraxıb, arabir heyvanlara nəzarət etmişdir. 08 oktyabr 2022-ci il tarixdə səhər saatlarında həmişəki qaydada iribuynuzlu heyvanları-yəni inəkləri bağ sahəsinə otarmağa buraxmış və həmin gün günorta saatlarında heyvanları bağdan çıxarıb su kəmərinin yanına su içmək üçün səllim buraxmışdır. Sonra həmin gün heyvanlara nəzarət edərkən onlardan 1 başının yerində olmadığını görmüşdür. Heyvanın naməlum istiqamətdə getdiyini zənn etdiyi üçün heyvanı kənd ərazisində axtarmışdır.İtmiş zənn etdiyi həmin heyvanı axtarıb tapa bilmədiyi üçün heyvanın oğurlandığını bilmiş və bir müddət sonra 1 baş iribuynuzlu heyvanının naməlum şəxslər tərəfindən oğurlanması barədə Oğuz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxus bir baş iribuynuzlu inək Təqsirləndirilən şəxs və onun qohumu X6 tərəfindən Oğuz rayonu, Tayıflı kəndi ərazisindən oğurlanmışdır. Heyvanın cinsi dişi, rəngi boz olmuş, çəkisi 150 kiloqram olmaqla 2 illik inək olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. Heyvanını oğurlayan şəxsləri, yəni Təqsirləndirilən şəxs və X4 əvvəllər tanımamışdır, onlarla arasında ədavət və düşmənçiliyi olmamışdır. Ona dəymiş maddi ziyan məbləği tam şəkildə aradan qaldırılmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Bu barədə notarial qaydada təsdiq olunmuş ərizəni məhkəməyə təqdim etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, təsərrüfatında 2 baş iribuynuzlu heyvanı olmuşdur, həmin heyvanları hər gün yaşadığı Oğuz rayonu, Kərimli kəndi ərazisində yerləşən, özünə məxsus bağ sahəsinə otarmağa buraxmiş və arabir heyvanlara nəzarət etmişdir. 29 oktyabr 2022-ci il tarixdə həmişəki qaydada iribuynuzlu heyvanlarını, yəni inəkləri bağ sahəsinə otarmağa buraxmış və həmin gün saat 15 radələrində heyvanlara nəzarət edərkən onlardan bir başının yerində olmadığını görmüşdür. Heyvanların 1 başının oğurlandığını başa düşmüş və bu barədə Oğuz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxus bir baş iribuynuzlu inək özünə məxsus bağ sahəsindən Təqsirləndirilən şəxs və onun qohumu X6 tərəfindən oğurlanmışdır. Həmin heyvanın cinsi dişi, rəngi qara, çəkisi 70 kiloqram olmaqla 8 aylıq dana olmuşdur.Həmin heyvan Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən özünə məxsus bağ sahəsindən oğurlanmışdır, baş vermiş oğurluq hadisəsi nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. Heyvanını oğurlayan şəxsləri, yəni Təqsirləndirilən şəxs və X4 əvvəllər tanımayıb, onlarla arasında ədavət və düşmənçiliyi olmamışdır. Ona dəymiş maddi ziyan məbləği tam şəkildə aradan qaldırılmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Bu barədə notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 9/8208 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən iribuynuzlu heyvanların (qaramal) 2022-ci ilin sentyabr-oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3310 manat müəyyən olunur. ( iş vərəqə 209-212). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən təqsirləndirilən şəxsin axtarışı haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 tutularaq istintaqa təqdim edilməsi üçün barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, “Oğuz rayon Mərkəzi Xəstəxanası” X9 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/2- 21/2023 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayon Mərkəzi Xəstəxanasının “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda deyildir. ( iş vərəqə 199). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/25-427 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə nümayəndəliyin ərazisində daimi pasport qeydiyyatındadır, ailə üzvləri evdar qadın olan anası və fərdi əmək fəaliyyəti ilə məşğul olan qardaşından ibarətdir. ( iş vərəqə 158). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayon Tayıflı kəndində yaşamaqla ailə təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, barəsində yaşadığı ərazi üzrə icra nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. ( iş vərəqə 159). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli cavabından görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barədə heç bir məlumat yoxdur. ( iş vərəqə 174). Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 iş materiallarına əlavə edilmiş, məhkəmə iclasında tədqiq edilən, notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan tam olaraq ödənilmiş, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir və o həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs digər şəxslərə məxsus mal-qaranı gizli olaraq talasa da, onun törətdiyi cinayət əməllərini könüllü olaraq etiraf etdiyini, həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasını və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikasının CM-nin 61.1.-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən qanunvericiliyin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, onun ilk dəfə cinayət törətdiyini, cinayət əməllərini etiraf edib səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətini xarakterizə edən xüsusiyyətləri, kənar şəxslərin ona təsirini, təyin ediləcək cəzanın onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq cəzanın səmərəliliyinə, məqsədəuyğunluğuna və məhkumun islah olunmasına təsirinə nail olmaq üçün hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iki gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia yoxdur. İş üzrə 50 (əlli) manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Oğuz rayon Tayıflı kəndində yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, Oğuz rayonu ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Oğuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar