Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-13/2024 30.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü il tarixdə Oğuz rayonu, Xalxal kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Oğuz rayonu Xalxal kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarindan artıq miqdarda 9,74 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib qanunsuz olaraq üzərində saxlamış, Oğuz RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə Oğuz rayonu ərazisində saxlanılaraq Oğuz RPŞ-yə gətirilmiş, video-çəkiliş və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükülüdə xeyli miqdarda-9,74 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadə verərək bildirdi ki, Oğuz rayonu Xalxal kəndində qeydiyyatda olmaqla yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə Xalxal kəndinin ərazisində gəzərkən təsadüfən yerdə ağ rəngli sellofan bükülü olduğunu görmüş və maraqlı gəldiyi üçün həmin sellofan bükülünü yerdən götürüb açaraq içərisinə baxdıqda, bükülünün içərisində nəşəyə- “marixuanaya” oxşar kütlə olduğunu görmüşdür. O əvvəllər hərdən narkotikdən istifadə etdiyi üçün tapmış olduğu sellofan bükülüdə olan marixuananı tanımışdır. O, tapmış olduğu narkotik maddəni özü istifadə etmək üçün üzərində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Axşam saatlarinda polis əməkdaşları yaxınlaşaraq ona özünü şübhəli apardığını bildirmiş və onu Oğuz rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə getməyə etiraz etməmiş, onu Oğuz RPŞ-yə gətirmişlər. Orada vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı geyindiyi qara rəngli gödəkçənin sağ cibindən sellofan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükülünün içərisində nə olduğunu, haradan əldə etdiyini soruşduqda, o, bükülünün içərisindəkinin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Oğuz rayonu, Xalxal kəndindən keçən yol kənarından yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını onlara bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuana polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Tərtib edilmiş sənədlərə imza etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni tapması barədə heç kəsə məlumat verməmişdir. Heç vaxt narkotik maddə satmamış, yerdən tapdığı narkotik maddəni isə öz istifadəsi üçün götürüb saxlamış, üzərində gəzdirmişdir. Saxlanılan zaman və istintaq dövründə ona qarşı təzyiq və zorakılıq edilməmişdir. Törətdiyi cinayət əməlini könüllü etiraf etmişdir. Narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Qeyd etdiyi halların cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və saxlaması barədə 08 mart 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat həmin gün raportla rəhbərliyə məruzə edilmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Oğuz RPS-nin xx.xx.2024-cü il tarixli, 313-101/Ə48/2024 nömrəli əmri ilə o və Oğuz RPŞ-nin CAB-nin sabiq əməliyyat müvəkkili Şahid1 08 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlayaraq Oğuz RPŞ-nin inzibati binasına gətirmişlər. 08 mart 2024-cü il tarixdə Oğuz rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, həmin istintaq hərəkətində o özü, Oğuz RPŞ-nin CAB-nin sabiq əməliyyat müvəkili Şahid1, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı video-çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, sonra ona qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətə malik ola biləcək digər əşyaları və sənədləri təhvil verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümün içərisinə baxdıqda, bükümün icərisindəki kütlənin yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükülüdəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təbriz Baxıslıdan həmin narkotik vasitəni haradan və necə əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd sellofan bükülüdə olan qurudulmuş marixuananı yol kənarından yerdən tapdığını, özünün istifadəsi məqsədilə götürüb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və bükülü ilə birlikdə ümumi çəkisinin 11 qram olması müəyyən edilmişdir. X4 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi-icərisində narkotik vasitə olan qurudulmuş marixuana ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı bağlanmış, möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və zərf ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şahid Oğuz RPŞ-nin CAB-nin sabiq əməliyyat müvəkkili, hazırda İsmayıllı RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və saxlaması barədə 08 mart 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat həmin gün raportla rəhbərliyə məruzə edilmiş, rəhbərlik tərəfindən onun barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. O və Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 08 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlayaraq Oğuz RPŞ-nin inzibati binasına gətirmişlər. 08 mart 2024-cü il tarixdə Oğuz rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, həmin istintaq hərəkətində o özü, Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkili Şahid2, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı video-çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, sonra ona qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətə malik ola biləcək digər əşyaları və sənədləri təhvil verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümün içərisinə baxdıqda, bükümün icərisindəki kütlənin yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təbriz Baxıslıdan həmin narkotik vasitəni haradan və necə əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuananı yol kənarından yerdən tapdığını, özünün istifadəsi məqsədilə götürüb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və bükümlə birlikdə ümumi çəkisinin 11 qram olması müəyyən edilmişdir. X4 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi icərisində narkotik vasitə olan qurudulmuş marixuana ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı bağlanmış, möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və zərf ekspertizaya təqdim olunması üçün götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 08 mart 2024-cü il tarixli protokoldan və 1 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 11 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və qablaşdırılmış, şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə olunmaqla əldə edilmiş video görüntülər DVD diskə köçürülmüş və tərtib olunmuş protokola əlavə edilmişdir. (cinayət işi vər: 23-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 09 mart 2024-cü il tarixli 3-16-16-2-17/252 nömrəli rəyindən və aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut” sözləri, adlar və imzalar yazılmış 1 ədəd zərfin içərisində 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,74 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmiş narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 9,69 qram çəkidə narkotik maddə Oğuz RPŞ-yə geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 34,55 manatdır. (cinayət işi vər: 33-36) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 16 aprel 2024-cü il tarixli, 634 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəsətəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (cinayət işi vər: 87) Azərbaycan Respublikası TƏBİB “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli 18-1-64/2-307/2024 saylı məktubdan görünür ki, Oğuz rayon Xalxal kənd sakini, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Oğuz RMX-nin Poliklinika şöbəsinin Narkoloji və Ruhi-Əsəb kabinetlərində qeydiyyatda yoxdur. (cinayət işi vər: 82) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cinayət işi vər:64) Oğuz rayon İHB Xalxal kənd İƏD üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 5-68-12/2-81/2024, 5-68- 12/2-82/2024 saylı arayışlarından və həmin tarixli xasiyyətnaməsindən görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Oğuz rayonu Xalxal kəndində yaşayır, ailə tərkibi 1970-ci il təvəllüdlü atası, 1974-cü il təvəllüdlü anası, 1994-cü il və 1999-cu il təvəllüdlü iki qardaşı və 2007-ci il təvəllüdlü bacısından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cinayət işi vər: 84-86) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş narkotik vasitənin özünə aid olduğunu könüllü olaraq dərhal etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılığını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024- cü il tarixdə saat 19:45-dən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 12:30-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Oğuz RPŞ MSYdən həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrdən epizodik istifadə etmə halları olduğu, narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmiş, narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 09 mart 2024-cü il tarixli, 3-16-16-2-17/252 nömrəli rəyinin və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 08 mart 2024-cü il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda – 9,74 qram olmasını qəbul edir. Beləliklə, məhkəmə qərara gəlir ki, iş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 9,69 qram çəkidə kustar üsulla hazırlanmiş qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – 08 mart 2024-cü il tarixdə saat 19:45-dən şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək - 10 mart 2024-cü il tarixdə saat 12:30dək olan müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Xalxal kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 9,69 qram çəkidə kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim :Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-13/2024
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-13/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver