Məhkəmə qərarları › İş №1(054)-12/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-12/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-12/2024 30.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X6 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət materiallarına məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X2 Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlə müraciət edərək X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X4 tərəfindən şikayət və şəxsiyyət vəsiqəsinin surətindən ibarət material xx.xx.2024-cü il tarixdə iki dəfə sifarişli-xəbərnaməli məktubla məhkəmənin dəftərxanasına daxil olmuş və şikayətlər dəftərxanada 1(054)-11/2024 və 1(054)-12/2024 sayla qeydə alınmışdır. Materiallar nəzərdən keçirilərkən hər iki şikayətin eyni məzmunda, hətta biri-digərinin surəti olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iki iş şəklində qeydə alınmış şikayətlər bir icraatda birləşdirilməli və birləşdirilmiş işin nömrəsi 1(054)-11/2024 müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 49.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın birləşdirilməsi müstəntiqin və ya prokurorun qərarı, xüsusi ittiham qaydasında icraat isə məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 211.1-ci maddəsinə əsasən cinayət işlərinin birləşdirilməsi bu Məcəllənin 49-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 49-cu və 211-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətlər üzrə 1(054)-11/2024 saylı və 1(054)-12/2024 saylı işlər bir icraatda birləşdirilsin və işin nömrəsi 1(054)-11/2024 müəyyən edilsin. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar