Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-13/2023 30.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1999-cu ildə Oğuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmayan, Oğuz rayonu, Bayan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində arvadı Şahid1 yaşadığı Oğuz rayonu, Bayan kəndində yerləşən evinin qarşısındakı küçədən Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 2107” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək getdiyini gördüyü üçün özünün idarə etdiyi “Vaz 21011” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili Şahid1 sərnişin kimi əyləşdiyi avtomobilin arxasınca sürərək Qaraməryəm-İsmayıllı-Şəki yolunun Oğuz rayonu ərazisindən keçən 111-ci kilometrində idarə etdiyi “Vaz 21011” markalı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 2107” markalı avtomobilin sol yan tərəfindən qəsdən vurmuş, həmin vaxt “Vaz 2107” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs idarəetməni itirdiyi üçün avtomobil hərəkət istiqamətində yolun sağına çıxıb yol kənarında olan ağaca dəymişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurmuş, nəticədə ona sol qamış sümüyünün bayır kondilusundan keçən sınığı, sol incik sümüyünün başının sınığı, sol budun yuxarı 1/3-nin geniş həcmli hemotoması, yumşaq toxumaların əzilməsi, travmatik şişkinliyi, sol qaş, kürək, bel, sol baldır və sol dirsək nahiyələrinin əzilmiş-sıyrılmış yaralararı, kürək nahiyəsinin travmatik şişkinliyi kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və məhkəmə iclasında ifadə verərək bildirdi ki, Səma onun həyat yoldaşıdır, belə ki, Səma ilə xx.xx.2021-ci il tarixində nişanlanmış, xx.xx.2022-ci il tarixdə isə nikah kəsdirmişlər, hazırda ər-arvad olsalar da toyları olmadığı üçün Səma öz valideynləri ilə birlikdə yaşayır.. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Səmanın yaşadığı evdə olarkən Səma ondan axşam saatlarında onlara gəlməyini xahiş etmişdir. O da axşam saat 23 radələrində idarə etdiyi “Vaz 21011” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Səmanın yaşadığı evə gələrkən adları ona sonradan məlum olan Turan və Vüsal adlı şəxslərin Səmanı zorla “VAZ 2107” markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib apardıqlarını görmüşdür. O da həmin avtomobilin arxasınca idarə etdiyi “Vaz 21011” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə getmiş və avtomobilin işıqları ilə digər avtomobilə “saxla” işarəsi vermişdir. Lakin Turan onun “saxla” işarəsinə məhəl qoymadan idarə etdiyi avtomobili saxlamamışdır. O da Turanın idarə etdiyi avtomobili keçmək istəyərkən avtomobilinin qabaq sağ təkəri partlamış, idarəetməni itirib “VAZ 2107” markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdən sol yanına dəymişdir. Bundan sonra Turan avtomobildən düşüb bıçaqla, Vüsal da dəmir parçası ilə onun üzərinə hücum etmişlər. O isə həmin vaxt oradan qaçmış, Turan isə özünü yerə vurub uzanmışdır. Bundan sonra oraya TTYS-nın həkimləri gəlib Turanı, Səmanı və Vüsalı xəstəxanaya aparmışlar. Turanın idarə etiyi avtomobili qəsdən vurmamışdır, Turan və Vüsal Səmanı zorla götürüb qaçmışlar. Səmanın Turanla danışmasına və münasibətinin olduğuna inanmır, belə ki, Turan Səmaya şər atır, Turanın polisə təqdim etdiyi smslər Səma tərəfindən yazılmayıb. ***-***-**-** saylı mobil telefon nömrəsi və “vhatsap”ı Səmanın, ***- ***-**-** saylı mobil nömrə və “vhatsap”ı baldızı Səbinənin istifadəsində olmuşdur. ***-***- **-** saylı mobil nömrə və “vhatsap” qayınanası Zəminəyə məxsus olsa da, Səmanın qeyd edilən nömrələrlə Turanla danışmasına inanmır. Turanın idarə etdiyi avtomobillə onun idarə etdiyi avtomobil hərəkətdə olan zaman avtomobilin sağ təkərinin partlaması nəticəsində toqquşmuşlar. Hadisə xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində Oğuz rayonu Bayan kəndi ərazisində olan dairəvi yolun yaxınlığında baş vermişdir. Hadisə baş verən gün Azərbaycan Respublikası DİN-in Bİ və Tİ-nə tabe olan YNHD işlər üzrə İstintaq və Təhqiqat şöbəsində hadisə ilə əlaqədar onun tərəfindən yazılması göstərilən izahat, həmin sözlər və imza ona məxsus deyil, həmin izahatın kimin tərəfindən yazılması və ona məxsus olduğu göstərilən imzanın kim tərəfindən çəkilməsi haqda heç nə deyə bilmir. Bu barədə şikayət edib. Hadisədən sonra Turan və Vüsalı döyməmişdir, hadisə zamanı ora Fərid, Emil, Namiq və adı ona məlum olmayan şəxslər yığışmışdır. Yol-nəqliyyat vasitəsi onun maşınının təkərinin partlaması nəticəsində baş verib, bundan sonra onun özü iki nəfər tərəfindən hücuma məruz qalıb.Onun nikahda olan arvadını həmin iki nəfər qaçırmışlar, Səmanı maşına zorla mindiriblər, buna görə də həmin şəxslər məsuliyyətə cəlb edilməlidirlər.Səmanı vurmayıb. Hadisə nəticəsində özü heç bir xəsarət almayıb.Qeyd etdiyi halları nəzərə almağı və iş üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, Şahid1 ilə 2022-ci ilin iyul ayında Oğuz şəhərində yeləşən parkda tanış olmuşdur, tanışlıq müddətində Səma onu çox sevdiyini, Əhməd adlı şəxslə nikahda olduğunu, lakin Əhmədi sevmədiyini, Əhməddən boşanacağını, əlacsız olduğundan onunla nikaha girdiyini, lakin nikahda olsalar da, hazırda toyları olmadığını, ayrı-ayrı evlərdə hər biri öz valideynləri ilə birlikdə yaşadıqlarını, lakin Əhməd nişanlı olduğu zamanlarda onun bakirəliyini pozduğunu və mütəmadi olaraq Əhmədlə cinsi əlaqədə olduğunu demişdir. Tanışlıq müddətində Səma onunla cinsi əlaqədə olmaq istəyini ona demiş və o da razılaşaraq Səmanın dediyi vaxtlarda, yəni gecə saatlarında idarə etdiyi “VAZ 2107” markalı avtomobildə Səma ilə görüşərək cinsi əlaqədə olmuşdur. xx.xx.2022-ci il tarixdə günorta saat 12:30-da Səma istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsinin “vhatsap”ı ilə ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin “vhatsap”ına sms yazaraq axşam görüş olub-olmadığını soruşmuş, o, da hələ axşama çox qaldığını, imkan olarsa görüşə biləcəyini demişdir. Bundan sonra həmin gün o, Oğuz şəhərində yerləşən “Qaynama” restoranında dostu Vüsalla birlikdə olarkən Səma yenidən qeyd etdiyi, istifadəsində olan nömrənin “vhatsap”ı ilə saat 20:08 radələrində ona məxsus qeyd etdiyi nömrənin “vhatsap”ına yazaraq görüşə gəlib-gəlməyəcəyini təkrarən soruşmuş, o da Səma ilə görüşməyə razılıq vermişdir. Vüsal həmin restoranda işə düzəlmək istədiyindən onunla getmişdi. Səma yenidən həmin gün saat 20:55 radələrində ona sms yazaraq gecə saat 00:00- 01:00 aralığında görüşə gələcəyini, həmin vaxtdan tez görüşə bilməyəcəyini demişdir. Daha sonra həmin gün saat 22:33 radələrində Səma “vhatsap” vasitəsilə ona yazaraq vaxtın çatmağını, gözlədiyini və onun üçün darıxdığını bildirmiş, həmçinin saçlarını onun üçün “qıvırcıq” etdiyini demişdir. Bundan sonra həmin gün saat 23:21 radələrində Səma ona həmin “vhatsap” vasitəsilə yazaraq gecə saat 00:00da gəlməyini xahiş etmiş, daha sonra həmin gün saat 23:37 radələrində Səma yenidən sms vasitəsilə həmən gəlməyini, lakin kənd ərazisində olan çayxana tərəflə, kəndin təmirtikinti materialları mağazası tərəfdən onların qapısına gəlməyini söyləmiş və küçəyə çatanda ona xəbər etməyini xahiş etmişdir. Həmçinin yenidən Səma ona sms yazaraq neçədə çıxacağını soruşmuşdur. O da həmin vaxt Səmadan qapıya çıxmasını xahiş etmiş, Səma da qeyd edilən tarixdə 23:51-də sms vasitəsi ilə “tamam” yazaraq yaşadığı evin küçə qapısına çıxmış və onun etibarnamə ilə idarə etdiyi “VAZ 2107” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağına əyləşmişdir. Bundan sonra o, avtomobili saatda 60 km/saat sürətlə hərəkət etdirərək Oğuz rayonu, Bayan kəndi ərazisində yerləşən dairəvi yola yaxınlaşarkən arxa tərəfdən “Vaz 21011” markalı avtomobilin yüksək sürətlə, yəni təxminən 90 km/saat sürətlə gəldiyini görmüşdür. O, arxadan gələn avtomoblin rahat keçib getməsi üçün idarə etdiyi avtomobili yolun hərəkət istiamətində sağ hissəsinə doğru çəkmiş, lakin “Vaz 21011” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs onun avtomobilini qəsdən vuraraq yoldan kənara çıxartmışdır. Bu zaman arxa oturacaqda əyləşən Səma bildirmişdir ki, onların avtomobilini vuran “Vaz 21011” markalı avtomobilin sürücüsü onun həyat yoldaşı Əhməddir. Daha sonra o, avtomobildən yerə düşmüş və avtomobilin arxa hissəsinə keçmək istəyərkən Əhməd avtomobildən düşərək onun üzərinə hücum edib, təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Daha sonra oraya tanımadığı şəxslər gəlmiş və onları aralamışlar. Bundan sonra TTYS-nin həkim briqadası ora gəlmiş, onu, Səmanı və Vüsalı xəstəxanaya aparmaq istəyərkən Əhməd onun kürək nahiyyəsinə təpiyi ilə bir dəfə vurmuşdur. Səmanın bacısı Səbinə də Səma ilə münasibətlərindən məlumatı olmuş, Səma ilə görüşə gedərkən Səbinə özünə məxsus ***-***-**-** saylı mobil telefon vasitəsi atasının evdə olub-olmaması barədə onlara məlumatlar vermişdir. Səma anasına məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə də danışıb. Səmanı götürüb qaçmayıb, Səma öz razılığı ilə onun avtomobilinə minib, həmin vaxt Səma arxa oturacaqda, dostu Vüsal isə qarşı oturacaqda əyləşmişdir. Səma avtomobilə minəndə əlində daş yox, adyal olub. Əhməd onun avtomobilini qəsdlə vurub, baş vermiş hadisədən sonra avtomobildən zorla yerə düşüb və hadısə zamanı ayağından xəsarət alıb. Həmin vaxt Əhmədin üzərinə bıçaqla getməyib, bundan başqa Vüsal da, həmin vaxt Əhmədin üzərinə dəmir parçası ilə hücum etmədyib. Əhməd və Səmanın bu barədə dedikləri yalandır. Səma ilə 2020-ci ilin avqust ayında tanış olmayıb, Səma ilə 2022-ci ilin iyul ayında Oğuz şəhərində yerləşən parkda tanış olub, həmin vaxtdan hadisə olan günə qədər Səma ilə mütəmadi olaraq görüşüb və telefon vasitəsilə danışıb. Səma ilə danışarkən onu şantaj etməyib, onu götürüb qaçacağı barədə heç nə deməyib, Səmanı hədələməyib və ona məxsus şəkilləri yayacağı ilə şantaj etməyib. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı sol ayağından, kürək nahiyəsindən, sol dirsək nahiyələrindən xəsarətlər aldığı üçün, habelə Əhmədin də hadisədən sonra onu təpiklə vurduğundan bədəni üzərində olan xəsarətlərin yol-nəqliyyat hadisəsi zamanı və ya Əhmədin onu döyməsi nəticəsində yarandığı barədə dəqiq heç nə deyə bilmir. Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla aralarında ədavət və düşmənçilik olmayıb. Səbinənin ona məxsus telefonun “vhatsap”ına yazdığı smsləri, həmçinin Səmanın anasının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə ona yazdığı “vhatsap” yazışmasını, Səmanın instaqram səhifəsindən ona yazdığı smslərin mətnini diskə köçürərək istintaqa vermişdir. Səmanın nişanlı olduğunu əvvəl bilməyib. Səma bunu ona ikinci dəfə görüşəndə deyib. Onunla münasibətindən peşmandır. Halhazırda Təqsirləndirilən şəxs ilə barışmamış və onu bağışlamamışdır. Təqsirləndirilən şəxs hadisəni qəsdən törədərək ona xəsarət yetirdiyinə görə ondan şikayətçidir.Onun avtomobilinə dəyən maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, hadisə baş verən gün Oğuz şəhərində yerləşən “Qaynama” restoranında dostu Turanla birlikdə olmuşdur.Həmin restorana işə düzəlmək üçün getmişdi. Turanla birlikdə olarkən Səma “vhatsap” vasitəsi ilə Turana yazaraq görüşə gəlib-gəlməyəcəyini soruşmuş, Turan da Səma ilə görüşməyə razılıq vermişdir. Səma yenidən həmin gün saat 20:55 radələrində sms yazaraq gecə saat 00:00- 01:00 aralığında görüşə gələcəyini, həmin vaxtdan tez görüşə bilməyəcəyini demişdir. Saat 23:37 radələrində Səma yenidən sms vasitəsilə Turana tez gəlməyini, lakin kənd ərazisində olan çayxana tərəflə, kəndin təmir-tikinti materialları mağazası tərəfdən onların qapısına gəlməyini bildirmiş və küçəyə çatanda ona xəbər etməyini xahiş etmişdir. Dostu Turan da həmin vaxt Səmadan qapıya çıxmasını xahiş etmiş, Səma da qeyd edilən tarixdə 23:51-də sms vasitəsi ilə “tamam” yazaraq yaşadığı evin küçə qapısına çıxmış və Turanın idarə etdiyi “VAZ 2107” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşmişdir. Həmin vaxt Səmanın əlində adyal vardı. Bundan sonra onlar Oğuz rayonu, Bayan kəndi ərazisində yerləşən dairəvi yola yaxınlaşarkən arxa tərəfdən “Vaz 21011” markalı avtomobilin yüksək sürətlə, yəni təxminən 90 km/saat sürətlə gəldiyini görmüşlər. Turan arxadan gələn avtomoblin rahat keçib getməsi üçün idarə etdiyi avtomobili yolun hərəkət istiqamətində sağ hissəsinə doğru çəkmiş, lakin “Vaz 21011” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs onların avtomobilini qəsdlə vuraraq yoldan kənara çıxartmışdır. Bu zaman arxa oturacaqda əyləşən Səma bildirmişdir ki, onların avtomobilini vuran “Vaz 21011” markalı avtomobilin sürücüsü onun həyat yoldaşı Əhməddir. Daha sonra Əhməd avtomobildən düşərək onların üzərinə hücum etmişdir. Hadisə baş verdikdən sonra oraya tanımadığı şəxslər gəlmiş və onları aralamışlar. Bundan sonra TTYS-nin həkim briqadası ora gəlmiş, onu, Səmanı və Turanı xəstəxanaya aparmaq istəyərkən Əhməd Turanın kürək nahiyəsinə təpiyi ilə bir dəfə vurmuşdur. Səma öz razılığı ilə onların avtomobilinə minib, həmin vaxt Səma arxa oturacaqda, özü isə qarşı oturacaqda əyləşib. Əhməd onların avtomobilini qəsdən vurub.Baş vermiş hadısə zamanı Turan ayağından xəsarət alıb. Onun xəsarəti isə ciddi olmayıb.Həmin vaxt Turan Əhmədin üzərinə bıçaqla getməyib, o isə Əhmədin üzərinə dəmir parçası ilə hücum etməyib, Əhmədin və Səmanın bu barədə dedikləri yalandır. Əhməd orada Səmanı da bir dəfə vurub və ona nalayiq sözlər deyib. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, belə ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2021-ci il tarixdə nişanlanmış, xx.xx.2022-ci il tarixdə isə onunla nikah kəsdirmişdir, hal-hazırda Əhmədlə ər-arvad sayılsalar da, toyları olmadığı üçün öz valideynləri ilə birlikdə yaşayır. Nişanlı olmamışdan əvvəl onun Zərərçəkmiş şəxs ilə arasında sevgi münasibətləri olmuşdur. Əhmədlə nişanlanandan sonra Turanla münasibətini bitirmişdir. 2022-ci ilin təxminən iyul ayında Turan onu Oğuz şəhərində yerləşən parkda görmüş və instaqram sosial şəbəkəsi vasitəsilə onu parkda gördüyünü, yenidən əvvəlki münasibətləri davam etdirməsini sms vasitəsilə təklif etmişdir. O, da həmin vaxt Əhməd adlı şəxslə nikahda olduğunu, yaxın günlərdə toyu olacağını bildirərək Turandan onu narahat etməməsini xahiş etmişdir. Turan isə həmin vaxt onu qaçıracağını demiş və ondan əl çəkməyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Turan xatırlamadığı telefon nömrəsinin “vhatsap”ı vasitəsilə saat 23:50 radələrində yaşadığı evə gələcəyini bildirmişdir. O, da həmin gün günorta saatlarında həyat yoldaşı Təqsirləndirilən şəxs Turan adlı şəxsin onu narahat etməsini və axşam saatlarında yaşadığı evə gələcəyini demişdir. Həmin gün Turan adlı şəxs 23:30 radələrində ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək, əvvəlki münasibətlərindən olan fotoşəkillərini paylaşacağını deyərək onunla görüşmək istəmişdir. Turanın onu şantaj edəcəyindən qorxduğu üçün həmin gün saat 23:50 radələrində yaşadığı evin küçə qapısına çıxmışdır. Bu zaman Turanın idarə etdiyi “Vaz 2107” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evin küçə qapısında adı ona sonradan məlum olan Vüsal adlı şəxslə dayandığını görmüşdür. Həmin şəxslər onu zorla maşına əyləşdirib qaçırmışlar. Bu zaman Əhməd uzaqdan onları görüb idarə etdiyi “Vaz 21011 markalı” avtomobillə onların arxasınca gəlmiş, onun olduğu avtomobili saxlmağa çalışmış, lakin Turan avtomobili saxlamadığı üçün Əhməd onun olduğu avtomobilin soluna keçərək idarəetməni itirib “Vaz 2107” markalı, ** KU *** dövlət qeydiyyat nişanli avtomobillə toqquşmuşdur. Nəticədə Turanın idarə etdiyi avtomobil yoldan çıxaraq yolun hərəkət istiqamətində sağ hissəsində olan ağaca dəyib dayanmışdır. Qəzadan sonra Vüsal adlı şəxsin əlində təxminən 0,5 metr uzunluğunda dəmirlə, Turanın isə əlində 0,30 metr uzunluğunda bıçaqla Əhmədin üzərinə getdiyini görmüş, o da Əhmədin yanına qaçmışdır. Əhməd onu vurmayıb və ona nalayiq söz deməyib. Turanın maşınının siqnalını və musiqi səsini eşitdiyindən əsəbiləşib qapıya çıxıb ki, onları daşla qovsun. Əlində adyal olmayıb. Həmin hadisə nəticəsində o huşunu itirmiş və onu xəstəxanaya aparmışlar. Əhmədlə sevgili olduğu müddətdə Turanla görüşməyib. Onunla yalnız “vhatsap” və telefon vasitəsilə əlaqə yaradıb. Turanla cinsi əlaqədə olmayıb. Turanla 2020-ci ilin avqust ayından 2021-ci ilin fevral ayına qədər əlaqəsi olub, həmin vaxtlar Turanla əlaqə saxladığı özünə məxsus mobil telefon nömrəsini xatırlamır. 2022-ci ilin iyul ayından hadisə baş verən ana qədər ***-***-**-** saylı mobil nömrə vasitəsilə əlaqə saxladığına dair Turanın dedikləri yalandır. Turanı xx.xx.2022-ci il tarixdə görüşə dəvət etməyib, ona vatsap vasitəsilə yazmayıb. Turanın dediyi “vhatsap” və telefon nömrəsi ona məxsus olsa da həmin vaxt yazılan smslər ona məxsus deyil. Ola bilər ki, mesajları bacısıazyaşlı Səbinə yazıb, amma ondan nəsə soruşanda ağlayır, cavab vermir. ***-***-**-** saylı mobil telefon nömrəsi və həmin nömrənin “vhatsap”ı özünə məxsusdur, ***-***-**-** saylı mobil telefon nömrəsi və “vhatsap”ı isə anası Zəminə Cumayevaya məxsusdur.Anasına məxsus mobil telefon nömrəsindən o və bacısı Səbinə istifadə etməyib. Turanı əvvəllər sevgi münasibətləri olan vaxtdan tanıyıb, aralarında ədavət və düşmənçilik olmayıb, Əhməd adlı şəxsi istəmədiyi, ondan tezliklə boşanacağı barədə Turana heç nə deməyib. Turanın onun barəsində dedikləri yalandır. İş üzrə zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs dəvət etdiyi və şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, hadisə baş verən gün əsgər yoldaşını özünə məxsus avtomobillə Qumlaq kəndinə aparmışdır. Həmin kənddən yaşadığı Calut kəndinə qayıdarkən Yol Patrul Xidmətinin əməkdaşları onu saxlamış və sürücülük vəsiqəsi olmadığına görə onun avtomobilini müvəqqəti duracağa yerləşdirmək üçün aparan zaman Oğuz rayonu Bayan kəndi ərazisindən keçərkən digər hərəkət iştirakçısı olan “VAZ” markalı iki avtomobil avtoqəza törətmiş, buna görə onlar həmin ərazidə dayananaraq dərhal qəzaya uğrayan avtomobillərə yaxınlaşmışlar. Qəza törədənlərin əvvəldən də tanıdığı Turan və Əhməd adlı şəxslər olduğunu görmüşdür. Həmin vaxt Əhməd adlı şəxs qışqıraraq və nalayiq ifadələr işlədərək Turan adlı şəxsi yumruq və təpiklə vurduğundan Turanın üz nahiyəsi qan içində olmuşdur. Qəzaya uğrayan “VAZ 2107” markalı avtomobildə olan adını bilmədiyi qızın qaşı partlamışdı. Əhməd adlı şəxs qızın nişanlısı olduğunu bildirərək və nalayiq ifadələr işlədərək həmin qızı da vururdu. Həmin vaxt qız özündə deyildi, onu hadisə yerinə yığılmış adamların köməyi ilə mülki avtomobillə xəstəxanaya aparmaq istəyirdilər. Bundan sonra yol patrul əməkdaşlarının başı hadisəyə qarışdığından o, öz avtomobilinə əyləşərək ərazidən uzaqlaşmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 421 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol qamış sümüyünün bayır kondilusundan keçən sınığı, sol incik sümüyünün başının sınığı, sol budun yuxarı 1/3-nin geniş həcmli hemotoması, yumşaq toxumaların əzilməsi, travmatik şişkinliyi, sol qaş, kürək, bel, sol baldır və sol dirsək nahiyələrinin əzilmiş-sıyrılmış yaralararı, kürək nahiyəsinin travmatik şişkinliyi bərk küt alətin (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci tarixinə uyğundur, xərarətin müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində qeyd ediilən şəraitdə əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müdətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir.(cinayət işi İ cild iş vər:56-59) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 421 nömrəli rəyinə 08 fevral 2023-cü il tarixli əlavədən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol qamış sümüyünün bayır kondilusundan keçən sınığı, sol incik sümüyünün başının sınığı, sol budun yuxarı 1/3-nin geniş həcmli hemotoması, yumşaq toxumaların əzilməsi, travmatik şişkinliyi, sol qaş, kürək, bel, sol baldır və sol dirsək nahiyələrinin əzilmiş-sıyrılmlş yaraları, kürək nahiyəsinin travmatik şişkinliyi və MRT müayinəsində qeyd edilən travmadan sonrakı patalogiyalar bərk küt alətin (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci tarixinə uyğundur, xərarətin müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində qeyd ediilən şəraitdə əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müdətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. .(cinayət işi İİ cild iş vər:7-10) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 08 sentyabr 2022-ci il tarixli 420 nömrəli rəyindən görünür ki, Şahid2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ qulaq seyvanının, alnın, sağ çiyin qurşağının sıyrılmış yaraları bərk küt alətin (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci tarixinə uyğundur, xərarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (cinayət işi İ cild iş vər:50-52) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 422 nömrəli rəyindən görünür ki, Şahid1 bədəni üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilməmişdir.Klinik müayinə zamanı qoyulmuş “ayağın digər və dəqiqləşdirilməmiş hissəsinin əzilməsi” diaqnozu obyektiv əlamətlərlə müşahidə olunmadığından və tibbi sənədlərdə əsaslandırılmadığından xəsarət kimi qiymətləndirilmir. (cinayət işi İ cild iş vər:53-55) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 dekabr 2022-ci il tarixli 9/8207 nömrəli rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 82 nömrəli qüsur aktı məlumatlarına əsasən 04.09.22-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2007-ci il buraxılışlı, 1568 kub.sm həcmli mühərrikli, qırmızı rəngli, “VAZ 2107” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə aşınma tətbiq edilməklə 2022-ci ilin oktyabr ayına olan təmir-bərpa xərci təxminən 2246,00 manat, o cümlədən dəyişməli hissələrinin qiyməti - 806 manat, təmir-bərpa işlərinin qiyməti -1440,00 manat müəyyən edilmişdir. (cinayət işi İ cild iş vər:246-249) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası TƏBİB Oğuz RMX-nın PHŞ-in 22 noyabr 2022-ci il tarixli PHŞ/6.64-2-2022-77 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Mərkəzi X1 narkoloji və ruhiəsəb kabinetlərində qeydiyyatda yoxdur. (cinayət işi İ cild iş vər:195) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cinayət işi İ cild iş vər:245) Oğuz rayon İcra Hakimiyyəti başçısının Bayan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli, 10-26/208 saylı və 10-26/209 saylı arayışlardan və həmin tarixli xasiyyətnamədən, nikah haqqında AZ-İİ 469162 saylı şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Oğuz rayon Bayan kənd sakini Şahid1 ilə rəsmi nikaha daxil olub, ailə üzvləri-atası və anası ilə birlikdə Oğuz rayonu Bayan kəndində yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. (cinayət işi İ cild iş vər:88, 144-146) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili qəsdən vurmadığı və ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlini törətmədiyi barədə məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, dindirilmə və üzləşdirmə protokolları, ifadənin yerində yoxlanılması protokolları, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər istintaq sənədləri ilə tam təsdiq edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatlara tənqidi yanaşır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, habelə, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və xəsarətin yetirilmə üsulunu, habelə əməlin zərərçəkmiş şəxsin milli mentalitetə uyğun gəlməyən hərəkətlərinin nəticəsi olaraq törədildiyini, həmçinin, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətçi olmasını və dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 12:00-dan xx.xx.2023-cü il saat 18:20-dək iki gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Buna görə də məhkəmə bildirir ki. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün nəzərə alınaraq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia tələbi yoxdur. İş üzrə 162 manat ekspertiza Təqsirləndirilən şəxs tutularaq müvafiq hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 12:00-dan xx.xx.2023-cü il saat 18:20-dək şübhəli şəxs qismində tutulduğu iki gün azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulması hesabı ilə hesablanmaqla 4 gün cəzası çəkilmiş hesab edilərək ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Oğuz rayonu ərazisi hüdudlarını, habelə saat 22:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Bayan kəndində yerləşən evi cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrası Oğuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə 162 manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİFT Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddianın, həmçinin digər məhkəmə xərclərinin və maddi sübutların olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim :Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-13/2023
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-13/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver